Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3371/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Məmmədov Nail Fazil oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)xxx/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) xx.xx.2019-cu il tarixli, 2(060)-xxx/2019 nömr əli qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Təhsil şöbəsi 6 nömrəli tam orta məktəbin direktoru X2 “işdən çıxma barədə əmrin ləğv edilməsi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədov, Ş.Abasov, A.Abbasov) xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-xxx/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehin direktoru X2 “ işdən çıxma barədə əmrin ləğv edilməsi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Məmmədov Nail Fazil oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Məhkəmə tərəfindən iddia tələbi obyektiv tədqiq edilməmişdir. Belə ki, xx xxxx 2015-ci il tarixdə işə qəbul üçün yazılı ərizə ilə müraciət edib müddətsiz əmək müqaviləsi bağlayaraq fəhlə vəzifəsinə qəbul olunmuşdur. Bu müqavilənin bir nüsxəsi ona verilməmişdir. Əmək Məcəlləs inin 85-ci maddəsində qeyd edilir ki, işəgötürən bağlanmış əmək müqavilələri, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin xüsusi kitab və ya kompyuter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Bu qeydiyyat kitabı işəgötürən tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, işəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalıdır. Məhkəmə möhürlənmiş, qaytanlanmış qeydiyyat kitabını araşdırıb, bağlanmış əmək müqaviləsinin, müqaviləyə edilmiş dəyişikliklərin, verilmiş əmrlərin əsaslı və ya saxta olmasına hüquqi qiymət verə bilərdi. Buradan belə nəticəyə gəlmək olar ki, ilkin əmr, işə qəbul olunma üçün verdiyi ərizə, müqavilə, əmək kitabçası işəgötürən tərəfindən saxtalaşdırılaraq dəyişdirilmişdir. Belə ki, işə qəbul olunma haqqında nə ilkin ərizə, nə də əm ək kitabçası ona məxsus deyildir, həmin sənədlərdə olan imzalar onun deyildir. Bu barədə təkrar ekspertiza təyin edilməsi xahiş edilsə də, məhkəmə təmin etməmişdir. Məhkəmə məktəbin direktoru tərəfindən iddiaçıya öz xahişi ilə işdən çıxması üçün etdiyi təzyiqlərə də qiymət verməmişdir. Halbuki iddiaçı əmək müqaviləsi üzrə vəzifələrini vicdanla yerinə yetirmişdir. O, Əmək Məcəlləsinin 9-cu maddəsində qeyd olunan hüquqlarını tələb etdikdə direktor tərəfindən təzyiqlərə məruz qalmış, bu barədə Təhsil şöbəsinə, həmkarlar təşkilatına müraciət etmişdir. Həmin təşkilatların müdaxiləsindən sonra 2018-ci ildən ona əlil kimi 42 gün məzuniyyət verilmiş, iş saatı isə həftədə 36 saat müəyyən olunmuşdu. İddiaçı əlilliyinə, fəhləliyinə görə işəgötürən tərəfindən daim ayrı-seçkiliyə məruz qalmışdır. İşəgö türən onu iki il əvvəl işdən çıxarmaq istəmiş, lakin müqavilənin müddətsiz olması buna maneçilik torətmişdir. Qeyd olunan məsələlərlə bağlı şahidlər məhkəməyə dəvət olunsalar da, məhkəmə tərəfindən həmin şahidlərin ifadə verməsi üçün şərait yaradılmamışdır. Məhkəmə həmçinin cavabdeh tərəfindən Əmək Məcəlləsinin 47-ci maddəsinin pozulması halını da araşdırmamışdır. Həmin maddədə əmək müqaviləsinin müddətli bağlandığı hallar sadalanmışdır. Onların heç biri iddiaçı ilə 2015-ci ildə bağlanmış əmək müqaviləsinə şamil edilə bilməz. O, 2015-ci ildə boş vakant iş yerinə qəbul edilmişdir. Əmək funksiyalarının yerinə yetirilməsi şərtlərinə görə işi daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanır. İddiaçının işə qəbul olunduğu fəhlə işi d ə bu işlərə aiddir. Məhkəmənin istinad etdiyi ******* saylı, xx.xx.2015ci il tarixli əmək kitabçasının surətindən görünür ki, məktəbin direktoru tərəfindən xx.xx.2015-ci il tarixli, 44 nomrəli əmr verilərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və o, işə qəbul olunmuşdur. Verilmiş bu saxta əmrdə əmək müqaviləsinin hansı müddətə bağlanması göstərilməmişdir və onunla bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 73-cü maddəsi ilə xitam verilməsi əsassızdır, heç bir hüquqi quvvəsi yoxdur. Qətnamədə öz əksini tapan, araşdırılmayaraq ziddiyyət yaradan digər bir hal 6 nomrəli orta məktəbin iki işəgötürəninin (direktorunun) olmasıdır. Onun barəsində xx.xx.2015-ci il tarixdə işə qəbul olunan zaman iki işəgötürən-6 nömrəli məktəbin direktoru İ.Məmmədova və T.Haqverdiyeva tərəfindən əmr verilərək müqavilə bağlanmışdır. Buradan belə nəticəyə gəlmək olar ki, məktəbin direktoru İ.Məmmədovanın iddiaçı ilə bağladığı müqaviləyə xitam verilsə də, məktəbin digər direktoru T.Haqverdiyeva ilə bağlanmış müqavilə hazırda da qüvvədədir. Bu hal da məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Qətnamədən məlum olur ki, xx.xx.2015-ci il tarixli, 44 nömrəli əmrdən başqa, müddətli əmək müqaviləsinin uzadılması barədə xx.xx.2016-cı il tarixli, 72 nomrəli, xx.xx.2017-ci il tarixli, 60 nömrəli, xx.xx.2018-ci il tarixli, 70 nömrəli və əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 01. 04.2019-cu il tarixli əmrlər vardır. Bu əmrlərin heç birindən iddiaçının məlumatı və xəbəri olmamışdır. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsində qeyd edilir ki, əmək müqaviləsinə dəyişiklik, yal nız tərəflərin razılığı ilə edilir. Qeyd edilən əmrlərlə iddiaçı tanış edilməmişdir. Verilmiş bu əmrlər nə əmrlərin qeydiyyat kitabında, nə də iddiaçıya verilən əmək kitabçasında öz əksini tapmamışdır. Belə nəticəyə gəlmək olar ki bütün bu əmrlər iddiaçı işdən çıxarılandan sonra edilmiş saxtakarlıqları gizlətmək üçün verilmiş yeni saxta əmrlərdir. Məhkəmə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmri də araşdırmadan cavabdehin xeyrinə sübut kimi qəbul etmişdir. Həmin dəyişiklikdə qeyd olunur ki, iddiaçı ilə xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanıb, müqavilənin bitmə muddəti xx.xx.2019-cu il tarixdir. Belə nəticəyə gəlmək olar ki, iddiaçı ilə 1 illik yox, 4 illik müqavilə bağlanmışdır. Halbuki, xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinin müddətinin u zadılması barədə 70 nömrəli əmr verilmişdir. Yenidən əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmrin nə məqsədlə verilməsi aydın deyildir. Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə edilmiş dəyişiklikdən iddiaçının xəbəri olmamış, həmin tarixdə o, növbəti əmək məzuniyyətində olmuşdur. Əgər məhkəmə tərəfindən bu hal da obyektiv, hərtərəfli araşdırılsaydı, bu əmrin də əsassız olduğu müəyyən edilərdi. Məhkəmə tərəfindən Əmək Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş qaydalara da münasibət bildirilməmişdir. İddiaçı həftə ərzində İİ qrup əlil kimi 36 saatdan artıq işləyə biməz. Onun artıq işlədilməyi və buna gorə də əmək haqqının odənilməməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə ştat və əmək haqqı cədvəlini tələb edib araşdırmadan bu halı da qanuni saymışdır. Qətnamədə iddiaçını n bütün məzuniyyətlərdən istifadə edib, ödənişi də aldığı qeyd edilir. Lakin məhkəmə bu 4 il ərzində məktəbin direktoru tərəfindən əmək məzuniyyətlərinin verilməsi haqqında əmrləri araşdırmadan hər şeyin qanunauyğun olduğunu göstərmişdir. Əmək Məcəlləsinin 119-cu maddəsində qeyd olunur ki, əlilliyin qrupundan asılı olmayaraq əmək məzuniyyəti ən azı 42 təqvim günü verilir. Məhkəmə iddiaçının məzuniyyətə çıxmağı barədə əmrləri tam və obyektiv araşdırsaydı, müəyyən edərdi ki, iddiaçı işlədiyi 4 ildə qanunvericilikdə nəzərə tutulmuş müddətdə 4 dəfə məzuniyyətə çıxmalı idi və ona 2015-2016-cı il üçün 21 gün, 2016-2017-ci il üçün 21 gün, 2018-2019-cu il üçün 27 gün məzuniyyət verilməmiş və odənilməmişdir. Bütün bunlar sübut edir ki, məhkəmə işi tam və obyektiv araşdırmadan qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx2020 nömrəli qətnaməsinin ləğv edilməsini və bu iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh Sumqayıt şəhər Təhsil şöbəsi 6 nömrəli tam orta məktəbin direktoru X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh Sumqayıt şəhər Təhsil şöbəsi 6 nömrəli tam orta məktəbin direktoru X2 məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq, şikayəti n təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Məmmədov Nail Fazil oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi d əlillər iş üzrə keçirilmiş məhkəməxətşüünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 31387 saylı rəyi ilə tam təkzib olunur. Bundan başqa, iddiaçı apelyasiya şikayətində əmək müqaviləsinə edilmiş dəyişiklikdən onun xəbəri olmamasını göstərmişdir. Bununla bağlı qeyd edilməlidir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliklər dövlət tərəfindən müəyyən edilmiş əmək haqlarında olan artımlarla əlaqədar olmuşdur. İddiaçının apelyasiya şikayətində göstərdiyi digər dəlillər də iş üzrə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin birinci və ikinci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi ba ğlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45-ci maddəsinin birinci və ikinci hissələrinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx xxxx 2015-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında əmək müqaviləsi (kontraktı) xx xxxx 2016-cı il tarixədək, yəni 1 il müddətinə bağlanılmışdır. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 31387 saylı rəyi ilə müəyyən olunmuşdur ki, X2 ilə İddiaçı adlarından olan x xxxx 2015-ci il tarixli ə mək müqaviləsinin (kontraktı) 2-ci vərəqəsində “11.2. İşçinin adı, atasının adı və soyadı gostərilməklə ünvanı:” hissəsinin sol kuncundə “İmzası:” qrafasında olan imza İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İş materiallarından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx xxxx 2016-cı il tarixdə qurtarsa da, tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş, buna görə də Cavabdeh üzrə xx xxxx 2016-cı il tarixli, 72 saylı, xx xxxx 2017-ci il tarixli, 60 saylı və xx xxxx 2018-ci il tarixli, 70 saylı əmrlərlə əmək müqaviləsinin müddəti müvafiq olaraq 1 il müddətinə uzadılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının kasasiya şikayətində dəlil kimi istinad etdiyi hallar apelyasiya şikayətində də olduğu kimi göstərilmiş, apelyasiya baxışında olduğu kimi, kasasiya yoxlaması zamanı da iddiaçının istinad etdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqdadır. Apelyasiya kollegiyası şikayətin dəlilləri əsasında işin halları üzrə araşdırma apararkən düzgün hüquqi mövqeyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, hüquqi mövqeyini düzgün olaraq izah etmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3371/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3371/2020
21.07.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver