Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3379/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim R.Cavadzadə) xx.xx.2019-cu il tarixli, 2(004)-xxx/2019 nömrəli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Binəqədi ra yon qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, Z.Əliyev, F.Talışinski) xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsi ilə Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-xxx/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Ərizəçi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1981-ci i ldə Bakı şəhərində doğulmasının qeyd edilməsi, doğum haqqında şəhadətnamənin doğum tarixi qrafasında xx.xx.1981-ci il, doğum yeri qrafasında Bakı şəhəri, ata qrafasında X2, ana qrafasında Maraqlı şəxs2 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Ərizəçi və vəkili Kərimov Mehram Məlik oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxan məhkəmələr ərizəni təmin etməmələrində ona istinad etymişlər ki, guya ərizəçi istinad etdiyi halları sübut edə bilməmişdir. Lakin məhkəmələr dindirilmiş şahid ifadələrinə, işə əlavə edilmiş əsas təhsil haqqında şəhadətnaməyə heç bir hüquqi qiymət verməmiş, həmin sübutları qiymətləndirməmişdir. Azərbaycan Respublik ası Səhiyyə Nazirliyinin Elmi Təhqiqat Mamlıq və Genekologiya İnstitutu tərəfindən sorğuya verilmiş cavabda isə göstərilmişdir ki, arxiv məlumatları 1986-cı ildən başladığı üçün ərizəçinin həmin institutda doğulub-doğulmaması barədə məlumat verə bilməmişlər. Göründüyü kimi, məhkəmə Ailə Məcəlləsininj 44.1-ci maddəsini düzgün təfsir etməmişdir. Həmin maddədə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən doğum faktının müəyyən olunmasının mümkünlüyü müəyyən edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizəçi sübut kimi şahidlər təqdim etmiş, guya həmin şahidlər ziddiyyətli ifadələr vermişlər ki, onlar da ərizəçinin tələbi üzrə müvafiq hüquqi əhəmiyyətli faktın müəyyən olunması istiqamətində yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Halbuki həmin ziddiyyətli ifad ələrin nədə ifadə olunması göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ərizənin təmin olunması barədə yeni qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı Ərizəçi, vəkili Kərimov Mehram Məlik oğlu və maraqlı şəxs Binəqədi rayon Qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsiməhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasın ı mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 və vəkili Həsənov İmamaqulu Vəli oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymət ləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Birinci instansiya məhkəməsuinin ərizənin təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyasıə qənaətini onunla əsaslandırmışdır ki, Ərizəçinin izahatından və işin hallarından aydın olur ki, ərizəçinin doğum qeydi ümumiyyətlə vətəndaşlıq vəziyyəti aktlarında mövcud olmamışdır (əvvəllər belə bir qeyd aparılmamışdır). Belə olan halda isə, ərizəçi məhkəmə qaydasında doğumunun qeyd edilmə faktının müəyyən edilməsini tələb etməkdə haqlı olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, Ail ə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərmilişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina e tdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Göründüyü kimi, doğum faktının müəyyən edilməsi ilə doğumun qeyd edilmə faktının müəyyən edilməsi fərqli anlayışlardır və hazırki məsələ yalnız doğum faktının müəyyən edilməsi istiqamətində ola bilər. Qanunvericiliyin tələblərinə görə - uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (Ailə Məcəllə sinin 44.1-ci mad.) Ərizəçi isə qeyd edilən hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Yəni, ərizəçi xx xxx 1981-ci ildə Bakı şəhərində X2 ilə Maraqlı şəxs2 ailə münasibətindən doğulmasını bildirsə də, bunu təsdiq edən qanunvericiliyin yuxarıda sadalanan hər hansı əsasını sübuta yetirən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən (qərarındakı mövqeyinə görə məhkəmələr doğum faktının müəyyən edilməsi barədə ərizələrə baxarkən - ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Göründüyü kimi, doğum faktının mövcudluğu mötəbər və təkzibedilməz sübutlar əsasında müəyyən edilə bilər. Ərizəçi isə qeyd edilən istiqamətdə müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçi ümumiyyətlə şəxsiyyətini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçinin təqdim etdiyi təhsil haqqında şəhadətnamə də vəziyyəti dəyişdirmir. Çünki, həmin şəhadətnamənin məhz ərizəçiyə məxsus olması müəyyən edilmir, eyni zamanda həmin sənəd doğum faktının müəyyən edilməsi üçün mötəbər və təkzibedilməz sübut kimi qəbul edilə bilməz. Ərizəçi sübut kimi şahidlər təqdim etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizəçinin təşəbbüsü əsasında şahid qismində dindirilmiş şəxslər fərqli, ziddiyyətli ifadələr vermişlər ki, onlar da ərizəçinin tələbi üzrə müvafiq hüquqi əhəmiyyəti faktın müəyyən olunması istiqamətdə yetərli və mötəbər sübut kimi q əbul edilə bilməz. Eyni zamanda, qeyd edilməlidir ki, ərizəçinin 37 ildən sonra doğum faktının müəyyən edilməsi zaman baxımından da sübutların (şahid ifadələri və s.) əhəmiyyətini azaltmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun xx xxxxxx 2018-ci il tarixli məktubundan da göründüyü kimi, arxiv məlumatları 1986-cı ildən başladığından, 1981-ci ildə Maraqlı şəxs2 doğumu barədə məlumat verilməsi mümkün olmamışdır. Göründüyü kimi, uzun müddət keçməsi səbəbindən ərizəçinin bildirdiyi hallarla bağlı mötəbər sübutların əldə olunması mümkünsüz olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı ol araq ərizəni rədd etmişdir Kassasiya kollegiyası apellyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, işə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası ərizəçinin doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutların müəyyən edilmədiyini, şahid ifadələrinin ziddiyyətli olmasını əsas gətirsə də, şahid ifadələrin arasında ziddiyyətin mövcudluğu apelyasiya kollegiyası tərəfindən əsaslandırılmamış, iş materiallarında olan şahid ifadələri tədqiq edilərkən isə müəyyən edilir ki, ərizəçinin yaxın qohumlarından əlavə onun müəllimi və sinif yoldaşlarının da ifadəsi dinlənilmiş və həmin ifadələrdə ərizəçinin doğumu ilə bağlı hər hansı ziddiyyətli ifadənin mövcudluğu müəyyən edilməmişdir. Əksinə, müəllim və sinif yoldaşlarının verdiyi ifadə təsdiq edir ki, ərizəçi tərəfindən təqdim edilmiş təhsil haqqında şəhadətnamədə əks olunan ərizəçinin 173 saylı məktəbdə təhsil alması həqiqətəuyğundur. Digər tərəfldən şahid qismində dindirilmiş ərizəçinin sinif yoldaşı olduqlarını göstərən şəxslərin də təvəllüdləri ərizəçinin doğum tarixi kimi göstərdiyi il (1981-ci il) ilə eyni və ya 1 il fərqli olmuşdur. Göründüyü kimi, apelyasiya kollegiyası şahid ifadələrini və təqdim edilmiş sübutları müqayisəli şəkildə tədqiq etməmiş, həmçinin prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən,məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən normanın adından göründüyü kimi, bu normada göstərilmiş hallar hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsində isə uşağın mənşəyinin müəyyən olunma qaydası (anasının və atasının kimliyi və s.) öz əksini tapmışdır. Bu halla əlaqədar da ərizəçi tərəfindən məhkəməyə anası və atasının nikahı haqqında şəhadətnamə təqdim edilmiş, həmin sübuta da apelyasiya kollegiyası tərəfindən qiymət verməmişdir. Digər tərəfdən, apelyasiya kollegiyası qəbul etdiyi qətnamədə istinad etdiyi “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli qərarını da tələb üzrə düzgün təfsir etməmişdir. Belə ki, göstərilən Plenum qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsində göstərilmiş faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması həyara keçirilərkən şahid qismində ərizəçinin anası olduğu göstərilmiş Maraqlı şəxs2 ifadəsi alınar kən o, göstərmişdir ki, X2 ilə nikahları pozulan zaman İlahənin sənədini X2 götürüb itirdiyi üçün yalnız iki uşağa görə aliment tutulurdu. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə bu halla bağlı, yəni ərizəçiyə məxsus olmuş sənədin kökü ilə əlaqədar hər hansı araşdırma aparmamışdır. Belə ki, maraqlı şəxsin bununla bağlı mövqeyini müəyyən etməmiş, bu barədə şahidə, ərizəçiyə hər hansı sual ünvanlanmamışdır. Halbuki, şahidin ifadəsində göstərilən xüsusat ərizəçinin doğumu barədə sənədin mövcudluğuna işarədir və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən qərarının birbaşa təsiri altına düşməyə imkan verən haldır. Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgü n hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktla r əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işdə olan sübutların tam, hərtərəfli, düzgün və müqayisəli araşdırılması və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxx/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3379/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3379/2020
21.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver