Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3370/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxm aya görə əmək haqqının və son haqq-hesabın tutulması” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10045/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyin direktorunun 03 may 2021-ci il tarixli, 21 saylı əmrinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikə) əsasən 03 may 2021-ci il tarixdən xitam verilmiş, əmrdən irəli gələn vəzifəl ərin icrasının baş mühasibə tapşırılmışdır. Əmrin verilməsinə əsas kimi rəsmi xəbərdarlıq məktubları, aktlar, təqdimat, Həmkarlar İttifaqı Komitəsinin qərarı qeyd olunmuşdur.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01 seriyalı, 074621 saylı arayışa əsasən 1958-ci il təvəllüdlü İddiaçı ikinci qrup əlildir. 3. 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X1 8 nömrəli Bakı Peşə Liseyinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı məktuba görə 8 nömrəli Bakı Peşə Liseyinin Azərbaycan dili və Ədəbiyyat müəllimi İddiaçı 2020-2021-ci tədris ilindən başlayaraq vəzifə funksiyalarını yerinə yetirməkdən imtina etməklə məktəbin daxili nizamintizam qaydalarına riayət etmir və əlavə olaraq məktəbin fəaliyyətinə birmənalı şəkildə qərəzli maneç ilik törədir. Bu barədə İddiaçı xx.xx.2020-ci il tarixdə yazılı xəbərdarlıq, xx.xx.2020-ci il tarixdə töhmət verilmişdir. Hətta Nazirlər Kabinetinin tədrisin əyani formada təşkil edilməsi ilə bağlı qərarına əhəmiyyət verməyərək xx.xx.2020-ci tarixdə 235 nömrəli qrupda Azərbaycan dili fənnini əyani tədris etməli olduğu halda tədris etməmiş və həmin qrup üzrə tədrisin fəaliyyəti pozulmuşdur. Təhsil alanların fənlər üzrə summativ qiymətləndirməsi tədris jurnallarında qeyd olunmamış, summativ qiymətləndirmənin keçirilməsi üzrə faktiki sənədləşmə aparılmamışdır. Bu da öz növbəsində tələbə və valideynlərin haqlı narazılığına səbəb olmuşdur. Sözügedən bu problemlər həm Liseyin, həm də X6 fəaliyyətinin düzgün qurulmasına birmənalı şəkildə mənfi təsir göstərməkdədir. Qeyd olunan hallarla bağlı İddi açı xəbərdarlıqlar edilmiş, onun tədrisə cəlb olunması ilə bağlı bütün mümkün vasitələrdən istifadə edilmişdir. Edilən xəbərdarlıqlardan müsbət nəticə alınmamış, 12 aprel 2021-ci il tarixdə İddiaçı yenidən töhmət verilmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş olunur. 4. 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar İttifaqı Komitəsinin ümumi iclasının 100 nömrəli xx.xx.2021-ci il tarixli protokoluna əsasən 8 saylı Bakı Peşə Liseyinin Azərbaycan dili və Ədəbiyyat fənn müəllimi İddiaçı Əlumuxtar oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etirazın olmadığı qərara alınmışdır. Həmin protokolda İddiaçı nə əyani, nə distant formada heç bir dərs keçmədiyi, tələbələrin qiymətləndirilməsi uçotun u aparmadığı, bir ildə bir dəfə də olsun məktəbə gəlmədiyi, əsas fənnlər hesab olunan həmin fənnlər üzrə qiymətləndirmə aparmadığı üçün X6 yekun qiymətləndirməni müəyyən edə bilmədiyi, fəaliyyətsizliyi ilə Liseyə zərər vurduğu qeyd edilmişdir.
5. Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyin direktorunun xx.xx.2020-ci il tarixli, 69 nömrəli intizam tənbehinin tətbiqi barədə əmrə əsasən əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 8 saylı Bakı Peşə Liseyinin Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə müəllim İddiaçı Əlumuxtar oğluna yazılı xəbərdarlıq verilmişdir.
6. Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyin direktorunun xx.xx.2020-ci il tarixli, 79 nömrəli intizam tənbehinin tətbiqi barədə əmrinə əsasən əmə k funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 8 saylı Bakı Peşə Liseyinin Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə müəllim İddiaçı Əlumuxtar oğluna töhmət elan edilmişdir.
7. Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyin direktorunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli intizam tənbehinin tətbiqi haqqında əmrinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. 8. 8 saylı Bakı Peşə Liseyinin direktoru Fizuli Talıbov tərəfindən liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli müraciət məktubunun surətindən görünür ki, iddiaçıdan proqramları təsdiq etdirməsi və tədris etdiyi fənlər üzrə qrup jurnallarını yazması tələb edilmişdir. 9. 8 saylı Bakı Peşə Liseyinin direktoru tərəfindən həmin Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 17 saylı məktubun surətinə görə 2020/2021-ci tədris ilində tədris etdiyi heç bir fəndən summativ qiymətləndirmə aparmadığı iddiaçının diqqətinə çatdırılmış, dərs dediyi qruplardə təcili olaraq 1-ci yarımilin son dərs saatında summativ qiymətləndirmə (test, şifahi sorğu, inşa, yaradıcılıq) aparmaqla onların video və ya audio görüntülərini məktəbə təqdim etməsi, məktəbə gələrək jurnalları yazması xahiş olunmuşdur. 10. 8 saylı Bakı Peşə Liseyinin direktoru H.Hüseynov tərəfindən həmin Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, o, bu günə qədər hələ də tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməmişdir. TİMS platformasında dərslərini tədris etmək üçün (PT001731 pese.com.az) və parol:CY AJ3001 xx.xx.2021-ci il tarixində şəxsi whatsapp nömrəsinə məlumat göndərilmiş, lakin bu tarixədək dərsləri dərs cədvəlinə müvafiq keçməmişdir. Sonuncu dəfə xəbərdarlıq edilməklə Liseyə gələrək proqramları təsdiq etdirməsi, summativ qiymətləndirmə (test, şifahi sorğu, inşa, yaradıcılıq) aparmaqla onların video və ya audio görüntülərini məktəbə təqdim etməsi, jurnalları yazması xahiş olunmuşdur.
11. X5, X4, Əhədov Vidadi Vəkilağa oğlu, X7, X3 və X2 imzaları ilə təsdiq etdikləri xx.xx.2020-ci il tarixli aktın surətinə əsasən İddiaçı onların rəhbərlik etdikləri qruplarda dərs cədvəlində olan dərsləri xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək özü tədris e tməmiş, onun əvəzində ixtisası uyğun olmayan laborant X8 tərəfindən dərslər keçirilmişdir. 12. 01.09.2008-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən həmin müqavilə R.S.Quliyev adına 8 nömrəli Bakı Peşə Liseyi (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmışdır, əmək müqaviləsinin 2-ci bəndinə görə, işçi əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və daxili davranış qaydalarına əmək etmək öhdəliklərini də daşıyır.
13. Əmək müqaviləsi bildirişinin surətinə əsasən xx.xx.2020-ci il tarixdə sistemə daxil edilən məlumatlara əsasən İddiaçı 8 saylı Bakı Peşə Liseyində müəllim vəzifəsində işləyir.
14. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-712/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətinə əsasən İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyinin direktoruna q arşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.
15. Bak şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-679 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.
16. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-682/2021 saylı, xx.xx.2021-ci tarixli qətnaməsinin surətinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı məktubun ləğv edilməsi, əmək haqqının artırılması və ödənilməmiş hissəsinin hesablanaraq ona ödənilməsi tələ binə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-5501/2020 saylı qətnaməsinin surətinə əsasən İddiaçı apelyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)648/2020 saylı mülki iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdeh Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və son haqq-hesabın tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliy i 8 nömrəli Bakı Peşə Liseyinin direktoru Heydər Hüseynovun 03 may 2021-ci il tarixli 21 saylı əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının və son haqq-hesabın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsilli olmaqla 2008-ci ildən 8 nömrəli Bakı Peşə Liseyində işləyir. İşlədiyi dövrdə rəhbərlik tərəfindən iki dəfə fəxri fərmanla təltif edilmişdir. Əmək vəzifələrini yerinə yetirərkən sağlamlığını itirmiş, ayağında ağır cərrahiyyə əməliyyatı keçirilmişdir. 2014-cü ildən şəkərli diabet xəstəsi olmaqla ikinci qrup əlildir. Buna baxmayaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin 8 nömrəli Bakı Peşə Liseyinin direktoru Heydər Hüseynovun 03 may 2021 -ci il tarixli 21 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən 03 may 2021-ci il tarixdən xitam verilmişdir. Hesab edir ki, cavabdeh 8 nömrəli Bakı Peşə Liseyinin dirrektorunun 03 may 2021-ci il tarixli 21 saylı əmri qanunsuz və əsassızdır. Belə ki, 03 may 2021-ci il tarixli 21 saylı əmr Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndlərinin, 58-ci maddəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin, 77-ci maddəsinin 2-ci və 3-cü hissəsinin, 78-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndinin, 79-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinin və 80-ci maddəsinin 2-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Ona görə də iddia təl əbi ilə məhkəməyə müraciət etmişdir.
20. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-1986/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia tələbinin rədd edilmişdir.
21. Məhkəmə iş üzrə sübutlara və Əmək Məcəlləsinin 10, 70, 72, 80.1 və 186.2ci, Təhsil haqqında Qanunun 33.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4cü maddələrinə əsasən hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsillidir. Uzun illərdən bəri 2008-ildən hal-hazırki vaxtadək 8 №-li Bakı Peşə Liseyində işləyir. İşlədiyi dövrdə rəhbərlik tərəfindən 2 Fəxri fərmanla mükafatlandırılmışdır. Əmək vəzifələrini yerinə yetirərkən sağlamlığını itirmiş, ayağında ağır cərrahiyyə əməliyyatı keçirmişdir. 2014-cü ildən şəkərli diabet xəstəsi olmaqla ikinci qrup əlildir. Bunlara baxmayaraq üzərinə düşən vəzifələri həmişə olduğu kimi, layiqincə yerinə yetirmişdir. Məhkəmə işə qərəzli yanaşaraq yalnız cavabdehin mövqeyindən çıxış edərək qarşı tərəfin iştirakını təmin etməyərək, iddiaçı tərəfindən təqdim edilən sübutları ümumiyyətlə nəzərə almadan qanuna zidd qətnamə qəbul etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcüd olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsionə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatl arla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
24. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-10045/22 nömrəli 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər –A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov, İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə iş materiallarına əsasən qeyd etmişdir ki, İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, lakin o, xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək Liseyə gəlməmiş, tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməmiş, tədris ili başlayandan nə distant formada, nə də əyani formada dərs keçməmiş, summativ qiymətləndirmə aparmamış və jurnalları yazmamış, bununla da əmək qanunvericiliyindən və əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını üzrlü səbəblər olmadan yerinə yetirməmişdir.
26. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi qətnamələrin ləğv edilməsi məsələsinə apellyasiya məhkəməsi münasibət bildirərək hesab göstərmişdir ki, ləğv edilmiş qətnamə intizam tənbehinin tətbiqi barədə 1 əmrin (xx.xx.2020-ci il tarixli) ləğv edilməsi ilə bağlı olmuşdur. İddiaçının işdən çıxarılmasına səbəb onun barəsində tətbiq edilən intizam tənbeh tədbirləri deyil, onun intizam tənbeh tədbirlərindən sonra da öz vəzifələrini icra etməməsi olmuşdur. Belə olan halda, intizam təbneh tədbirlərinin tətbiqi ilə bağlı ə mrlərin məhkəmə qaydasında ləğv edilməsi iddiaçının işdən çıxarılması barədə əmrin də ləğv edilməsi üçün əsas deyildir. Çünki, intizam tənbeh tədbirinin tətbiqi barədə əmr işdən çıxarma barədə əmrin əsasını təşkil etmir. İşdən çıxarma barədə əmrdə iddiaçının sonradan da öz vəzifələrini yerinə yetirməməsi qeyd edilmiş və onun işdən çıxarılmasının əsasını da bu təşkil etmişdir. Yəni intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi ilə bağlı məhkəmə qətnaməsi hazırki işin həll edilməsində hər hansı rol oynamır.
27. Bundan başqa, iddiaçı barəsində intizam tənbehinin tətbiqi ilə bağlı digər 2 əmrin də (xx.xx.2021 və xx.xx.2020-ci il tarixli) ləğv edilməsi ilə halı müəyyən olunmamışdır.
28. Apellyasiya məhkəməsi mülki iş üzrə sübutlara əsasən iddiaçının Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək funksiyalarını yerinə yetirmədiyini və bunun əksinin iddiaçı tərəfindən sübuta yetirilmədiyini nəzərə alaraq hesab etmişdir ki, hazırda əmək müqaviləsinə xitam verilməsi barədə 03 may 2021-ci il tarixli 21 saylı əmrin ləğv edilməsi üçün əsas yoxdur.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 11, 70, 72, 80.1, 186.2, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 33.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istina d etdiyi ləğv edilmiş qətnamə intizam tənbehinin tətbiqi barədə 1 əmrin (xx.xx.2020-ci il tarixli) ləğv edilməsi ilə bağlı deyil, iddiaçının işdən azad olma, başqa işə keçmə və təhvil-təslim barədə 8 nömrəli Bakı Peşə Liseyinin direktoru F.Talıbov xx.xx.2020-ci il tarixli 03 saylı əmri ilə dərs hissə müdiri vəzifəsinin ixtisara düşdüyü əmrlərin ləğv edilməsi haqqındadır. Hazırda həmin mülki işə həmin tərkibdə hakim İ.Şirinovun sədrliyi ilə baxılmış və iddiaçının kassasıya şikayəti Ali Məhkəmədə mübahisələndirilir.
32. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tədrisdən yayınmış, 1 ildə 1 dəfə məktəbə getmişdir. Halbuki, ölkədə pandemiya ilə əlaqədar bütün tədris distant formada keçirildiyindən liseyə gəlib-getməyə ehtiyac olmamış və bu barədə vaxtı-vaxtında dərs cədvəlləri yazılmış, qiymətləndirmə lər aparılmış, video-audio görüntülər məktəbə təqdim edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində iddiaçıya bildirişlərin çatdırılmadığı etiraf edilsə də, məhkəmə heç bir əsas olmadan MPM-nin 185.5-ci maddəsinin müddəalarını rəhbər tutmaqla işə baxılmasını mümkün hesab etmişdir.
34. İddiaçı şikayətini Əmək Məcəlləsinin 12, 58, 69 və 77-ci, Mülki Prosessual Məcəlləsinin 88 və 217.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Təhsil haqqında Azərbaycan Respublikası Qanunu
36. Maddə 33.3. Təhsil verənlərin (o cümlədən müəllimlərin) vəzifələri aşağıdakılardan ibarətdir: təhsil proqramlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermə k; təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək və s. Azərbaycan Respublikası Əmək Məcəlləsi
37. Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri bunlardır: əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq.
38. Maddə
11. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir.
39. Maddə
70. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
40. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.
41. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən hə mkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
42. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. 54.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.
32. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir, apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə ehtiyac görmür. 56.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamal ıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10045/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.