Məhkəmə qərarları › İş №2(102)-337/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-337/2023

24.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-337/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. xx.xx.2013-cu il tarixli kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. 2. xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.8333 faiz olmaqla 48 ay müddətinə 30000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. 3. xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi cavabdehlər Cavabdeh2, X10 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. 4. xx.xx.2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin sonu xx.xx.2019-cu il tarixədək dəyişdirilmişdir. 5. 6.09.2013-cu il tarixli ipoteka müqaviləsinə əsasən, İddiaçı QSC ilə X5 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh3 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdeh ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi y aşayış evini ipoteka ilə yüklü etmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 15901.64 ABŞ Dolları məbləğində kredit borcu, 21133.36 ABŞ Dolları məbləğində f aiz borcu və 15984.87 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 53019.87 ABŞ Dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, evdən çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddianı müda fiə edərək göstərmişdir ki, xx.xx.2013-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli 26R000005892 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.8333 faiz olmaqla 48 ay müddətinə30.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 26R000005892SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 banka cəmi 36609.77 ABŞ dolları borcu vardır. Kredit xətti müqaviləsi ü zrə Cavabdeh1 öhdəliklərini icra etmək məqsədilə cavabdehlər Cavabdeh2 və X10 ilə xx.xx.2014-cü il tarixdə, Cavabdeh3 ilə xx.xx.2013-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2013-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit xətti üzrə kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 dövlət rüsum u, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6001 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 kredit razılaşması üzrə əsas borc üzrə 15.901.64 ABŞ dolları və faiz borcu üzrə 3608.40 ABŞ dolları təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspertiza rəyini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən ekpert rəyi nəzərə alınmalıdır. Ekspertiza xərci 100 manat təşkil etmişdir.

10. Lazur-A MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sah əsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 50.000, likvid dəyəri isə 45.000 manat təşkil etmişdir.

11. Göyçay rayon məhkəməsinin (Hakim X1 edən) 2(046)-82/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdeh1 kredit razılaşması 15901.64 ABŞ dolları əsas borcu, 3608.40 ABŞ dolları faiz borcu, 984.87 ABŞ dolları kredit borcunun, cəmi 20494.91 ABŞ dolları kredit borcu Azərbaycan manatı ilə məzənnəsi, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, Tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcunun ödənilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 50.000 manat, likvid dəyəri 45.000 manat məbləğində müəyyən edilməsi və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmiş, İddia tələbi qalan hissədə və kredit borcunun tutulmasına dair cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qaldırılan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi cavabdehlər Cavabdeh2, X2 Gülüş Feyruz qızı bankla zaminlik müqaviləsi bağlamışdır. Cavabdehlər Cavabde h2, X2 Gülüş Feyruz qızı Cavabdeh1 50.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 isə yuxarıda qeyd edilən müqavilə üzrə cəmi 30.000 ABŞ dolları kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmış, kredit xətti müqaviləsi üzrə kreditin faiz dərəcəsinə və ödəniş planına dəşiklik edilmişdir. xx.xx.2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən kredit razılaşması üzrə ödəniş cədvəlinin müddətinə artırılaraq xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Buna görə də İddiaçı QSC qarşısında Cavabdeh2, X10, Cavabdeh3 nın zamin kimi öhdəliklərinin müddəti xx.xx.2019-cu il t arixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsini xx.xx.2021-ci il tarixdə iddia ərizəsi tərtib etməklə, xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, yəni zaminlik müqaviləsinin qüvvədə olma müddətindən 1 il keçdikdən sonra müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlər zaminlər Cavabdeh2, X6 və Cavabdeh3 tələb etməkdə haqlı deyildir. İddia onlara qarşı qaldırılan hissədə təmin edilə bilməz.

13. Bundan başqa məhkəmə bildirmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh3 qızının mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evi İddia çı QSC ilə Cavabdeh1 bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, İddiaçı QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh3 ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin fərdi yaşayış evinin boşaldılmasını tələb etməkdə haqlıdır.

14. Məhkəmə hesab etmişdir ki, İddiaçı QSC-nin cavabdehlərdən kredit razılaşması üzrə 15984.87 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 984.87 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinə tutma və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1, 462.1, 467, 477.0.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Göyçay Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(046)-82/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və İddiaçı QSC-nin iddiasının əsassız olduğu üçün təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, ipoteka müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Belə ki, ünvan 1 ünvanında x üsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evi Cavabdeh5 ilə Cavabdeh3 birgə nigah dövründə əldə edilmişdir. Həmin əmlakın bir hissəsi Cavabdeh3, qalan hissəsi isə Cavabdeh5 mülkiyyəti sayılır. Həmin əmlakın ipotekaya qoyulması yalnız Cavabdeh5 razılığı ilə həyata keçirilməli idi. Lakin Cavabdeh5 həmin əmlakın ipotekaya qoyulmasına razılıq verməmişdir. Həmin əmlakın ipotekaya qoyulmasına razılıq verilməsi barədə 26 sentyabr 2013-cü il tarixli ərizədəki imza Cavabdeh5 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Lakin işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013cu il tarixli ipoteka müqaviləsinin etibarlı olub-olmaması müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə xx.xx.2013cu il tarixli ipoteka müqaviləsinin etibarlı olub-olmaması müəyyən edilməmişdir. Bununla da məhkəmə Mülki Məcəllənin 337.1 -ci maddəsinin və Mülki Məcəllənin 339-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Həmçinin, birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin, həmin Qanunun 1.0.9-cu maddəsinin. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, 7-ci və 8-ci maddələrinin tətbiqində səhvə yol vermiş, bununla da tətbiq edilməli olan maddi hüquq normasım tətbiq etməmiş, nəticədə ipoteka predmeti olan əmlak dəyərindən çox aşağı qiymətə qiymətləndirilmişdir. Bu isə öz növbəsində Cavabdeh3 həmin əmlak üzərində mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəkdir.

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, arvadı Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipotekaya qoyan zaman o, 3 il müddətinə ipoteka qoyulmasına razılıq vermişdir. Sonrakı dəyişikliklərdən məlumatı olmamışdır. 3 ildən sonra devalvasiya olduğuna görə oğlu Mehman götürdüyü kred it borcunu ödəyə bilməmişdir.

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1019/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (X13 Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X11) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində Cavabdeh5 həmin əmlakın ipotekaya qoyulmasına razılıq verməməsi, həmin əmlakın ipotekaya qoyulmasına razılıq verilməsi barədə 26 sentyabr 2013-cü il tarixli ərizədəki imza Cavabdeh5 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh5 məhkəmə kollegiyasının iclasında iştirak edərək izahatında 2013-cü ildə ipoteka müqaviləsi bağlanarkən hazırki iş üzrə cavabdeh olan arvadı Cav abdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipotekaya qoyan zaman o, 3 il müddətinə ipoteka qoyulmasına razılıq vermişdir. Həmin razılıq yazılı formada ifadə edilmişdir və onun kserosurəti mülki işin 26-cı vərəqindədir. Həmin ərizədə göstərilmişdir ki, Cavabdeh5 həyat yoldaşı Cavabdeh3 məxsus olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ‘Aceessbank’ Qapalı Səhmdar Cəmiyyətinə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır, ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda, onu qeydşərtsiz tərk edəcəyini öhdəsinə götürür. Həmin ərizədə öhdəliyin 3 il müddətinə götürüldüyü barədə heç bir qeyd yoxdur.

22. M əhkəmə kolelgiyası qeyd etmişdir ki, əmlakın ipotekaya qoyulmasına razılığı tələb olunan şəxsin ipoteka müqaviləsi bağlandığı zaman razılığı tələb olunur ki, hazırki iş üzrə də Cavabdeh5 evin ipotekaya qoyulmasına razılıq vermişdir.

23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində ipoteka predmeti olan əmlakın dəyərindən çox aşağı qiymətə qiymətləndirilməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, 26 sentyabr 2013-cü ildə ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 18.828 manat müəyyən edilmişdir ki, hazırki qətnamə ilə ipoteka predmetinin müəyyən olunmuş 50.000 manat ilkin satış qiyməti həmin qiymətdən təqribən 2.5 dəfə çoxdur. Bu da ona dəlalət edir ki, apellyatorların həmin dəlili əsassızdır. Məhkəmə k ollegiyası onu da qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti olaraq onun likvid dəyəri (hazırki iş üzrə 45.000) göstərilməli olduğu halda, onun bazar qiyməti olan 50.000 manat ilkin satış qiyməti kimi müəyyən edilmişdir. Həmin hal iddiaçı tərfindən mübahisələndirilmədiyindən araşdırılmamışdır.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

25. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 277.1, 31 7.1, 319.1, 385.1, 432.4, 442, 443.1, 445.7, 448.1, 462, 467, 477.0.4, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 39.3.3, 59.3, 59.4-cü madələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1019/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi "xxxx" QSC-nin iddia ərizəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayəti ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, Şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən norm alara istinad edilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 277.1 ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı olduqda girov qoyula bilər.

29. Maddə 317.1 borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Maddə 319.1 əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

31. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və y a müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 432.4 əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

33. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

34. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

35. Maddə 445.7 borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

36. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

37. Maddə 462.1 dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

38. Maddə 467 məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər.

39. Maddə 477.0.4 zaminlik müqaviləsində göstərilmiş onun ver ilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

40. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

41. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

50. Maddə 8.1 ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin no tariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər.

51. Maddə 39.3.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

52. Maddə 59.3 ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkin lik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

53. Maddə 59.4 bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar Kass asiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində Cavabdeh5 qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 200 5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar