Məhkəmə qərarları › İş №2(102)-3378/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3378/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3378/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ilk, Cavabdeh2 iddiaçılar İddiaçı və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və maddi ziyanın ödənilməsi; pulun tutulması, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və maddi ziyanın ödənilməsi ” barədə ilk, Cavabdeh2 İddiaçı və Cavabdeh3 qarşı “pulun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 1117/2024 saylı qətnaməsindən cavabdehlərin kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.60 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh2 və Cavabdeh1 qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etmişlər.

3. Mübahisə bununla bağlı yaranıb.

4. İş üzrə qəbul edilmiş məhkəmə aktları: 5. a)Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 21.60 kv.m. olan qeyri-yaşayış sahəsindən (bundan sonra “mübahisəli yer”) çıxarılaraq həmin yerin ona təhvil verilməsi, 2021-ci ilin oktyabr ayı üçün mübahisəli yerin qanunsuz sahiblikdə olduğu müddətdə vurulmuş zərərin əvəzi olaraq 2000 manat pul məbləğinin, xx.xx.2021-ci il tarixindən mübahisəli yerin təhvil verilməsi tarixinə kimi olan müddətdə hər gün üçün 66,66 manat pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli yer iddiaçının xüsusi mülkiyyət indədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. İddiaçıya məlum olmuşdur ki, mübahisəli yer tanımadığı şəxslər tərəfindən zəbt edilmişdir. Mübahisəli yeri tərk etmələri tələb edilsə də, heç bir əsas olmadan həmin sahəni zəbt edən şəxslər bundan imtina etmişlər.

8. Mübahisəli yer vaxtilə xxx adlı şəxsə icarəyə verilmiş və hər ay 2000 manat olmaqla icarə haqqı müxtəlif şəxslər vasitəsilə göndərilmişdir. Hazırda həmin yeri zəbt edən şəxslərin xxx adlı şəxslə əlaqəsi belə yoxdur və heç bir əsas olmadan onlar qeyriyaşayış sahəsindən istifadə edir lər. İddiaçının cavabdehlər tərəfindən verilən ödənişi qəbul etməkdən imtina etməsinə və cavabdehlərə mübahisəli yeri tərk etmələrini bildirməsinə baxmayaraq, cavabdehlər qanunsuz əməllərini davam edərək, oranı tərk etməyəcəklərini bildirmişlər.

9. İddiaçı Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və mübahisəli yeri zəbt etmiş şəxslərin müəyyən edilərək, onların qanunsuz hərəkətlərinə son qoyulmasına dair müvafiq tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarla əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, qeyri-yaşayış sahəsini zəbt et miş şəxslər Cavabdeh2 və Cavabdeh1dur.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 152.1, 157.2 və 157.5-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi (iddia tələbinin artırılması barədə ərizə) verərək, İddiaçı və Cavabdeh3 20.000 manat obyektin yararlı hala salınmasına sərf etdiyi, əmlakdan istifadəyə görə ödədiyi 254.800 manat pulun və 150 manat dövlət rüsumunun, cəmi 274.950 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qardaşıdır, göstərilən ünvanla heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də Cavabdeh1 cavabdeh kimi qoyulması əsassızdır. İlk iddia tələbi də əsassızdır. Onun istifadəsinə verilən zirzəmi 17 kv.m olub. İcarəyə verilən sahə istifadə üçün yarasız olub. Zirzəmidə yerləşən bu sahəyə giriş mövcud olmayıb. Aralarındakı razılaşmaya əsasən zirzəmiyə giriş açaraq ticarət üçün yararlı hala gətirməli idi. Çox çətinliklə də olsa, zirzəmiyə giriş açmış, bütün sahəni təmir eləmişdir. Obyekti yararlı hala gətirənə qədər iddiaçı oranı 100 manata belə icarəyə verə bilmirdi. Aparılan tikinti-təmir işlərinə 20.000 manat pul xərcləmişdir. Hüseynbala Əliyev küçəsi ticarət üçün əlverişli yer hesab olunur və burada təmir-tikinti aparmaq çox bahadır. Bahadır həm də ona görə ki, təmir-tikinti apardıqları obyektin hər hansı bir sənədi yox idi. Sahəni yararlı hala salandan sonra iddiaçıya 1.500 manatdan başlayaraq, 1.800, 2.000 manat, sonuncu ayları isə 2.200 manat icarə haqqı ödəmişdir. Bu günə kimi təqribən 24.000 manat icarə haqqı ödəmişdir. Də fələrlə xahiş etmişdir ki, icarə müqaviləsi bağlasınlar. Lakin iddiaçı müqavilə bağlamaqdan imtina edib. İcarə müqaviləsi bağlamaq lazım idi ona görə ki, onlardan müxtəlif vəzifəli şəxslər tez-tez sənəd tələb edirdilər. Hər dəfə müxtəlif bəhanələr gətirmək məcburiyyətində qalırdı. Buna baxmayaraq, icarə haqqı tez-tez qaldırılırdı. Sonuncu dəfə icarə haqqını ödəmək üçün müqavilə tələb etmiş və icarə haqqının qaldırılmasına etiraz etmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, iddiaçı artıq mübahisəli sahəyə mülkiyyət hüququ haqqında çıxarış alınıbdır. Alınan çıxarış qanunsuz olsa da onu mübahisələndirməyi planlaşdırmır bir şərtlə ki, çəkdiyi xərclər ödənilsin və ya xərclədiyi 20.000 manatın əvəzi olaraq 15 ay müddətinə icarə haqqı alınmasın. Hər iki halda obyekti təhvil verə bilməz. İddia ərizəsində 2.000 manat əldən çıxmış fayda və təhvil verilmə tarixinə kimi hər gün üçün 66,66 manat pul tələb edilməsinin hüquqi əsasları göstərilməyib.

13. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 425.1-ci maddəsinə istinad edib.

14. Birinci instansiya məhkəməsi mübahisəli yerdə aparılan təmirə çəkilən xərcin miqdarını müəyyən etmək məqsədilə 10 may 2022-ci il tarixli qərardadla tikinti texniki ekspertizası təyin etmişdir.

15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3537 saylı ekspert rəyinə əsasən mübahisəli yerdə yerinə yetirilmiş tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 985,0 manatdır.

16. Cavabdehlərin sifarişi ilə tərtib edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisəli yer də işlərin görülməsinə ümumilikdə 1.2820,0 (on iki min səkkiz yüz iyirmi) manat vəsait tələb olunur.

17. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, o, 7 ilə yaxındır ki, mübahisəli yerdə satıcı işləyir. İcarə haqqını xxxx xanım və ya oğlu gəlib götürürdü və ya özü onlar deyən ünvana aparırdı. İcarə haqqının məbləğləri dəyişirdi, yəni məbləğ getdikcə artırdı, icarə haqqı 1200 manat, 1800 manat, 2000 manat, 2300 manat məbləğində müəyyən edilmişdi. xxxx xanım xxxxxanımın anası idi. xxxx xanım deyirdi ki, mağaza onlarındır, sahibidir. Əmək müqaviləsi kiminlə bağlanıb bilmir, ancaq onu işə Cavabdeh2 götürmüşdür.

18. Birinci instansiya məhkəməsində şahid X6 bildirmişdir ki, o, rəhmətlik qardaşı ilə Cavabdeh2 icarə götürdüyü dükanı təmir etmişdir. Təmir üçün sifarişçi Cavabdeh2 idi. Dükanı icarəyə götürmüşdü, əslində sahibinin kim olması barədə məlumatı yoxdur. Dükanın qabağını genişlətmək üçün 1 həftə torpaq çıxarmışlar. Təmirdən əvvəl dükan çox kiçik idi. Dükanı sıfırdan təmir etmişlər. Təmir xərcini Aydın ödəmişdir. Təmir etdiklərindən çox vaxt keçdiyinə görə təxmini qiymət 20.000 manat kimi yadında qalıb. Təxmini 20.000 manat təmir üçün pulu qardaşına verib, qardaşı oradan ona düşən payı verib. Təmirə pul almaları ilə bağlı vergi ödənişinin olub-olmaması barədə məlumatı yoxdur. Belə ki, həmin işlərlə qardaşı məşğul olurdu. Qardaşı isə vəfat etmişdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)596/2022 saylı qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahə si 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi, ilkin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 40 manatın 28 manatı məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın digər hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. (hakim Cəmilə Musayeva)

20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində mübahisəli yer Cavabdeh2 və Cavabdeh1 sahibliyində və istifadəsindədir. Belə ki, Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu polis şöbəsində cavabdehlərin verdiyi izahatlarına əsasən, mübahisəli yerin on il əvvəl onlar tərəflindən icarəyə götürüldüyü, hər ay buna görə 2.000 manat məbləğində icarə haqqının İddiaçı anası Cavabdeh3 ödənildiyi, lakin aralarında etibarlı icarə müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir.

21. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə istinadən göstərmişdir ki, bu normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdak ılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır; - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiy yətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkıişdə iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir: iddiaçı mübahisəli yerin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehlərin faktiki sahibliyindədir və onların əşyaya sahiblik hüququ yoxdur. Cavabdehlərin həmin sahədən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifadə e tmələri isə əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

23. Birinci instansiya məhkəməsi şərh edilənləri nəzərə alaraq hesab etmişdir ki, mübahisəli yerə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehlərin oradan çıxmamaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia bu hissədə təmin edilməli, Cavabdeh2 ilə Cavabdeh1 İddiaçı məxsus olan mübahisəli yerdən çıxmaqla həmin yeri İddiaçı təhvil verməlidirlər.

24. Həmçinin iddianın “2021-ci ilin oktyabr ayı üçün əmlakın qanunsuz sahiblikdə olduğu müddətdə vurulmuş zərərin əvəzi olaraq 2.000 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı birinc i instansiya məhkəməsi Mülki Məcəllənin 21.2, 1096 və 10971-ci maddələrinə istinadən göstərmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. hazırkımülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına görə mübahisəli yer ticarət obyekti kimi Cavabdeh2 və Cavabdeh1 icarəsinə verilmiş və sahəyə mülkiyyət hüququ iddiaçıya keçdiyi vaxtdan hal-hazıradək onların qanunsuz sahibliyindədir. Yuxarıda qeyd edildiyi kimi cavabdehlərin həmin yerdən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifadə etmələri əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Şifahi formada bağlanmış icarə müqaviləsinə əsasən cavabdehlər tərəfindən icarə haqqı olaraq ödənilən məbləğ 2.000 manat təşkil etmişdir.

25. Bu baxımdan, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən ticarət obyekti kimi faktiki istifadə etməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında hər ay 2.000 manat maddi zərərin dəyməsi halı öz təsdiqini tapmışdır. Buna görə də, iddiaçı həmin məbləğin cavabdehlərdən onların mübahisəli sahədən çıxmalı olduqları barədə məlumatı əldə etdikləri andan (2021-ci ilin oktyabr ayından) həmin sahənin iddiaçıya tam təhvil verilənədək tutulmasını tələb etməkdə haqlıdır.

26. Birinci instansiya məhkəməsi iddianın “01 noyabr 2021-ci il tarixindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.60 kv.m olan qeyriyaşayış sahəsinin təhvil verilməsi tarixinə kimi olan müddətdə hər gün üçün 66,66 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar bildirmişdir ki, iddiaçı müzakirə edilən tələbin qanuni əsası kimi hər hansı qanun norması na istinad etməmiş və beləliklə də məhkəmə tərəfindən faktiki halların iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşıbuzlaşmamsının hüquqi cəhətdən dəyərləndirilməsi mümkün olmamışdır. Belə olan halda iddia bu hissədə rədd edilməlidir.

27. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın Cavabdeh3 münasibətdə hüquqi dəyərləndirilməsinin Mülki Məcəllənin 21.2, 448.1 və 448.2-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalı olduğunu qeyd etmiş və qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığını göstərmişdir. Belə ki, işin müəyyən edilən hallarına görə cavabdehlər ilə Cavabdeh3 arasında şifahi formada icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İcarə müqaviləsi şifahi formada bağlandığından müqavilənin hansı müddətə bağlandığını, xəbərdarlıq müddətinin nə qədər təşkil etdiyini, icarə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrinin nədən ibarət olduğunu, icarəyə verilmiş əmlakın saxlanması və ya bərpası üçün icarəçinin çəkdiyi zəruri xərclərin əvəzinin qaytarılmalı olub-olmamasını və s. kimi şərtlərin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır.

28. Beləliklə şifahi formada bağlanmış icarə müqaviləsinin hansı şərtinin Cavabdeh3 tərəfindən icra edilməməsi, öhdəliyin pozulmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını, əmlakdan istifadəyə görə ödənilmiş icarə haqqı məbləğlərinin hansı səbəbdən qaytarılmalı olm asını işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.

29. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, icarə müqaviləsinin şərtlərinin nədən ibarət olduğunu təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verilməsinə də zərurət aradan qalxır. Çünki mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir.

30. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qarşılıqlı iddia cavabdeh İddiaçı münasibətdə də rədd edilməlidir. hazırkıiddianın qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

31. İş materiallarına görə qarşılıqlı iddia üzrə iddiaçı ilə cavabdeh İddiaçı arasında hər hansı müqavilə bağlanmamış, ilkin iddia üzrə cavabdeh iddiaçı ilə müvafiq müqaviləni bağlamaq niyyətində olmamışdır. Lakin qaytarılması tələb edilən pul vəsaiti mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən kommersiya obyekti kimi istifadə etməsi müqabilində könüllü qaydada verilmiş, İddiaçı həmin zaman qeyriyaşayış sahəsinin mülkiyyətçisi olmamış, sahənin istifadəsi ilə bağlı bir sıra işlər (təmirbərpa işləri və s.) bir neçə il ərzində qarşılıqlı iddiaçı tərəfindən həyata keçirilsə də, bu işlərin görülməsi bir qayda olaraq onun mənafeyinə uyğun olmuş və o, özü göstərilən xidmətlərdən yararlanmışdır. Qeyd edilənlər nəzərə aınmaqla İddiaçı əldə etdiklərini qaytarmaq üzrə hər hansı vəzifəni daşımır.

32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21-ci, 157-ci, 442-ci, 443.1, 445.2.1, 445.2.2, 448.1, 448.2, 1091, 1092.1, 1096, 1097-ci, Mülki Prosessual Məcəllənin 119-cu maddələri ilə əsaslandırmışdır. 33. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

34. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddianın qismən təmin olunması hissəsində MPM-in 218.1 və 220.4-cü maddələrinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. İlkin iddiaya hüquqi qiymət verərkən işin faktiki halları nəzərə alınmamışdır. İlkin iddianın təmin olunması üçün iddiaçı istinad etdiyi halları sübut etməli, qarşılıqlı iddianın təmin olunmaması üçün isə irəli sürülən müddəaları təkzib etməli idi. İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməyib və təbiidir ki, istinad etdiyi halları sübut edə bilmədiyi kimi qarşılıqlı iddianı da təkzib edə bilməyib. Onlar obyekti tərk edi blər və hazırda obyektdən istifadə etmirlər. Məhkəmə mübahisəsinin davam etdiyi dövrdə, XXX iddiaçıya xx.xx.2022-ci ildə icarə müqaviləsi bağlanması barədə təklif verib və təklif qəbul olunmayıb. Təklifə cavab alındığı xx.xx.2022-ci il tarixdən sonra onlar obyektdən istifadəni dayandırıb və oranı tərk ediblər. Məhkəmənin diqqəti bu hala cəlb edilsə də, məhkəmə bu məsələni müzakirə etməyib və ona qiymət verməyib. 5 aydan artıqdır ki, onlar obyekti tərk ediblər. Obyekt iddiaçı tərəfindən rəsmi qaydada onlara təhvil verilməyib və onlar obyekti təhvil vermələrinə dair öhdəlikləri olmayıb. İddiaçı 2021-ci ildə obyektə mülkiyyət hüququ əldə edib. Onlar icarə müqaviləsi bağlamağa dair təklif verirlər, iddiaçı qəbul etmir və obyekti tərk edirlər. Mübahisəyə obyektiv hüquqi qiymət verilməsi üçün on ların hansı mülki hüquq pozuntusuna yol verdiyinə aydınlıq gətirilməli idi. Onlar hər hansı bir mülki hüquq pozuntusu törətməyib və iddiaçıya zərər vurmayıblar. İddiaçı obyekti başqasına təhvil verib oradan ayda 2.000 manat gəlir götürəcəyinə dair məhkəməyə sübut təqdim etməyib. Belə vəziyyətdə onların iddiaçıya hər ay 2.000 manat zərər vurması qənaətinə gəlinməsi tamamilə əsassızdır.

36. Apellyasiya baxışında mübahisəli yerdə aparılan təmirə çəkilən xərcin miqdarını müəyyən etmək məqsədilə 24 fevral 2023-cü il tarixli qərardadla təkrar tikintitexniki ekspertizası təyin etmişdir.

37. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən mübahisəli yerin istismara yaralı hala salınması üçün aparılmış tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 911,0 manatdır.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-502/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilmiş “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2.000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi” hissəsində və qarşılıqlı iddianın rədd edilməsi” hissəsində ləğv olunmuş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbinin “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-y aşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2.000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi” hissəsində təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 manat məbləğində pulun və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 manat xərcin, ümumilikdə 1.896 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Elmar Rəhimov, Fərid Əyyubov)

39. Apellyasiya instan siya məhkəməsi ilk iddia tələbinin mübahisəli yerdən cavabdehlərin çıxarılması və həmin yerin iddiaçıya təhvil verilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, mübahisəli yer mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehlərin oradan çıxmamaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddianın bu hissədə təmin edilməsi qanuni və əsaslı olmuşdur.

40. Apellyasiya instansiya məhkəməsi ilkin iddianın “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərər müştərək qaydada ödənilməsinin təmin olunması” hissəsi ilə bağlı birinci instansiya m əhkəməsinin gəldiyi nəticə ilə isə razılaşmayaraq göstərmişdir ki, məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehlərin təmsilçisi ilkin iddiaçı ilə cavabdehlər arasında icarə müqaviləsinin mövcud olmadığını, iddiaçının cavabdehlərlə icarə münasibəti yaranmasından imtina etdikdən sonra onların həmin sahədən çıxdıqlarını bildirmişdir. Belə olan halda cavabdehlərin iddiaçı ilə mübahisəli yerə dair icarə münasibətləri mövcud olmadığı və həmin yeri tərk etdikləri üçün ilkin iddia tələbi həmin hissədə təmin edilə bilməz.

41. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, mübahisəli yerdə yerləşən dükan açılaraq baxış keçirilən zaman həmin dükanın boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Dükan ın açarı tələbkar tərəfindən dəyişdirilmişdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

42. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, iş üzrə toplanmış sübutlar, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri ilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisəli qeyri yaşayış sahəsinin yararlı hala gətirilməsi, orada təmir-tikinti işlərini aparması öz təsdiqini tapmışdır.

43. Apellyasiya instansiya məhkəməsi iş keçirilmiş hər iki ekspertiza rəyinə istinadən belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri yaşayış sahəsini n istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 manat məbləğində pul və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 manat xərc, ümumilikdə 1896 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq ona ödənilməli, qarşılıqlı idda qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir.

44. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 152.1, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. 45. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

46. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ilk iddia tələbinin təmin edilməmiş və qarşılıqlı iddia tələbinin təmin edilmiş hissələrində ləğv, ilk iddia tələbinin təmin, qarşılıql ı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassaiya şikayətini dəlilləri belə olub ki, iddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və həmin əmlaka faktiki sahiblikdən məhrum olmuşdur, qeyri-yaşayış sahəsi cavabdehlərin faktiki sahibliyindədir və onların həmin əşyaya sahiblik hüququ yoxdur və cavabdehlər həmin sahədən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifadə etmişlər və bu da iddiaçının mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaratmışdır. Lakin apellyasiya instansiya məhkəməsi ilkin iddia tələbinin “ilkin iddianın 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən h ər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsinin təmin olunması” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, ilkin iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddianın bir hissəsini təmin edib digər hissəsini təmin etməməklə, nəzərə almamışdır ki, ilkin iddia tələbinin bir hissəsi digər hissəsinin nəticəsi kimi çıxış edir, yəni cavabdehlərin qeyri-yaşayış sahəsinə qanunsuz sahibliyi nəticəsində iddiaçı öz əmlakından məhrum olmuş və elə məhz bunun nəticəsində də iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə cavabdehlərin iddiaçını öz əmlakından məhrum edən qanunsuz hərəkətlərini tanımış, lakin “cavabdehlərin iddiaçı ilə həmin qeyri-yaşayış sahəsinə dair icarə münasibətləri mövcud olmadığı və hə min qeyri-yaşayış sahəsini tərk etdikləri üçün ilkin iddia tələbi həmin hissədə təmin edilə bilməz.” qənaətinə gəlmişdir. Bununla da cavabdehləri maddi ziyanın ödənilməsindən yayındırmışdır. Halbuki sübut etməyə ehtiyac yoxdur ki, cavabdehlərin məhkəmənin də müəyyən etdiyi qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İddiaçının hüququ pozulmasaydı, o, 2021-ci ilin oktyabr ayından etibarən hər ay üçün qeyri-yaşayış sahəsinin istifadəyə verilməsindən 2.000 AZN (iki min manat) gəlir edəcəkdi. Cavabdehlərlə iddiaçı arasında icarə münasibətlərinin mövcud olmamasına və qeyri-yaşayış sahəsini tərk etmələrinə gəldikdə isə, qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış iclasında iş üzrə cavabdehlərin nümayəndəsi və vəkili N ümayəndə2 izahatında bildirmişdir ki, cavabdehlər həmin qeyri-yaşayış sahəsini tərk etdikdən sonra, yəni 2022-ci ilin mart ayında həmin sahədə çalışan işçilər qeyriyaşayış sahəsinə sahiblik edirlər. Halbuki, iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində icraatda olduğu müddət ərzində (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) cavabdehlər tərəfindən məhkəməyə qeyri-yaşayış sahəsinin başqa şəxslərin istifadəsində olması ilə bağlı hər hansı məlumat verilməmişdir. Bu halda sual olunur cavabdehlər qeyri-yaşayış sahəsinin açarını sözügedən başqa şəxslərə təhvil verməmişdilərsə, həmin şəxslər qeyri-yaşayış sahəsindən necə istifadə edə bilərdilər? Qeyri-yaşayış sahəsinin cavabdehlərin və ya digər şəxslərin qanunsuz sahibliyində olması iddiaçıya maddi ziyan vurulmasını istisna etmir. Fərz ed ilsə ki, qeyri-yaşayış sahəsi cavabdehlərdən əlavə, başqa şəxslərin də qanunsuz istifadəsində olmuşdur, bu halda yenə məsuliyyəti cavabdehlər daşıyır, çünki həmin şəxslər qeyri-yaşayış sahəsindən məhz cavabdehlər tərəfindən qeyri-yaşayış sahəsinin açarının həmin şəxslərə təhvil verilməsi nəticəsində istifadə edə bilərdilər. Həmçinin iş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qeyri-yaşayış sahəsini zəbt etmiş şəxslər Cavabdeh2 və Cavabdeh1dur. Qərarda cavabdehlərin vermiş olduğu izahatlarla da təsdiq olunur ki, qeyri-yaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsindədir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdehlər arasında qeyri-yaşayış sahəsinə dair icarə münasibətlərinin mövcud olmadığını qəbul etsə də, cavabdehlərin qarşılıqlı iddia tələbini qismən təmin edərək, cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsinin yararlı hala gətirilməsini və orada təmir-tikinti işlərini aparmasını şahid ifadələri ilə, ekspert rəyləri ilə təsdiq edilmiş fakt kimi qəbul etmişdir. Halbuki, ekspert rəyi ilə təmir-tikinti işlərinin kim tərəfindən həyata keçirilməsinin müəyyən edilməsi qeyri-mümkündür. İş materiallarında cavabdehlər tərəfindən qeyri-yaşayış sahəsinə hər hansı xərc çəkilməsi ilə bağlı sübut mövcud deyildir. Fərz olunsa ki, cavabdehlər həmin qeyri-yaşayış sahəsinə xərc çəkərək orada təmir-tikinti işləri aparmışlar, bu halda nəzərə alınmalı idi ki, cavabdehlərlə iddiaçı arasında icarə münasibətləri və icarə müqaviləsi olmamışdır, cavabde hlər qeyriyaşayış sahəsinə qanunsuz sahiblik etmişlər və orada hər hansı təmir-tikinti işlərinin aparılması iddiaçı ilə razılaşdırılmamışdır. Sübut etməyə ehtiyac yoxdur ki, tərəflər arasında icarə müqaviləsi olduğu təqdirdə belə, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən tərəflər arasında icarə münasibətlərinin olmaması, cavabdehlərin əmlaka qanunsuz sahiblik edən vicdansız sahib olması qənaətinə gəlir, digər tərəfdən isə cavabdehləri icarəçi (vicdanlı sahib) kimi qəbul edərək onların iddiaçının razılığı olmadan qeyri-yaşayış sahəsinə çəkdikləri xərclərin iddiaçıdan tutulmalı olması qənaətinə gəlmişdir. Mülki Məcəllən in istinad edilən maddəsindən də göründüyü kimi, mülkiyyətindən məhrum edilmiş iddiaçı əmlakından qanunsuz istifadə etmiş cavabdehlərdən nəinki öz əmlakının qaytarılmasını tələb edə bilər, hətta cavabdehlər əmlakın onlarda olması ilə bağlı iddiaçıya dəymiş bütün zərərin əvəzini ödəməlidirlər. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehlərdən iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsini deyil, cavabdehlərin onlar tərəfindən həyata keçirilməsini iddia etdikləri təmir-tikinti işlərinə çəkdikləri xərcin iddiaçıdan tutulmalı olması qənaətinə gəlməklə düzgün nəticəyə gəlməmişdir..

48. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)- 4252/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnam əsinin “ilk iddianın rədd edilmiş - 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2.000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi və qarşılıqlı iddianın təmin olunan - iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 manat məbləğində pulun və həmin sahədə yerinə yetirilmiş tikintitəmir işləri üçün çəkdiyi 985 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh2 ödənilməsi hissələrində” ləğv olunması və həmin hissələrdə yenidən baxılması üçün geri qaytarılması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlan ılması qərara alınmışdır.

49. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: a ilk iddianın rədd olunmuş (2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsinin təmin olunması”) və qarşılıqlı iddianın təmin olunan (iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 (doqquz yüz on bir) manat məbləğində pul və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 (doqquz yüz səksən beş) manat xərc, ümumilikdə 1896 (bir min səkkiz yüz doxsan altı) manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq i ddaçı Cavabdeh2 ödənilməsi) hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının tələbləri pozulmuş, səhv tətbiq olunması halları müəyyən edilmişdir; b ilk iddiaçının tələbindən aydın görünür ki, o, 2021-ci ilin oktyabr ayından mülkiyyətində olan qeyri–yaşayış sahəsindən cavabdehlərin çıxmasını tələb etmiş, bu xəbərdarlığı cavabdehə çatdırmış, lakin cavabdehlər iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən tələb olunan müddətdə çıxmamış və hər hansı qanuni əsas olmadan qeyri-yaşayış sahəsinə sahibliyi davam etdirmişlər; c məhz bu fakta istinad edən iddiaçı cavabdehlərin qeyri-yaşayış sahəsindən ç ıxmalarını və onlarda qalmış müddət üçün sahibliyin qanunsuz olduğuna istinad edərək zərər tələb etmişdir; d birinci instansiya məhkəməsi sahibliyin qanunsuz olmasını müəyyən edərək qeyri- yaşayış sahəsinin boşaldılmalı olmasına dair iddia ilə razılaşmış, həmin hissədə iddianı təmin etmiş, eyni zamanda qeyd etmişdir ki, cavabdehlərin həmin sahədən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifadə etmələri əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Şifahi formada bağlanmış icarə müqaviləsinə əsasən cavabdehlər tərəfindən icarə haqqı olaraq ödənilən məbləğ 2.000 manat təşkil etmişdir. Bu baxımdan Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində n ticarət obyekti kimi faktiki istifadə etməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında hər ay 2.000 manat maddi zərərin dəyməsi halı öz təsdiqini tapması müəyyən edilmişdir. Buna görə də, iddiaçı həmin məbləğin cavabdehlərdən onların mübahisəli sahədən çıxmalı olduqları barədə məlumatı əldə etdikləri andan (2021-ci ilin oktyabr ayından) həmin sahənin iddiaçıya tam təhvil verilənədək tutulmasını tələb etməkdə haqlı olması nəticəsinə gəlmişdir; e apellyasiya instansiya məhkəməsi təmin olunmuş həmin hissədə qətnaməni ləğv edərək yeni qətnamə qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə cavabdehlərin təmsilçisi ilkin iddiaçı ilə cavabdehlər arasında icarə müqaviləsinin mövcud olmadığını, iddiaçının cavabdehlərlə icarə münasibəti yaranmasından imtina etdikdən sonra onların həmin sahədən çıxdıqlarını bildirmişdir. Belə olan halda cavabdehlərin iddiaçı ilə həmin qeyri-yaşayış sahəsinə dair icarə münasibətləri mövcud olmadığı və həmin qeyri-yaşayış sahəsini tərk etdikləri üçün ilkin iddia tələbi həmin hissədə təmin edilə bilməz; f göründüyü kimi, hər iki instansiya məhkəməsi tərəfindən qəbul olunur ki, tərəflər arasında etibarlı icarə münasibətləri olmamış, ilk iddiaçı da məhz icarə müqaviləsi üzrə ödənilməli olan məbləği deyil, mülkiyyətində olan sahənin qanunsuz əsaslarla cavabdeh tərəfindən sahiblik edildiyinə əsaslanmaqla və edilmiş xəbərdarlığa baxmayaraq, geri verilmədiyinə istinad edərək qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu müddət üçün əldən çıxmış fayda tələb olunur; g hər iki tərəf qəbul edir ki, onlar arasında əldə olunmuş razılaşmaya əsasən hər ay ilk iddiaçıya 2.000 manat məbləğində pul ödənilmişdir; h qeyd edilməlidir ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; imülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğun u bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir; jbelə olan halda apellyasiya instansiya məhkəməsi qeyri-yaşayış sahəsinə ilk iddiaçının iddia etdiyi müddətdə cavabdehin sahibliyinin qanuni olub-olmamasını, həmin müddət üçün iddiaçı qarşısında hər hansı əsaslarla öhdəliyin yaranmasını, bunun pozulub pozulmamasını, hansı vaxtdan etibarən əmlakın mülkiyyətçiyə qaytarılması, onda qalan müddət üçün ilk iddiaçıya zərərin vurulmasını və ödənilibödənilmədiyini müəyyən etməli olduğu halda, bunlarla bağlı araşdırma aparmamış və yalnız etibarlı icarə münasibətlərinin olmaması və artıq qeyri-yaşayış sahəsinin mülkiyyətçiyə qaytarılmasına istinad edərək iddianın həmin hissədə rədd olunması ilə bağlı əsassız olan nəticəyə gəlmişdir; k apellyasiya instansiya məhkəməsi nəzərə almalı idi ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, tələbin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır; lbu baxımdan, apellyasiya instansiya məhkəməsi ilkin olaraq müqavilədən irəli gələn öhədliklərin və ya münasibətlərin mövcud olmamasına qiymət verdikdən sonra qanundan irəli gələn münasibətləri yoxlayaraq iddianın mübahisələndirilən həmin hissəsinə Mülki Məcəllənin 21, 157-ci maddələrinin və digər qanuni əsasların tətbiqinin mümkünlyünü müzakirə etməli idi, lakin belə qiymətləndirmənin aparılmamışdır; m ilk iddiaçının məhkəmə icraatlarında bildirdiyi faktiki halların həmin əsaslardan hansına uyğun gəldiyini işə mahiyyəti üzrə baxan məhkəmə yoxlamalı, onlar içərisində mübahisələndirilən hallar üzrə sübutetmə yükünü müəyyən etməli, sonra isə tərəflərin təqdim etdiyi sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Nəzərə alınmalıdır ki, göstərilən əsaslardan hansınasa istinad edən şəxs öz iddiasını sübuta yetirməyə borcludur; n qarşılıqlı iddianın təmin olunan hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, həmin hissədə iddia birinci instansiya məhkəməsi tərəfindən sübütların mövcud olmamasına istinad edilərək rədd olunmuşdur; o apellyasiya icraatı zamanı məhkəmə qarşılıqlı iddianın mübahisələndirilən həmin hissəsi üzrə ekspertiza təyin etmiş, ekspertlər qarşısında «… zirzəminin istismara yararlı hala salınması üçün xərc nə qədər müəyyən edilir» məzmununda sual qoyulmuşdur. Ekspert tədqiqatının nəticəsi olaraq 19 yanvar 2023-cü il tarixə verilmiş rəydə tikinti təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 985,0 manat məbləğində, 24 may 2023-cü il tarixli rəydə isə tikinti təmir işlərinin ba zar dəyərinin 911,0 manat olduğu müəyyən edilmişdir. Hər iki rəy üzrə tədqiqat eyni işlər üzrə aparılmış, lakin 2-ci rəydə birinci rəydən daha aşağı məbləğ müəyyən olunmuşdur. Ekspert ilkin ekspertiza ilə sonuncu ekspertiza arasında yaranmış qiymət fərqinin səbəbini, ilkin ekspertiza zamanı müəyyən edilmiş təmir işlərinin hal hazırda dəyişməsi ilə izah etmişdir; p qarşılıqlı iddianı qismən təmin edən apellyasiya instansiya məhkəməsi isə mübahisəli ünvan üzrə ekspert qarşısında aydınlaşdırılması zəruri hesab edilən sualın eyni məzmunlu olması, tədqiqatın eyni işlər üzrə aparılmasını nəzərə almadan hər iki rəydə göstərilən məbləğlərin toplanmış nəticəsi üzrə iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir; q apellyasiya instaniyası məhkəməsinin qətnaətinə görə hər bir rəydə müəyyən olu nmuş məbləğlər ayrı-ayrı işlərin görülməsi ilə bağlı olmuş, lakin bu nəticəyə hansı araşdırılmış hallar və ya sübutlar əsasında gəlməsi ilə bağlı mövqeyini aydınlaşdırmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə düz olmamışdır; r apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən hər iki hissə üzrə mübahisə həll edilərkən işin müəyyən olunmuş faktiki halları ilə sadalanan maddi və proessual hüquq normalarının şərtləri arasındakı uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmamışdır. Bu hallar isə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsa slandırılmadığına dəlalət edir. 50. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

51. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1117/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Abdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Fərrux Qasımov)

52. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, mübahisəli yer üzərində ilk iddiaçının mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin vaxtdan onun mülkiyyətindədir. Həmin yerin bu tari xdən əvvəl və sonra cavabdehlərin istifadə və sahibliyində olması artıq öz təsdiqini tapmışdır. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi onların hər ikisinin qeyd edilən əmlakdan çıxarılmasını və əmlakın ilk iddiaçıya təhvil verilməsini qət etmiş, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də qətnamənin bu hissəsi üzrə nəticə ilə razılaşmışlar.

53. İlk iddia üzrə iddiaçı bu tələblə yanaşı, həmçinin, 2021-ci ilin oktyabr ayı üçün əmlakın qanunsuz sahiblikdə olduğu müddətdə vurulmuş zərərin əvəzi olaraq 2.000 manat, xx.xx.2021-ci il tarixdən isə əmlakın təhvil verilməsi tarixinədək müddətə hər gün üçün 66,66 manat pul məbləğinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını tələb edir.

54. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən bu tələb üzrə göstərmişdir ki, tərəflər arasında nə yazılı, nə də ki, şifahi icarə müqaviləsindən irəli gələn icarə münasibətlərinin, habelə əmlakdan istifadə edilməsi ilə bağlı hər hansı razılaşmanın olması müəyyən edilmir. Mülkiyyətçi olduqdan sonra iddiaçı cavabdehlərə müraciət edərək, onlara həmin əmlakdan istifadə və sahibliyə son qoyulmasını və əmlakın 2021-ci ilin oktyabr ayından ona təhvil verilməsini tələb etmişdir. Müraciətin bir nəticəsi olmadığından iddiaçı pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün cavabdehlərin hərəkətlərindən ilk öncə Bakı şəhəri Nəsimi rayon Polis idarəsinə şikayət etmişdir. Həmin İdarə tərəfindən aparılmış araşdırma çərçivəsində Cavabdeh2 verdiyi izahatda ilk iddiaçıya məxsus əmlakı qardaşı Cavabdeh1 ilə birlikdə icarəyə götürdüyünü və bunun m üqabilində hər ay 2.000 manat məbləğində pulun ödənildiyini bildirmişdir. Onun qardaşı Cavabdeh1 da öz izahatında bu halı təsdiq etmişdir.

55. İş materiallarında olan ödəniş qəbzlərindən də əmlakla bağlı müxtəlif məbləğlərdə ödənişlərin məhz Cavabdeh1 tərəfindən aparıldığı müəyyən edilir. Cavabdehlər yalnız 2022-ci ilin fevral ayında iddiaçıya müraciət edərək, icarə müqaviləsinin bağlanmasını təklif etmiş, lakin iddiaçı xx.xx.2022-ci il tarixli cavab məktubunda bu təklifi qəbul etməmiş və belə bir müqavilənin bağlanmasından imtina etmişdir. İlk iddia üzrə cavabdehlərin vəkili və nümayəndəsi də öz yazılı və şifahi izahatında mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehlərə iddiaçı tərəfindən deyil, iddia ərizəsində göstərildiyi kimi xxx adlı şəxs tərəfindən təhvil verildiyini, onların (Cav abdeh2 deyil, XXXlər qeyd edilir) xxxın tapşırığına əsasən istifadə etməyə başladığını və sonuncunun tapşırığına əsasən icarə haqqını Cavabdeh3 ödədiklərini bildirmişdir.

56. Bununla belə, iddiaçının mülkiyyətində olan həmin əmlakın xx.xx.2021-ci il tarixdən sonra da yalnız Cavabdeh2 deyil, məhz onların hər ikisinin qanunsuz istifadə və sahibliyində olması, onların həmin əmlakdan kommersiya məqsədləri üçün istifadə etdiyi (geyim əşyalarının satışı) və bunun müqabilində onlar tərəfindən hər ay 2.000 manat məbləğində pulun ödənildiyi həm tərəflərin izahatı, həm də işin materialları ilə öz təsdiqini tapır. 2021-ci ilin oktyabr ayına kimi onların hər ay 2.000 manat məbləğində pul vəsaitini iddiaçının anası Cavabdeh3 Şuşa qızına göndərməsi də bu halı aradan qaldırmış olmur.

57. Apellyasiya inst ansiyası məhkəməsi vurğulamışdır ki, əmlakın təhvil verilməsi tələbi 2021-ci ilin oktyabr ayında irəli sürülmüş və həmin vaxtdan da cavabdehlər bu məsələdən xəbərdardılar. Cavabdehlər əmlakın təhvil verilməsi ilə bağlı apellyasiya şikayətində ilk iddiaçıya xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanması barədə təklif göndərdiklərini, təklifin qəbul olunmaması barədə cavab alındığı xx.xx.2022-ci il tarixdən sonra qeyri-yaşayış sahəsindən istifadəni dayandırdıqlarını və oranı tərk etdiklərini göstərmişlər. Halbuki, məhkəmə iclasında iştirakı onlar tərəfindən təmin edilmiş şahid X1 məhkəməyə verdiyi ifadəsində həmin əmlakdan 2022-ci ilin fevral ayının sonundan istifadə etməyə başladığını göstərmişdir. Bu uyğunsuzluqla yanaşı, qeyd edilməlidir ki, iş üzrə müvafiq məhkəmə aktlarının icrası nın nəticəsi olaraq icra məmurları tərəfindən tərtib edilmiş aktlarla da əmlakın cavabdehlər tərəfindən qeyd edilən tarixlərdə deyil, xeyli sonra iddiaçıya təhvil verildiyi öz təsdiqini tapır.

58. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-119/2022 saylı, xx.xx.2022ci il tarixli qərarının icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən icra məmurları və digər aidiyyəti şəxslər qərarın icrası ilə bağlı qeyri-yaşayış sahəsinə gəlmiş və onun qapısının bağlı olduğunu görmüşlər. Bununla bağlı əmlakın faktiki istifadəçisi olan XXXXlə əlaqə saxlanılmış və o, özünə məxsus əşyaları ilə birlikdə həmin sahədən çıxdığını, sahənin boş vəziyyətdə olduğunu, açarları isə Cavabdeh2 (cavabdeh) verdiyini bildirmişdir. İcra sənədi üzrə tələbin təmin edilməsi üçün borclular tərəfindən qapı açılmadığı üçün tələbkarın nümayəndəsi tərəfindən açarçı dəvət olunmuş, dükan açılmış və baxış keçirilmişdir. Lakin həmin vaxt qeyri-yaşayış sahəsi tələbkara təhvil verilməmişdir.

59. Bu hal qeyd edilən icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla təsdiq olunur. Həmin akta əsasən icra məmurları xx.xx.2023-cü il tarixdə icra sənədinin icrası məqsədi ilə qeyri-yaşayış sahəsinə getmiş və bu zaman həmin sahədən XX və XXXXXnin istifadə etdiyi müəyyən edilmişdir. Həmin şəxslərə qeyd edilən qərarın izah olunması ilə bağlı məhkəmə mübahisəsinin olduğunu bildirmişlər. Bundan sonra həmin sahədən istifadə edilməsi qadağan edilmiş və oranın açarları istifadəçilərə (yuxarıda göstərilən şəxslərə) verilmişdir. Onlar da izahla bağlı məsələnin öz həllini tapdıqdan sonra dükanın (qeyri-yaşayış sahəsinin) açarlarının tələbkara verilməsi barədə üzərlərinə öhdəlik götürmüşlər.

60. Bundan sonra artıq hazırkıiş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamə mübahisəli qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılması və sahənin iddiaçıya təhvil verilməsi hisəssində qanuni qüvvə mindiyindən həmin hissə ilə bağlı verilmiş icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları yenidən həmin sahəyə getmiş və sahədən istifadə edən X2 və X5 icra sənədi barədə məlumat verməklə onların əşyaları ilə birlikdə həmin sahədən çıxmalarını və sahənin boş vəziyyətdə iddiaçıya təhvil verilməsini t əmin etmişdilər.

61. Bununla belə, mübahisəli qeyri-yaşayış sahəsi onun mülkiyyətçisi olan iddiaçıya hüquqi nəticə etibarı ilə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Bu əmlak iddiaçının mülkiyyətinə keçdikdən sonra həmin sahə məhz cavabdehlərin istifadəsində olmuş və bu səbəbdən əmlakın təhvil verilməsi ilə bağlı mübahisə məhz iddiaçı ilə cavabdehlər arasında yaranmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-502/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən məhz cavabdehlər həmin sahədən çıxarılmalı və sahəni iddiaçıya təhvil verməlidirlər. Cavabdehlərin 2022-ci ilin fevral və ya mart ayından həmin sahədən çıxmaları və sahənin ilk olaraq XXXXin, daha sonra isə XX və XXXXXnin istifadəsində olması hüquqi baxımdan bu nəticəyə təsir etmir. X10, nə də ki, XXun və XXXXXnin qeyri-yaşayış sahəsindən məhz iddiaçının razılığı əsasında istifadə etməsi, habelə 2021-ci ilin oktyabr ayından bu əmlaka görə iddiaçının gəlir əldə etməsi müəyyən edilmir. Nəticə etibarı ilə bütün həmin müddət ərzində qeyri-yaşayış sahəsi məhz cavabdehlərin istifadə və sahibliyində olmuşdur.

62. Belə ki, həmin sahəni XXXXə nəticə etibarı ilə Cavabdeh2 təhvil vermiş, sonradan da XXXX həmin sahənin açarlarını yenidən X7 qaytarmış, lakin orada işlədiyi dövr üçün iddiaçıya hər hansı məbləğdə pul verə bilməmişdir. Bu hallar şahid XXXXin ifadəsi və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla təsdiq edilir.

63. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində i ddiaçı 2021-ci ilin oktyabr ayından 2024-cü ilin yanvar ayına kimi mülkiyyətçi kimi həmin əmlakdan sərbəst istifadə etmək və ona sahib olmaqla gəlir əldə etmək hüquqlarını həyata keçirə bilməmiş, bu əmlakın icarəyə verilməsindən real olaraq hər ay əldə edə biləcək ən azı 2.000 manat məbləğində gəlirdən (bu məbləği tərəflər özləri təsdiq edir) məhrum olmuşdur. Halbuki, artıq müəyyən edildiyi kimi, həmin müddət ərzində qeyri-yaşayış sahəsindən iddiaçının iradəsinə zidd olaraq başqa şəxslər istifadə etməklə qəlir əldə etmişlər. Qeyd edilənlər öz növbəsində iddiaçı tərəfindən qanunsuz sahibliyin həyata keçirildiyi bütün müddət üçün, yəni əmlakın ona təhvil verilənədək, bu əmlakdan götürməli olan gəlirlərin məhz cavabdehlərdən tələb edilməsi üçün əsas yaradır.

64. Bu səbəbdən birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə və 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan bu əmlakdan çıxarılana qədər cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2.000 manat məbləğində pulun tutulmasını qət etməkdə haqlı olmuşdur. İddia ərizəsində iddiaçının xx.xx.2021-ci il tarixdən əmlakın təhvil verilməsi müddətinədək hər günü üçün cavabdehlərdən 66,66 manat tələb etməsi də birinci instansiya məhkəməsinin hər ay üçün 2.000 manat pulun tutulması ilə bağlı qənaətinin səhv olmasını təsdiq etmir. Hər bir halda, məbləğ etibarı ilə bir gün üçün tələb edilən 66,66 manat, 1 ay üçün məhz hər iki tərəfin etiraf etdiyi 2.000 manat təşkil edir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin bu tələb üzrə dəlillərini əsassız olduğunu təsdiq edir.

65. Apellyasiya ins tansiyası məhkəməsi onu da göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılan tarixdə mübahisəli əmlak faktiki olaraq iddiaçıya təhvil verilmədiyindən, bu hal işə kassasiya qaydasında baxıldıqdan sonra baş verdiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə məzmunu qanuni hesab ediləməli və əmlakın təhvil verilməsi müddəti əsas götürülməklə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğlə bağlı məsələ icra mərhələsində həll edilməlidir.

66. Apellyasiya instansiyası məhkəməsinin işin hallarına istinadən qarşılıqlı iddia tələbinə münasibətdə mövqeyi belə olmuşdur ki, Cavabdeh2 tərəfindən əvvəlki və ya hazırkımülkiyyətçi ilə mübahisəli qeyri-yaşayış sahəsinində hər hansı yaxşılaşdırma, o cümlədən təmir-tikinti işlərinin aparılması razılaşdırılmamı şdır. Ümumiyyətlə, cavabdeh X11 tərəfindən belə bir işlərin görülməsi, o cümlədən bu barədə məlumatın verilməsi müəyyən edilmir. İddiaçı da öz növbəsində Cavabdeh2 tərəfindən bu əmlakda hər hansı işlərin görülməsini qəbul etmir. Qeyd edilənlər öz növbəsində qarşılıqlı iddia üzrə bu tələbin əsassız olduğunu təsdiq edir və rədd edilməsini şərtləndirir.

67. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 139.1, 152.1, 157.2, 157.4, 157.5, 157.6, 157.7-ci, Mülki Prosessual Məcəllənin 14.2, və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

68. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a Kassasiya şikayətinin dəlilləri b Cavabdehlər kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. c Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü ildə təhvil verildiyi barədə qənaəti işin tədqiq olunan materiallarına uyğun deyil. Halbuki, sahənin açarlarının xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsinə təhvil verilməsinə dair icra məmuru tərəfindən akt tərtib edilmişdir. İşdəki sənədlərdən və tərəflərin izahat və ifadələrindən də görünür ki, Cavabdeh2 işlətdiyi mağazada yalnız şərf və papaqlar satılırmış, şəkildə icra məmurunun qapısını bağladığı mağazada isə geyim paltarları olduğu görünür. Yuxarıda göstərildiyi kimi, qeyri-yaşayış sahəsinin açarlarının xx.xx.2023-cü ildə iddiaçının nümayəndəsinə təhvil verilməsinə dair icra məmuru tərə findən tərtib edilmiş akt mövcuddur. Bir mağazanın təhvil verilməsinə dair akt mövcud olduğu halda, həmin hala görə əlavə sübutlar tələb edilməsinin məqsədini anlamaq çətindir. Hər bir halda məhkəmə xx.xx.2024-cü ildə 12-ci məhkəmə baxış iclasında təqdim olunmuş şəkilin mübahisəyə aidiyyətinə qiymət verə bilərdi. İddiaçı məhkəməyə XXXlərin qeyri-yaşayış sahəsini ona təhvil verməli olmalarını təsdiq edən hər hansı bir sübut təqdim etməyib. Öhdəlik müqavilədən yaranır. XXXlər qeyri-yaşayış sahəsindən Şahid tapşırığına əsasən həyata keçirmişlər. xxx da XXXlərdən qeyri-yaşayış sahəsini təhvil verməyi tələb etməmişdir. Qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququ 2021-ci ilin oktyabr ayında yaranıb. Həmin vaxt mübahisəli sahə cavabdeh XXXlərin qanuni sahibliyində idi. Cavabdeh XXXlər mülkiyy ətçiyə maddi ziyan vurmayıblar. Mülkiyyət hüququ əldə edilənə qədər 254000 manat ödəmələrinə rəğmən ayda 2000 manat icarə haqqı ödənilməsinə dair təklif irəli sürsələr də, iddiaçı həmin təklifi rədd edib. Yəni həmin obyektdən fayda götürməkdən imtina edib. Məhkəməyə başqa şəxslərdən icarə müqaviləsinə və ya başqa əsasa ayda 2000 manat gəlir əldə edəcəyini təsdiq edən sübut təqdim olunmayıb. Buna görə də, İddiaçı həmin obyektə görə ayda 2000 manat fayda götürməsindən cavabdeh XXXlərin təqsiri səbəbindən məhrum olması fərziyyədir, nəinki mötəbər sübut deyil. İddiaçı istinad etdiyi halı sübut edə bilməmişdir. İlkin iddia qismən təmin olunarkən məhkəmənin iddia tələblərindən kənara çıxaraq MPM-in 218.3 maddəsinin tələbini pozması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı bir ay üçün 2000 mana t tələbi irəli sürmüşdür. Məhkəmə kollegiyası isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Tələb irəli sürmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə kollegiyası tələbi əsaslı hesab edirdisə bir ay üçün 2000 manat ödənilməsi nəticəsinə gələ bilərdi. Lakin həmin hissədə iddia təmin edilməmişdir. Tələbin hər gün üçün 66,66 manat zərər ödənilməsi tələbi təmin edilmədiyindən həmin hissədə qətnamə qanunu qüvvəsini almışdır. İddia ərizəsində oktyabr ay üçün əmlak qanunsuz sahiblikdə olduğu müddətdə vurulmuş zərərin əvəzi olaraq 2000 manat tələb olunub, 66,66 manat tələbi zərər kimi irəli sürülməyib. d Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

69. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 etiraz göndərərək, etirazında şikayətin əsasız olmasını və cavabdehlərin verdiyi kassa siya şikayətinin təmin etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdiri lməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibli yindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmla kın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə s axlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə zərərin, qarşılıqlı iddia üzrə əmlaka çəkilmiş xərcin tutulması hissəsində olub. Bu baxımdan, qətnaməni tam yoxlanması dedikdə, apelyasiya baxışının predmeti olan hissə başa düşülür.

68. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkışikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

71. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hər iki iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələblər üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırkıiş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

72. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkıqərarın 47-62-cı bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və hər hansı əlavə şərhə zərurət görmür.

73. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər İddiaçı iddiasına etirazın, qarşılıqlı iddianın və apellyasiya şikayətinin də dəlilləri olmuş, məhz həmin dəlillərə müvafiq olaraq birinci və apellyasiya instansiyaları məhkəmələri qiymət verməklə, ilk iddianı yuxarıda göstərilən qaydada qismən təmin, qarşılıqlı iddianı isə rədd etmişlər.

74. Həmçinin bu dəlillər hazırkıiş üzrə kassasiya instansiyası məhkəməsinin ə vvəlki qərarında şərh edilənlər baxımından da əsassızdır.

75. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1117/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar