Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3379/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr, zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğvprosesindədir)) qarşı “maddi v ə mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3968/2025 nömrəli, 21 iyul il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 16 avqust 2023-cü il tarixində saat 21:20-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Damas” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanının qarşısında “Tərlan” şadlıq evi istiqamətində yolun sol kənarında birinci hərəkət zo lağında dayandığı yerdən hərəkətə başlayıb 30-40 km/saat sürətlə hərəkətini davam etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq (manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçıları üçün mane yaranmaması üçün hərəkətə başlamazdan, yer dəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verilməlidir), nəticədə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməmiş, beləliklə onunla eyni istiqamətdə hərəkətdə olan “Tufan Cub50S“ markalı 99 F 585 dövlət nişanlı motorsiklet ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan moped sürücüsü onun sağ körp ücük sümüyünün və sağ bud sümüyünün qapalı yerdəyişən sınıqlarından ibarət, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir..
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)208/2024 saylı hökmü ilə, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 3. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, “Tufan Cub50S” markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motorsikletin ehtiy yat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri 1491 AZN manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı onun bir illik qazancının kompensasiyası kimi 7000 AZN, keçirdiyi tibbi əməliyyatlara görə 2000 AZN, “Tufan Cub50S” markalı 99 F 585 dövlət nişanlı motorsikletin təmiri ilə əlaqədar xərclər üçün 1491 AZN, ona dəymiş mənəvi zərərə görə 5000 AZN olmaqla, cəmi 15491 AZN və eləcə də dövlət rüsumu kimi ödənilmiş 140 AZN məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, müvafiq cinayət hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin ayrıca mə hkəmə icraatı qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Belə ki, “X2” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 11752 nömrəli epikrizdən onun xx.xx.2023-cü il tarixində müvafiq tibb müəssisəsinə daxil olduğu, sağ körpücük sümüyünün sağ bud sümüyün qapalı qəlpəli yerdəyişən sınığı xəsarəti aldığı, xx.xx.2023-cü il tarixində ərazi poliklinikasına travmatoloqun nəzarəti ilə ambulator müalicəyə buraxıldığı müəyyən olunur. İş üzrə təyin edilmiş əlavə “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin Nəsimi Rayon Şöbəsi tərəfindən verilmiş 1 dekabr 2023-cü il tarixli, 25 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, onun adına tərtib edilmiş 1267 saylı rəyində yazılanlara və iş haqqında qərarda göstərilən məlumatlara əsasən İddiaçı bədənində aşkar edilmi ş xəsarətlər - körpücük sümüyünün və sağ bud sümüyünün qapalı, yerdəyişən sınıqları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Baş vermiş hadisədən əvvəl zərərçəkmiş kuryerlik fəaliyyəti ilə məşğul olmuş, onun qazancını fəaliyyəti ilə əlaqədar aldığı məvacib və bəxşişlər təşkil etmiş, nəticədə onun gündəlik qazancı təxminən 30-50 AZN məbləğində olmuşdur. Həmin fəaliyyətdən əldə etdiyi qazanc zərərçəkmişin tək gəlir yeri olmuşdur və hazırda heç bir maddi təminatı yoxdur. Hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar o, hazırkı tarixədək əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən, tək valideyni olan anasının aldığı cuzi əmək haqqı və öz yaxınlarından aldıqları borc məbləğləri ilə onun müalicəsi və gündəlik dolanacaq xərclərini ödəməyə çalışırlar. Hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar onun sümüklərindəki sınıqların bərpa edilməsi məqsədilə həmin sümüklərə tibbi prosedur qaydalara uyğun müvafiq aparatlar taxılmışdır. Xəstənin sümükləri bərpa edildikdən sonra yenidən əməliyyat edilmiş və həmin aparatlar sümüklərdən çıxarılmışdır. Qeyd edilən prosedur tamamlandıqdan sonra, hadisədən bir il sonra, xx.xx.2024-cü il tarixində onun yenidən əməliyyat edilməsi üçün yenidən müvafiq xərclər çəkilmiş, həmin əməliyyat onda yenidən dözülməz ağrıların yaranmasına, keçirdiyi mənəvi sarsıntıların artmasına, uzunmüddətli yataq rejimli sağalma müddətinin başlama sına səbəb olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, öz yaşıdlarından, cəmiyyətdən təcrid olunmuş halda uzun müddət ağrılı, iztirablı zamanlar keçirmiş, gənc yaşının xeyli müddətini yataq xəstəsi olaraq davam etdirmişdir. Keçirdiyi tibbi əməliyyatlarla əlaqədar ona vurulmuş, uyuşdurucu, yatışdırıcı dərmanlar hazırda onun əsəblərinin gərginləşməsinə və baş vermiş hadisələrə qarşı psixoloji dözümlülüyünün azalmasına səbəb olmuşdur. Bundan əlavə, onun idarə etdiyi “Tufan Cub50S“ markalı 99 F 585 dövlət nişanlı motorsiklet sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində istifadəyə yarasız hala düşmüşdür. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, “Tufan Cub50S“ markalı 99 F 585 dövlət nişanlı motorsikletin təmiri üçün 1221 AZN ehtiyyat hissələrinin təmiri, 270 AZN xidmə t haqqı olmaqla, cəmi 1491 AZN xərc çəkilmişdir. Cavabdeh və onun ailə üzvləri zərərçəkmiş şəxsə cüzi xərclər çəkməklə gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsi zamanı məhkəmənin gözünü boyamağa çalışmışdır. Halbuki, çəkilən xərclər (təxminən 250 AZN) vurulmuş zərərin qarışısında heç bir əhəmiyyət daşımamışdır. Hesab edirlər ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs yeganə gəlir yerini itirdiyinə görə onun bir illik qazancının kompensasiyası kimi 7000 AZN, keçirdiyi tibbi əməliyyatlara görə 2000 AZN, “Tufan Cub50S“ markalı 99 F 585 dövlət nişanlı motorsikletin təmiri ilə əlaqədar xərclər üçün 1491 AZN, ona dəymiş mənəvi zərərə görə 5000 AZN olmaqla, cəmi 15491 AZN pul vəsaiti mülki cavabdehdən tutularaq ona ödənilməlidir. Baş vermiş nəqliyyat qəzası nət icəsində ona xeyli fiziki və mənəvi zərər dəymiş, bunun nəticəsində psixolojik sarsıntılar keçirmişdir. O, gənc yaşının xeyli hissəsini şəxsi inkişafından, öz yaşıdlarından geri qalaraq, dözülməz ağrılarla yataq xəstəsi olaraq keçirmişdir. Buna səbəb isə müvafiq yol-nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına dəymiş zərər, o cümlədən cavabdehin və ailəsinin onun vəziyyətinə olan laqeyd münasibəti olmuşdur.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, servisin verdiyi qüsur aktına etiraz edir. Motorsikletin təmiri üçün sığorta ödənişi edilmişdir. Onların ustası motorsikletə dəymiş zərərin 250 manat məbləğində olduğunu bildirmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-164/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim - Rəna Qafarova) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi olaraq 1491 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 38 manat hissəsi tutularaq İddiaçı ödənilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-208/2024 saylı hökmü ilə müəyyən edilmiş hallara əsasən, iddiaçının sağlamlığına az ağır zərər vurulduğu, həmçinin iddiaçının motorsikletinə məhz cavabdeh tərəfindən maddi zərər vurulduğu müəyyən edilmişdir.
9. Məhkəmə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktı ilə “Tufan Cub50S” ma rkalı 99-F-585 dövlət qeydiyyat nişanlı motorsikletin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyərinin 1491 AZN manat göstərilməsini, cavabdeh tərəfindən bu halı təkzib edən sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş zərər həmin həcmdə müəyyən edilməlidir
10. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbinə əsasən Cavabdeh qanunsuz və hüquqazidd əməlləri nəticəsində yetirilmiş zərər iddiaçının xəsarət alması ilə vurulmuş - mənəvi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərdə ifadə olunmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi ziyanın, sarsıntının mövcud olmasının təsdiqidir və yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının hadisə nəticəsində xəsarət almasının onun üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbi Cavabdeh tərəfindən qanunvericiliyin tələblərini pozmaqla idarə etdiyi nəqliyyat vasitəsi ilə iddiaçının sağlamlığa az ağır zərər vuran xəsarətlərini yetirərək xəsarət almasına səbəb olması faktları özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu fak tların əlavə sübuta ehtiyacı yoxdur.
13. Məhkəmə daha sonra qeyd etməyi zəruri saymışdır ki, iddiaçının göstərilən hallarla bağlı mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olsa da, məhkəmə hazırki iş üzrə iddiaçıya xəsarət alması ilə vurulmuş mənəvi zərərin – keçirdiyi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərin əvəzinin ümumilikdə 300 manat məbləğində qiymətləndirilməsini ağlabatan və ədalətli kompensasiya olması qənaətinə gəlir.
14. İddia tələbinin “bir illik qazancın kompensasiyası kimi 7000 AZN və tibbi əməliyyatlara görə 2000 AZN məbləğində pul vəsaiti tutulması” hissələri ilə bağlı sübut təqdim edilmədiyindən məhkəmə həmin hissələrdə iddianın təmin edilməsinini mümkün hesab etməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbayca n Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarına; "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu xx.xx.2012-ci il tarixli, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarlarına, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Luluyev və digərləri Rusiyaya qarşı” iş üzrə 2006-cı il 9 noyabr tarixli, “Pelipenko Rusiyaya qarşı” iş üzrə 2014cü il 16 yanvar tarixli, “Şiborş və Kuzmina Rusiyaya qarşı” iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin “bir illik qazancın kompensasiyası kimi 7000 AZN və tibbi əməliyyatlara görə 2000 AZN məbləğində pul vəsaiti tutulması” hissələri ilə bağlı sübut təqdim edilmədiyindən məhkəmə hə min hissələrdə iddianın təmin edilməsini mümkün hesab etməmişdir. Qanunvericiliyə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və y a sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar iddiaçı hazırkı tarixədək əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən, tək valideyni olan anasının aldığı cuzi əmək haqqı və öz yaxınlarından aldıqları borc məbləğləri ilə onun müalicəsi və gündəlik dolanacaq xərclərini ödəməyə çalışırlar. İddiaçı hadisədən əvvəl tam əmək qabiliyyətli olmuş, sözügedən had isə onun uzun müddət əmək qabiliyyətini itirməsinə, əmək qabiliyyətinə uyğun hər hansı işdə işləməsinə maneə olmuşdur. Məhkəmə bu hissədə nəzərə almalıdır ki, iddiaçının hadisədən əvvəl rəsmi iş yerinin olması buna dair əmək müqaviləsi və ya aldığı əmək haqqını təsdiq edən digər sənədin təqdim edilməsindən daha əhəmiyyətli olan, şəxsin əmək qabiliyyətli olmasının təsdiq edilməsidir. Belə ki, şəxsin əmək müqaviləsi olmadan da gəlir əldə edə bilməsi mübahisəsizdir. Məhkəmə nəzərə almalıdır ki, cavabdehin qanuna zidd əməli nəticəsində iddiaçının mövcud gəlirlərindən əlavə onun gəlir qazanma ehtimalı da əlindən alınmışdır. İddiaçının əmək qabiliyyətindən məhrum olduğu dövrdə ölkədə minimum əməkhaqqı 345 manat, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat təşkil etmişdir. Həmin vaxt o hər hansı əmək faliyyəti ilə məşğul ola bilməmiş və ya gəlir əldə edə bilməmişdir. İddiaçı nəinki öz gündəlik qazancından (30-50 AZN), hətta əldə edə biləcəyi minimum əmək haqqıdan, öz yaşam xərclərini ödəyə bilməsi üçün müəyyən edilmiş yaşayış minimumundan məhrum edilmişdir. Bu hissədə iddianın rədd edilməsi tam qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulmasına, onun maddi təminatının uzun müddət olmaması hissəsində ədalətin bərqərar olunmamasına səbəb olmuşdur. İş üzrə təqdim olunan tibbi sənəd və ekspertizalarla müəyyən olunmuşdur ki, iddiaçının xəsarət aldığı vaxtdan əvvəl əmək qabiliyyəti tam olub və bu hadisə nəticəsində o, əmək qabiliyyətini itirib. İddiaçı müalicə və reabilitasiya üçün əlavə xərclər çəkib, eləcə də əmək qabiliyyətinin itirilməsi səbəbindən gəlir əldə etmək imk anını itirib. Məhkəmənin bu hissəni təmin etməməsi ciddi hüquq pozuntusuna yol açır. Məhkəmənin mənəvi zərər üzrə 300 manatlıq qərarı, zərərçəkənin yaşadığı iztirablarla müqayisədə balanssız və yetərsizdir. Bu qərar, iddiaçının yaşadığı ağrılı dövrləri, psixoloji çətinliklərini və sosial həyatdan təcrid olunmasını tam əks etdirmir. Həmçinin, tibbi müalicə prosesləri və əməliyyatların yaratdığı əlavə iztirabları nəzərə alaraq, bu qərarın dəyişdirilməsi və mənəvi zərər üçün daha uyğun bir məbləğin təyin edilməsi zəruridir. Birinci instansiya məhkəməsi müvafiq yekun məhkəmə aktını qəbul edərkən iddiaçıya dəymiş mənəvi zərərin məbləğini müəyyənləşdirilə biləcək halları araşdırmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3968/2025 nömrəli iş üzrə 21 iyul 2025-ci il tar ixli qətnaməsi ilə (hakimlər – Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbində mənəvi zərərə məruz qalmasına görə 5000 manat pul tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi 300 manat məbləğində pulu təmin etmişdir. Həmin məbləğin iddiaçının tam həcmdə sübut edə bilməməsini, amma cavabdehin hərəkəti nəticəsində iddiaçının xəstəliklər keçirməsi və nəticədə mənəvi zərərə məruz qalması iş materialları ilə təsdiq olunduğundan məhkəmə tələbi həmin hissədə ağlabatan və ədalətlilik baxımından təmin etmişdir ki, bu da səbəblə nəticə arasında məntiqi nət icənin təzahürü kimi dəyərləndirilməlidir.
20. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir.
21. Odur ki, məhkəmə kоllegiyası hesab etmişdir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas оla bilməz. Belə ki, iddiaçının illik qazancının 7000 manat olması və tibbi əməliyyat lara görə 2000 azn xərclərinin olması faktını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmiş, elektron məhkəmə informasiya sistemindən, eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından isə müəyyən edilmişdir ki, iddiaçının rəsmi əmək müqaviləsi mövcud deyildir, belə olan halda, onun bir illik qazancının nə qədər təşkil etməsi faktını müəyyən etmək mümkün deyildir.
22. İddiaçının əmək qabiliyyətindən məhrum olduğu dövrdə ölkədə minimum əmək haqqının 345 manat, əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 287 manat təşkil etməsinə istinadən, həmin vaxt iddiaçının hər hansı əmək fəaliyyəti ilə məşğul ola bilməməsi və ya gəlir əldə edə bilməməsi kimi dəlillər apellyasiya şikayətində əks edilsə də, iddia ərizəsində təsbit edilməmiş və birinci instansiya m əhkəməsində baxış predmeti olmamışdır. Ona görə zərərin bu əsasla araşdırılması yolverilməzdir.
23. Beləliklə, məhkəmə kоllegiyası İddiaçı apellyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-164/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən, i ddiaçının apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 372.2, 372.3, 372.4, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (vəkil - Vəkil) kassasiya şikayəti verərək, BakıApellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3968/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, H.Məmmədovun kuryer fəaliyyəti göstərməsi işin mübahisəsiz halıdır. Onun gəlirinin dəyişkən o lması isə məhkəmənin ümumiyyətlə heç bir məbləği təmin etməməsi üçün əsas deyil. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən də görünür ki, zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda belə onun öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır.
27. İddiaçı baş vermiş qəza nəticəsində keçirdiyi iztirabların, sağlamlığında yaranmış fəsadların, uzunmüddətli müalicə prosesinin yaratdığı psixoloji sarsıntının miqyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən lazımi dərəcədə qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən cavabdehin hərəkəti nəticəsində iddiaçının mənəvi zərərə məruz qaldığının təsdiq olunduğu aşkar şəkildə qəbul edilsə də, bu zərərin 300 manatla qiymətləndirilməsi ədalətli kompensasiya hesab oluna bilməz. Mənəvi zərərin adekvat kompensasiyası təkcə simvolik deyil, real təsəlli funksiyası daşımalıdır və məhkəmələr mənəvi zərərin məbləğini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ətraflı araşdırma aparmadan müəyyən etdiyi mənəvi zərərin məbləğini formal olaraq dəyişdirmədən qüvvədə saxlamış, iddiaçı tərəfindən zərərin məbləğinin tam həcmdə sübut olunmadığını əsas gətirmişdir. Belə ki, mənəvi zərər maddi zərər kimi dəqiq rəqəmlərlə hesablanması və “tam həcmdə sübut olunması” mümkün olmamaqla, sübut predmetindən daha çox qiymətləndirmə predmeti nə aiddir. Burada əsas şərt zərərin məntiqi olaraq qəbul edilməsi və adekvat şəkildə qiymətləndirilməsidir və mənəvi zərərin kompensasiyası bir növ ədalətli təsəlli funksiyasını daşımalıdır. Qeyd edək ki, məhkəmə tərəfindən mənəvi zərərin 300 (üç yüz) manatla qiymətləndirilməsi formal və simvolik xarakter daşımışdır. Belə ki, hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar iddiaçının sümüklərindəki sınıqların bərpa edilməsi məqsədilə həmin sümüklərə tibbi prosedur qaydalara uyğun müvafiq aparatlar taxılmışdır. Xəstənin sümükləri bərpa edildikdən sonra yenidən əməliyyat edilmiş və həmin aparatlar sümüklərdən çıxarılmışdır. Qeyd edilən prosedur tamamlandıqdan sonra, hadisədən bir il sonra, xx.xx.2024-cü il tarixində onun yenidən əməliyyat edilməsi üçün yenidən müvafiq xərclər çəkilmiş, həmin əməliyyat onda yenidən dözülməz ağrıların yaranmasına, keçirdiyi mənəvi sarsıntıların artmasına, uzunmüddətli yataq rejimli sağalma müddətinin başlamasına səbəb olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, öz yaşıdlarından, cəmiyyətdən təcrid olunmuş halda uzun müddət ağrılı, iztirablı zamanlar keçirmiş, gənc yaşının xeyli müddətini yataq xəstəsi olaraq davam etdirmişdir. Keçirdiyi tibbi əməliyyatlarla əlaqədar ona vurulmuş, uyuşdurucu, yatışdırıcı dərmanlar hazırda onun əsəblərinin gərginləşməsinə və baş vermiş hadisələrə qarşı psixoloji dözümlülüyünün azalmasına səbəb olmuşdur. Ona görə də hazırda məhkəmə tərəfindən təyin edilmiş simvolik rəqəm iddiaçının çəkdiyi mənəvi ağrı və sarsıntınn ədalətli kompensasiyası hesab edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi təqd im edilmiş sənədlərin mövcudluğunu və məzmununu lazımi qaydada qiymətləndirmədən, əsassız olaraq tibbi əməliyyatlara çəkilmiş xərclərin sübut edilmədiyi nəticəsinə gəlmişdir. Bu isə sübutların düzgün qiymətləndirilməməsi və məhkəmənin faktiki hallara münasibət bildirmək öhdəliyinin pozulması deməkdir. İddiaçının illik qazancının kompensasiyası hissəsinə münasibətdə isə qeyd edirlər ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin tətbiqində kobud səhvlərə yol verilmişdir.
29. Zərərçəkmiş İddiaçı hadisədən əvvəl kuryerlik fəaliyyəti ilə məşğul olmuş, həmin fəaliyyətdən əldə etdiyi qazanc onun tək gəlir yeri olmuşdur. Sözügedən hadisə ilə bağlı cinayət işi araşdırılması zamanı iddiaçının qeyri-rəsmi kuryer fəaliyyəti ilə məşğul olduğu məlum idi və iş üzr ə preyudisial əhəmiyyət kəsb edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli hökmündə də iddiaçıya az ağır zərər vurulduğu və onun fəaliyyət qabiliyyətini qismən itirdiyinin müəyyən edildiyi qeyd edilmişdir.
30. Birinci instansiya məhkəməsi iddiaçının rəsmi əmək müqaviləsi olmaması səbəbindən onun işləmədiyi müddət üçün heç bir təminata malik olmadığı nəticəsinə gəlmiş və bununla da iddiaçını ölkə üzrə yaşayış minimumundan da məhrum etmişdir. Buna görə də apellyasiya şikayətində ölkə üzrə minimum əmək haqqına, yaşayış minimumuna istinad edilməsi zərurəti yaranmışdır. Lakin apellyasiya instansiya məhkəməsi sözügedən məsələnin birinci instansiya məhkəməsində baxış predmeti olmadığını qeyd edərək işin mahiyyətindən kənar mövqe nümayiş etdirmişdir.
31. Tərəflərindən iddi a ərizəsində işin faktiki hallarına geniş şəkildə istinad edilmiş, iddiaçının hadisədən əvvəlki fəaliyyət forması, gəlir mənbəyi və hadisənin onun əmək qabiliyyətinə təsiri qeyd olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bu halları ətraflı araşdırmamış, yalnız əmək müqaviləsinin mövcud olmamasını əsas götürərək iddianı rədd etmişdir. Halbuki, məhkəmənin vəzifəsi iş üzrə bütün faktiki halları müəyyənləşdirmək və onlara uyğun olaraq müvafiq hüquqi qiymət verməkdən ibarətdir. Məhkəmənin bu öhdəliyini yerinə yetirməməsi səbəbindən, tərəfimizdən apellyasiya şikayətində ölkə üzrə minimum əmək haqqı və yaşayış minimumuna istinad edilmiş, beləliklə də işin hüquqi tərəfləri açılaraq iddiaçının təminata malik olması zərurəti əsaslandırılmışdır. Əslində, bu məsələlərin araşdırılması və müvafiq hü quqi nəticələrin çıxarılması birinci instansiya məhkəməsinin vəzifəsi olmuşdur.
32. Beləliklə apellyasiya şikayətində qeyd olunan məsələlər iddia predmeti çərçivəsində olmaqla, yalnız mövcud faktların hüquqi mahiyyətini açmaq məqsədi daşımışdır. Bundan əlavə məhkəmə müvafiq məsələni iddia predmetindən kənara çıxmaq kimi qiymətləndirsə belə, qanunvericiliyə əsasən məhkəmənin ədalətin bərpası və tərəflərin pozulmuş hüquqlarının tam təmin olunması məqsədilə iddia predmetindən kənara çıxmaq səlahiyyəti mövcuddur. Bu isə məhkəmənin yalnız iddiaçının formal tələbi ilə məhdudlaşmamasını, işin bütün halları üzrə obyektiv mövqedən çıxış etməsini və nəticədə qanunun aliliyini və ədalət mühakiməsinin məqsədlərini təmin etməsini tələb edir. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qə bul edilmiş qətnamədə birinci instansiya məhkəməsinin mövqeyi təkrar edilmiş, işin halları üzrə müstəqil və hərtərəfli araşdırma aparılmamışdır. Bu isə apellyasiya instansiyasının mahiyyətinə zidd olaraq, birinci instansiya məhkəməsinin səhvlərinin aradan qaldırılmasına deyil, onların təkrarlanmasına xidmət etmişdir.
33. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1118.1, 1119.1, 1119.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 2008- ci il 3 noyabr tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininv 88, 217, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kass asiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17]
36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkən ə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 40. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. ist ifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
41. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini natu rada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qar şılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan mənəvi zərərin miqdarına aid hissədə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, cavabde hdən tutulması qət edilmiş mənəvi zərərin miqdarı məhkəmələr tərəfindən müəyyən edilən hallara müvafiq deyil, işin halları mənəvi zərərin miqdarının müəyyənləşdirilməsi baxımından düzgün qiymətləndirilməmişdir.
55. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının göstərilən hallarla bağlı mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olsa da, məhkəmə hazırki iş üzrə iddiaçıya xəsarət alması ilə vurulmuş mənəvi zərərin – keçirdiyi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərin əvəzinin ümumilikdə 300 manat məbləğində qiymətləndirilməsini ağlabatan və ədalətli kompensasiya olması qənaətinə gəlir.Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbində mə nəvi zərərə məruz qalmasına görə 5000 manat pul tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi 300 manat məbləğində pulu təmin etmişdir. Həmin məbləğin iddiaçının tam həcmdə sübut edə bilməməsini, amma cavabdehin hərəkəti nəticəsində iddiaçının xəstəliklər keçirməsi və nəticədə mənəvi zərərə məruz qalması iş materialları ilə təsdiq olunduğundan məhkəmə tələbi həmin hissədə ağlabatan və ədalətlilik baxımından təmin etmişdir ki, bu da səbəblə nəticə arasında məntiqi nəticənin təzahürü kimi dəyərləndirilməlidir. 56. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli qərarının 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarında n asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
57. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenum qərarındakı mövqelərə əsasən də məhkəmələr tərəfindən cavabdehdən tutlması müəyyən edilmiş 300 manat mənəvi zər ər miqdarı işin hallarına uyğun, ədalətli və ağlabatan hesab edilə bilməz.Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan mənəvi zərərin 2000 manat müəyyən edilməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına uyğun olmaqla, daha ağlabatan və ədalətlidir.
58. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3968/2025 nömrəli, 21 iyul 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən qalan hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin mübahisələndirilən qalan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qalan hissədə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən qalan hissəsində apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırıl ması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Yuxarıda qeyd edilənlərə görə də İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3968/2025 nömrəli, 21 iyul 2025-ci il tarixli qətnaməsi Cavabdeh mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsinə aid hissədə dəyişdirilməli, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3968/2025 nömrəli, 21 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3968/2025 nömrəli, 21 iyul 2025-ci il tarixli qətnaməsi Cavabdeh mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsinə aid hissədə dəyişdirilsin. Cavabdeh mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3968/2025 nömrəli, 21 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissədə dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.