Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3374/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin boşaldılması, payçı müqaviləsinin, çıxarışın və texniki pasportun ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğvi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3141/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1-ci bina, 1ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı 86 №-li mənzili tikib “Payçı”nın (Cavabdeh1) mülkiyyətinə verməyi öhdəsinə götürmüş.”Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1-ci bina, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı 86 №-l i mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin İddiaçı MTK Bayıl filialı yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürmüşdür.Mənzilin dəyərinin 83.664 manat olmasına razılaşılmışdır.Həmin müqavilənin 4.2.7-ci bəndinə əsasən payçı tərədən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər.Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini y erinə yetirməlidir.
2. İş materiallarında olan “Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”nə (surət) əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 103xx-xx-2016-MR-BY saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 240 ay müddətinə, illik 8%-lə 83.664 manat kredit verilmişdir.
3. Kreditor "xxxx" ASC ilə borclu Cavabdeh1 və zamin qismində İddiaçı MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli 103- 11-05- 2016-MR-BY saylı zaminlik müqaviləsinə əsasən zamin İddiaçı MTK bankla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 83664 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarş ısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. 4. “İpoteka saxlayan” qismində "xxxx" ASC ilə “İpotekaqoyan” qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən «İpoteka qoyan» mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu ünvanında yerləşən 16B nömrəli binanın 2-ci girişində ümumi 48,9 kv.m. sahədən ibarət 86 nömrəli 2 otaqlı mənzili xx.xx.2016-cı il tarixli 103-11-05- 2016-MR-BY saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 5. "xxxx"ASC Cavabdeh1 20 fevral 2019-cu il tari xli bildiriş ünvanlayaraq 5 iş günü müddətində Banka olan ödəniş cədvəli üzrə 2395 manat məbləğində borcu ödəməsəniz,ABB borcu tələb etməklə103-xx-xx-2016-MR-BY nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən X3 zamini "xxxx"MTK-ya müraciət edəcək, o isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh1 məxsus olan Bakı şəhəri Səbayıl rayonu, Salyan yolu, ev 16B, giriş 2, mənzil 86, 48,9 kv.m, 2 otaq mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir.
6. Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu,16 B saylı binanın, giriş 2, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqdan ibarət 86 nömrəli mənzil 19 iyul 2018-ci ildə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1 qarşı mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş 2, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzilin boşaldılması, xx.xx.2016-cı il tarixli payçı müqaviləsinin və Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini 240 ay ərzində bə rabər hissələrlə kredit üzrə faizləri hər ayın 12-si tarixindən gec olmayaraq ödəməli idi. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə gecikdirilmiş borc 2395,00 manat təşkil edir və bununla da o, müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Kredit müqaviləsinin 13.2ci bəndinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəlmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan Kredit müqaviləsi üzrə təminat kim i çıxış edən İddiaçı MTK və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş 2, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzil öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTKa Cavabdeh1 dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X6 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiri ş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, 86 saylı mənzildə yaşamasa da, bəzi şəxsi əşyalarını həmin mənzilə yerləşdirmişdir. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) ilə iddia tələbinin təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu küçəsində yerləşən 16B saylı evin ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqdan ibarət 86 saylı mənzili Cavabdeh1 tərəfindən boşaldılması; Cavabdeh1 ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli Payçı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğv edilməsi qət edilmişdir
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsinə əsasən MTK pay qismində çıxış edən Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1-ci bina, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı, 86 saylı mənzili tikib payçı Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin 2.4-cü bəndin ə, həmçinin xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən həmin mənzilin qiyməti - 83664 manat "xxxx" ASC tərəfindən ödənilir, alınan mənzil üçtərəfli ipoteka müqaviləsinə əsasən yüklü edilir və Cavabdeh1 kredit vəsaitinin hesabına alınan mənzilin dəyərini 240 ay müddətində, illik faiz dərəcəsi 8% olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.7-ci maddəsinə əsasən Cavabdeh1 müqavilənin şərtlərini pozduqda və kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə, “MTK” bankla və payçı arasında imzalanmış zaminlik müqaviləsinə əsasən payçının öhdəliklərini yerinə yetirməlidir. Cavabdeh1 payçı və ipoteka müqavilələrinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bu səbəbdən “MTK” bankdan rəsmi bildirişi aldıqdan sonra Cavabdeh1 bank qarşısında olan öhdəliklərini zamin kimi tam icra etmişdir. Bu səbəbdən iddiaçı bank qarşısında öhdəlikləri icra etmiş şəxs kimi cavabdehə satılmış mənzilin boşaldılması, həmin mənzilə dair iddiaçının adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyatdan keçsə də, həmin hüquqlar ipoteka müqaviləsi ilə yüklü edilmiş və iddiaçının müqavilənin şərtlərinə əsasən həmin mənzilə dair sərəncam hüquqları yalnız müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra yaranması nəzərdə tutulmuşdur. Lakin cavabdeh bu öhdəliklərini yerinə yetirmədiyindən, əksinə həmin öhdəliklər müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən yerinə yetirildiyindən, iddiaçı bağlanılmış müqaviləl ərin tərəfi kimi hazırkı tələblə çıxış etməkdə subyektiv hüququ var. Tərəflər arasında payçı müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanıldığına görə, həmin mübahisəyə baxarkən Mülki Məcəllənin 178.8-ci maddəsinin həmin vaxt qüvvədə olan müddəaları nəzərə alınmalıdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Res publikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasına tələb etmək hüququ vardır. Cavabdeh1 xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, yəni mənzil üzrə pay haqqını öd əmədiyindən, onun həmin mənzilə mülkiyyət hüquqları yaranmamışdır. Digər tərəfdən cavabdeh mənzilin dəyərini tam ödəmədiyindən, mənzil-tikinti kooperativi üzvləri tərəfindən mənzilin ona verilməsi ilə bağlı hər hansı qərar da qəbul edilməmişdir. Mülki Məcəllənin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər d aşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Qeyd edilən Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə), daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı zaminlik müqaviləsinin şərtlərinə əsasən cavabdehin əvəzinə sonuncunun bank qarşısında olan öhdəlikləri tam yerinə yetirdiyindən, həmçinin Cavabdeh1 payçı kimi üzərinə düşən öhdəlikləri, yəni mənzilin dəyərini hissəhissə ödənilməsi ilə bağlı öhdəlikləri icra etmədiyindən, onun həmin mənzilə hər hansı hüquqları yarana bilməz və bu səbəbdən mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlara xitam verilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 423.1.ci maddəsinin tələbi pozulmuş, halbuki həmin maddəni tətbiq etməklə iddianın rədd etməli idi. Maddənin tələbindən göründüyü kimi müqavilə tərəflərin razılığı ilə, razı olmadıqda isə müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqdan sonra məhkəməyə müraciət edə bilər. Lakin iş materiallarına baxdıqda iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı bir təklifin olmasına dair sübutun olmadığı görsənir. X11 hüquq və azadlıqları haqqında Konvensiya, həm Azərbaycan Respublikasının Konstitusiyası hər bir şəxsin mülkiyyət hüququna böyük önəm verir. Mülkiyyət hüququnun qorunması insan hüquq və azadlıqları kateqoriyasına daxil edilir və eyni zamanda göstərir ki, hər bir ş əxsin mülkiyyət hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada məhrum ola bilər. Ancaq Bakı şəhəri Səbail Rayon Məhkəməsi 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin mülkiyyəti olan mənzili heç bir əsas olmadan məhrum edilməsi, onun adına verilmiş çıxarışın ləğv edilməsi hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüququna birbaşa qəsddir. Birinci instansiya məhkəməsi tərəfindən MPM-in qeyd edilən maddəsi pozulmuş, sübutlara obyektiv, tam və hərtərəfli qiymət verilməmişdir. Baxmayaraq ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin icra edilməməsinə istinad etmiş, amma cavabdeh ilə öz arasında olan müqavilənin ləğvini tələb etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3141/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) İkram Şirinov və Namiq Cəfərov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh1 qarşı mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun ləğvinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
15. Kollegiya gəldiyi nəticə barədə bildirmişdir ki, göründüyü kimi, hazırkı iddia üzrə iddiaçı cavabdehin bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə mübahisə predmeti olmuş mənzilə dair eyni tarixli payçı müqaviləsinin ləğvini və ondan törəyən digər tələbləri irəli sürür. Tərəflər arasında hazırkı mübahisənin yaranmasının səbəbi də cavabdehin bank la bağladığı 11 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsidir. Belə ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirib, eyni tarixli zaminlik müqaviləsinə əsasən cavabdehin 240 ay müddətinə ödəməli olduğu kredit borcunu bir dəfəyə ödəmiş, bununla da cavabdehin bank qarşısında olan öhdəliyi tam icra edilmişdir. Bu işin mübahisəsiz halıdır. Ən azından bu halı iddiaçı və bank mübahisələndirmir. Deməli, iddiaçı cavabdehin bank qarşısında olan, kredit müqaviləsindən irəli gələn öhdəliyini yalnız zamin olduğu üçün icra etmişdir. Ona görə də iddiaçıya öhdəliyi icra etmiş zamin kimi kreditorun (bankın) həmin öhdəlik üzrə hüquqları və kreditora girov (ipoteka) kimi mənsub olmuş hüquqları zaminin kreditorun tələbini ödəd iyi həcmdə keçə bilər, həmçinin kreditora ödədiyi məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Ancaq iddiaçı zamin kimi cavabdehdən kreditora ödədiyi məbləği tələb etmək əvəzinə, fərqli bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu cür iddia qaldırılması üçün gərək faktiki hallar hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olsun. İddiaçı mübahisəli mənzilə dair bankın girov (ipoteka) saxlayan kimi hüquqlarının da ona keçdiyini düşünərək bu cür iddia irəli sürsə də, payçı, kredit və zaminlik müqavilələri bağlanan tarixlərdə həmin mənzil ipoteka predmeti olmamış və ona dair ipoteka müqaviləsi yalnız 31 iyul 2018-ci ildə bağlanmışdır. Mənzilə dair ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyes trində dövlət qeydiyyatına alınması işdən görünməsə də ipoteka müqaviləsinin 5.1-ci bəndində də ipoteka predmetinə tutmanın qüvvədə olan qanunvericiliyə uyğun yönəldilməsi nəzərdə tutulmuşdur. Demək, iddiaçıya bankın ipoteka saxlayan kimi hüquqları keçmiş olsaydı belə yenə də cavabdehə qarşı iddia tələbi hazırkı formada olmamalı idi. Kredit müqaviləsinin 13.9-cu bəndində göstərilən, yəni borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda... borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2016-cı il tarixli iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin predmeti olmuş mənzilinin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır şərti isə əhəmiyyətsiz hesab edilir. Çünki, həmin vaxt mənzil mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasa və ipoteka predmeti olmasa da qeyd olunan formada razılaşma şərti etibarsızdır. Bu cür şərt cavabdehin mənzil üzərində olan sahiblik və istifadə hüquqlarını, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə mülkiyyət hüququnu açıq-aşkar pozan razılaşma hesab olunur. Ona görə də bu etibarsız şərt bank üçün hansısa hüquq yaratmadığından iddiaçıya da o şərtə əsaslanaraq hazırkı iddianı irəli sürməyə əsas vermirdi. İddiaçı cavabdehə qarşı hazırki iddianı mübahisəli mənzilin alınmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin 4.2.7-ci bəndinin şərtlərinə əsasən əsaslandırmağa cəhd etsə də bu hal da iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, Mülki Məcəllənin 529-cu maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Cavabdeh də iddiaçı ilə mübahisəli mənzilin alınmasına dair bağladığı müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. Başqa sözlə iddiaçı mənzilə görə ödənilməli olan vəsaitin ödənilmədiyini mübahisələndirmir. Əksinə özünün verdiyi maliyyə arayışına əsasən (bax.i.v.31 və 60 )cavabdeh xx.xx.2019-cu il tarixə kimi banka 20786,31 manat ödəmiş, bunun 4023,84 manat əsas, 16762,47 manat isə faiz olaraq təyin edilmiş, xx.xx.2019-cu il tarixinə kimi kreditin əsas məbləği 79640,16 manat, ödənilməyən faiz borcu 3421,54 manat təşkil etmiş, zaminlik müqaviləsinə əsasən Cavabdeh1 83 061,17 manat kredit borcu zamin MTK tərəfindən ödənilmişdir. Deməli, iddiaçı xx.xx.2019-cu ilə kimi cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini hə yata keçirdiyini təsdiq etməklə, mənzilin dəyərinin bank tərəfindən tam ödənildiyini də təsdiq edir. Demək, cavabdehin qeyd olunan müqavilə üzrə iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Eyni zamanda öhdəlik icra olunduğu üçün müqavilə də artıq hüquqi qüvvəsini itirmişdir. Bu cür vəziyyətdə iddiaçının qüvvədə olmayan, daha doğrusu icra olunmuş müqavilədən birtərəfli qaydada imtina etməsinin hər hansı bir hüquqi nəticəsi, eləcə də həmin mənzilə dair hansısa üçüncü şəxslə yeni müqavilə bağlamaq hüququ ola bilməzdi.
16. Kollegiya qeyd etmişdir ki, hazırkı iş üzrə qətnamənin qəbul edilməsindən uzun müddət keçdiyindən və iş materialları ilə qətnamənin tam icra olunduğu təsdiq olunduğundan istisna olunmur ki, artıq mübahisə predmeti olmuş mənzil üçüncü şəxs(lər)in xeyrinə özgəninkiləşdiri lmiş və yeni mülkiyyətçi vicdanlı əldə edən sayılır. Bu cür vəziyyətdə, Mülki Prosessual Məcəllənin 236-1.1 və 236-1.2-ci maddələrində nəzərdə tutulan, yəni icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddia tamamilə rədd edilməsi haqqında qətnamə çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə isə, həmin əmlakın dəyərini tutmalıdır, məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə... onu həll etməlidir tələbi hazırki iş üzrə tətbiq edilə bilməz. Birincisi ona görə ki, mənzilin yeni mülkiyyətçisi vicdanlı əldə edən olduğu halda Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, yəni daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməli olduğundan həmin mənzil hər bir halda geri qaytarıla bilməz. İkincisi, iş materialları ilə təsdiq olunur ki, mübahisə predmeti olmuş mənzillə bağlı kredit müqaviləsi üzrə iddiaçı zamin kimi cavabdehin əvəzinə əsas və faiz borcla birlikdə 83061,17 manat ödəmişdir. Ona görə də mənzilin qaytarılması mümkün olmasa da onun dəyəri də iddiaçıdan cavabdehin xeyrinə tutula bilməz. Buna baxmayaraq, cavabdeh mübahisə predmeti olmuş mənzillə bağlı hüquqlarının iddiaçı tərəfindən pozulduğunu və bununla da ona zərər vurulduğunu güman edərsə və buna əsas olarsa iddiaçıdan vurulmuş zərərin əvəzini tələb edər. Məhz qeyd olunanla ra əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan mənzili vicdanlı əldə edəni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi iddiaçının tərəfində hazırkı işdə iştirak etmək üçün cəlb etməyə zərurət və əsas görməmişdir. Çünki, hazırkı iş üzrə qətnamənin ləğv edilərək iddianın tam rədd edilməsi barədə yeni qətnamənin çıxarılması yuxarıda qeyd olunanlara əsasən onun hüquq və vəzifələrinə dair məsələni həll etmədiyindən hüquqlarının pozulması ilə nəticələnməyəcəkdir. Çünki, hazırkı iş üzrə həll edilən məsələlər sırf iddiaçı və cavabdehin hüquq və vəzifələrinə aiddir.
17. Kollegiya həmçinin qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibə tləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niy yətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
18. Kollegiya gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 385.1, 386.1 və 386.2, 390, 390.2, 390.4, 390.5, 390.6, 390.7, 399.3 və 399.4, 425.1 və 425.2, 427.5, 430.1, 442, 475.1, 528, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 217.3, 217.4, 384.0, 384.0.2, 385, 386, 387.1, 390-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən görünür ki, cavabdeh MTKdan aldığı mənzilə görə pay haqqını MTK-ya ödəməmiş və müqavilə maddəsinin tələbləri əsasında üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə olan halda, məhkəmə Mülki Məcəllənin 385.1-ci maddəsini tətbiq edərək, həmin mənzilə dair tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğvi barədə MTK-nın tələbini təmin etməli idi. Lakin məhkəmə öz qətnaməsində həmin normaya istinad etsə də, hazırkı mübahisəyə münasibətdə həmin normanı düzgün tətbiq etməmiş və iddianı təmin etməmişdir. İşdən görünür ki, həm MTK ilə cavabdeh arasında payçı müqaviləsi, həm də bankla MTK və Payçı arasında üçtərəfli zaminlik müqaviləsi bağlanılmış və tərəflər öz üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Həmin öhdəliklər məhkəmənin də öz qətnaməsində istinad etdiyi maddi hü quq normalarına tam uyğundur. Lakin hazırkı mübahisə üzrə cavabdeh olan payçı həmin müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Buna görə də MTK cavabdehlə bağladığı payçı müqaviləsinin ləğv edilməsini və həmin müqavilənin predmeti olan mənzilin geri qaytarılmasını tələb etmişdir. Həmin tələb həm Payçı müqaviləsinə, həm də cavabdehin də iştirak etdiyi üçtərəfli qaydada bağlanmış zaminlik müqaviləsinin şərtlərinə tam uyğundur. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin faktları nəzərə almamış, tətbiq etdiyi maddi hüquq normalarını hazırkı mübahisəyə münasibətdə düzgün təfsir etməmişdir. Cavabdehin MTK-ya rəsmi qaydada təqdim etdiyi ərizə ilə müəyyən edilir ki, o, MTK və bank qarşısında götürdüyü müqavilə öhdəliklərini icra edə bilmədiyini etiraf edərək hazırkı iş üzrə birinc i instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış və Payçı müqaviləsi əsasında ona verilmiş mənzilin üçüncü şəxsə satılmasını məhz özü xahiş etmişdir. Buna görə də həmin mənzil üçüncü şəxsə satılmış və cavabdehin öhdəlikləri tam olmasa da bağlanmışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxtdan təqribən 4 il sonra cavabdehin həmin qətnamədən apellyasiya şikayəti verməsi başa düşülən deyildir və Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə uyğun gəlmir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasında iddiaçının iştirakını təmin etmədiyi üçün cavabdehin verdiyi, notarial qaydada təsdiq olunmuş həmin ərizəni iddiaçı məhkəməyə təqdim edə bilməmiş və həmin ərizəyə hüquqi qiymət verilməsi mümkün olmamışdı r. Birinci instansiya məhkəməsinin müvafiq qətnaməsinin surətinin vaxtında cavabdehə təqdim olunduğunu təsdiq edən kifayət qədər sübutların olmasına və qətnamədən apellyasiya şikayətinin həmin qətnamənin çıxarıldığı vaxtdan 4 il sonra verilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələblərini də pozaraq, apellyasiyanı mümkün hesab etmişdir. Apelyasiyası instansiyası məhkəməsi iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə heç bir məlumat verməmiş və iddiaçının bundan xəbəri olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsini məhkəməyə çağırıb dindirmədən işə baxmış, bununla da Mülki Prosessual Məcəlləsinin ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini müəyyən edən 9-cu maddəsinin tələbləri pozulmuşdur. İddia çı məhkəmə iclasında iştirak etmək və öz prosessual hüquqlarını həyata keçirmək imkanından məhrum edilmişdir. İşdə həm cavabdehlə MTK arasında bağlanılmış parçı müqaviləsinin, həm də cavabdehlə MTK və bank arasında üçtərəfli qaydada bağlanılmış zaminlik müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl olunmadığına dair kifayət qədər sübutların olmasına və həmin müqavilələrin şərtlərinə uyğun olaraq iddiaçı ilə cavabdeh arasında bağlanılmış payçı müqaviləsinin ləğvinə dair iddiaçının məhkəmədə iddia qaldırmaq hüququnun olduğunun müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin sübutları nəzərə almamış, həmin sübutlara qərəzli və qeyri-obvektiv yanaşaraq, iddia tələblərini rədd etmişdir. Qanun işdə məhkəmə iclasına gəlməyən şəxsə məhkəmə bildirişi verilməsi haqqında m əlumat olmadığı halda, işə baxılmasının təxirə salınmasını tələb edir. İddiaçının nümayəndəsi Nümayəndə1 15 may 2023-cü ilə təyin olunan məhkəmə iclası barədə iddiaçıya qabaqcadan məlumat verilmədiyini telefon vasitəsi ilə məhkəməyə bildirmiş və məhkəməyə sübutlar təqdim edəcəklərini və buna görə də məhkəmə iclasında iddiaçının iştirakını təmin etmək üçün məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə işə baxılmasını təxirə salmamış, elə həmin gün, birinci məhkəmə iclasında işə baxaraq qətnamə çıxarmışdır. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamaq və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Lakin hazırkı mülki mübahisə üzr ə məhkəmə iclası 15 may 2023-cü ilə təyin olunsa da, məhkəmə iddiaçı tərəfə bu barədə ümumiyyətlə heç bir rəsmi bildiriş göndərməmiş, yalnız 15 may 2023-cü il tarixdə Cavabdeh1 vəkili, Vəkil1 MTK-nın nümayəndəsi, Nümayəndə1 mobil telefon nömrəsinə zəng vuraraq, Bakı Apellyasiya Məhkəməsində hazırkı iş üzrə həmin günə məhkəmə iclasının təyin olunduğunu və hakimlərin tapşırığı ilə ona zəng vuraraq, məhkəmə iclasına gəlməli olduğunu bildirmişdir. Belə olan halda, iddiaçının öz nümayəndəsini həmin günə təyin olunmuş məhkəmə iclasına göndərmək imkanı yox idi. Məhkəmənin iddiaçıya iclasın vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada qabaqcadan məlumat vermədiyinə görə, iddiaçı öz nümayəndəsini məhkəməyə göndərə bilməmişdir.
21. Kassasiya şikayətində işin halları sadalanmaqla həmçinin göstərilmi şdir ki, Cavabdeh1 İlyas oğlunun vəkili Vəkil1 12 may 2022-ci il tarixdə “Kristal Abşeron' MTK-ya rəsmi sorğu ilə müraciət edərək, hüquqlarını müdafiə etdiyi Cavabdeh1 MTK-dan mənzil aldığını, lakin həmin mənzilin MTK tərəfindən geri alındığını bildirmiş və bunun səbəbləri barədə ona məlumat verilməsini xahiş etmişdir. Həmin sorğuya cavab olaraq MTK-nın nümayəndəsi Nümayəndə1 onun ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq, bu barədə ona ətraflı məlumat vermiş və bildirmişdir ki, payçı Cavabdeh1 İlyas oğlunun öz razılığı əsasında həmin mənzil satışa çıxarılmış və başqasına satılmışdır. Bu barədə məhkəmə qətnaməsi də mövcuddur. Vəkilin həmin sorğusu və xahişi nəzərə alınaraq, MTK tərəfindən, 07 iyun 2022-ci il tarixdə, həmin qətnamənin surəti ona təqdim olunmuşdur. Bundan başqa, həmin məhkəmə qətnaməsi MTK tərəfindən 2019-cu ilin iyul ayında payçı Cavabdeh1 İlyas oğlunun votsapına da onun öz xahişi ilə göndərilmişdir. İşdən görünür ki, həmin qətnamə məhkəmə tərəfindən Cavabdeh1 İlyas oğlunun yaşadığı ünvana da rəsmi qaydada göndərilmişdir. Bundan sonra, R.Məmmdəov MTK ilə, telefon vasitəsi ilə əlaqə saxlamış və bildirmişdir ki, özünün cinayət əməli ilə bağlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən axtarılır, bu səbəbdən onun adına olan həmin mənzilin üzərinə də həbs qoyulub, özü isə hazırda ölkə xaricindədir və cinayət işinə görə ölkəyə gələ bilmir. Məhkəmə qətnaməsindən də məlumatı var, borcunu ödəyə bilmədiyi üçün həmin qətnamə ilə bağlı da heç bir narazılığı yoxdur. Buna görə də xahiş etdi ki, mümkündürsə həmin həbsin götürülməsini təmin edib, mənzili sataq. Belə olan halda MTK tərəfindən ona bildirildi ki, həmin mənzildən imtina barədə rəsmi ərizə yazılmalıdır. Çünki o, mənzildən şifahi qaydada imtina etsə də bu barədə yazılı ərizə verməmişdir. Buna görə də ondan rəsmi razılıq ərizəsi verməsi də xahiş edildi. O, bununla razılaşdı və öz nümayəndəsi vasitəsi ilə notarial qaydada təsdiq olunmuş ərizəni MTK-ya təqdim etdi. Cavabdeh1 əlavə olaraq bildirdi ki, mənzili mümkün qədər tez sataq, əgər mənzilin satışı gecikərsə, o, əlavə faizlər də ödəməyə məcbur olacaq. Bundan sonra, 21 yanvar 2019-cu il tarixdə MTK rəsmi məktubla MCMBİ-yə müraciət edərək, həmin mənzilin üzərindən məhdudiyyətin götürülməsini xahiş etdi. Həmin mənzilin kredit əsasında alındığı, cavabdehin cədvəl üzrə ödədiyi məbləğin bankın faiz borcuna silindiyi, həmçin in MTK R.Məmədova verilmiş kreditə görə zamin olduğuna görə onun banka olan bütün borclarının MTK-nın həmin bankda olan hesabından silindiyi nəzərə alınaraq, mənzilin üzərindən həbs götürüldü və bundan sonra həmin mənzil üçüncü şəxsə satıldı. Bundan başqa, Cavabdeh1 Türkiyədən müxtəlif vaxtlarda bir neçə şəxsə də - X5 və Raul Rüstəmov adlı şəxs etibarnamə verərək mənzilin satılmasına kömək etməsini tapşırmışdır. Buna görə də MTK qüvvədə olan məhkəmə qətnaməsini, həmçinin Cavabdeh1 özünün razılığını və rəsmi qaydada verdiyi paydan imtina ərizəsini əsas götürərək, həmin mənzili X1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzilə dair onun adına çıxarış verilmişdir. Hələ mənzil satılmamışdan qaba məhkəmə qətnaməsinin surəti cavabdehə təqdim olunandan sonra, həmin qətnaməni n icra mərhələsində MTK-nın icra icra məmurunun xəbərdarlığından sonra o, öz nümayəndəsini göndərərək, həmin mənzildə olan bütün əşyalarını, hətta istilik sistemlərini də (kombi, qızdırıcı və digər) söküb aparmışdır. Bundan təqribən bir il sonra isə həmin mənzil üçüncü şəxsə satılmışdır. Bu fakt icra məmurları və MTK tərəfindən tərtib edilmiş aktlarla rəsmiləşdirilmişdir. Əgər cavabdehin mənzilə görə ödədiyi məbləğlə bağlı, hansıki bank həmin məbləği onun kredit borcu üzrə hesablanmış faizlərə silib, mübahisəsi var idisə, bununla bağlı müqavilə şərtlərinə uyğun olaraq ayrıca iddia qaldırmaqla mübahisələndirə bilərdi və bu da müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olardı. Bundan başqa, cavabdehin iddiasına əsaslanaraq apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd edir ki, öhdə liklərin icrasını yerinə yetirməsi, əks halda isə payçı müqaviləsinin ləğv ediləcəyi barədə MTK və bank cavabdehə heç bir xəbərdarlıq etməmişdir. Halbuki bu, tamamilə əsassızdır. Belə ki, cavabdehə bu barədə onlarla bildiriş göndərilmiş və çox saylı telefon və votsap danışıqları vasitəsi ilə ona dəfələrlə xəbərdarlıq edilmişdir. Cavabdehin öz rəsmi ərizəsi ilə paydan imtina etdiyi halda, sonradan bu cür qeyri-səmimi davranışı isə başa düşülən deyildir. Apellyasiya instansiyası məhkəməsində iştirakımız təmin edilmədiyinə görə biz, həmin faktları və sənədləri məhkəməyə təqdim edə bilməmişik. Həmçinin, məhkəmənin işin yuxarıda qeyd etdiyimiz faktiki hallarını araşdırmadan belə bir qətnamə qəbul etməsi, yeni payçı ilə MTK və cavabdeh arasında münaqişələrin yaranmasına gətirib çıxara bilər. Bun dan başqa, hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin qətnaməsi 18 iyun 2019-cu ildə qəbul edilmiş, həmin qətnamədən apellyasiya şikayəti isə ondan təqribən 4 il sonra verilmişdir. Buna baxmayaraq, Səbail Rayon Məhkəməsi 04 aprel 2023-cü il tarixdə qərardad çıxararaq apellyasiya şikayətinin vaxtında verildiyini qeyd etmiş və apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, Cavabdeh1 məhkəmə qətnaməsinin surətini alması, eləcə də həmin qətnamənin surətinin onun vəkilinə də təqdim olunması, mənzildən imtina barədə notarial qaydada rəsmi ərizə verməsi və mənzili boşaltması, hətta istilik sistemlərini də oradan çıxarması, icra məmurları tərəfindən tərtib edilən aktlar və digər sənədlər apellyasiya şikayətinin geri qaytarılmasına əsas verirdi. Lakin, hə min qətnamənin çıxarılmasından təqribən 4 il ötməsinə baxmayaraq, birinci instansiya məhkəməsi prosessual müddətlə bağlı məsələni araşdırarkən məhkəmə iclasında bizim iştirakımızı təmin etməmiş və məhkəmə qətnaməsi çıxarılandan sonrakı dövrdə tərəflər arasında baş verən hallara və faktlara aydınlıq gətirməmişdir. Apellyasiya insyansiyası məhkəməsi isə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən qətnamədən apellyasiya şikayəti vermə müddəti ilə bağlı məsələni diqqətlə araşdırmalı və zərurət yaranarsa, tərəflərin də iştirakını təmin etməklə, cavabdehin həmin qətnamənin surətini alıb-almadığı, həmçinin ötən 4 il müddətində tərəflər arasında yaranan yeni münasibətlər və faktlar barədə məlumatları əldə edə bilər və buna uyğun qanuni qərar qəbul edə bilərdi. Cavabdeh1 dələduzluq cinay əti ilə bağlı olaraq axtarışdadır və buna görə də ölkəyə qayıda bilmir. Belə olan halda, onun öz nümayəndəsinə və vəkilinə Ağsu rayon Notariat ofisi tərəfindən etibarnamə verilməsi də ciddi şübhələr yaradır. Əgər o, ölkəyə qayıtmış olsaydı, bu halda saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilməli idi. Məhkəmə iclasında iştirakımız təmin olunmadığına görə, bu məsələni də məhkəmə qarşısında qaldırmaq və araşdırlmasını tələb etmək imkanımız olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
26. Maddə
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərl ər.
27. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
28. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
29. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
30. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayr ı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
31. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
32. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
33. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
34. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 35. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə mə ruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
37. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
38. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tə ləbini ödədiyi həcmdə keçir. Zamin, həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
40. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı hazırki iddianı mübahisəli mənzilin alınmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin 4.2.7-ci bəndinin şərtlərinə əsasən əsaslandırmağa cəhd etsə də bu hal da iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, Mülki Məcəllənin 529-cu maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəs ində xitam verilir. Cavabdeh də iddiaçı ilə mübahisəli mənzilin alınmasına dair bağladığı müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. Başqa sözlə iddiaçı mənzilə görə ödənilməli olan vəsaitin ödənilmədiyini mübahisələndirmir. Əksinə özünün verdiyi maliyyə arayışına əsasən (bax.i.v.31 və 60 )cavabdeh xx.xx.2019-cu il tarixə kimi banka 20786,31 manat ödəmiş, bunun 4023,84 manat əsas, 16762,47 manat isə faiz olaraq təyin edilmiş, xx.xx.2019-cu il tarixinə kimi kreditin əsas məbləği 79640,16 manat, ödənilməyən faiz borcu 3421,54 manat təşkil etmiş, zaminlik müqaviləsinə əsasən Cavabdeh1 83 061,17 manat kredit borcu zamin MTK tərəfindən ödənilmişdir. Deməli, iddiaçı xx.xx.2019-cu ilə kimi cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini həyata keçirdiyini təsdiq etməklə, mənzilin dəyərinin ban k tərəfindən tam ödənildiyini də təsdiq edir. Demək, cavabdehin qeyd olunan müqavilə üzrə iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Eyni zamanda öhdəlik icra olunduğu üçün müqavilə də artıq hüquqi qüvvəsini itirmişdir. Bu cür vəziyyətdə iddiaçının qüvvədə olmayan, daha doğrusu icra olunmuş müqavilədən birtərəfli qaydada imtina etməsinin hər hansı bir hüquqi nəticəsi, eləcə də həmin mənzilə dair hansısa üçüncü şəxslə yeni müqavilə bağlamaq hüququ ola bilməzdi.
53. Məhkəmə kollegiyası göstərilən əsaslandırma ilə razılaşmır.Belə ki, xx.xx.2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1-ci bina, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı 86 №-li mənzili tikib “Payçı”nın (Cavabdeh1 ) mülkiyyətinə verməyi öhdəsinə götürmüş.”Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1-ci bina, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı 86 №-li mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin İddiaçı MTK Bayıl filialı yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürmüşdür.Mənzilin dəyərinin 83.664 manat olmasına razılaşılmışdır.Həmin müqavilənin 4.2.7-ci bəndinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rə smi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər.Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir.
54. Apellyasiya instansiyası instansiyası məhkəməsi müəyyən etmişdir ki, zaminlik müqaviləsinə əsasən Cavabdeh1 (“Payçı”) 83 061,17 manat kredit borcu ("xxxx" ASC –yə olan kredit borcu) zamin MTK tərəfindən ödənilmişdir. Belə olan təqdirdə tərəflər arasındakı mübahisənin həlli məqsədilə tərəflərin sərbəst iradə ifadələri ilə bağladıqları xx.xx.2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinin 4.2.7-ci maddəsinin tələbinə MPM-in 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməli olduğu halda apelyasiya instansiyası məhkəmə belə hüquqi qiymətlənd irmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin onu da araşdırıb hüquqi qiymət verməli idi ki müqavilənin həmin bəndində nəzərdə tutulmuş rəsmi bildiriş verilib, ya yox.
55. Məhkəmə kollegiyası hesab edir ki, zaminlik müqaviləsinə əsasən Cavabdeh1 83 061,17 manat kredit borcunun zamin MTK tərəfindən ödənilməsi Cavabdeh1 Banka qarşı olan öhdəliyinə xitam versə də, apellyasiya instansiyası məhkəməsi belə xitam verilmənin Cavabdeh1 digər müqavilələr üzrə də öhdəliyinə xitam verməsinə səbəb olub-olmadığına əsaslandırılmış hüquqi qiymət verməli olduğu halda, belə əsaslandırma aparmamışdır.
56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsinin 13.9-cu bəndində göstərilən, yəni borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödəni şlər 3 ay müddətində aparılmadıqda... borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2016-cı il tarixli iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin predmeti olmuş mənzilinin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır şərti isə əhəmiyyətsiz hesab edilir. Çünki, həmin vaxt mənzil mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasa və ipoteka predmeti olmasa da qeyd olunan formada razılaşma şərti etibarsızdır. Bu cür şərt cavabdehin mənzil üzərində olan sahiblik və istifadə hüquqlarını, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə mülkiyyət hüququnu açıq-aşkar pozan razılaşma hesab olunur. Ona görə də bu etibarsız şərt bank üçün hansısa hüquq yaratmadığından iddiaçıya da o şərtə əsaslanaraq h azırkı iddianı irəli sürməyə əsas vermirdi.
57. Kassasiya kollegiyası qeyd edir ki, ümumiyyətlə iş materiallarında kredit müqaviləsi mövcud deyil.İş materiallarında mövcud olmayan müqavilənin şərtini əhəmiyyətsiz (etibarsız) sayan apellyasiya məhkəməsi müvafiq kredit müqaviləsinin əldə edilərək tədqiq edilməsi məqsədilə tədbirlər görməmişdir.Eləcə də tərəflərin sərbəst iradə ifadələrinə uyğun olaraq bağladıqları müqavilənin şərtinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsini kifayət qədər əsaslandıra bilməmişdir.
58. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyri-müəyyən əsaslandırma apararaq eyd etmişdir ki, hazırkı iş üzrə qətnamənin qəbul edilməsindən uzun müddət keçdiyindən və iş materialları ilə qətnamənin tam icra olunduğu təsdiq olunduğundan istisna olunmur ki, artıq mübahisə pred meti olmuş mənzil üçüncü şəxs(lər)in xeyrinə özgəninkiləşdirilmiş və yeni mülkiyyətçi vicdanlı əldə edən sayılır. Bu cür vəziyyətdə, Mülki Prosessual Məcəllənin 236-1.1 və 236-1.2-ci maddələrində nəzərdə tutulan, yəni icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddia tamamilə rədd edilməsi haqqında qətnamə çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə isə, həmin əmlakın dəyərini tutmalıdır, məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə... onu həll etməlidir tələbi hazırki iş üzrə tətbiq edilə bilməz. Birincisi ona görə ki, mənzilin yeni mülkiyyətçisi vicdanl ı əldə edən olduğu halda Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, yəni daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməli olduğundan həmin mənzil hər bir halda geri qaytarıla bilməz. İkincisi, iş materialları ilə təsdiq olunur ki, mübahisə predmeti olmuş mənzillə bağlı kredit müqaviləsi üzrə iddiaçı zamin kimi cavabdehin əvəzinə əsas və faiz borcla birlikdə 83061,17 manat ödəmişdir. Ona görə də mənzilin qaytarılması mümkün olmasa da onun dəyəri də iddiaçıdan cavabdehin xeyrinə tutula bilməz. Buna baxmayaraq, cavabdeh mübahisə predmeti olmuş mənzillə bağlı hüquqlarının iddiaçı tərəfindən pozulduğunu və bununla da ona zərər vurulduğunu güman edərsə və buna əsas olarsa iddia çıdan vurulmuş zərərin əvəzini tələb edər. Məhz qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan mənzili vicdanlı əldə edəni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi iddiaçının tərəfində hazırkı işdə iştirak etmək üçün cəlb etməyə zərurət və əsas görməmişdir. Çünki, hazırkı iş üzrə qətnamənin ləğv edilərək iddianın tam rədd edilməsi barədə yeni qətnamənin çıxarılması yuxarıda qeyd olunanlara əsasən onun hüquq və vəzifələrinə dair məsələni həll etmədiyindən hüquqlarının pozulması ilə nəticələnməyəcəkdir. Çünki, hazırkı iş üzrə həll edilən məsələlər sırf iddiaçı və cavabdehin hüquq və vəzifələrinə aiddir.
59. Məhkəmə kollegiyası hesab edir ki, əsaslandırma qeyri-müəyyəndir.Belə ki, mübahisə predmeti olan mənzilin başqa şəxs tərəfindən əldə edilib-edilməd iyi qeyri müəyyən qalmışdır.Halbuki apelyasiya instansiyası məhkəməsi mənzilin başqa şəxs tərəfindən əldə edilməsindən şübhələnirdisə, bunu dəqqləşdirməli və nəticəsindən asılı olaraq digər şəxslərin işə cəlb edilməsi məsələsini həll etməli idi.
60. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
61. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisə li hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
62. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
63. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir(Nümayəndə1anın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
64. Yuxarıda şərh edilənlərə görə də İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli,apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli,iş yenidən baxılmaq üçün apelyasiya istansiyası məhkəməsinə göndərilməlidir.
65. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarı da göstərilən nöqsanlar aradan qaldırılmalı və sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməli, maddi və prosessual hüquq normalarının tələbinə uyğun məhkəmə aktı qəbul edilməlidir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli 2(103)3141/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.