Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3380/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 İsbəndiyar qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsbəndiyar qızına və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 İsbəndiyar qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsbəndiyar qızına və Cavabdeh5 qarşı “mənzilin boşaldılması və mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(105)-504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 1 iyul 2001-ci il tarixli bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzili İddiaçı mülkiyyətinə keçmiş və həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ Sumqayıt şəhər DTİ və MHQİ tərəfindən qeydə alınmışdır.
2. İddiaçı həmin mənzildə yaşayan cavabdehlərin oradan çıxarılmasına dair aşağıdakı tələbləri irəli sürmüşdür.
3. Cavabdeh2 Yədulla qızı iddiaçının bacısı, digər cavabdehlər isə bacısının övladlarıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsind ə icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 İsbəndiyar qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsbəndiyar qızına və Cavabdeh5 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus mübahisəli mənzilin boşaldılması, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətidir. Cavabdehlər onun qohumlarıdır. Yaşamağa daimi yerləri olmadığı üçün müvəqqəti olaraq sonuncuların ona məxsus mənzildə yaşamalarına icazə vermişdir. Lakin sonra yaranmış zərurətlə əlaqədar mənzildən çıxmalarını dəfələrlə xahiş etsə də, bu, heç bir nəticə verməmiş, cavabdehlər mənzil sahəsini boşaltmaqdan im tina etmişlər. Hazırda mənzilinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilməsi mülkiyyət hüquqlarını pozaraq mənzilindən istifadəsinə mane olur.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək iddiaçının bacısı olduğunu, sözügedən mənzilin anası tərəfindən bacısı Kəmaləyə bağışlandığını, lakin onun həmin mənzildə yaşamadığını, mübahisəli mənzildə qeydiyyatda olduğunu və ona pul verildiyi təqdirdə evdən çıxmağa razı olduğunu bildirmişdir.
7. Digər cavabdehlər Aygün və Cavabdeh3lar, Cavabdeh2 göstərdiklərinə uyğun izahatlar verərək iddianın rədd olunmasını xahiş etmişlər.
8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) 2(060)-5325/2021 nömrəli, 3 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərin yetkinlik yaşına çatmamış ailə üzvl əri ilə iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, habelə məhkəmə xərcləri məsələsi həll olunmuşdur.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxi ləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Belə ki, göründüyü kimi cavabdehlər iddiaçının razılığı ilə mülkiyyətində olan mənzildə müvəqqəti yaşayırlar. İddiaçı mülkiyyətində olan mənzilin boşaldılmasını və mənzildən çıxmalarını cavabdehlərdən tələb etsə də, sonuncular mənzil üzərində heç bir hüquqları olmadığı halda mənzildən çıxmırlar və iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır.
10. Məhkəmə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində iddianı təmin etməyərək “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Resp ublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, bu maddənin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Belə ki, iddiaçı cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı inzibati orqana müraciət etməlidir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv və iddianın həmin hissədə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilə digər cavabdehlər olan uşaqları ilə birgə 2000-ci ildə mənzilin keçmiş sahibi olan mərhum anasının razılığı ilə köçmüşdür. Məhkəmə iddia tələbinin əsassız olduğuna dair onların göstərdikləri sübut və dəlillərə düzgün qiymət verməmiş, qanuni əsaslar la mənzildən istifadə hüquqlarının yarandığını, həmçinin mənzilə köçdükləri zaman mənzilin bərbad vəziyyətdə olduğunu və öz vəsaitləri hesabına təmir etdiklərini, anasının ondan xəbərsiz mənzili bacısına bağışladığını və onların bu mənzildən başqa yaşayış yerlərinin olmadığını nəzərə almamışdır.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Telman Məmmədov) 2(105)3454/21 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, mülkiyyət hüququ dövlət t ərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Hazırda onların mənzildə hər hansı bir hüququ yoxdur, iddiaçının isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyat ı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilmiş və iddia təmin olunmuşdur.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə qalmaları, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehlərin həmin mənzildən çıxarılmalarını tələb etməkdə iddiaçı haqlı olmuşdur.
17. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işi n yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr işə baxarkən tərəflər arasında mənzillə bağlı hüquq münasibətlərinin 2000-ci ilin sentyabr ayına qədər mövcud olmasına baxmayaraq həmin ilin sentyabr ayından sonra yaranmış münasibətlərə tətbiq olunan normalara istinad edərək hüquqi qiymət vermişlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X7 (məruzəçi), X2 və X1) 2(102)-5230/22 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3454/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
21. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmələr iddianı qismən təmin edərkən tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci və 157.4-cü maddələrini tətbiq etmişlər. Bu normalar mülkiyyətçinin öz əşyası üzərində pozulmuş hüquqlarının bərpasını nəzərdə tutur. Bununla belə, həmin normalar müxtəlif iddia növləridir. MM-in 157.2-ci maddəsində nəzərdə tutulan tələb vindikasiya iddiası, 157.4-cü maddədə göstərilən tələb isə neqator iddiadır. Hər iki norma mülkiyyət hüququnun müdafiəsinə yönəlsə də və bu səbəblə oxşar dispozisiya şərtlərini ehtiva etsə də, onlar tamamilə eyni mahiyyətdə olan iddialar sayılmırlar. Birinci tələb vasitəsilə mülkiyyətçi məhrum olduğu əşyanın geri qaytarılmasını təmin edir, ikinci t ələbdə isə əşyadan məhrum olmamış mülkiyyətçinin öz hüququna törədilən qəsd və ya başqa maneələrə son qoyulmasını istəyir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi iddianı bu normalardan hansına görə əsaslı saydığını bildirmədən hər iki normaya ümumi şəkildə istinad etmiş, işin müəyyən edilmiş faktiki halları ilə əsas götürdüyü maddi hüquq normalarının dispozisiya şərtləri arasındakı uyğunluğa (uyğunsuzluğa) dair qiymətləndirmə aparmamışdır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2001-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə əsasən iddiaçı mənzilin mülkiyyətçisidir. Eyni zamanda cavabdehlərin həmin mənzildə yaşamaları işin mübahisə olunmayan halıdır. Belə ol an halda, hazırkı işin düzgün həlli üçün cavabdehlərin mənzildə yaşamalarının qanuni olub-olmamasına hüquqi qiymət verilməlidir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehlər ona istinad edirlər ki, mübahisəli mənzildə 2000-ci ilin ortalarından yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinin (iddiaçı Kəmalə və Cavabdeh2ların anası Faizə Sadıxovanın) razılığı əsasında yaşayırlar. Bu xüsusata dair müvafiq sənədlər – Bakı şəhəri 18 saylı MKİS-in xx.xx.2021-ci il tarixli arayışı, həmin MKİS-in əməkdaşının və sakinlərin tərtib etdikləri xx.xx.2021-ci il tarixli akt məhkəmələrə təqdim olunmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehlərin sözügedən mənzildə mülkiyyətçinin razılığı əsasında və ailə üzvü kimi daimi olaraq yaşamaları onların həmin sahədən istifadə etmək hüquqlarının yaranıb-y aranmamasını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr isə cavabdehlərin 2000-ci ilin ortalarından mənzildə yaşamalarına dair bildirdikləri halı iddiaçının mübahisə edib-etmədiyini lazımi qaydada aydınlaşdırmamış, bu barədə işdəki sübutları qiymətləndirməmiş, cavabdehlərin qanundan irəli gələn istifadə hüququna malik olub-olmamalarını maddi hüquq normaları əsasında yoxlamamış və yekun olaraq cavabdehlərin mənzil üzərindəki sahibliklərinin qanuni olub-olmamasına hüquqi qiymət verməmişlər. Bu hallar, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyinə, maddi hüquq normalarının düzgün tətbiq olunmadığına və qə tnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.
24. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti təmin olumalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mübahisəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
25. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 158.1, 158.3 və 158.4-cü, Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.3cü, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
26. Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunma sını xahiş etmiş, həmçinin göstərmişdir ki, o, anasının xahişi ilə uşaqları ilə birgə 2000-ci ilin yay aylarında mübahisəli mənzilə köçmüşdür, elə həmin vaxtdan da o mənzildə yaşayır, 2003-cü ildə isə pasport qeydiyyatına götürülmüşdür. Həmçinin bildirmişdir ki, 1980-ci ildə ailə qurub mübahisəli mənzildən köçüb getmiş, yalnız 23 ildən sonra bu mənzilə qayıtmış və hazırda da orada yaşayır. Qızı Aygün 3 il olar ki, ailə quraraq mənzildən çıxıb getmişdir, Bakı şəhərində yaşayır. Qızı Lamiyə isə ailə qurub getsə də, bir müddət sonra qayıdıb gəlmiş və hazırda onunla yaşayır.
27. Digər cavabdehlər də apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etmişlər.
28. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlərin 2000-ci ilin ort alarından mübahisəli mənzildə yaşamaları barədə göstərdikləri doğru deyil, bu barədə göstərilənləri qəbul etmir. Cavabdehlər təxminən 2005-ci ildən həmin mənzildə yaşayırlar. Əvvəllər isə Bahar xanım anasının yanına gəlib-getmiş, sonra, yəni təxminən 2005-ci ildə iddiaçının razılığı ilə mənzildə müvəqqəti yaşamalarına icazə verilmişdir.
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Gülnar Cabbarova) 2(105)504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 İsbəndiyar qızı, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - yetkinlik yaşına çatmamış ailə üzvlərinə (Cavabdeh4 İsbəndiyar qızına və Cavabdeh5) m ünasibətdə İddiaçı mübahisəli mənzildən çıxarılmaları və mənzilin boşaldılması hissəsində ləğv olunmuş, həmin hissədə iddia baxılmamış saxlanılmışdır.
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Gülnar Cabbarova) 2(105)504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən - cavabdehlər Cavabdeh1 İsbəndiyar qızı, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
31. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki cavabdehlər mübahisəli mənzildə 2000-ci ilin ortalarından yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinin (iddiaçı Kəmalə və Cavabdeh2ların anası Faizə Sadıxovanın) razılığı əsasında yaşadıqlarını bildirmişlər. Etirazın əsası olaraq – Bakı şəhəri 18 saylı MKİS-in xx.xx.2021-ci il tarixli arayışı, həmin MKİS-in əməkdaşının və sakinlərin tərtib etdikləri xx.xx.2021-ci il tarixli akt və Azərsu ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlara istinad edilmişdir.
32. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Bakı şəhəri 18 saylı MKİS-in xx.xx.2021-ci il tarixli arayışı yalnız mənzilə şəxslərin pasport qeydiyyatına götürülməsi tarixini göstərməklə cavabdehlərin həmin mənzildən 2000-ci ilin ortalarından istifadə etmələri ilə bağlı halı təsdiq edən sübut kimi qəbul edilə bilməz.
33. MKİS-in əməkdaşının və sakinlərin tərtib etdiklər i xx.xx.2021-ci il tarixli aktına münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, bu sənəd iddianın mübahisələndirilən hissədə rədd edilməsi üçün mötəbər sübut növü olaraq qiymətləndirilə bilməz. Belə ki, aktda əks olunmuş məlumatlar MPM-nin 76-cı maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş hesab oluna bilməz. Aktın tərtibində iştirak edən şəxslərə bilə-bilə yalan məlumat verilməsi ilə bağlı cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməmişdir.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərsu ASC tərəfindən verilmiş xx.xx.2023-cü tarixli arayış xx.xx.2000-ci ildən xx.xx.2021-ci il tarixədək istifadə olunan su və çirkab su xidmətinə görə borcun Cavabdeh2 tərəfindən ödənildiyini göstərməklə, Cavabdeh2 özünün qeyd etdiyi kimi 2000-ci ilin ortalarından mübahisəli mənzildə yaşaması və istifadə etməsi nəticəsinə gəlməyə birmənalı əsas vermir. Belə ki, Cavabdeh2 sonradan da əvvəlki illər üçün yaranmış borcun ödənişini həyata keçirə bilərdi. Bu xüsusat Azərsu ASC tərəfindən 13 aprel 2023-cü il tarixdə verilmiş arayışla da təsdiq olunur. Həmin arayışda göstərilmişdir ki, Cavabdeh2 Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzilində sayğac vasitəsi ilə ailə tərkibi bir nəfər olaraq su və çirkab su xidmətlərindən xx.xx.2002-ci il tarixdən istifadə edir.
35. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh2 məhkəmə araşdırması zamanı ziddiyyətli, bir-birini təkzib edən fikirlər söyləyərək ilk öncə 2000-ci ilin yay aylarında bu mənzilə köçdüyünü bildirsə də, daha sonra, 1980-ci ildə ailə qurub mübahisəli mənzildən köçüb getdiyini, 23 ildən sonr a bu mənzilə qayıtdığını və hazırda da orada yaşadığını demişdir. Göründüyü kimi cavabdeh 23 il sonra (1980+23=2003) mənzilə qayıtdığını bildirməklə, həmin yaşayış sahəsinə 2003-cü ildə köçdüklərini etiraf etmişdir.
36. Məhkəmə hesab etmişdir ki, apellyator şikayətin dəlillərini əsaslandırdığı hallarla bağlı əsaslı şübhədən kənar mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehlərin sözügedən mənzildə 2000-ci ilin ortalarından mülkiyyətçinin razılığı əsasında və ailə üzvü kimi köçərək yaşamaları məhkəmə aradışması zamanı öz təsdiqini tapmamışdır.
37. Məhkəmə kollegiyası işdəki sübutları qiymətləndirərək hesab etmişdir ki, tərəflər arasında mənzillə bağlı münasibətlərin 2001-ci ildən sonra yaranması barədə iddiaçı tərəfin dəlilləri daha inandırıcı və işin həqiqi hallarına uyğundur. Həmin dəlili təkzib edən heç bir sübut müəyyən edilməmişdir. Bu baxımdan mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından qiymət verilməsi qanuni və əsaslıdır.
38. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına Mülki Məcəllənin 228ci maddəsinin tələbləri baxımından qiymət verərək hesab etmişdir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün əsaslar mövcud deyildir. Belə ki, cavabdehlərin həmin mənzildən istifadə etmək imkanını təmin edən notarial qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə, eləcə də ev sahibi ilə arasında bağlanmış yazılı razılaşma olmadığından, cavabdehlərin həmin əmlakdan istifadə edə bilməsi üçün, yəni istifadə hüququnun tanınması üçün hüquqi əsas yaranmamışdır.
39. M əhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarlarına Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh2 (Vəkil4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaçının Cavabdeh2 qarşı mübahisəli mənzildən çıxarılmasına dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, məhkəmə işdə olan MKT əməkdaşları və qonşular tərəfindən tərtib olunmuş akta tənqidi yanaşaraq həmin aktı mötəbər sübut kimi qəbul etməmiş və göstərmişdir ki, aktı imzalayan şəxslər düzgün izahat vermələri barədə xəbərdar olunmamışlar, bu səbəbdən də bu akt mötəbər hesab oluna bilməz. Məhkəmənin bu yanaşması tam əsassızdır, belə ki, akt tərtib olunmuş və imzalanmış, möhürlə təsdiq olunmuşdur. Əgər həmin aktın mötəbərliyinə məhkəmənin şübhəsi varsa, akta imza atan şəxsləri məhkəməyə dəvət edib dindirə bilərdi, lakin məhkəmə bunu etməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, guya cavabdeh 1980-ci ildə gəlin köçdüyünü və 23 il sonra bu evə qayıtd ığını bildirmişdir. Halbuki cavabdeh sonradan 23 il bu mənzildə yaşadığını qeyd etmiş və bütün sənədlərdə və izahatlarında da 2000-ci ilin ortalarından bu evdə yaşadığını demişdir. Lakin məhkəmə işdə olan bütün sübutları subyektiv yanaşması əsasında qiymətləndirməklə belə bir qənaətə gəlmişdir ki, guya hüquq münasibətləri 2000ci sentyabr ayının 1-dən sonra yarandığı üçün həmin tarixə kimi qüvvədə olmuş maddi normalara istinad edilməsi düzgün deyildir. Halbuki konkret halda məhkəmə bu münasibətlərə Mənzil Məcəlləsinin (qüvvədən düşmüş) 53, 54 və 123-cü maddələrinə istinad etməklə qiymət verməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
43. Maddə
13. Azərbaycan Re spublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
44. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
19. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci ma ddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı 20. 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı
21. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüqu q, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 418.3. Prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 qarşı iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Hazırki müba hisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri deyil, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri baxımından qiymət verilməli idi. Belə ki, o, mübahisəli mənzilə 2000-ci ilin ortalarında köçüb yaşamağa başlamış, hüquq münasibətləri 2000-ci il 1 sentyabr tarixə qədər yaranmışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun sözügedən dəlili əsassızdır.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
34. İşin faktiki halları ilə bağlı olan kassatorun istinad etdiyi hala yəni, mübahisəli mənzilə 2000-ci ilin ortalarında köçməsi ilə bağlı məsələyə münasibətdə isə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinin tələbləri baxımından qiymət verilməklə həmin halın mövcudluğunun digər sübutlarla istisna edildiyi qənaətinə gəlinmişdir. Mülkiprosessual qanunvericilikdə kassasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı səlahiyyətləri nəzərdə tutulmadığından həmin dəlillərə məhkəmə kollegiyasının qiymət verməsi yolverilməzdir.
35. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq n ormasının tətbiqində səhvə yol verilməmiş, düzgün olaraq mübasibətlərin 2000-ci il sentyabrın 1-dən sonra yaranması qənaətinə gəlinməklə Mülki Məcəllənin 228.1 və 228.2ci maddələri tətbiq edilmişdir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə, eləcə də ev sahibi ilə aralarında bağlanmış yazılı razılaşma olmadığından, cavabdehlərin həmin əmlakdan istifadə edə bilməsi üçün, yəni istifadə hüququnun tanınması üçün hüquqi əsas yaranmamışdır. Bu baxımdan, Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildən istifadə etməsi üçün hər hansı hüquqi əsas olmadığından onun mənzildən çıxarılmasına dair iddia düzgün olaraq təmin edilmişdir.
37. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
38. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-504/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hi ssədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.