Məhkəmə qərarları › İş №2(102)-3377/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3377/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3377/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(105)900/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı və Cavabdeh1 şərikli olaraq heyvan alqı-satqısı ilə məşğul olmuşlar.

2. Cavabdeh2 12 sentyabr 2021-ci il tarixdə Quba rayon X4 polis bölməsinə ərizə ilə müraciət edərək, İddiaçı və Cavabdeh1 ona məxsus xırda buynuzlu heyvanları nisyə alaraq pulunun qaytarılmamasından şikayət etmişlər. Ərizə üzrə araşdırma zamanı 65 baş xırda buynuzlu heyvan tam qaytarıldığından, Cavabdeh2 15 sentyabr 2021-ci il tarixdə ərizə verərək, şikayət və tələbinin olmamasını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona qaytarmalı olduqları dəyəri 9000 manat olan 45 baş qoyu nun, Cavabdeh1 isə 5000 manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı həmkəndlisi Cavabdeh1 ilə şərikli heyvan alqı-satqısı ilə məşğul olmuşdur. 2021-ci ilin yay mövsümündə müxtəlif şəxslərdən aldığı cəmi 11 baş heyvanı şəriki Cavabdeh1 Quba rayonu, Ağbil kənd sakini Asif adlı qəssaba satmışdır. Təxminən 1 həftə keçdikdən sonra Cavabdeh2 atası Mirələm Qonaqkənd PB-yə şikayət edərək, Asifin həyətində ona məxsus 5 baş xırda buynuzlu heyvanın olduğunu və heyvanların qanunsuz satıldığını və bu satışdan xəbəri olmadığını bildirmişdir. O, PB-yə dəvət edilmiş və araşdırma zamanı o, Cavabdeh2 5 baş xırdabuynuzlu heyvanını şəriki Cavabdeh1 aldığını bildirsə də, şəriki Cavabdeh1 Cavabdeh2 qoyu n almasını boynuna almadığı üçün işləri mürəkkəbləşmişdir. Cavabdeh2 atası Mirələm ona demişdir ki, “70 baş xırda buynuzlu heyvanı əskik gəlir, oğlum Sizə heyvan satmayıb, siz heyvanlarımı oğurlamısız”. Qonaqkənd PB-də ona, işlərini yoluna qoyulması haqqında məlumat verilmiş, əks halda cinayət işinin başlanılacağı bildirilmişdir. O, söhbətin bitməsi üçün Mirələmə öz şəxsi təsərrüfatından 45 baş qoyun vermişdir. Bundan sonra şəriki Cavabdeh1 ondan 5000 manat nağd pulu almışdır. Ona Cavabdeh2 atası Mirələm Muradov 9000 manat dəyərində 45 baş qoyun verməlidir, şəriki Cavabdeh1 isə şərikli iş görmək üçün 20 iyun 2021-ci il tarixində verdiyi 5000 manat geri qaytarmalıdır.

5. Quba Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(027)-198/2023 nömrəli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia təm in edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9000 manat dəyərində 45 baş qoyunun və Cavabdeh1 5000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Quba RPŞnin TB-nin 11 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında cavabdehlərin iddiaçıya borclu olmaları öz təsdiqini tapmışdır. Qeyd edilən qərar qüvvədə olduğundan Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmə həmin qərara istinad etmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 məhkəmə iclasında etiraf etmişdir ki, iddiaçı tərəfindən ona verilən qoyunlar onun s ürüsündən oğurlanan qoyunlar olmamış və heyvanların iddiaçı tərəfindən oğurlanmasını şəxsən görməmişdir. Cavabdeh2 Mirələm oğlu sadəcə şübhələr əsasında oğurlanan qoyunların iddiaçı tərəfindən oğurlandığını düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X6 bildirmişlər ki, Cavabdeh2 Mirələm oğlu iddiaçıya 5 baş qoyun satmış, onlar isə həmin heyvanları Zaur Manafova məxsus avtomobillə götürərək, iddiaçıya təhvil vermişlər. Cavabdeh1 isə heyvan alqı-satqısının onun vasitəsi ilə həyata keçdiyini etiraf etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh2 məxsus xırdabuynuzlu heyvanların oğurlanması Quba RPŞdə aparılmış araşdırma zamanı sübuta yetirilməmişdir. Lakin, iddiaçı 45 baş xırda buynuzlu heyvanı Cavabdeh2 vermişdir.

8. Məhkəmə həmçinin göstərmişdir ki, iddiaçı Cava bdeh1 şəriki olduğu üçün heyvan alqı-satqısı ilə bağlı 5000 manat məbləğində pul vermişdir. Lakin Cavabdeh1 şərikli iş görmək adı ilə aldığı 5000 manatı iddiaçıya qaytarmamış və ya onun əvəzində xırdabuynuzlu heyvan alıb verməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 5000 manat məbləğində pul almadığını qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 1091, 1092-ci, Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 82.4, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Quba Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(027)-198/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və id dianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(105)-900/2023 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və S.A.Qafaridən ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Quba Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(027)-198/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan apellyasiya kollegiyası qeyd etmişdir ki, qeyd olunan iddia tələbi iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olun an fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir tutarlı sübutla təsdiq olunmamışdır.

13. İddianın Cavabdeh2 aid 45 baş heyvanın dəyəri olan 9000 manat pulun verilməsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, göstərilən sayda heyvanın iddiaçı tərəfindən konkret olaraq Cavabdeh2 atasına verilməsi halı iş materialları ilə təkzib edilməsə də, həmin heyvanların verilməsində iddiaçının məqsədi yuxarıda qeyd olunan şikayət üzrə cinayət işinin xitam edilməsi olmuşdur. Yəni qeyd olunan heyvanlar iddiaçı tərəfindən cavabdehə könüllü şəkildə, heç bir təzyiq olmadan verilmişdir. Lakin iddiaçı sonradan onun əməlində hər hansı cinayət əlaməti olmadığını dərk etdiyindən və heyvanların əbəs yerə cavabdehə verildiyinin fərqində olduğundan, sonuncudan heyvanların dəyərini tələb etmişdir ki, a rtıq bu hal özlüyündə iddianı qeyri-müəyyən etməklə, sonuncu tərəfindən sübut edilmədiyindən bu formada iddianın təmin edilməsini məhkəmə ağlabatan mühakimə hesab etməmişdir. Yəni, qeyd olunan sayda heyvanlar cavabdehə dəyəri ödənilmədən verilsə də, cavabdeh həmin heyvanları özünün oğurlanan heyvanlarının əvəzində qəbul etmiş və iddiaçı həmin anda onun şikayətdən imtinası ilə kifayətlənmiş, heyvanların dəyəri olaraq cavabdehdən hər hansı məbləğ tələb etməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə iddia ərizəsi, iş materialları və tərəflərin izahatları əsasında gəlmiş, eyni zamanda qeyd etmişdir ki, bu halı təkzib edəcək hər hansı sübut iş materiallarında mövcud olmamışdır (məsələn cavabdehə heyvanların sonuncunun hədə qorxusu əsasında verilməsini sübut edəcək dəlil, yaxud bu barədə hüquq mühafizə orqanlarına rəsmi müraciət və s.).

15. İddia tələbinin digər Cavabdeh1 5000 manat pulun ona qaytarılması ilə bağlı hissəsində də kollegiya iddianı əsaslı hesab etməmişdir. Belə ki, iddia tələbi bu hissədə də heç bir əsaslı sübutla təsdiq olunmamışdır. Qeyd olunan borc münasibətinin mövcudluğu barədə tərəflər arasında hər hansı yazılı formada müqavilə, sadə formada tərtib edilmiş iltizam iş materiallarında mövcud olmamışdır. İddia bu hissədə yalnız iddiaçının formal şifahi izahatı ilə əlaqələndirilmiş, cavabdeh isə iddianı qətiyyətlə rədd etmiş belə bir borcun olmadığını bildirmişdir. Bu formada iddia tələbinin təmin edilməsi mülki məhkəmə icraatı qaydasında ədalət mühakiməsini həyata keçirən məhkəmənin qərarını ədalət, qanunçuluq, sübutların mötəbərliyi kimi zəruri prinsiplər baxımından kölgə altına sala bilər.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 560.1, 1091, 1092, 1096.1, 1097.1-ci, Mülki Prosessual məcəllənin 76, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(105)-900/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, X11 və Azadlıqları Konvensiyasının 6-cı, Mülki Məcəllənin 21.1, 21.2, 739. 1, 740.1, 1096.1, 1091.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin tələblərini pozulmuşdur. Belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında etiraf etmişdir ki, iddiaçı tərəfindən ona verilən qoyunlar onun sürüsündən oğurlanan qoyunlar olmamış, o isə şübhə əsasında hesab etmişdir ki, qoyunları iddiaçı oğurlamışdır. Quba rayon X8 Bölməsində aparılan araşdırma zamanı da cavabdeh eyni məzmunlu ifadə vermişdir. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh2 məxsus qoyunları oğurlamamışdır. Cavabdeh2 iddiaçı barəsində qanunsuz şikayət etmiş, iddiaçıya qarşı qanunsuz təzyiq edildikdən sonra iddiaçı heyvanlarını vermişdir. İlkin araşdırma zamanı iddiaçıya nə deyilibsə, onu yazmışdır. Sonradan yenidən şikayət etmişdir ki, iddiaçıya qarşı qanunsuzluq olmuş və cavabdeh iddiaçının hesabına varlanmışdır. Cavabdeh1 özü etiraf etmişdir ki, iddiaçıya qoyun və pul vermişdir. İddiaçı isə almamışdır. Deməli, burdan da məlum olmuşdur ki, o iddiaçıya borcunun olduğunu və verdiyini etiraf etmişdir.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə v ə başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab ed ilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya ins tansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır.

27. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddia iki tələbdən ibarətdir.

28. Cavabdehlərə qarşı birgə yönəldilmiş tələbin qanuni əsasını əsassız varlanma təşkil edir. Lakin, məhkəmə kollegiyasının qənaətinə görə, həmin iddia tələbinin faktiki əsası (işin halları) tələbin qanuni əsasını təşkil edən əsassız varlanmaya aid dispozisiya əlamətləri ilə uzlaşmır.

29. Belə ki, məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.

30. Hazırki halda isə iddiaçının Cavabdeh2 45 baş heyvan verməsi inkar olunmasa da, onun bunu cavabdehin atasının şikayəti üzrə barəsində başlana biləcək cinayət təqibinə yol verilməməsi üçün etməsi müəyyən olunmuşdur. Beləliklə, iddiaçı heyvanları cavabdehə könüllü olaraq, sonuncuya vurulmuş ziyana görə verdiyindən, cavabdehin iddiaçının hesabına əsassız varlanması baş verməmişdir.

31. İddianın Cavabdeh1 pulun tutulması hissəsi üzrə də apellyasiya məhkəməsi düzgün nəticəy ə gəlmişdir. Belə ki, iddiaçı həmin cavabdehə 5000 manat pul verdiyini iddia etsə də, sonuncu həmin halı etiraf etməmiş, iddiaçı isə bununla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

32. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

33. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

34. İşin faktiki hall arını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və şahidlərin ifadələrini, habelə iddiaçının müraciəti əsasında istintaq orqanı tərəfindən toplanmış materiallarla birgə əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

35. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan madd i və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(105)-900/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar