Məhkəmə qərarları › İş №2(102)-3379/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3379/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3379/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2924/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 dekabr 2024- cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X10 30 yanvar 2019-cu ildə vəfat etmişdir. 2. “X18 Services” MMC-nin arayışına əsasən, X10 1 iyul 2008-ci il tarixindən MMC-də şərq texnikasına texniki xidmət üzrə sexin P və M üzrə aviatexnik vəzifəsində işləmişdir və 12 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən vəfatı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində aylıq əmək haqqı zərərli amillər nəzərə alınmaqla 1145 manat təşkil etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-397/2020 nömrəli 3 iyun 2020-ci il tarixli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası CM-nin 126.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 4. “Medservis” X21 tərəfindən verilmiş 2 fevral 2019-cu il tarixli çıxarışına əsasən, 1966-cı il təvəllüdlü X6 hemodializ+katetr üçün 27 yanvar 2019-ci ildə 550 manat, hemodializ üçün 28 yanvar 2019-cu ildə 300 manat, hemodializ üçün 29 yanvar 2019-cu ildə 300 manat, cəmi 1150 manat məbləğində pul ödənilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12Təcrübi və Tədris Birliyinin 11 nöm rəli 30 yanvar 2019-cu il tarixli rəyinə əsasən, mərhum V.M.Əsədovun meyitinin müayinəsi zamanı dalağın, mədəaltı vəzin, sol böyrəyin, yoğun bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin (döş qəfəsi ilə sərhəddə) sol yarısının bir ədəd, döş qəfəsinin ön səthinin (cəmi 2 ədəd) deşilmişkəsilmiş yaraları, sol said və döş qəfəsi nahiyələrin (döş sümüyü nahiyəsində) kəsilmiş səthi yaraları kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşicikəsici əşya (alət), ola bilsin ekspertizaya təqdim edilmiş (şərti 1 və 2 kimi təsvir edilmiş bıçaqların) təsirindən, kəsilmiş yaralar isə iti kənarlı əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən 20 yanvar 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə dalağın, məd əaltı vəzin, sol böyrəyin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağız zərər vurmanın əlamətlərinə malikdir, digər deşilmiş-kəsilmiş yaralar həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, kəsilmiş səthi yaralar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum V.M.Əsədovun ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş poliorqan çatmamazlığı olmuşdur. İlkin meyit əlamətlərinə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 24 saat əvvəl baş vermişdir. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhumun 24 aylıq əmək haqqı 27480 manat, qəbir daşı 1000 manat, yas üçün 2400 manat, analizlər üçün 1150 manat və mənəvi zərərə görə 14000 manat, ümumilikdə 46030 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, cavabdeh 20 yanvar 2019-cu il tarixdə saat 11:00 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə ünvan 1 ünvanında yerləşən avtomobil yuma məntəqəsinin qarşısından keçib telefonla danışarkən nalayiq ifadələr işlətdiyinə görə kənarda dayanmış X10 ona avtobus dayanacağında qadınlar olduğunu bildirib söyüş söyməməs ini dedikdə aralarında yaranmış mübahisə zamanı Vahid Əsədovu əlləri ilə vuraraq yerə yıxmış, daha sonra Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi 10 ünvanında yerləşən “Elşən” marketə gedib oradan dörd ədəd mətbəx bıçağını götürüb hadisə yerinə qayıdaraq əlində olan bıçaqlarla qəsdən Vahid Əsədovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla ona sol said və döş qəfəsi nahiyələrinin kəsilmiş səthi yaraları olmaqla sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən, döş qəfəsinin ön səthinin (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları olmaqla hər ümimilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, dalağın, mədəaltı vəzin, söl böyrəyin, yoğun bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bel nahiy əsinin (döş qəfəsi ilə sərhəddə) sol yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirdikdən sonra hadisə yerindən getmiş, X15 rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb sonuncuya tibbi yardım göstərilməsinə baxmayaraq, 30 yanvar 2019-cu il tarixdə saat 14 radələrində almış olduğu xəsarətlər nəticəsində baş vermiş poliorqan çatmamazlığı səbəbindən ölmüş, bununla da o, qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib ehtiyatsızlıqdan hüquqlarını müdafiə etdiyi şəxs onun həyat yoldaşı Vahid Əsədovun ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. X10 ilk dəfə 20 yanvar 2019-cu ildə, ikinci dəfə 24 yanvar 2019-cu ildə “Tibbi Ərazi X4 X19in tabeliyindəki 3 nömrəli Şəhər Klinik Xəs təxanasında əməliyyat olunmuşdur. X13 vəziyyəti pisləşdiyi üçün 30 yanvar 2019-cu il tarixdə saat 15 radələrində həmin xəstəxanada vəfat etmişdir. Nə mülki iş üzrə cavabdeh şəxs, nədə ki onun qohumları iddiaçı ilə maraqlanmamışdır. O, cinayət işi üzrə X6 hüquqi varisi olmuşdur. X10 hadisə olan günə qədər X18 Servis MMC-də işləmiş və 1300 manat maaşı ilə ailəni dolandırmışdır. X6 vaxtsız ölümü ailəsi üçün çox sarsıdıcı zərbə olmuşdur. Cavabdeh və onun ailəsi tərəfindən yas yerinə və hətta qəbir daşının götürülməsinə belə köməklik olunmamışdır. Qəbr daşına 1000 manat xərc çəkilmişdir.

8. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh onun oğludur və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-397/2020 nömrəli 3 iyun 2020-ci il tarixli hök mü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 126.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə barəsində 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan əlavə onun barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Cavabdeh hal-hazırda müşahidə altındadır və hər an özünə xəsarət yetirmə ehtimalı vardır. Onun həmin hökmdən yenidən şikayət vermək fikri vardır. Belə ki, baş vermiş hadisə nəticəsində X2 rayon 3 saylı şəhər Klinik Xəstəxanasına aparılmış və orada onun üzərində əməliyyat keçirilmişdir. O baş vermiş cinayət hadisəsi nəticəsində deyil, aparılmış cərrahiyyə əməliyyatı nəticəsində v əfat etmişdir. Bunu xəstəxana tərəfindən verilmiş sənədlər də təsdiq edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çızxarılmasını xahiş edir. 9. “Tibbi ərazi X4” X19 X16 X19 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən, 28 iyun 1966-cı il təvəllüdlü X1 cərrahiyyə şöbəsinə 20 yanvar 2019-cu il tarixdə saat 12:30-da “döş qəfəsinin sol yarısının ön və arxa, döş qəfəsinin sağ yarısının ön səthinin kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə qəbul edilmişdir. 20 yanvar 2019-cu il tarixdə “laparotomiya. Splenektomiya. Sol tərəfi nefrektomiya. Mədəaltı vəzin yaralarının tikilməsi. Sol plevra boşluğunun bulan üsulu ilə drenə olunması. Yaraların birincili işlənməsi. Qarın boşluğunun sanasiya və drenə olunması” cərrahı əməliyyatı icra edilmişdir. Kliniki diaqn oz: “Döş qəfəsinin sol yarısının ön və arxa səthinin və döş qəfəsinin sağ yarısının ön səthinin kəsilmiş-deşilmiş yaraları. Döş qəfəsinin sol yarısının arxa səthinin yarasından böyük piyliyin eventerasiyası” 25 yanvar 2019-cu il tarixdə “Relaparotomiya. Eventerasiyanın ləğvi. Mədəyə sero-seroz tikişlərin qoyulması. Qarın boşluğunun sanasiya və drenə edilməsi” cərrahi əməliyyatı həyata keçirilmişdir. Xəstə X16ndən hər hansı prosedur üçün digər xəstəxanaya göndərilməmişdir. 10. “Medservis” X17 məktubuna əsasən, X10 27 yanvar 2019-cu il tarixində 3 saylı ŞKX-sını tərəfindən klinikaya müraciət olunmuş və tibb personalı tərəfindən X8 həmin xəstəxanada 27 sentyabr 2019-cu il tarixində səyyar hemodializ və müvəqqəti kateterin qoyulması, 28 yanvar 2019 və 29 yanvar 2019-cu il tarixlərində isə sə yyar hemodializ xidmətləri göstərilmişdir. 11. “Tibbi ərazi X4” X19 X5 X19 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, X10 xx.xx.2019-cu il tarixində təcili tibbi yardım ilə X3 gətirilmiş, elə həmin tarixdə də təxliyyə olunmuşdur.

12. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1670/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı Nümayəndə cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

13. Bakı şəhəri Suraxanı Məhkəməsinin (hakim- Leyla Talıbova) 23 oktyabr 2023-ci il tarixli, e-2(010)-2514/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməklə, X6 müalicəsinə sərf edilmiş 1150 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat pul vəsaiti və 36,5 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

14. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Vahid Əsədovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirdiyindən, bununla bağlı iddiaçı tərəfindən müalicə üçün pul vəsaiti ödənildiyindən və cinayət hadisəsi nəticəsində şəxs vəfat etdiyindən cavabdeh vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçı vurulan zərərin məbləğini sübut etmək üçün çeklər və laborator müayinələrinin nəticələrini təqdim etmişdir. İddiaçının təqdim etdiyi sənədlər əsasında X6 müalicəsi üçün 1150 manat məbləğində pul vəsaiti xərcləndiyindən və iddiaçının həyat yoldaşının sağlamlığına vurulmuş ağır xəsarətlərin müalicəsi üçün maddi ziyana məruz qaldığı məhkəmədə şübhə doğurmur. Ona görə də məhkəmə əd alət prinsipini rəhbər tutaraq, iddiaçının həyat yoldaşının müalicəsi üçün çəkilən 1150 manatı ağlabatan hesab etmişdir.

15. Cavabdeh qeyri-hüquqi hərəkəti, cinayət əməli törətməsi nəticəsində iddiaçının həyat yoldaşına ağır xəsarət yetirdiyindən, onun fiziki əzab çəkməsi şübhəsizdir və deməli zərərçəkənin, yəni iddiaçının mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddiaçının həyat yoldaşının baş vermiş cinayət hadisəsi nəticəsində xəstəxanaya müraciət etməsini və onun ölümü nəticəsində fiziki əzab çəkməsi barədə dəlillərini inandırıcı qəbul edir. Zərərçəkən bunu 14000 manat dəyərində qiymətləndirmişdir. Məhkəmə hesab etmişdir ki, tələb olunan məbləğ həddindən artıq çoxdur və mənəvi zərərin zərərçəkən üçün 500 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ə dalətlidir.

16. Məhkəmə iddia tələbinin mərhumun 24 aylıq əmək haqqı kimi 27480 manat pul vəsaitinin tutulması, qəbir daşı üçün 1000 manat və yas mərasimi üçün 2400 manat pul vəsaitinin tutulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin məbləğ ölənin sağlığında öz dolanacaqları üçün alan və ya almaq hüququna malik olan şəxslər üçün tutulmalı və həmin məbləğin orta aylıq qazancdan (gəlirindən) faizlər şəklində müəyyənləşdirilməli olduğundan və bununla bağlı iddiaçı tərəfindən sübut təqdim olunmadığından iddia tələbi qalan hissədə təmin oluna bilməz.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097, 1122.1, 1115 və 1118.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88 və 217.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinın dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir.

20. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-2514/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırmışdır ki, mərhum cavabdehin yetirdiyi bıçaq zərbəsi nəticəsində deyil, həkim səhvi nəticəsində ölmüşdür və bu fakt hazırda Sabunçu rayon prokurorluğunda araşdırılır. Cavabdehin anası tərəfindən iddiaçıya ərinin ölümü ilə əlaqədar 500 manat yardım etmişdir. Bu hal Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından da görünür. Məhkəmə həmin halı nəzərə almamışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) 3 iyun 2023-cü il tarixli, 2(103)-2924/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, X6 ölməsi ilə əlaqədar əmək haqqına görə 13740 manat, qəbir daşı üzrə çəkilən xərclərə görə 500 manat, yas mərasiminin keçirilməsi üçün çəkilmiş xərclər üzrə 1200 manat, analizlər üçün 1150 manat və mənəvi zərərin əv əzi olaraq 5000 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin cinayət məsuliyyətinə əsas olan qeyd edilən əməllərin bilavasitə olaraq zərərçəkənin ölməsinə səbəb olmuşdur. Zərərçəkən ümumi xəstəliklərlə bağlı deyil, məhz cinayət əməlləri nəticəsində tibb müəssisəsinə yerləşdirilmiş və cinayət mühakimə icraatı üzrə qəbul edilmiş qərarla təqsirli hesab edilən cavabdehin əməlləri nəticəsində zərərçəkmişin ölümünə səbəb olduğu müəyyən edilmiş və artıq mülki icraat çərçivəsində bu halların müzakirəsi yolverilməzdir. Ona görə cavabdehin şikayətinin tibb müəssisəsinin təqsiri üzrə zərərçəkmişin ölməsi barədə dəlilləri əsassızdır və hazırki iş üzrə əhəmiyyət kəsb etmir. C avabdehin 500 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair dəlilləri, təsdiq edildiyi təqdirdə belə, iddiaçının tələbini və dəymiş zərərin əvəzini əhatə etmədiyindən əsassızdır. Belə ki, iddiaçının tələbləri üzrə dəymiş zərərin mövcudluğu hamıya bəlli olan haldır. Lakin sübutetmə imkanının olmaması səbəbindən iddiaçının təqdim etdiyi dəlillərə qiymət verilməməsi insan hüquqlarının pozulmasına şərait yaradan hal kimi yoverilməzdir. Sübutların mümkünsüzlüyü iddiaçıdan asılı olan hallara aid deyil və iddianın rədd edilməsi üçün deyil, onun ağlabatan mühakimələr əsasında minimal-mütənasiblik meyyarlarına və qismən təqdim edilmiş sübutlara müvafiq qismən təmin edilməsinə - şəxsin ölməsi ilə əlaqədar əmək haqına görə 13740 manat, qəbir daşı üçün 500 manat, yas mərasiminin keçirilməsi üçün 1 200 manat, analizlər üçün 1150 manat və mənəvi zərərin əvəzi olaraq 5000 manatın cavabdeh X11 tutularaq İddiaçı ödənilməsi üçün əsasdır. Belə ki, tələb edilən məbləğ əmək haqqı hissədə sübut təqdim edilmiş, lakin onun məbləğinin tam olaraq ailə ehtiyacları üçün zəruri olması müəyyən edilmədiyindən, habelə qəbir daşı və yas mərasiminin keçirilməsi üçün də təkzibedilməz sübutlar təqdim edilmədiyindən, bu hissələrdə tələb edilən məbləğin yarısının tutulmasını məhkəmə hamıya bəlli olan adətlər müstəvisində mütənasiblik və ağlabatanlıq meyyarlarına müvafiq hesab etmişdir. Tibbi xidmətlər üzrə sübut təqdim edildiyindən bu hissədə tələbin tam edilməsini məhkəmə təkzibedilməz hesab etmişdir. Mənəvi iztirablara müvafiq insanın yaxın qohumunun ölməsinin cavabdehin cinayət əməlləri ilə səbəbli əlaqə səciyyəsini nəzərə alaraq, kollegiya mənəvi zərərin əvəzi olaraq 5000 manatın cavabdeh X11 tutularaq İddiaçı ödənilməsini ədalətli hesab etmişdir.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, 1097.3, 1097.5, 1118.1, 1118.2, 1119.1 və 1119.3-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gə ldiyi nəticədən göründüyü kimi məhkəmə 1150 manat müalicə xərclərini təsdiq edən sübutlar istisna olmaqla (onu da səhvən analizlər kimi qeyd etmişdir), maddi zərərin miqdarı işdə olan sübutlarлa deyil mülahizələrlə əsaslandırылmışdır. Belə ki, iddiaçı mərhum ərinin əmək haqqının miqdarı barədə arayış təqdim edərək onun iki illik əmək haqqının miqdarında maddi zərərin ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi bu tələbi əsassız hesab etməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsi isə mərhumun işləmədiyi və almadığı bir illik əmək haqqını miqdarında maddi zərəri qəbul etmişdir. Məhkəməni gəldiyi nəticə heç bir məntiqə sığmır. Məhkəmə bu halı nəzərə almamışdır. Digər tərəfdən, şəxsin gələcəkdə alacağı əmək haqqını maddi zərər hesab etməkdə məhkəmənin nə dərəcədə haqlı olması müb ahisəlidir və səhv məhkəmə təcrübəsinin yaranması təhlükəsi vardır.

27. Məhkəmənin gəldiyi nəticədən göründüyü kimi məhkəmə qəbir daşı üçün 500 manat, yas mərasiminin keçirilməsi üçün 1200 manat ödənilməsini qət etmişdir. Bu məbləği məhkəmənin hansı sübutlar əsasında müəyyən etməsi məlum deyil. İddiaçı qəbir daşı üçün hər hansı sübut təqdim etməmişdir.

28. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvlərinin qanunla nəzərdə tutulmuş hallarda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçı bu hüququndan istifadə etməklə müvafiq müavinət almaq hüququndan istifadə etdiyi cavabdehə bəllidir, sadəcə bunu sübut etmək onun vəzifəsi deyil. Məhkəmə bu xüsusatı araşdırmamışdır. 29. "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığorta olunan şəxslər vəfat etdikdə onun ailə üzvlərinə qanunla müəyyən edilən miqdarda dəfn üçün müavinət verilir və bu müavinətin miqdarı 500 manatı ötmür. İddiaçını bu müavinəti alması istisna deyildir də məhkəmə bu xüsusatı da araşdırmamışdır.

30. Məhkəmənin gəldiyi nəticədən göründüyü kimi məhkəmə 5000 manat mənəvi zərərin ödənilməsini qət etmişdir. Məhkəmə mənəvi zərəri müəyyən edərkən, cavabdehin psixi xəstəliyə görə 2-ci qrup əlil olduğunu nəzərə almamışdır. Məhkəməni istinad etdiyi qanun normaları və şərhlərdən göründüyü kimi mənəvi zərərin miqdarı müəyyən edilərkən cavabdehin ödəniş qabiliyyəti də nəzərə alınmalıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Re spublikasının Mülki Məcəlləsi

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vur ulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

36. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

37. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

38. Maddə 1119.3. Zərərçəkənin orta aylı q qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.

39. Maddə 1121. Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı

40. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozm aqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti qismən təmin olunmaqla apellyasiya məhkəməsinin qətnaməsi qismən, iddiaçının əri X6 ölməsi ilə əlaqədar onun bir illik əmək haqqısına görə 13740 manat maddi zərərin tutulması hissədə ləğv olunmalı, həmin hissədə iddianın rədd olunması barədə yeni qərar çıxarılmalı, qalan hissədə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlaılmalıdır.

51. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələblərinin ərinin ölməsi ilə əlaqədar qəbir daşı üzrə çəkilən xərclərə görə 500 manat, yas mərasiminin keçirilməsi üçün çəkilmiş xərclər üzrə 1200 manat, tibbi analizlər üçün 1150 manat və mənəvi zərərin əvəzi olaraq 5000 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddia tələbinin rədd olunması hissələrdə apellyasiya məhkəməsinin qətnaməsi maddi hüquq normaları düzgün tətbiq olunması, düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməməsi ilə qəbul edilmişdir.

52. Qətnamənin göstərilən hissəsi ilə bağı cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

53. Məhkəmə kollegiyası iddia tələbinin ərinin öldürülməsi ilə əlaqədar onun bir illik əmək haqqısına g örə 13740 manat maddi zərərin əvəzi kimi cavabdehdən tutulması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticəni müzakirə edərək belə qənaətə gəlir ki, həmin məsələnin həllində məhkəmə səhvə yol vermişdir.

54. İşdən görünür ki, həmin hissədə iddianı təmin edən məhkəmə hesab etmişdir ki, iddiaçının zərər çəkməsi barədə konkret sübuta istnad etməsə də, iddiaçının ərinin ölməsi ilə onun aldığı və ailənin ümumi gəlirləri hesab olunan əmək haqqıdan məhrum olması, bununla da maddi zərər çəkməsi hamıya bəlli olan haldır, iddiaçının sübutetmə imkanının olmaması iddia tələbinin rədd edilməsini deyil, onun ağlabatan mühakimələr əsasında, minimal həddə təmin olunmasını müəyyən edir.

55. Apellyasiya məhkəməsi göstərilən qeyd olunan əsasla və heç bir maddi hüquq normasına istinad etmədən iddianı qismə n təmin etmişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin cinayət əməli nəticəsində ölən Vahid Əsədov iddiaçının əri, həm də ailə başçısı olmuş, hadisə nəticəsində onun mənəvi zərər çəkməsi qəbulediləndir. Lakin ailə başçısının ölümü nəticəsində zərərin əvəzinin ödənilməsi hüququna malik olan zərər çəkmiş şəxslərin dairəsi Mülki Məcəllənin 1121.1112.4 və 1121.2-ci maddələrində müəyyən edilmişdir ki, həmin maddələrin də geniş təfsiri isə istisna olunur. Hazırkı iş üzrə iddiaçı həmin şəxslərin dairəsinə aid deyildir. Qanunvericilikdə ailə başçısının, yaxın qohumunun itirilməsi ilə bağlı zərər çəkən şəxslərə maddi zərər ödənilməsi barədə digər hər hansı norma mövcud deyildir.

57. Odur ki, işin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası ərinin öldürülməsi ilə əlaqədar onun bir illik əmək haqqısına görə maddi zərərin əvəzi kimi cavabdehdən 13740 manat tuluması barədə gəldiyi nəticə əsaslı sayıla bilməz. Ona görə də qətnamə göstərilən hissədə ləğv edilməli və apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına əsasən həmin hissədə iddia tələbinin rədd olunmasına dair yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2924/2024 nömrəli iş üzrə 03 iyun 2024-cü il tarixli qətnaməsi qismən ərinin ölməsi ilə əlaqədar onun bir illik əmək haqqısına görə maddi zərərin əvəzi kimi 13740 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi hissədə ləğv edilsin və həmin hissədə yeni qərar qəbul olunsun. İddiaçı ərinin ölməsi ilə əlaqədar onun bir illik əmək haqqısına görə maddi zərərin əvəzi kimi 13740 manat pulun Cavabdeh tutulub ona verilməsi barədə iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar