Məhkəmə qərarları › İş №2(102)-3371/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3371/2024

24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3371/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan yaşayış evinin və yardımçı tikililərin zəbtdən azad edilməsi, evə giriş qapısının açılması, pilləkənin bərpa edilməsi, aralarında olan və cavabdeh tərəfindən sökülən hörgünün cavabdehin öz hesabına bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2(104)2531/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh və İddiaçı 07 may 1988-ci il tarixdə nikaha daxil olmuş, nikahları 16 noyabr 1995-ci il tarixdə pozulmuşdur.

2. Kəlbəcər Rayon Məhkəməsinin 18 noyabr 1995-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməklə, Göygöl şəhəri, İsrafil Məmmədov küçəsi 6 ünvanında yerləşən mülk tərəflər arasında bölünmüşdür. 3. ünvan 1 ünvanında ümumi sahəsi 54,5 kv.m olan (26,6 kv.m yaşayış otağı, 27,9 kv.m isə yardımçı sahə) 1 otaqlı yaşayış evi 18 noyabr 1995-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkə mə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 18 noyabr 1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olan, ümumi sahəsi 54,5 kv.m olan (26,6 kv.m yaşayış otağı, 27,9 kv.m isə yardımçı sahə) 1 otaqlı yaşayış evinin və həmin evə aid sahəsi 35.3 kv.m olan zirzəminin cavabdehin zəbtindən azad edilməsi, cavabdeh tərəfindən ona məxsus mənzilə aid bağlanmış giriş qapısının açılması və mənzilə aid pilləkənin cavabdehin öz hesabına bərpa olunması, eyni zamanda cavabdehlə aralarında olan və cavabdeh tərəfindən sökülən barının cavabdehin öz hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli yaşayış sahəsi məhkəmənin qərarı əsasında tərəflərin birgə mülkiyyətində olan əmlakdan bölünərək, iddiaçının mülkiyyətinə verilmiş və 1995-ci ildən onun mülkiyyətindədir. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçının qeyd olunan mülkü zəbt olunmuş, iddiaçıya məxsus evdə cavabdeh tərəfindən özbaşına əlavə tikinti işləri aparılmış, ona məxsus aid tikililər, evə giriş qapısı bağlanmış, evə giriş pilləkəni sökülmüş, həmçinin cavabdeh tərəfindən aralarında olan barı sökülmüşdür. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya məxsus evin zirzəmisi də bütünlüklə zəbt olunmuşdur. İddiaçı hazırda öz mülkiyyətindən istifadə edə bilmir, cavabdeh isə öz qanunsuz hərəkətlərini davam etdirir.

6. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı uzun illərdir mübahisəli evdə yaşamır. Ümumiyyətlə iddiaçının həmin evə ehtiyacı yoxdur. Bu səbəbdən cavabdeh iddia ərizəsində qeyd edilmiş qapını və ara divarı giriş-çıxışa maneə törədir deyə sökmüşdür. Həmçinin o, pilləkənləri də sökmüş və zirzəmiyə su dolduğu üçün oranı da bağlamışdır.

7. Göygöl rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, 18 noyabr 1995-ci il tarixli qeydiyyat vəsiqəsi və fərdi yaşayış fonduna daxil olan texniki pasportuna əsasən İddiaçı mülkiyyətində olan İ.Məmmədov küçəsi, 6a ünvanına baxış keçirilərkən Cavabdeh ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşadıqları və bölünmüş hissədən istifadə etdikləri aşkar olunmuşdur. İddiaçının İ.Məmmədov küçəsi, 6a ünvanda yerləşən A literli yaşayış evinə giriş qapısı, cavabdeh tərəfindən (özünün dediyinə görə) təxminən 2006-2007-ci illərdə bağlanaraq, ümumi otağın digər yerindən açılmışdır. İddiaçının İ.Məmmədov küçəsi, 6a ünvanda yerləşən A literli yaşayış evi ilə cavabdehin İ.Məmmədov küçəsi, 6 ünvanda yaşadığı evin arasında (ümumi otağın arakəsməsi) 1995-ci ildə İddiaçı adına texniki pasport hazırlanarkən arakəsmə hasar (döşəmədə yeri göstərilsə də) tikilmədiyindən texniki pasportda sözügedən hasar göstərilməmişdir. Cavabdeh arakəsmə hasarın tikilmədiyini iddia edir. İddiaçının İ.Məmmədov küçəsi, 6a saylı ünvanda yerləşən A literli yaşayış evinə giriş pilləkəni 2006-2007-ci illərdə evə giriş qapısı bağlandığı üçün cavabdeh tərəfindən (özünün dediyinə görə) sökülmüşdür.

8. Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(066)-825/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.V.Kərimov) iddia təmin edilmiş, Cavabdeh tərəf indən 18 noyabr 1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi üzrə İddiaçı məxsus ümumi sahəsi 54,5 kv.m olan (26,6 kv.m yaşayış otağı, 27,9 kv.m isə yardımçı sahə) 1 otaqlı yaşayış evinin və həmin evə aid zirzəminin zəbtdən azad edilməsi, mənzilə aid giriş qapısının açılması, mənzilə aid sökülmüş divar və pilləkənin cavabdehin öz vəsaiti hesabına bərpa edilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi cavabdehin izahatına və yuxarıda qeyd olunan mütəxəssis rəyinə istinad etməklə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsi və zirzəmi sahəsi cavabdeh tərəfindən zəbt edilmiş, mənzilə aid giriş qapısı bağlanmış, ara divar və pilləkən sökülmüşdür.

10. Məhkəmə öz mövqeyini Az ərbaycan Respublikası Konstitusiyasının 13, 29, 125-cu, Mülki Məcəlləsinin 16.1, 152, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14, 77, 97.1, 101.3, 107, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin nikahlar pozulan zaman Göygöl şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən 6 saylı evə dair iddiaçıya müəyyən hissə versə də, sonradan aralarında belə bir razılaşma olmuşdur ki, iddiaçı Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsində yerləşən 66 saylı evdə qa lsın, cavabdehin isə mübahisəli evdə yaşasın. Bu razılaşmadan təxminən 30 ilə yaxın vaxt keçdikdən sonra iddiaçı iddia ilə məhkəməyə müraciət etmişdir. O, 2022-ci ilin oktyabr ayında evi təmir etdirmışdir. İddiaçının iddia etdiyi pilləkən və arakəsmə divar olmamışdır. Onların hələ 1995-ci ildə belə bir razılaşması olmuşdur ki, o, nə vaxt Göygöl şəhəri, İ.Məmmədov küçəsində yerləşən 6 saylı evə köçsə, digər ev o vaxtdan və vaxtda da yaşadığı Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsində yerləşən 66 saylı evi cavabdehə təhvil verəcəkdir. Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsində yerləşən 66 saylı evi cavabdehə təhvil verəcəyi təqdirdə, Göygöl şəhəri, İ.Məmmədov küçəsində yerləşən 6 saylı evə köçməsinə etiraz etmir. Həmçinin 2022-ci ildə Göygöl şəhəri, İ.Məmmədov küçəsində yerləşən 6 saylı evə xərclə diyi 19000 manatın yarısı cavabdehə ödənilməlidir.

13. Gəncə Apellyasiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(104)-2531/2023 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.T.Həsənovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(066)-825/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan yaşayış evi üzərində mülkiyyət hüquqları pozulmuş və ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq onun iddiasını təmin etmişdir. Cavabdeh İddiaçı G öygöl şəhəri, Səbuhi Hacıyev küçəsində yerləşən 66 saylı evdə, özünün isə hazırkı mübahisəli evdə yaşamaları barədə razılaşmanın olması iddianın rədd edilməsinə hüquqi əsas vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2(104)-2531/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 6-cı, Mülki Məcəllənin 6-cı, Mülki Prosessual Məcəllənin 54.1, 78.1, 82-ci maddələri pozulmuşdur.

17. Belə ki, mülki hüquq sub yektlərinin bərabərliyi prinsipi pozulmuş, Kəlbəcər Rayon Məhkəməsinin 18 noyabr 1995-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi halda, iddiaçı əsassız iddia tələbi ilə çıxış etmiş, nəticədə Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, İddiaçı ilə Cavabdeh arasında mülk bölgüsü 1995-ci il tarixdə müəyyənləşmişdir.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azə rbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istif adə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndir ilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə ətraflı hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.

27. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli yaşayış sahəsinə iddiaçının mülkiyyətində olması həm qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə, həm də daşınmaz əmlakın dövlət reyestrində qeydlə (qeydiyyat vəsiqəsi ilə) müəyyən olunur.

28. Cavabdeh iddiaçı ilə mübahisəli sahədən istifadə etməsi ilə bağlı razılığın olmasını iddia etsə də, buna dair mötəbər sübutu (qanunla müəyyən olunan qaydada tərtib olunan və təsdiq olunan müqaviləni) işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

29. İzah olunmalıd ır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 30. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarına ə sasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarların ı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

31. Beləliklə, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehin həmin mənzilə dair hər hansı hüququ olmadığından, apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tə tbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2(104)-2531/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar