Məhkəmə qərarları › İş №2(102)-3374/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3374/2020

21.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3374/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X4 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Mehdiyev Emil Səməd oğlunun, cavabdeh X6 nümayəndəsi X2, Cavabdeh2alı Kəmaləddin oğlunun vəkili Salehzadə Ümman Tofiq oğlunun iştirakları ilə, İddiaçı və vəkili Mehdiyev Emil Səməd oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli, 2(103)-729/2020 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(010)132/2019 saylı qətnaməsi ilə (hakim R.Y.Həsənov) İddiaçı cavabdehlər X8, Cavabdeh2alı Kəmaləddin oğluna qarşı “pozulmuş sanitar qaydalarının düzəldilməsinə və özbaşına inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi, əvvəlki vəziyyətə qaytarılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza xərclərinin ümumi dəyəri olan 200 (iki yüz) manat pulun İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli, 2(103)5950/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli, 2(102)-6461/2019 saylı qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi Ə.Ə.Əliyev, Ə.M.Rüstəmov və T.A.Qoldman) İddiaçı Calal qızının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 yanvar 2020-ci il tarixli, 2(103)729/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.Y.Şamayev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(010)-132/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. verilmiş apelyasiya şikayətinə münasibətdə İşin halları: İddiaçı cavabdehlər X8 və Cavabdeh2alı Kəmaləddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə X8 məxsus və Cavabdeh2alı Kəmaləddin oğlunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “D” yaşayış sahəsi, ev 26, mənzil 111-də mənzilin sanitar qaydalarının dəyişdirilməsinə, yataq otağının 60 sm qabağa çəkilmiş divarının, mətbəx otağı ilə yataq otağının yerini dəyişdirilməsinə, əlavə inşa edilmiş balkon və özbaşına olaraq tikililərin cavabdehlərin hesabına sökülərək, əvvəlki vəziyyətinə qaytarılması na və ona dəymiş maddi zərərə görə 4.000 manat, mənəvi zərərə görə 3.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 26 mənzil 113 mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin evin 111 saylı mənzilinin mülkiyyət sahibi X9 olsa da, orada Cavabdeh2alı Kəmaləddin oğlu yaşayır. Cavabdehlər tərəfindən özbaşına olaraq mənzilin strukturu dəyişdirilərək, yataq otağı 60 sm qabağa çəkilmiş, mətbəx otağı ilə yataq otağının yeri dəyişdirilmiş, əlavə olaraq texniki pasportla uyğun gəlməyən balkonun tikintisi qanunsuz olaraq aparılmışdır. Mətbəx əlavə olaraq inşa edilmiş balkona çıxardılmışdır. Həmin balkon iddiaçıya məxsus olan mənzil in yataq otağının alt hisəssinə düşür. Dəhlizin girişində sütun sayılan yataq otağının divarı sökülüb qabağa çəkilməsi iddiaçının mənzilində çatların əmələ gəlməsinə, mətbəxə quraşdırılan “kombi”nin tüstü bacası yataq otağının pəncərəsinin altında yerləşdirildiyindən zərərli qazlar yaşadığı mənzilə dolmasına gətirib çıxarır. Əlavə inşa edilmiş balkona cavabdehlər tərəfindən kombi, qaz yerləşdirilmiş və həmin qaz sisteminin balkonda olması iddiaçının həyatı üçün çox təhlükəlidir, uşaqların və onun dəfələrlə boğulmasına gətirib çıxarmışdır. Həmin tikilinin sökülməsi və mənzilin texniki pasporta uyğun olması barədə iddiaçı tərəfindən şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayraq, heç bir nəticəsi olmamışdır. Bununla bağlı tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edilmi ş, İcra Hakimiyyətinin 03 mart 2017-ci il tarixli M-l 12-071 saylı, 23 iyul 2017-ci il tarixli M-15-069 və 13 dekabr 2017-ci il tarixli M-l 12/5-071/5 saylı məktublarına əsasən cavabdehlər tərəfindən mənzildə sanitar qaydalarının pozularaq, binanın layihəsində özbaşına dəyişiklik aparıldığı, yataq otağı ilə mətbəxin yerinin dəyişdirildiyi, bayır divarın 60 sm qabağa çəkildiyi və mətbəxə quraşdırılan “kombi”nin tüstü bacasının yataq otağının qonşunun pəncərəsinin altında yerləşdirildiyindən zərərli qazların üst mərtəbədəki qonşuya dolduğu müəyyən edilməsi qeyd olunmuşdur. Kombinin tüstü bacasının uşaqların yataq otağının pəncərəsinin altında olması, hamam və tualetin hava təmizləyici borusuna qoşulması nəticəsində evinə dolan qaz, üfunət, xörək iyi, təmizləyici ətirlərin iyi iddiaçının və ö vladlarının sağlamlığında ciddi problemlər yaratmış, onda ürək çatışmamazlığı, ürəyində maye və digər ürək xəstəlikləri yaranmış və dəfələrlə zəhərlənmələri olmuşdur. Evdəki qaz iyini yox etmək üçün pəncərələri məcburən səhərə kimi açıq qoyur və bu da övladlarında və özündə ciddi soyuq dəymələrin yaranmasına gətirib çıxarmışdır. Kiçik oğlunun ağ ciyərində problemlər əmələ gəlmiş və bu hadisələrdən sonra oğlu allergiya xəstəliyinə düçar olmuşdur. İddiaçı evini təmizləmək, havalandırıb iyi evdən dəf etmək üçün dəfələrlə işdən qalıb evdə oturmuşdur. Bu da onun maddi ziyan çəkməsinə səbəb olmuşdur. Evinə dolan iy, həmçinin də əsəblərinin pozulması onların yuxu sistemini məhv etmişdir. Hər gecə saat 12-dən sonra yataq otağının altında qanunsuz tikilən balkonun seyf qapısının çırpılaraq açılıbba ğlanması onu qorxudur və yatmağa imkan vermir. Daha sonra balkonda səhər saat 7yə qədər kombiyə nəsə quraşdırır və qonaq otağına plintusun altından kəskin qoxular qalxmağa başlayır. Bu da onlarda baş gicəllənmələr, ürək bulantıları yaradır. Bundan başqa uşaqlarına və ona dəfələrlə təcili tibbi yardım gəlmişdir. Xəstəliklərini müalicə etmək üçün mütəmadi olaraq həkimə gedərək müalicələr almışlar. Bundan başqa bütün bu hadisələr və onlara qarşı olunan haqsızlıqlar, hüquqlarının kobud şəkildə tapdalanması onun və övladlarının əsəb və sarsıntı yaşamasına səbəb olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Mehdiyev Emil Səməd oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə səthi yanaşmış, iş üzrə araşdırmanı cavabdehin mövqeyindən aparmış, İddiaçı qanunvericiliklə qorunan hüquqlarını pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar ta m yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Mehdiyev Emil Səməd oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2alı Kəmaləddin oğlunun vəkili Salehzadə Ümman Tofiq oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh X6 nümayəndəsi X7 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər X9, Cavabdeh2alı Kəmaləddin oğlu və üçüncü şəxs X5 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Mehdiyev Emil Səməd oğlunun, Cavabdeh2alı Kəmaləddin oğlunun vəkili Salehzadə Ümman Tofiq oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Apelyasiya inst ansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, 12 may 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 26 saylı evin 111 saylı mənzili X9 tərəfindən X1 və mənzil hazırda sonuncunun mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin: -46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. -50.1 -ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıx ış edə bilərlər. - 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. -54-cü maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə işə baxır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 54-cü maddəsinə uyğun olaraq iddiaçıya cavabdehi əsl cavabdehlə əvəz olunması hüququnu izah etmiş, lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçı bundan imtina etmiş, iddiasında göstərilmiş cavabdehlərə qarşı baxılma qla təmin olumasını xahiş etmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi iddianın əsaslılığına hüquqi qiymət vermədən hesab etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 26 saylı evin 111 saylı mənzili hazırda X6 və ya Cavabdeh2alı Kəmaləddin oğlunun mülkiyyətində (sahibliyində və istifadəsində) olmadığından və bununla da iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən apellyasiya şikayəti təmin olunmamalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi MPM-nin 54-cü maddəsinə düzgün istinad etməyərək həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddəyə görə barəsində m übahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Yəni, həmin maddənin tələbləri baxımından hazırkı iş üzrə maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinə görə cavabdeh Şəmmədov Mehman Həmid oğlunun hüquqi varisi kimi Sərvəliyev Xəqa ni Mustafa oğlu işə cəlb edilməli idi. Lakin apelyasiya instansiyası məhkəməsi həmin maddənin tələblərinə zidd olaraq bunu etməmiş və nəticədə əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etmədən düzgün hüquqi nəticəyə gəlməmişdir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli, 2(103)-729/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar