Məhkəmə qərarları › İş №2(102)-3372/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3372/2019

16.05.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3372/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı və vəkili Alışov Rafiq Talış oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(006)3457/2018 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat idarəsinə qarşı “işə bərpa, məcburi iş buraxma üçün əmək h aqqının ödənilməsi tələbinə dair” iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 13 noyabr 2018-ci il tarixli, 2(103)11700/2018 saylı qətnaməsi ilə (hakimlər E.Həsənov, X.Mərdanova və F.Babayev) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(006)-3457/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 13 noyabr 2018-ci il tarixli, 2(103)-11700/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə qarşı “işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o nunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin 13 fevral 2018-ci il tarixli, 15-01 KŞ saylı əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 iyul 2014-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə növbə rəisi vəzifəsinə işə götürülmüş, vəzifə funksiyası isə Bakı şəhəri Azadlıq meydanında yeraltı dayanacağın mühafizəsinin təşkilini yerinə yetirmək olmuşdur. İş saatı bir ay ərzində 20 gün olmaqla həftədə 4 gün təşkil etmiş, 2 gün gündüz, 2 gün gecə növbəsində olmaqla, iş saatı səhər saat 09:00-dan axşam saat 21:00-a qədər, gecə isə saat 21:00-dan səhər saat 09:00-a qədər olmuşdur. Həmişə öz əmək funksiyasını vicdanla yerinə yetirmiş, nizam intizamlı olmuş, idarə və xidmət rəisinin qanuni tələb və göstərişlərini vaxtında yerinə yetirmişdir. 02 fevral və 03 fevral 2018-ci il tarixlərində o, gecə növbəsində işləməli, 05 fevral və 06 fevral 2018-ci il tarixlərində isə onun istirahət günləri olmalı idi. Daha dəqiq, 02 fevral 2018-ci il tarixdə saat 21:00-da gecə növbəsində işə getməli və 03 fevral 2018-ci il, saat 09:00-a qədər növbədə olmalı idi. Lakin 02 fevral 2018-ci il tarixdə səhər saat 09-10 arasında dayanacağın sektor rəisi X1 özünə məxsus nömrəsindən ona zəng edərək işə gəlməsini tə ləb etmişdir. O, gecə növbəsində olduğunu bildirdikdə: “işim var gəl” - cavabı almışdır. O, işə gedib dayanacağın ofisində xidmət rəisinin otağına girmiş, x1 ona: “x2 müəllimin göstərişidir ərizə yazib işdən getməlisən” - demişdir. O, nə baş verdiyini soruşduqda isə X1 xəbərinin olmadığını: “göstərişdir ərizə yazıb getməlisən” - demişdir. O, ərizə yazmayacağını demiş və baş idarəyə müraciət edəcəyini bildirmiş, X1 ona gecə növbəsinə işə gəlməməyi tapşırmışdır. O, həmin gün-02 fevral 2018-ci il tarixdə Yasamal rayonunda yerləşən baş idarəyə getmiş, idarə rəisinin müavini X2 adlı şəxslə görüşmüş və X1un ondan ərizə yazmasını tələb etməsini demiş və işdən çıxma səbəbinin nə olduğunu soruşmuşdur. X2 ona: “yeni müdiriyyət gəlib onların tələbidir, köhnələr getməlidir” bildirmişdir. Ona ərizəsini yazıb işdən çıxmalı olması və işə buraxılmayacağı deyilmişdir. X2 müəllimin yanında olanda saat 12:19-da X1 ona zəng etmiş, ərizə yazıb-yazmaması ilə maraqlanmış, o isə X2 müəllimin yanında olmasını və ərizə yazmadığını demişdir. O, X2 müəllimlə söhbətdən sonra evə gəlmişdir. 03 fevral 2018-ci il tarixdə X1la əlaqə saxlamış, növbəti iş günü, yəni 06 fevral 2018-ci il tarixdə işə gələcəyini demiş, X1 isə: “mənə səni işə buraxmamağım tapşırılıb, desələr burax mən səni işə buraxaram” - cavabını vermişdir. 06 fevral 2018-ci il tarixdə təkrar X1a zəng edərək, gündüz növbəsi olduğunu, işə gələcəyini bildirmişdir. O isə: “Tahir, mənlik bir şey yoxdur, səni işə buraxa bilmərəm, müdiriyyət razılıq versin, gələrsən” - demişdir. 06 fevral 2018-ci il tarixdə iki dəfə kadrlar şöbəsinin rəisi X3 zəng e dib, işdən azad olması barədə əmr verilib-verilmədiyini soruşmuşdur. X3: “sən ərizə yazmasan, əmr verilməyəcək” - demişdir. 07 fevral 2018-ci il tarixdə X3 zəng etdikdən sonra, saat 12 radələrində idarəyə gəlməsini bildirmişdir. O idarəyə getdikdə X3 onu dilə tutaraq ərizə yazmasını məsləhət görmüş, o isə imtina etmişdir. İdarədən çıxdıqdan sonra kuryer ona zəng edərək məktub göndərildiyini və məktubu ona çatdırmalı olduğunu bildirmişdir. Axşam saat 18:00-da kuryer onunla 28 May metrosunun yaxınlığında görüşmüş və içində məktub olan zərfi təhvil vermişdir. O, məktubu açdıqda Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Mahmud Həsənovun imzası ilə gələn məktubda guya onun 03 fevral 2018-ci il tarixdən üzürlü səbəb olmadan işə gəlməməsi, işə gəlməməsinin səb əblərini təsdiq edən sənədləri idarəyə təqdim etməsi tələb olunduğu, əks təqdirdə 09 fevral 2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Bundan sonra o, işə buraxılmamış və 13 fevral 2013-cü il tarixdə isə işdən azad edilməsi barədə əmr verilmişdir. 02 fevral və 03 fevral 2018-ci il tarixlərində işə buraxılmadığı üçün o, bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı Mərkəzinə zəng etmiş, lakin zənginə cavab verilməmişdir. Daha sonra isə 06, 07, 08, 10, 12, 13, 14 fevral 2018-ci il tarixlərində “142” Çağrı Mərkəzinə zəng edərək əmək müfəttişliyinə qanunsuz olaraq işə buraxılmamağı barədə şikayət etmişdir. O, Bakı şəhəri İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin Azadlıq meydanında yerləşən yeraltı avtodayan acağın mühafizəsinin təşkilində növbə rəisi kimi işə başladığı 15 iyul 2014-cü il tarixdən işdən çıxarıldığı günə qədər heç bir vaxt iş buraxmamış və nümunəvi işləmişdir. Lakin idarənin rəhbərliyi onun yerinə başqa bir şəxsi təyin etdiyi üçün onu heç bir səbəb olmadan işə buraxmamış və buraxılmamağından sui-istifadə edərək guya onun işə gəlməməyini bəhanə edib, qanunsuz olaraq işdən çıxarmışdır. Onunla Bakı şəhəri İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi arasında bağlanmış 13 sentyabr 2014-cü il tarixli əmək müqaviləsinin 5.11-ci bəndinə əsasən onun işlədiyi vəzifə iki növbəlidir və əmək qanunvericiliyinin tələblərinə əsasən, işə götürən növbəli iş rejimi ilə bağlı növbətçilik cədvəli tərtib edib iş yerində hamının gördüyü yerdən asmalıdır. Azərbaycan Respublikasının Əmək Mə cəlləsinin 183-cü maddəsinin 1-ci bəndinə əsasən müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, aşağıdakılar daxil edilir: a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı; b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar; c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları və sairə. Həmçinin, o, 2017-ci ilin fevral ayında X1 ağır açıq ürək əməliyyatı olunmuşdur. Hazırda hər gün müxtəlif dərman vasitələri qəbul edir. Onun işdən çıxarılması maddi vəziyyətinə çox pis təsir göstərmiş və acınacaqlı vəziyyətdə qalmışdır. Dərmanlarını almağa maddi imkanı yoxdur. Əgər işinə bərpa olunmasa maddi vəziyyəti daha da ağırlaşar və dərman vasitələri almağa imkanı olmaz, bu da sağlamlığının əhəmiyyətli dərəcədə ağırlaşmasına səbəb olar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 13 noyabr 2018-ci il tarixli, 2(103)-11700/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı və vəkili Alışov Rafiq Talış oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi iddianın rədd edilməsinə dair rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsi gəldiyi nəticəni ounnula əsaslandırmışdır ki, İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmadığına görə müdiriyyətin 13 fevral 2018-ci il tarixli əmri ilə qanuni və əsaslı olaraq işdən azad edildiyindən, Bak şəhəri, Nəsimi rayon Məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşmaq olmaz. Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Şərh olunan normanın məzmununa görə apelyasiya məhkəməsi şikayətin dəlillərini ətraflı araşdırmalı, həmin dəlillərlə razılaşıb-razılaşmamasının səbəblərini qəbul etdiyi qərarda ətraflı şərh etməlidir. İş materiallarından görünüdyü kimi İddiaçı Xüsusi Avtonəqliyyat İdarəsinin sektor müdiri Tərlan Mürsəlovun 2 fevral 2018-ci il tarixdə ona ərizə yazıb işdən çıxmağı təklif etməsini, onunla razılaşmayaraq idarə rəisinin müavini X2 adlı şəxsə müraciət etməsini, bununla əlaqədar idarənin kadrlar şöbəsinin rəisi X3la telefon əlaqəsi saxlamasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə 3, 6, 7, 8, 10, 12, 13, 14 fevral 2018-ci il tarixlərdə zəng edərək qanunsuz olaraq işə buraxılmamasını bildirdiyini, yəni onun müdiriyyətin göstərişi ilə qəsdən işə buraxılmamasını, lakin müdiriyyətin onu düzgün olmayaraq üzrlü səbəb olmadan işə çıxmamasına görə işdən azad etməsini bildirsə də məhkəmə onun vəsatətlərini, təqdim etdiyi sübutları müzakirə etməmiş, lazımi qaydada qiymətləndirlməmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli məhkəmə iclasında şahid Habil Məmmədov ifadəsində bildirmişdir ki, 2 fevral 2018-ci il tarixdə idarədə ixtisar olmuşdur. İddiaçı da o gündən işə gəlməmiş, soruşduqda isə işdən çıxarıldığını demişlər. Şahidin ifadəsinə münasibətdə məhkəmə araşdırma aparmamış, İddiaçı işdən çıxarılmasına dair məlumatın şahidə kim tərəfindən deyilməsinin fərqinə varmamışdır. Hansı ki, həmin məlumatın Habil Məmmədova cavabdeh idarənin rəsmi işçiləri tərəfindən verilmişdirsə, İddiaçı 2 fevral 2018-ci il tarixdən sonrakı günlərdə işə çıxmamasının səbəbi müəyyən edilmiş olardı. Apellyasiya şikayətində şahidlər X4, X5 ifadələrinin məhkəmə iclas protokolunda düzgün yazılmaması göstərilsə də məhkəmə şikayətin bu dəlilini araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi adları qeyd olunan şahidlərin izahatlarına qətnamədə qiymət verməmiş, onların növbəli iş rejiminə dair izahatlarını iddiaçının gündüz və gecə növbəsində işləməsini növbətçi lik cədvəlləri ilə təsdiqini tapıb tapmadığını araşdırmamış, iddiaçının 02 fevral 2018-ci il tarixdə işdən çıxarılmasına dair şahidlərin dediklərinə qiymət verməmişdir. Apellyasiya şikayətinin digər dəlili Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin sektor müdiri Tərlan Mürsəlovun iddiaçıya 02 fevral 2018-ci il tarixində səhər saatlarında zəng etməsi, onu avtodayanacağa çağırması, ona işdən azad edilməsini rəhbərliyin tələb etdiyini deməsi və ərizə yazmasını tələb etməsinə dair telefon danışıqlarının səs yazıları olan və həmçinin İdarənin kadrlar şöbəsinin rəisi X3la telefon danışığının tarixi və səs yazısı olan CD diskinin Nəsimi rayon Məhkəməsi tərəfindən dinlənilməməsi və həmin səs yazısının apellyasiya məhkəməsində dinlənilib qiymət verilməməsi olmuşdur. Ancaq Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyası şikayətin bu dəlilini də araşdırmamış, telefon danışıqları olan səs yazısının apellyasiya baxışında dinlənilməsini təmin etməmiş, qətnamədə şikayətin bu dəlilinə hüquqi qiymət verməmişdir. Bundan başqa iddiaçının 02.02.2018-ci il, 03.02.2018-ci il, 05.02.2018-ci il, 06.02.2018-ci il və 07.2018-ci il tarixlərində Azadlıq meydanında avtodayanacaqda və Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsində olmasının müəyyən olunması üçün ona məxsus 055 *** ** ** və 050 *** ** ** telefon nömrələrinin anten məlumatlarının əldə edilməsinə dair vəsatətinin rayon məhkəməsi tərəfindən təmin olunmamasına dair apellyasiya şikayətinin dəlilləri də araşdırlmamışdır. İş materiallarına əlavə edilmiş tarixi və tərtib olunma yer i göstərilməyən aktların məzmunundan göründüyü kimi 5 fevral 2018-ci il, 6 fevral 2018-ci il tarixlərdə İddiaçı xəbərdarlıq etmədən işə çıxmamış, onunla əlaqə saxlanan zaman işə çıxmaq niyyətində olmadığını bildirmişdir. İddiaçı iddia ərizəsində iş qrafikinə uyğun olaraq 5-6 fevral 2018-ci il tarixlərin onun istirahət günləri olmasını bildirsə də məhkəmə bunu nəzərə almamış, aktın həqiqiliyini müzakirə etməmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnamədə iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə 03, 06, 07, 08, 10, 12, 13, 14 fevral 2018-ci il tarixlərində zəng edərək əmək müfəttişliyinə qanunsuz olaraq işə buraxılmamasını, əmək hüququnun pozulması barədə şikayətlə bağlı qeyd etmişdir ki, iddiaçının 142 “Çağrı Mərkəzi”nə müraciətlər etmiş olması cavabdehin əməkdaşları tərəfindən işə buraxılmadığını sübuta yetirəcək qədər qüvvətli dəlil deyil. Çünki Dövlət Əmək Müfəttişliyinin iddiaçıya ünvanlanan məktubundan aydın olur ki, işə buraxılmadığı ilə bağlı onun irəli sürdüyü arqument təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi MPM-nin 88-ci maddəsinin tələblərini pozmuş, sübutların obyektiv qiymətləndirilməsini təmin etməmişdir. Həmin normanın tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan tarixlərdə “142 Çağrı Mərkəzi”nə müraciət etmiş iddiaçının 5-6 fevral 2018-ci il tarixlərdə işə çıxmaq istəməməsi ba rədə aktda göstərilənlərin inandırıcı olub-olmaması apelyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, sübutların obyektiv müqayisəsi aparılmamışdır. Şərh olunanlardan göründüyü kimi apelyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli, iş yenidən baxılaması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Kassasiya şikayəti qismən təmin edilməlidir. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri ətraflı araşdırılmalı, həmin dəlillərin təmin edilməməsinin səbəbləri əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar