Məhkəmə qərarları › İş №2(102)-3371/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3371/2021

09.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3371/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxx Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə, X2 və X4 qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tə rkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)314/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı (1/2 hissədən 3 otaq, y/s 39,1 kv.m., k/s 8,2 kv.m.), X5 (1/2 hissədən 1 otaq, y/s 20,0 kv.m.), X7 (1/2 hissədən 2 otaq), X1 (2 otaq, B tikilisi) və X3 (1/2 hissə) paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı oğlu X6 və xxx Cavabdeh 29 yanvar 1999-cu il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəm əsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadır və faktiki yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh xxx Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinin naturada ayrılmış ½ hissəsinin 3 otağından ibarət, yaşayış sahəsi 39,1 kv.m., köməkçi sahəsi 8,2 kv.m. olan sahələrinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həm in fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xxx Cavabdeh mübahisə edilən fərdi yaşayış evinə hər hansı hüquqi bağlılığı olmamış, mənzil üzərində istifadə hüququ yaranmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)552/2019 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia tələbi təmin edilmiş, cavabdeh xxx Cavabdeh ünvan 1saylı fərdi yaşayış evinə münasibətdə istifadə hüququ olmayan hesab edilməklə, həmin evdən çıxarılması, bu halın cavabdehin qeydiyyatdan çıxarılmasına əsas olması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin mübahisəli mənzildə yaşamaq üçün hər hansı bir hüquqi əsası yoxdur. Cavabdehin iddiaçının paylı mülkiyyətində olan evdə q eydiyyatda qalması sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh xxx Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)-552/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(103)-9957/2019 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Xəlilovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) cavabdeh xxx Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)-552/2019 n ömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 228.1, 228.2ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, istifadə hüququ dövlət reyestrində qeydə alınmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh xxx Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(103)-9957/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(102)-487/2020 nömrəli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun sədrliyi və məruzəsi ilə, hak imlər M.T.Əhmədovadan və V.Ə.İbayevdən ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(103)-9957/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırki tələbində cavabdehin paylı mülkiyyətdə olan fərdi yaşayış evinin ona məxsus olan 1/2 hissədən ibarət 3 otaq, yaşayış sahəsi 39,1 kvadrat metr, köməkçi sahəsi 8,2 kvadrat metr hissədən istifadə hüquqlarının olmamış hesab edilməsi və həmin fərdi yaşayış evindən çıxarılmasını tələb etmiş, lakin işə baxan birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq cavabdehin ünvan 1saylı fərdi yaşayış evinə münasibətdə i stifadə hüququ olmamasını müəyyən etməklə, həmin evdən çıxarılmasını qət etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu hala diqqət verməmişdir. Həmçinin birinci instansiya məhkəməsi iş materiallarında paylı mülkiyyətçilərdən ikisinin, xxxun və xxxun məhkəməyə təqdim edilmiş ərizələrinə istinad etmişdir. Həmin ərizələrdən görünür ki, sonuncular cavabdehin İddiaçı məxsus sahədən çıxarılmasına etiraz etmədikləri qeyd etmişlər. Qeyd edilən paylı mülkiyyətçilərin onlara məxsus hissədən çıxarılması barədə tələbi olmadığı halda, məhkəmə iddia tələbindən kənara çıxaraq cavabdehin mübahisəli evdən istifadə hüququnun olmaması və evdən çıxarılmasını qət etmişdir. Digər paylı mülkiyyətçilər xxx və xxxnın isə ümumiyyətlə iddiaya razılıqlarının və ya tələblərinin olması müəyyən edilmir. Bundan başqa iş materiallarında görünür ki, cavabdeh məhkəmə iclaslarında mübahisəli ünvanda yerləşən fərdi yaşayış evində əri ilə birlikdə özbaşına tikili inşa etdirərək orada uşaqları ilə birlikdə yaşadığını, həmin tikilin iddiaçının mülkiyyətində olan sahəyə aid olmadığını göstərmişdir. İşə baxan məhkəmələr bu hala əhəmiyyət verməmiş, iddia tələbinin cavabdehin fərdi yaşayış evindən çıxarılması hissəsinə qiymət verərkən tələbin bu hissəsinin həlli üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni cavabdehin uşaqları ilə birlikdə yaşadığı tikilinin iddiaçının mülkiyyətində olan hissədə yerləşibyerləşməməsini müəyyən etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)-314/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)-552/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iddianın rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi iş materiallarında paylı mülkiyyətçilərdən ikisinin, xxxun və xxxun məhkəməyə təqdim edilmiş ərizələrinə istinad etmişdir. Həmin ərizələrdən görünür ki, sonuncular cavabdehin İddiaçı məxsus sahədən çıxarılmasına etiraz etmədikləri qeyd etmişlər. Digər paylı mülkiyyətçilər xxx və xxxnın isə ümumiyyətlə iddiaya razılıqlarının və ya tələblərinin olması müəyyən edilmir. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh məhkəmə iclaslarında mübahisəli ünvanda yerləşən fərdi yaşayış evində əri ilə birlikdə özbaşına tikili inşa etdirərək orada uşaqları ilə birlikdə yaşadığını, həmin tikilinin iddiaçının mülkiyyətində olan sahəyə aid olmadığını göstərmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən iddia tələbinin cavabdehin fərdi yaşayış evindən çıxarılması hissəsinin həlli üçün cavabdehin uşaqları ilə birlikdə yaşadığı tikilinin iddiaçının mülkiyyətində olan hissədə yerləşib yerləşməməsini müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 oktyabr 2020-ci il tarixli rəyindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi idarəsi Daşınmaz Əmlakın Texniki Pasportunun məlumatlarına əsasən, Bakı şəhəri Yasamal rayonu, Qədirli küçəsi yerləşən 1/5 saylı fərdi yaşayış evinin “V” literli tikilinin 10 saylı tikilisinin qarşısında əlavə 7,6 kv.m (2,55 x 3,0) sahəsi olan yardımçı dəhliz-mətbəx tikilisinin və 12 saylı tikili daxil olmaqla əlavə 6,3 kv.m (3,0x2,10) yardımçı tikilinin inşa edilmişdir. Qeyd olunur ki, yuxarıda göstərilən tikililər texniki pasportda öz əksini tapmayan tikililərdir. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisəli ünvan 2 ünvanda iddiaçının mülkiyyətində olan 3 otaq, ya şayış sahəsi 39,1 kvadrat metr, köməkçi sahəsi 8,2 kvadrat metr hissədən əlavə özbaşına tikili mövcuddur və cavabdeh həmin tikilidə yaşayır. Beləliklə, iddiaçı cavabdehin ona məxsus qeyd edilən hissədə yaşadığını sübut edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)-314/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessua l hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən təkrar apellyasiya baxışı zamanı alınmış ekspert rəyi düzgün qiymətləndirilməmiş, ekspertiza tədqiqatı zamanı mübahisələndirilən ünvanla yaşayış otaqlarından ibarət özbaşına tikilinin olmaması sübuta yetirilmiş, məhkəmə iddiaçının “yerində müayinə keçirilməsinə dair” vəsatətini təmin etməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və v axtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxslər, onların nümayəndələri, habelə vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kə sin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə ü çün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks et dirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması, sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi məhkəmənin qətna məsindən müəyyən olunur ki, məhkəmə iddianı 2 əsasa görə rədd etmişdir: 1. birinci instansiya məhkəməsi tərəfindən tələbdən kənara çıxılmış, daşınmaz əmlakın bütün mülkiyyətçilərinin iddiaya münasibəti araşdırılmamış; 2. iş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertizası rəyi ilə mübahisələndirilən ərazidə özbaşına tikililərin mövcud olması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin əsaslardan heç biri hazırki vəziyyətdə iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi birinci halla bağlı qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsi əvvəlki qərarında həmçinin göstərilən nöqsana istinad edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmişdir. Lakin məhkəmə həmin qərarda göstərilən pozun tunun iddianın rədd olunması üçün əsas olduğunu göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qeyd olunan göstərişini araşdırarkən nəzərə almamışdır ki, iddiaçı ilk tələbində cavabdehin ünvan 1saylı fərdi yaşayış evinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, sonradan iddia tələbini dəqiqləşdirmiş və mübahisələndirilən daşınmaz əmlak qismində iddiaçının mülkiyyətində olan ünvan 1saylı fərdi yaşayış evinin naturada ayrılmış 1/2 hissəsinin 3 otağından ibarət, yaşayış sahəsi 39,1 kv.m., köməkçi sahəsi 8,2 kv.m. olan sahələrini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməsində iddiaçının də qiqləşdirilmiş tələbinə və cavabdehə qarşı iddianın təmin edilməsi üçün fərdi yaşayış evinin digər paylı mülkiyyətçilərinin razılıqlarının tələb olub-olmaması məsələsinə hüquqi qiymət verməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin əvvəlki qərarında irəli sürdüyü göstərişə əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertin 20 oktyabr 2020-ci il tarixli rəyindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi Daşınmaz Əmlakın Texniki Pasportunun məlumatlarına əsasən, ünvan 4yerləşən 1/5 saylı fərdi yaşayış evinin “V” literli tikilinin 10 saylı tikilisinin qarşısında əlavə 7,6 kv.m (2, 55 x 3,0) sahəsi olan yardımçı dəhliz-mətbəx tikilisinin və 12 saylı tikili daxil olmaqla əlavə 6,3 kv.m (3,0x2,10) yardımçı tikilinin inşa edilmişdir. Qeyd olunur ki, yuxarıda göstərilən tikililər texniki pasportda öz əksini tapmayan tikililərdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan ekspert rəyinə istinad edərək, belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olmayan özbaşına tikililərdə yaşayır, iddiaçı cavabdehin evin ona məxsus hissəsində yaşadığını sübut edə bilməmişdir. Lakin, ekspert rəyinin məzmunundan da müəyyən olunur ki, tədqiqat zamanı müəyyən edilmiş özbaşına tikililər yardımçı sahələrdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının mülkiyyətində olan sahədə deyil, yalnız yardımçı sahələrdə yaşamasının mümkünlüyünə hüquqi qiymət verməmiş, iddiaçının vəkili mübahisələndirilən sahənin yerində müayinə edilməsinə dair yazılı vəsatət versə də, bu vəsatətə münasibət bildirməmiş (müvafiq məhkəmə iclas protokolunda buna dair qeyd yoxdur) və son nəticədə ziddiyyətli bir nəticəyə gəlmişdir. Nəhayət qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən hər hansı maddi hüquq normasına istinad etməmiş, bununla da MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respu blikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhk əmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iş üzrə yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddəl ərinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)-314/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar