Məhkəmə qərarları › İş №2(102)-3369/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3369/2024

15.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3369/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qeyri-yaşayış sahəsindən çıxarılma, ödənilməmiş icarə haqqının tutulması, dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı iddiaçi oğlunun Cavabdeh qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilməmiş icarə haqqının tutulması, dəymiş ziyanın ödənilməsi, əmlakın qaytarılması və ya onun dəyər inin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)703/2024 nömrəli qətnaməsindən iddiaçi oğlunun kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı iddiaçi oğlunun (bundan sonra mətndə iddiaçı) mülkiyyətində ünvan 1 ünvanında 105,5 kvadrat metr qeyri yaşayış sahəsi vardır. Həmin qeyri-yaşayış sahəsini Cavabdeh (bundan sonra mətndə cavabdeh) istifadəsində olmuşdur. Cavabdeh həmin qeyri-yaşayış sahəsini boşaltmaq istəmir.

2. İddiaçı xx xxxxxxx 1965-ci il tarixdə anadan olmaqla Rusiya Federasiyası vətəndaşıdır.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömr əsi ********** olan Çıxarışa əsasən ünvan 2 ünvanında istifadədə olan 0,01083 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105,5 kvadrat metr olan qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ əsasında 22 dekabr 2021-ci ildə iddiaçi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış binası ilə bağlı 17 dekabr 2021-ci ildə texniki pasport tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıya məxsus olan Astara şəhəri, Səməd Vurğun küçəsi 128-də yerləşən qeyriyaşayış (mübahisələndirilən sahə) sahəsindən çıxarılması, həmin qeyri yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən dəym iş zərərə görə 3600 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırılmışdır ki, anası 2015-ci ildə notariat qaydasında mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsi 128-də yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya bağışlamışdır. Bundan sonra, iddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsini qardaşı olan cavabdehin icarəsinə vermiş və cavabdehə bildirmişdir ki, icarə haqqını anasına versin. İcarə haqqı aylıq 100 manat məbləğində pul razılaşdırılmışdır. Sonradan iddiaçı vətəndaşı olduğu Rusiya Federasiyasına qayıtmışdır.

3. Anası tərəfindən iddiaçıya bağışlanılan qeyri-yaşayış sahəsi 22 dekabr 2021-ci il tarixli Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğundan iddiaçı öz mülahizəsinə görə həmin qeyri-yaşayış sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir. Lakin cavabdeh qeyri-yaşayış sahəsini könüllü boşaltmadığı üçün həmin hüquqlarını həyata keçirə bilmir. Bu baxımdan cavabdehin qanunsuz sahibliyində olan qeyri-yaşayış sahəsini geri tələb etməkdə haqlıdır.

4. Bundan başqa, cavabdeh qeyri-yaşayış sahəsini hər ay 100 manat ödəməklə icarəyə götürsə də, heç bir vaxt icarə haqqı ödəməmiş və cavabdehin təqsiri üzündən ona 3600 manat məbləğində zərər dəymişdir. İddiaçı cavabdehə şifahi şəkildə qeyriyaşayış sahəsindən çıxmasını və ödənilməyən icarə haqlarını ödəməsini bildirsə də, cavabdeh hərəkətsizlik göstərməkdə davam edir. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etm əli olmuşdur.

5. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlavə olaraq cavabdehdən ödənilməyən icarə haqlarına görə 15600 manat pulun tutulması, qeyri-yaşayış sahəsinin təmirinə vurduğu ziyanın məbləğinin və həmin qeyri-yaşayış sahəsində cavabdehə təhvil verilmiş və hal-hazırda mövcud olmayan əmlakların eyni keyfiyyətdə olan əmlaklar şəklində qaytarılması və ya əmlaklarının dəyərinin hesablanaraq kompensasiya şəklində iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra cavabdeh iddiaçıya qarşı nalayiq hərəkətlərini etməkdə davam etmişdir. Belə olan halda, iddiaçı icarə haqlarına və qeyri-yaşayış sahəsinə və əmlaklara vurduğu ziyanı cavabdehə güzəşt etməməyi qərara almışdır. Belə ki, iddia ərizəsində qeyri-yaşayış sahəsini cavabdehə 2015-ci ildən icarəyə verdiyini qeyd etmişdir. Qeyri-yaşayış sahəsini tələb edən anadək həmin sahə 8 il cavabdehin icarəsində olmuş və yaxın qohumlarının təkidi ilə iddiaçı güzəşt edərək əvvəlki 3 ilin icarə haqqı olan 3600 manatı dəymiş zərər kimi qeyd edərək ona ödənilməsini bildirmişdir. Cavabdeh doğma qardaşı olduğundan dəymiş zərərin böyük hissəsini iddiaçı ona güzəşt etmişdi. Əsl reallıqda isə cavabdehin iddiaçıya yuxarıda qeyd etdiyi 3 il icarə haqqından əlavə, 5 il də aylıq 200 manat olmaqla, cəmi 15600 manat icarə haqqı borcu var. Bundan əlavə, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini tam təmirli vəziyyətdə, bir neçə soy uducunu saz vəziyyətdə, qab-qacaq olmaqla restoran fəaliyyətinə uyğun lazım olan əşyalarla cavabdehə təhvil vermişdir. Hazırda qeyri-yaşayış sahəsinin təmirinin vəziyyəti o qədər bərbaddır ki, ora daxil olmaq mümkün deyil, soyuducular işlək vəziyyətdə deyil, qab-qacaq və digər lazımlı əşyalar yoxdur. Cavabdeh tərəfindən götürülən əşyaların qaytarılması və ya istifadə nəticəsində sıradan çıxan əşyaların eyni keyfiyyətdə olan əşya ilə əvəz olunması və ya ziyanın məbləğinin məhkəmə tərəfindən müəyyənləşdirilərək kompensasiya şəklində iddiaçıya ödənilməklə həllini tapmalıdır. Qeyri-yaşayış sahəsinin təmirinə vurduğu ziyanın məbləğini isə mütəxəssis dəvət etməklə müəyyənləşdirmək olar.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 157.2, 157.5,385, 442, 448.2, 1096 və 1097.1-ci ma ddələrinə istinad etmişdir.

8. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri belə olub: - iddiaçı cavabdehin doğma qardaşıdır. Hazırda mübahisə obyektinə çevrilmiş qeyri yaşayış sahəsi anasına məxsus olmuş, anası 2015-ci ildə notariat qaydasında bu sahəni iddiaçının mülkiyyətinə vermiş, 2021-ci ilin dekabrında daşınmaz əmlakın dövlət reyestrində həmin qeyri-yaşayış sahəsi iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarışla rəsmiləşdirilmişdir; - iddiaçı uzun illər Rusiya Federasiyasında yaşamışdır. Onunla şifahi razılıq əsasında qeyri-yaşayış sahəsinin istifadəsinə görə cavabdeh aylıq 100 manat pul verməli idi. Qardaşının iddia ərizəsində qeyd etdiyi icarə müqaviləsi deyilən sənədi cavabdeh görməmişdir və belə bir müqavilənin mövcudluğundan onun xəbəri yoxdur. Buna gör ə də şifahi olaraq razılıq əsasında hər ay qardaşına verməli olduğu 100 manat pulu əvvəl atasına, onun ölümündən sonra isə anasına vermişdir; - Bundan əlavə, cavabdeh ata-anasının qayğısına qalmış, iddiaçı Rusiya Federasiyasında yaşadığı müddətdə ata-anasına cavabdeh sahib çıxmış, onlara hər ay verdiyi 100 manatdan əlavə ürəklərindən keçəni etmişdir. Lakin iddiaçı 2-3 ay bundan qabaq Rusiyadan qayıtdıqdan sonra cavabehə qarşı icarə müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi iddiası ilə hücum çəkmiş, guya cavabdehin mövcud olmayan icarə müqaviləsi üzrə ödənilməyən 3600 manat borcunun olduğunu bildirərək, borcun təcili ödənilməsini tələb etmişdir. Cavabdeh belə bir borcu olmadığını, şifahi razılığa görə hər ay ödəməli olduğu 100 manatı ata-anasına verdiyini söyləsə də, iddiaçı bunu qəbul etməmiş və aylıq 400 manat icarə haqq tələb etmişdir.

5. Astara Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(018)-1260/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehin iddiaçının mülkiyyətində olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 dekabr 2021-ci il olan çıxarışda qeyd edilən, ünvan 3 ünvanında yerləşən 105,5 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılması, həmin 105,5 kvadrat metr qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin 15600 manat ziyan hissəsində təmin edilməməsi qət edilmişdir. (sədrlik edən hakim M. Məmmədov)

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında 105,5 kvadrat metr qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsini cavabdehin istifadəsində olmuşdur. Cavabdeh həmin qeyri-yaşayış sahəsini boşaltmaq istəmir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qeyd edilən hissədə təmin edilməlidir.

8. Ancaq iddiaçı cavabdehin 8 il ərzində icarə haqqını verməməsinə görə ona 15600 manat ziyan dəyməsini tələb etmiş olsa da, həmin halları təsdiq edən subutları, icarə müqaviləsini, aylıq icarə haqqına dair sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia bu hissədə təmin edilə bilməz.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 21.1, 21.2, 76, 152.1, 157.2, 405.1, 421.1, 423.1, 425.1, 448.1, 675, 700.1, 700.2, 705-ci, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianının rədd edilmiş hissəsinin ləğv, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - məhkəmə dəymiş ziyana görə icarə müqaviləsini, aylıq icarə haqqına dair sənədləri məhkəməyə təqdim edə bilmədiyinə əsaslanaraq iddianın dəymiş ziyana aid hissəsini rədd etmişdir. İlk öncə aylıq icarə haqqına dair sənədlər aralarında qohumluq (cavabdeh iddiaçının doğma qardaşıdır) münasibətinə görə tərtib olunmamış və qohumlu q münasibətlərinə etimad olunmuşdur. Buna baxmayaraq, cavabdeh məhkəməyə icarə haqlarının onun tərəfindən ödənilməsinə dair sənəd sayılan haqq-hesab dəftərini təqdim etmişdir. Bununla da cavabdeh etiraf etmişdir ki, aralarında şifahi icarə müqaviləsi bağlanmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən tərəflər arasında icarə müqaviləsi bağlanıbsa, icarə haqlarının ödənilməsi barədə sübutetmə yükü cavabdehin üzərinə düşür; - məhkəmənin yazılı icarə müqaviləsinə dair mövqeyi ilə bağlı qeyd edilməlidir ki, qanunvericilikdə icarə müqaviləsinin yazılı bağlanmasına dair imperativ norma mövcud deyil. Yalnız “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində müəyyən edilmişdir ki, xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notari al qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Həmin müddəa isə torpaqların icarəyə verilməsi barədə müqavilələrə aiddir; - Mülki Məcəllənin 394-cü maddəsində də daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə verən müqavilənin notariat qaydasında təsdiqlənməli olduğu göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin 2013-cü il 3 iyun tarixli Qərarında şərh verildiyi kimi, daşınmaz əmlakın icarə hüququ əşya hüquqlarına aid deyil. Odur ki, həmin hüquqlara əşya hüquqlarına tətbiq olunan qaydaların, o cümlədən müqavilənin notariat orqanında təsdiq edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məcburiyyətinin şamil edilməsi yalnız Mülki Məcəllədə və digər qanunvericilik aktlarında bu barədə birbaşa tələb olduğu hallarda mümkündür; - Mülki Məcəllə nin 329.2-ci maddəsində açıq şəkildə bildirilir ki, əqdlər həm şifahi, həm də yazılı şəkildə bağlana bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi də daşınmaz əmlakın icarəyə verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiq edilməsini müəyyən etmir. Belə ki, həmin maddə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun ümumi hüquq sahəsinə daxil olan normativ-hüquqi akt olduğundan, həmin qanunvericilik aktının müddəaları mülki mübahisənin maddi-hüquqi əsası kimi çıxış edə bilməz; - icarə müqaviləsi bağlandığı andan etibarən tərəflərin bu müqavilə üzrə hüquq və öhdəlikləri yaranmış olur. Qanunvericilikdə daşın maz əmlak üzərində müddəti on bir aydan çox olan icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasının mümkünlüyünün nəzərdə tutulması isə müqavilə üzrə hüquqların və öhdəliklərin reyestrdə qeydə alındıqdan sonra yarandığı mənasına gəlmir. Belə bir qeydiyyat eyni zamanda, icarədən irəli gələn tələb hüququnu əşya hüququna çevirmir. Bu cür qeydiyyat icarə hüququnu üçüncü şəxslərə açıqladığı kimi, icarəyəgötürənin icarə müqaviləsindən irəli gələn tələb hüququnun hamıya qarşı, o cümlədən əmlak üzərində əşya hüququ əldə edən şəxslərə qarşı da irəli sürülməsinin mümkünlüyünü təmin edir; - qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, Mülki Məcəllədə icarə müqaviləsinin forma şərti ilə bağlı imperativ norma mövcud deyildir, sahəvi qanunvericilik olan “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddə si isə yalnız xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi zamanı icarəyəverən və icarəçi arasında notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanmasını tələb edir. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə isə notarial təsdiqli müqavilənin bağlanmasına zərurət yoxdur; - yuxarıda qeyd olunanların əsaslılığı Ali Məhkəmənin Kommersiya Kollegiyasının 22(102)-211/2023 və xx.xx.2023-cü il tarixli, 2-2(102)-42/2023 saylı qərarlarında aşkar şəkildə görünür; - əlavə olaraq, qətnamədə maddi hüquq normaları sadəcə sadalanmışdır. Belə ki, iş üzrə qətnamə çıxarılsa da, faktiki olaraq işə mahiyyəti üzrə baxılmamışdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığ a gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin müddəalardan göründüyü kimi, əqdin qanunvericilikdə onu tənzimləyən normalarda birbaşa bağlanma forması göstərilməyibsə, şifahi şəkildə bağlana bilər; - iddiaçı ilə cavabdeh arasında olan müqavilənin şərtləri razılaşdırıldığından icarə müqaviləsi bağlanmış sayılır; - birinci instansiya məhkəməsində pozulmuş insan və vətəndaş hüquqlarının bərpası üçün iddiaçıya dəymiş ziyan təmin olunmamış, bununla da Konstitusiyanın 71-ci maddəsində göstərilən maddi hüquq normasının tələbləri pozulmuşdur. Məhkəmə iddiaçı tərəfindən verilm iş ərizəyə ədalətli və açıq araşdırma hüququ prinsipləri nöqtəyi nəzərindən baxmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi sadəcə qanuni əsası olmayan sübuta əsaslanaraq qərar qəbul etmişdir. Amma məhkəmə öz qətnaməsini sübutlarla əsaslandırmalıdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-703/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Tofiq Heydərov)

13. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd edib ki, hazırda apellyasiya icraatı çərçivəsində iddia tələbinin sadəcə 15600 manat icarə haqqı ilə bağlı hissəsinə baxılır. İddiaçı həmin 15600 manat məbləğində ödənilməmiş icarə haqqının yaranma əsasını belə izah edib ki, mübahisəli qeyri-yaşayış sahəsi 8 il cavabdehin icarəsində olmuşdur, cavabdehin ona 5 il üçün hər ay 200 manat olmaqla, cəmi 12000 manat, 3 il üçün isə hər ay 100 manat olmaqla, cəmi 3600 manat, ümumilikdə isə 15600 manat ödənilməmiş icarə haqqı borcu var.

14. İddiaçı ilk dəfə tələbində cavabdehin cəmi 3600 manat (3 il hər ay 100 manat olmaqla) məbləğində icarə haqqı borcu olduğunu bildirsə də, sonradan iddia tələbinin həcmini artırmış, cavabdehin 5 il ərzində hər ay 200 manat olmaqla, əlavə 12000 manat, yəni ümumilikdə 15600 manat icarə haqqı borcu olduğunu bildirmiş, tələbin həcmini artırması nın səbəbini isə iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra da cavabdehin ona qarşı nalayiq hərəkətlər etməkdə davam etməsi və özünün cavabdehə icarə haqqına etdiyi güzəştləri etməmək qərarına gəlməsi ilə izah etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırda icarə obyekti kimi mübahisə predmeti olan əmlak qeyri-yaşayış sahəsidir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanlanmış olduğu yazılı izahatında qardaşı olan iddiaçı ilə aralarında olan şifahi razılığa əsasən mübahisəli qeyri-yaşayış sahəsindən istifadəyə görə qardaşına ayda 100 manat ödəməli olduğunu qəbul etmişdir. Buradan aydın olur ki, tərəflər arasında şifahi qaydada da olsa, icarə münasibətləri mövcud olmuşdur.

16. İddiaçı iddia ərizəsində cavabdehlə şifahi razılaşdıqları 100 manat məbləğində ic arə haqqının cavabdeh tərəfindən anasına verməli olmasını bildirmişdir. Cavabdeh də yazılı izahatında həmin məbləği əvvəlcə atasına, atası vəfat etdikdən sonra isə anasına ödədiyini göstərmişdir. Göründüyü kimi, tərəflərin razılaşması icarə haqqının cavabdeh tərəfindən valideynlərinə verilməsi ilə bağlı olmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, tərəflər arasında yazılı qaydada bağlanan və notariat qaydasında təsdiqlənən icarə müqaviləsi olmasa da, cavabdehin də etiraf etdikləri nəzərə alınaraq onlar arasında həqiqətən də ayda 100 manat icarə haqqının şifahi qaydada razılaşdırıldığı müəyyən olunur. Bu baxımdan, iddiaçının 5 il üçün aylıq 200 manat icarə haqqına dair tələbi əsaslı deyil, icarə haqqının məbləğinin 200 manat müəyyən edilməsinə dair iddiaçı tərəfindən hə r hansı sübut təqdim edilməmiş, cavabdeh isə bu halı inkar etmişdir.

18. Hazırda iddiaçı həqiqətən də icarə haqqının 5 il üçün aylıq 200 manat məbləğində müəyyən edilməsi ilə bağlı sübutetmə tələbinə riayət etməmişdir. Buna görə də tərəflər arasında icarə haqqının 100 manat həddində razılaşdırıldığı işin hallarına uyğundur.

19. İddiaçı 8 il üçün icarə haqqını tələb etsə də, cavabdeh həmin müddətdə icarə haqlarını iddiaçı ilə razılaşmalarına uyğun olaraq, əvvəlcə, atasına, onun vəfatından sonra isə anasına verdiyini bildirmişdir. İddiaçı şifahi razılaşmalarına uyğun olaraq cavabdeh tərəfindən valideynlərinə hər hansı ödənişin edilməməsini təsdiq edən hər hansı sübut təqdim etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Mə cəllənin 144.1, 700.1, 700.2-ci, “İcarə haqqında” Qanununun 1, 7, 8-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin 15600 manat ziyanın təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılmasını etmişdir.

22. İddiaçı kassasiya şikayətini belə əsaslandırmışdır ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Cavabdeh iddiaçıya məxsus əmlakdan istifadə etmiş, lakin icarə haqlarını ödəməmiş, üstəlik, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində olan əşyaları da məhv etməklə ona ziyan vurmuşdur. Lakin məhkəmə cavabdehin iddiaçıya məxsus qeyriyaşayış sahəsini zəbt etməsi qənaətinə gələrək cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarsa da, cavabdehin vurduğu ziyanla bağlı məsələnin üstü ndən sükutla keçmiş və bununla bağlı heç bir araşdırma aparmamışdır. Həmçinin icarə haqqının ödənilməsini sübut etmək cavabdehin üzərində düşdüyü halda, apellyasiya instansiyası məhkəməsi bu halla bağlı sübutetmə yükünü iddiaçını üzərində qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şifahi razılığa görə cavabdeh 100 manat icarə haqqını anasına verməli idi. Halbuki iddiaçının cavabdehlə bir razılaşması olmayıb, cavabdeh icarə haqqını iddiaçıya ödəməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 700.1 icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifad ə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2 icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

1. İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Madddə 7 (1). İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Maddə 8 (1). İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əml akın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbd ən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətdə qətnamənin icarə haqqı ilə bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etsə də, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsini qətnaməsi də məhz həmin hissə üzrə olub. Bu baxımdan, icarə haqqı ilə bağlı iddianın təmin edilməyən hissəsində qətnamənin ləğvinin xahiş edilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam mübahisələndirilməsi kimi qəbul edilməli və qətnamənin tam yoxlanması dedikdə, həmin hissə başa düşülməlidir.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

29. İddiaçı icarə haqqı ilə bağlı tələbinin əsası kimi cavabdehlə icarə müqaviləsi bağlanmasına, ilk 3 il ərzində ayda 100 manat, sonrakı 5 il ərzində ayda 200 manat olmaqla cavabdehin ümumilikdə 15600 manat icarə borcunu olmasına istinad etmişdir.

30. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi sonrakı 5 il üçün aylıq 200 manat icarə haqqı ilə bağlı iddiaçının iddia tələbini əsasl ı saymamış, bunu elə iddiaçının özünün iddianın həcminin artırılması barədə ərizəsində istinad etdiyi hallar baxımından (cavabdehin ona qarşı nalayiq hərəkətlər etməkdə davam etməsi və cavabdehə icarə haqqına etdiyi güzəştləri etməmək qərarına gəlməsi) qəbul etməmişdir.

31. İlk 3 il ərzində ayda 100 manat icarə haqqı ilə bağlı iddianı rədd edərkən isə apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni bununla bağlı iddiaçının sübut təqdim etməməsi ilə əsaslandırmışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hər iki iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, b u barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

33. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 13-19-cu bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.

34. Buna görə də hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəlilləridir.

35. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır.

36. Əvvəla, “şifahi razılığa görə cavabdehin 100 manat icarə haqqını anasına verməli olması barədə” apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin səhv olması ilə bağlı dəlilə münasibətdə qeyd edilməlidir ki, iddiaçı özü iddia ərizəsində cavab dehlə belə bir razılaşma olmasını bildirmişdir. Bu baxımdan, “şifahi razılığa görə cavabdehin 100 manat icarə haqqını anasına verməli olması barədə” apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə səhv deyil, əksinə, bu nəticə iddiaçının özünün dediklərinə uyğun olmuşdur.

37. İcarə haqqının ödənilməsini sübut etmək vəzifəsinin cavabdehin üzərində düşməsi barədə dəlillə bağlı qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, iddiaçı öz tələbini, cavabdeh isə etirazının əsası kimi hansı hala istinad edirsə, həmin halları da müvafiq olaraq sübut etmək vəzifəsi onların üzərinə düşür.

37. Prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərin də olması barədə ümumi prinsipi əks etdirsə də, tələbin qanuni əsasını təşkil edən normalar tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən edə bilər. Odur ki, hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün bölüşdürülməsi işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

38. Hazırki işin halları baxımından, iddiaçı ilk 3 il ərizndə aylıq icarə haqqının anasına ödənilməməsini bildirisə, belə olan halda, sübut etmə yükü dəyişir və icarə haqqının anasına ödənilməməsini iddiaçı müvafiq sübutlarla sübut etməli idi. İşdən isə iddiaçının bununla bağlı hər hansı sübut (şahid ifadəsi və s.) təqdim etməsi görünmür. Cavabdeh isə razılığa əsasən həmin pulu anasına verdiyini bildirir. İlk 3 il ərzində aylıq icarə haqqının ödəni lməsini sübut etmə vəzifəsini cavabdeh o vaxt daşıyardı ki, icarə haqqının iddiaçının özünə verilməli olması ilə bağlı tərəflər arasında razılaşma olması müəyyən edilərdi. Hazırki işdə tərəflər arasında belə bir razılaşmanın olması müəyyən edilməyib.

39. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində olan əşyaları cavabdehin məhv etməsi, bununla da iddiaçıya ziyan vuruması, deliktlə bağlı maddi hüquq normalarının pozulması barədə kassasiya şikayətinin dəlilləri isə hazırkı kassasiya baxışının predmeti olmadığı üçün kollegiya bunlara qiymət vermir. Belə ki, kassasiya baxışının predmeti icarə haqqı ilə bağlı iddianın təmin edilməyən hissəsdir. Bu tələb müqaviləyə əsaslanan tələbdir. Deliktlə bağlı tələb isə qanuna əsaslanır və iddiaçı həmin hissəni, ümumiyyətlə, mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı mübahisələndirmədiyi hissəyə də aid dəlillər irəli sürmüşdür ki, belə dəlillərə kassasiya baxışının predmeti baxımından qiymət verilməsi istisna edilir.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiaçi oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-703/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar