Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3370/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 iyun 2018-ci il tarixli qətnaməs indən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2018-cı il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması tələbinə dair iddiası təmin edilmiş, "xxxx” MTK-nın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134C ünvanında yerləşən, sahəsi 4,73221 ha olan torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarına –Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi, X6. Cavabdeh3, Cavabdeh4, X7 və X5 tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, ‘ ‘xxxx” MTK-nın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134C ünvanında yerləşən, sahəsi 4,73221 ha olan torpaq sahəsi hüdudları daxilində avtoduracaq kimi tsdfadə olunan ərazinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən boşaldılması, həmin ərazidə yerləşdirilmiş bütün növ nəqliyyat vasitələrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin hesabına məcburi olaraq çıxarılması, “xxxx” MTKnın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134C ünvanında yerləşən, sahəsi 4,73221 ha olan torpaq sahəsi hüdudları daxilində X6 tərəfindən istifadə edilən yeməkxana (kafe), qaraj, mətbəx və köməkçi tikililərin X3 hesabına sökülməsi, X1un əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 “xxxx” MTK-nın mülkiyyətində olan Bakı səhəri, Xətai rayonu, Nobel prospekti 134C ünvanında yerləşən, sahəsi 4,73221 ha olan torpaq sahəsi hüdudları daxilində özbaşına olaraq inşa etdikləri tikilidən - yaşayış evindən məcburi olaraq çıxarılması və özbaşına tikilinin sökülməsi,“xxxx” MTK-nın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134C ünvanında yerləşən, sahəsi 4,73221 ha olan torpaq sahəsi və həmin torpaq sahəsindəki ümumi sahəsi 202,0 kv.metr olan əmlak kompleksi kimi müəssisə boşaldılaraq “xxxx” MTK-ya təhvil verilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 160 (yüz altmış) manat məbləğində pul vəsaitinin X2 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və H.Həmidov) Xətai Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C ünvanında yerləşən 4,73221 ha torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçı MTK-ya, və yaxud ona məxsus olması ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Tərəflər arasında həmin daşınmaz əmlaka dair davam edən digər mübahisə üzrə Ali Məhkəmə MK-nın 16 aprel 2019-cu il tarixli qərarı ilə sözügedən 4,73221 hektar torpaq sahəsinin qanuni əsaslarla X1a aid olduğu, MTK-nın adına torpaq sahəsinə mülkiyyət s ənədi verilərkən yanlışlığa yol verildiyi müəyyən olunmuşdur. Mübahisəli daşınmaz əmlak "xxxx" ASC-yə məxsus olmuş, ASC ilə X1 arasında 11 noyabr 2004-cü il tarixdə 6 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmış, X1 mübahisəli daşınmaz əmlakı əldə etmişdir. Qeyd edilən daşınmaz əmlaklar X1 və iş üzrə digər cavabdehlərin istifadəsində olarkən onlara dair ƏMDK və X2 arasında icarə müqaviləsi, daha sonra isə icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin bağlanması da qanunsuz olmuşdur. Bundan başqa, iş üzrə keçirilmiş ekpertiza rəyini də qəbul etmirlər. Ona görə ki, MTK-ya çıxarış verilərkən əmlakın yerləşmə koordinatları əvvəlki sənədinə görə deyil, sonradan dəyişdirilmiş koordinatlarla "xxxx" ASC-yə məxsus ərazinin koordinatlarına uyğun qeyd edilmişdir. Yəni 202 kv.m. sahəs i olan tikilinin yerləşdiyi 0,1179 ha torpaq sahəsinin koordinatlarının əvəzndə, 4,73221 ha torpaq sahəsinin koordinatlarını göstərməklə "xxxx" ASC-yə məxsus 4,68143 ha torpaq sahəsi də cizgisinin daxilinə oturzdurulmuşdur. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 iyun 2018ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması haqqında yeni qərarın qəbulunu xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı "xxxx" MTK cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, tikililərdən və torpaq sahəsindən çıxarılma, əmlakların boşaldılması, özbaşına inşa edilmiş tikililərin sökülməsi və əmlakların təhvil verilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək MTK-nın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N obel prospekti 134C ünvanında yerləşən 202 kv.m. tikili və 4,73221 ha torpaq sahəsi, Zığ yolu 4 ünvanında yerləşən 215,4 kv.m. tikili və 1,27324 ha torpaq sahəsi və Zığ yolu 4 ünvanında yerləşən 536,5 kv.m. qeyriyaşayış binası və 0,06033 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarına cavabdehlər tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, cavabdeh X1un əmlakları ilə birlikdə MTK-ya məxsus tikililər və onların altında yerləşən torpaq sahələrindən çıxarılması, həmin tikililər və onların yerləşdiyi torpaq sahələrinin Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən boşaldılması və orada yerləşən bütün nəqliyyat vasitələrinin öz hesablarına çıxarılması, sözügedən torpaq sahələrində cavabdehlər və qeyriləri tərəfindən inşa edilmiş bütün tikililərin sökülməsi, torpaq sahələri və üzərilərindəki tikililərin boşaldılaraq MTK-ya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MTK iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək MTK-nın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134C ünvanında yerləşən 202 kv.m. tikili və 4,73221 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarına cavabdehlər tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, həmin tikililər və onların yerləşdiyi torpaq sahələrinin Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən boşaldılması və orada yerləşən bütün nəqliyyat vasitələrinin öz hesablarına çıxarılması, sözügedən ünvanda yerləşən torpaq sahəsiin hüdudları daxilində cavabdeh X1 tərəfindən istifadə olunan yeməkxana (kafe), qaraj, mətbəx və köməkçi tikililərin cavabdehin hesabına sökülm əsi və cavabdehin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, digər cavabdehlər Cavabdeh3 ailə üzvləri ilə birlikdə MTK-ya məxsus torpaq sahəsində inşa etdikləri sahədən çıxarılmaları, özbaşına tikililərin sökülməsi, sözügedən ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılaraq MTK-ya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv olunmalı və iş həmin hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin mübahisəsiz halları o ndan ibarətdir ki, ünvan 3 ünvanda yerləşən və sahəsi 202,0 kvm olan əmlak kompleksi ilkin olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X2ə icarəyə verilmiş və bu barədə onların arasında 15.04.2014-cü il tarixli 6496 saylı icarə müqaviləsi bağlanmışdır. 08.05.2014-cü il tarixdə isə onların arasında icarəyə verilmiş əmlakın alqı-satqısına dair 5363 saylı müqavilə bağlanmışdır. Müqavilədə əmlak kompleksinin dəyəri 47.992 manat göstərilmişdir. X2in əmlak kompleksi üzərində hüquqları 29.05.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmin çıxarışda əmlak kompleksinin yerləşdiyi və istifadəsində olan torpaq sahəsinin 0.02368 ha olmaqla dövlət mülkiyyətində olduğu qeyd edilmişdir. Lakin 11.07.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi həmin ünvanda yerləşən 47322.1 kvm torpaq sahəsini Əmlak kompleksinin istifadəsində olan torpaq sahəsi kimi X2ə satmış və bu barədə onların arasında göstərilən tarixdə 5068 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə torpaq sahəsinin 321.790 manata satıldığı qeyd olunmuşdur. 29.10.2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətində 4.73221 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 202,0 kvm qeyri-yaşayış sahəsini 400.000 manata Ramil Alışova satmış, Ramil Alışov isə mülkiyyət hüququ qeydə alındıqdan sonra həmin torpaq sahəsini və qeyri-yaşayış sahəsini 26.01.2015- ci ildə eyni qiymətə “xxxx” MTK-ya satmışdır. “xxxx” MTK-nın qeyd olunan torpaq sahəsi və əmlak kompleksi üzərində mülkiyyət hüququ 0 3.02.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda həmin MTK-nın mülkiyyətindədir. MTK-nın təsis sənədlərindən görünür ki, MTK (əvvəlki adı "X10" MTK) 24 may 2013-cü il tarixdə təsis edilmişdir; X2 MTK-dakı 20 faiz payın sahibidir. Eyni zamanda iş materiallarından görünür ki, Cavabdeh2 və Bakı "xxxx" ASC arasında 11 noyabr 2004-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinin sağındakı ətrafı daşla hasarlanmış qeyri-yaşayış sahəsi - Xammal bazası üzrə əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə Əmlakın İnventarlaşdırılması Bürosunun verdiyi 26.08.2004-cü il tarixli Texniki pasporta əsasən Bakı "xxxx" ASC-nin istifadəsində olan Xammal bazasındakı bina və qurğular X1a 62.000.000 manat müqabilində satılmışdır. Digər tərəfdən, mübahis əli ünvanda Kəlbəcər rayonundan məcburi köçkün olan Cavabdeh3 ailə üzvləri ilə birlikdə 1998-ci il tarixdə inşa etdiyi evdə yaşamaqdadır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi MTK-ya məxsusdur. Lakin cavabdeh fiziki şəxslər həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və orada özbaşına tikililər inşa etmişlər. Bu hal, MTK-nın mülkiyyət hüququnu pozur. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası, əvvəlcə onu qeyd etməyi zəruri sayır ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən X1un işdə iştirakı təmin edilməmiş, nəticədə kobud prosessual hüquq pozuntusuna yol verilmişdir. Belə ki, iş materiallarında (Cild 1, i/v. 10) X1un rəsmi qeydiyyat ünvanının ünvan 5 Z ayidovun faktiki ünvanı kimi ünvan apellyasiyanın mümkünlüyü üzrə qərardad 30 may 2018-ci il tarixdə qəbul edilmiş və apellyasiya şikayətinə baxılması 29 iyun 2018-ci il tarixə, saat 17:30-a təyin edilmişdir. Məhkəmə bildirişi cavabdeh X1un qeydiyyatda olduğu ünvana deyil, iddia ərizəsində qeyd edilən ünvana, yəni ünvan 7an düzgün deyil" əsası ilə geri qaytarılmışdır (Cild 2, i/v. 23). 29 iyun 2018-ci il tarixdə X1un iştirakı olmadan məhkəmə iclası keçirilmiş və mübahisələndirilən qətnamə qəbul edilmişdir. Həmin iclasa dair tərtib edilmiş protokoldan (Cild 2, i/v. 13-14) görünür ki, apellyasiya məhkəməsi yerində müşavirə edərək işə baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi, X1a məhkəmə iclası barəsində lazımı qaydada məlumat verilməmişdir. Halbuki MPM-in 134.1.4-cü maddəsinə görə, məhkəmə bildirişi işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. MPM-in 135.1-ci maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-in 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli ş əxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. MPM-in 147-ci maddəsinə görə, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Beləliklə, apellyasiya məhkəməsi X1un faktiki yaşadığı yerin məlum olmam asına baxmayaraq iddia ərizəsində qeyd edilən ünvana məhkəmə bildirişi göndərmiş, həmin bildirişin çatdırılmamasına baxmayaraq işə X1un iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, işə baxılması üçün yetərli prosessual müddətin qalmasına baxmayaraq ilk iclasda işi yekunlaşdırmışdır. Qeyd edilənlər apellyasiya məhkəməsi tərəfindən kobud prosessual hüquq pozuntusuna yol verildiyinə əsas verir. MPM-in 418.4.5-ci maddəsinə görə, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. MPM-in 418.5-ci maddəsinə görə, bu Məcəllənin 418.4.1.—418.4.3-cü və 418.4.6 -418.4.9cu maddələrində nəzərdə tutulmuş halların mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası, ünvan 3 ünvanda yerləşən 202 kv.m. qeyri-yaşayış sahəsi və 4.73221 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun mübahisəsiz olmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, cavabdeh X1un əsas dəlili mübahisəli torpaq sahəsinin əvvəlcə Bakı “xxxx” ASC-nin istifadəsində olması və Əmlakın İnventarlaşdırılması Bürosunun verdiyi 26.08.2004-cü il tarixli Texniki pasport əsasında Bakı "xxxx" ASC-nin həmin sahəni ona satmasıdır. X1 bununla bağlı notariat qaydasında təsdiqlənmiş 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsini təqdim etmişdi r. Eyni zamanda, MTK və X1un mübahisəli daşınmaz əmlaklarla bağlı tərəf olduğu digər mülki iş (№ 2(102)-2307/19) üzrə Ali Məhkəmənin MK-nın (sədrlik edən A. İsgəndərov, hakimlər Ə. Əhmədov və İ. Dəmirov) 16 aprel 2019-cu il tarixli qərarında apellyasiya məhkəməsinin qətnaməsinin ləğvinə səbəb olan pozuntulardan biri kimi o hal da göstərilmişdir ki, “...X2in əmlak kompleksi üzərində hüquqları 29.05.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən çıxarışda əmlak kompleksinin yerləşdiyi və istifadəsində olan torpaq sahəsinin 0.02368 ha olduğu qeyd edilsə də, 11.07.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi həmin ünvanda yerləşən 47322.1 kvm torpaq sahəsini Əmlak kompleksinin istifadəsində olan torpaq sahəsi kimi X2ə satmış və bu barədə onların arasında göstərilən tar ixdə 5068 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, daşınmaz əmlakın dövlət reyestrində olan rəsmi məlumatlara əsasən həmin vaxt Əmlak kompleksinin istifadəsində 47322.1 kvm deyil, cəmi 0.02368 ha torpaq sahəsi olmuşdur. Hazırkı işdə də iddiaçı 202 kvm əmlak kompleksi adı altında satılmış tikililərin əslində 202 kvm deyil, 1035,6 kvm olduğunu, bu tikililərin 11.11.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ona məxsus olduğunu və 47322.1 kvm torpaq sahəsində yerləşdiyini göstərmişdir”. Göründüyü kimi, MM-in 140-cı maddəsi (“Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.”) daşınmaz əmlakın dövlət reyestrindəki qeydin təkzibedilməzliyini nəzərdə tutmur. Əksinə, qeydin olması həmin qeydə əsaslanan şəxsi sübuetmə yükündən azad edir, lakin mübahisənin qarşı tərəfinə həmin qeydin həqiqiliyini mübahisələndirmək imkanından məhrum etmir. İşə baxmış apellyasiya məhkəməsi isə cavabdeh X1un irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verməmiş, eyni zamanda, mübahisəli torpaq sahəsi ilə bağlı Bakı “xxxx” ASC-nin hər hansı hüququnun olub-olmamasını, Texniki pasporta əsasən Bakı “xxxx” ASC-nin istifadəsində olan torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə bağlılığını müəyyənləşdirməmişdir. Bundan başqa, mübahisəli torpaq sahəs ində yerləşən hansı tikililərin X1 tərəfindən və hansı tarixdə, hansı əsasla inşa edildiyi məsələsinə dair hüquqi qiymət verilməmişdir. Belə ki, X1 Bakı "xxxx" ASC ilə bağladığı notariat təsdiqli 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsina hüququnun olduğunu iddia edir. Keçən müddət ərzində həmin torpaq sahəsinin və üzərindəki tikililərin X1un istifadəsində olduğu mübahisəsizdir; əks halda, MTK hazırki iddia ilə məhkəmədə iddia qaldırmazdı. Lakin X1un mübahisəli torpaq sahəsindəki konkret olaraq hansı tikililəri hansı tarixdə inşa etdiyi müəyyənləşdirilməmiş, sadəcə olaraq iddia ərizəsində sadalanan tikililərin (yeməkxana (kafe), qaraj, mətbəx və köməkçi tikililərin) cavabdehin hesabına sökülməli olması qət edilmişdir. Halbuki torpaq sahəsinin MTK -nın mülkiyyətində olması ehtimalında belə, həmin tikililərin X1 tərəfindən inşa edilib-edilmədiyi dəqiq və sübutlar əsasında müəyyənləşdirilmədən onların sökülməsi vəzifəsinin X1un üzərinə qoyulması MM-in tələblərinə uyğun deyildir. Çünki MM 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 iyun 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3370/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3370/2019
08.05.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver