Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3381/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyytli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2593/2024 nömrəli 21 may 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Ərizəçi ünvanlanmış onun 16 may 2022-ci il tarixli müraciətinə 23 may 2022-i il tarixli məktubunda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına (hazırda qadınlar üçün 62.5 yaş) çatmış şəxslərin fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ vardır. Onun sığorta stajının 25 ildən az (23 il 3 ay 26 gün) olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona “Əmək pensiyaları haqqında” AR Qanunun 20.1.7-ci, 20.11.1 və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur.
2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialı tərəfindən verilmiş 26 may 2022-ci il tarixli, 56 №-li arayışdan görünür ki, Ağdam “Qarabağ” üzümçülük sovxozunun 1993-cü ilə qədər olan arxiv sənədləri işğal zonasında qaldığı üçün filialda mühafizə olunmur.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 11 may 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 02 mart 1998-ci il tarixdən 20 iyul 2020-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin baş mütəxəssisi-sosial xidmət işçisi vəzifəsində çalışmışdır. 01 avqust 2018-ci il tarixdən 20 iyul 2020-ci il tarixədək olan dövr üçün aylar üzrə əmək haqqı cədvəlindən müəyyən edilir ki, Ərizəçi həmin dövr ərzində cəmi 13667,84 manat məbləğində əmək haqqı almışdır.
4. Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür.
5. Əmək kitabçasının surətindən görünür ki, X6 04 iyun 1973-cü il tarixdən 15 aprel 1986-cı il tarixə kimi Ağdam rayonu “Qarabağ” üzümçülük sovxozunda, həmin vaxtdan 17 avqust 1989-cu il tarixə kimi müxtəlif işlərdə çalışmışdır.
6. Əmək kitabçasının surətindən görünür ki, X8 08 sentyabr 1976-cı il tarixdən 05 aprel 1986-cı il tarixə kimi Ağdam rayonu “Qarabağ” üzümçülük sovxozunda, həmin vaxtdan 17 dekabr 1992-ci il tarixə kimi Həzi Aslanov adına sovxozda müxtəlif işlərdə çalışmışdır.
7. Əmək kitabçasının surətindən görünür ki, X7 19 yanvar 1976-cı il tarixdən 05 aprel 1986-cı il tarixə kimi Ağdam rayonu “Qarabağ” üzümçülük sovxozunda, həmin vaxtdan 01 yanvar 1994-cü il tarixə kim i Həzi Aslanov adına sovxozda müxtəlif işlərdə çalışmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1978-ci ilin dekabr ayından 1993cü ilin iyul ayına kimi Ağdam rayonunun Salahlı kəndi X4 fəhlə vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Ərizə belə əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1978-ci ilin dekabr ayından 1993-cü ilin iyun ayının 25-nə kimi Ağdam rayonu Salahlı kəndi X4 fəhlə vəzifəsində işləmişdir. Məlum hadisələrlə əlaqədar Ağdam rayonundan məcburi köçkün düşərək, hal-hazırda Bakı şəhəri Sabunçu rayonu, Q.Vəzirov küçəsi fərdi yaşayış evində yaşayır. Ağdam rayonu işğal olunduğu üçün həmin vaxt on a məxsus sənədləri, o cümlədən əmək kitabçasını götürə bilməmişdir. Ona pensiya təyin olunması üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə müraciət etmiş, lakin azı 25 il sığorta stajı olmadığı üçün imtina etmişlər.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)4981/2022 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi 1978-ci ilin dekabr ayından 1993-cü ilin 25 iyun tarixədək Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işləməsi faktı müəyyən edilməsi, qalan hissədə isə ərizə təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 305.1.1, 307.2.11, 308.1, 309.1, 310, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2, 21.1, 30.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
12. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, ərizənin rədd olunmasını xahiş etmişdir.
13. Şikayətin dəlillərinə görə, şahidlərin hər birinin əmək kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasını əldə edə bilməməsini iddia etməsi şübhə doğurur və ərizəçinin qeyd etdiyi dövrdə “Qarabağ” üzümçülük sovxozunda işləməsi barədə şübhə yaradır. Ərizəçinin əmək kitabçası mövcud olmuşdursa, onu əldə edə bilməməsini və başqa qaydada bərp a edə bilməməsini əsaslandırmamışdır. Ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmiş, lakin məhkəməyə müraciət edərkən maraqlarına toxunan şəxs mərkəzi filial olmasına baxmayaraq, onu maraqlı şəxs qismində göstərməmiş, həmçinin mərkəzi filial məhkəmə tərəfindən maraqlı şəxs kimi işə cəlb edilməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2593/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi ilə (F.Qasımov (sədrliyi və məruzəsi ilə), hakimlər F.Abdıyev və X.Sarıyev) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)4981/2022 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sos ial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)-4981/2022 nömrəli qətnaməsi dəyişdirilmiş, Ərizəçi 1978-ci ilin dekabr ayından 1986-cı ilin aprel ayına kimi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işləməsi faktı müəyyən edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Ərizəçi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işləməsi faktının müəyyən olunması ilə bağlı düzgün nəticəyə gəinsə də, işləmə vaxtını müəyyən edən müddət dəyişdirilməlidir.
16. İlk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin halları üzrə Ərizəçi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işləməsi faktının müəyyən olunması ilə bağlı ümumən doğru nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
17. İş materiallarında olan məhkəmə iclas protokollarında görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən şahidlər X8, X7, X1 Zaminə Pirəli qızının 1976cı ildən 1993-cü ilə kimi “Qarabağ” Üzümçülük Sovxozunda işləməsi barədə ifadə vermişlər. Lakin onların əmək kitabçalarının surətindən də görünür ki, həmin şəxslər 1986-cı ilin aprel ayına kimi həmin sovxozda işləmiş və həmin sovxozdakı işlərindən azad edilərək “Həzi Aslanov” Üzümçülük Sovxozuna müvafiq vəzifələrə keçirilmişlər.
18. Ərizəçi özü də ifadəsində 1986-cı ilin aprel ayına kimi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozu nda işlədiyini və sonra sovxozdakı işindən azad edilərək “Həzi Aslanov” Üzümçülük Sovxozuna keçirildiyini bildirmişdir.
19. Belə olduğu təqdirdə apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin 1993-cü ilə kimi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda işləməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
20. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə Ərizəçi Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işlədiyi müddətlə bağlı hissədə düzgün olmamışdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin hal ları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 21.1, 30.1, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 305.1, 307.1, 307.2.11, 308, 309.1, 310.1-ci maddələrinə də istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu vəkil(Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2593/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ərizə tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hesab edirlər ki, aşağı instansiya məhkəmələri hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir və hüquqi faktın müəyyən olunması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir.
24. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləmə sinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir”. İş materiallarından göründüyü kimi ərizəçinin əmək kitabçasının olmaması, həmin yerdə işləməsini təsdiqedici heç bir sənədin olmaması arqumenti əsaslı hesab edilə bilməz. 25. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə v ə digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Şahidlərin hər birinin əmək kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasını n olmaması şübhə doğurur. Ərizəçi əmək kitabçasının mövcud olmasını, onu əldə edə bilməməsini və başqa qaydada bərpa edə bilməməsini əsaslandırmamışdır. İş materiallarından göründüyü kimi, ə r i z ə ç i n i n məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası mövcud olmadığı halda, məhkəməyə dəvət olunan və ərizəçi ilə birgə işləyən hər üç şahidin əmək kitabçası vardır. Həmçinin şahidlərdən X2 01 yanvar 1994-cü ildə işdən çıxdığını və əmək kitabçasının özündə olduğunu nəzərə alsaq, fikrimizcə 1993-cü ildə işdən çıxmış ərizəçi də əmək kitabçasını ala bilərdi.
26. Kassasiya şikayəti əsaslandırılarkən MPM-nin 153.2.1- ci maddəsi MPM-nin 261.0.1- ci maddəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə mə hkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 13.4-cü bəndi, 1.2-ci və 1.3-cü, Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvaf ıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
29. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
30. Maddə 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkün lərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafıq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 307.1 məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
32. Maddə 307.2.11 məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
33. Maddə 308 məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
34. Maddə 14.2 Məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi ü zrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Maraqlı şəxsin kasasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ərizənin təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
47. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün işdə iştirak edən şəxslərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq o lunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizənin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2024-cü il tarixli 2(103)-2593/2024 nömrəli qətnaməsi ərizənin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.