Məhkəmə qərarları › İş №2(102)-3380/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3380/2021

16.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3380/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3380/21 (Açar sözlər: mənzilə istifadə hüquqlarına xitam verilməsi) Bakı şəhəri, 16 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüquqlarının itirilməsi” tələbin ə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1411/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayətinə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nərimanov Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli 2(005)-100/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh4, X1 müştərək qaydada 220073.61 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, 5a nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir.

2. Bakı Apellyas iya Məhkəməsinin 13.12.2018-ci il tarixli 2(103)-13004/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin qətnaməsi cərimə borcuna aid hissədə dəyişdirilmiş, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azırbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019cu il tarixli 2(102)-3698/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı şəhəri Nərimanov rayonu X2 prospekti 5a nömrəli evin 19 nömrəli mənzili "AccessBank” QSC-nin mülkiyyətindədir.. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı QSC iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, 5a nömrəli evin 19 nömrəli mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən mənzil 14 fevral 2020-ci ildən bankın mülkiyyətinə keçsə də, cavabdehlər hələ də bu evdə qeydiyyatdadırlar. Bu da iddiaçının mülkiyyət hüquqlarını pozur.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.5 və 178.1-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh3 iddiaya etiraz olaraq göstərib ki, mənzil hərraca aşağı qiymətlə çıxarılıb. Mənzil 75000 manata satılıb, halbuki mənzilin 150000 manat qiymət var.

8. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2129/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atat ürk prospektindəki 5A saylı evin 189 saylı mənzilinə olan istifadə hüquqları itirilmişdir. (hakim Solmaz Ədilova)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli 2(005)- 100/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh4, X1 müştərək qaydada 220073.61 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu X2 prospekti, 5a nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.12.2018-ci il tarixli 2(103)-13004/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.09.2018-ci il tari xli 2(005)- 100/2018 saylı qətnaməsi cərimə borcuna aid hissədə dəyişdirilmiş, qalan qətnamə hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli 2(102)-3698/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13.12.2018-ci il tarixli 2(103)-13004/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Həmçinin müəyyən edlib ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Atatürk pr, ev 5a, mənzil 19 tam mülkiyyət hüququ üzrə «AccessBank” QSC adına daşınmaz əmlakın dövlət reyestrində 14.02.2020-ci ildə qeydiyyata alınmışdır. Cav abdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hazırda Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, 5a nömrəli evin 19 nömrəli mənzildə qeydiyyatdadır.

11. Birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı qanunvericliyin tələblərinə əsasən hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152-ci maddələr ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, iş üzrə ipotekaya qoyulmuş əmlakın yenidən qiymətləndirilməsi və hərraca çıxarılıb satılması üçün məhkəmə ekspertizasının təyin edilməsini, qiymətləndirmən in nəticəsi ilə əlaqədar yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. Apellyasiya şikayəti belə əsaslandırılıb ki hərracın keçirilməsindən cavabdehlərin xəbəri olmamış, onların razılığı olmadan mənzil bankın mülkiyyətinə verilmişdir. Bundan əlavə mənzil düzgün qiymətləndirilməmişdir. Hərracın etibarsızlığı barədə məhkəmədə iddia qaldırıblar, bu barədə ərizənin surətini apellyaisya məhkəməsinə təqdim edəcəklər.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1411/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Şeyda Məhərrəmova)

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, iş materiallarında olan sübutlara və mülkiyyətin müdafiəsi ilə qanunvericiliyin normalarına əsasən belə nəticəyə gəlib ki, mənzilin cavabdehlərdən keçmiş mülkiyyətçi Cavabdeh4 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmişdir. Digər cavabdehlər həmin mənzilin ipoteka ilə yüklü edilməsinə dair öz razılıqlarını bildirmişlər. Bununla da, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 həmin mənzilə dair istifadə hüquqlarını itirmişlər.

16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edib ki, cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dəlillər, yəni hərracın keçirilməsindən xəbərlərinin olmaması, onların r azılığı olmadan mənzilın bankın mülkiyyətinə keçməsi, mənzilin düzgün qiymətləndirilməməsi və s. əsaslar hazırki mübahisənin predmeti deyildir və iddianın həlli üçün əhəmiyyət kəsb etmir.

17. Apellyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 157.2, 203.1 və 228.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.

19. Kassasiya şikayətinin dəlillər: - işə apellyasiya qaydasında baxılarkən cavabdehlərə xəbər verilməyib; - hərracın nəticələrinin etibarsızlığı barədə 30 noyabr 2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi veriblər. Həmin işə baxılıb qurtarana kimi bu iş dayandırılmalı idi; - məhkəmə iclaslarında iştirakları təmin edilmədiyi üçün işin dayandırlması barədə vəsatət vermək imkanınıdan məhrum olublar. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları

20. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, tərəflər, o cümlədən kassatorlar və onların vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etm işdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün k assasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

23. Hazırkı kassasiya şikayətini cavabdehlər Cavabdeh3, C avabdeh1 və Cavabdeh4 vermiş və qətnamənin ləğvini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin şəxslərin apellyasiya şikayətinə münasibətdə yoxlanıb. Bu baxımdan hazırda qətnamənin tam yoxlanılması apellyasiya məhkəməsinin baxış həddində olan hissəni nəzərdə tutur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

26. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

27. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında “”Accessbank” ASC-yə məxsus yaşayış sahəsinə cavabdehlərin istifadə hüquqlarının itirilməsi barədədir.

28. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov rayonu Atatürk pr, ev 5a, mənzil 19 tam mülkiyyət hüququ üzrə «AccessBank” QSC adına daşınmaz əmlakın dövlət reyestrində 14.02.2020-ci ildə qeydiyyata alınmışdır.

29. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müə yyən edilmiş halları ilə üst-üstə düşür.

30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

31. Məhkəmə kollegiyası kassasiya şikayətini dəlil lərini əsasız sayır. Əvvəla, apellyasiya baxışında cavabdehlərin iştirakının təmin edilməməsi barədə dəlil iş materiallrında olan məhkəmə bildirişlərinin cavabdehlərə təqdim edilməsi barədə poçt qəbzləri ilə təkzib edilir. (i.v. 66-67). Bundan əlavə, apellyasiya baxışında iştiraklarının təmin edilməməsini bildirən cavabdehlər kassasiya baxışında da iştirakla etməmişlər. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya baxışında cavabdehlərin iştirakının təmin edilməməsi barədə dəlili əsassız sayır.

32. Hərracın nəticələrinin etibarsızlığı barədə 30 noyabr 2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər apellyasiya şikayətində bununla bağlı apellyasiya məhkəməsinə sübut təqdim edəcəklərini bildirsələr də, bu barədə apellyasiya məhkəməsinə hər hansı sübut təqdim etməyiblər. Nəzərə alınsa ki, hazırda mübahisələndirilən qətnamə 28 yanvar 2021-ci ildə, başqa sözlə, cavabdehlərin müvafiq iddia ilə məhkəməyə müraciət etmələrindən xeyli sonra qəbul edilib, belə bir sübutu apellyasiya məhkəməsinə təqdim etmək vəzifəsini də cavabdehlər daşıyıb. Buna görə məhkəmə kollegiyası bu dəlili də qəbul etmir.

33. Məhkəmə kollegiyasının kassasiya şikayətində göstərilən bu dəlillə bağlı mövqeyi ondan ibarətdir ki, əvvəla, kassasiya baxışında işə mahiyyəti üzrə baxan məhkəmələrin araşdırma predmeti olmayan yeni dəlillərin irəli sürülməsi MPM-in 407.2 və 416-cı maddəsinin tələblərinə uyğun olaraq istisna edilir. Üstəlik, bu dəlillər işin yeni faktiki hallarının müəyyən edilməsinə yönəlib. Kassasiya icraatı isə ya lnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanması ilə məhdudlaşır.

34. Ümumiyyətlə, prosessual hüquq normalarının pozulması istisna olmaqla, işin faktiki halına dair irəli sürülməyən, başqa sözlə, mübahisələndirilməyən hər hansı halın araşdırılması ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələrdə işlərə tərəflərin çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1411/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar