Məhkəmə qərarları › İş №2(102)-3383/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3383/2021

09.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3383/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə/mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2(105)-2731/2020 nömrəli qətnaməsindən cavabdeh t ərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh və İddiaçı 13 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 28 may 2014-cü ildə təvəllüdlü X3 anadan olmuşdur. İddiaçı nikaha daxil olarkən iddiaçının yaşadığı ünvan 11 saylı mənzillə köçmüş, tərəflərin ailə münasibətləri 2014-cü ilin fevral ayında pozularaq iddiaçı həmin yaşayış sahəsini tərk etmişdir. Masallı Rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında saxlanılmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 22 yanvar 2020-ci il tarixli arayışına əsasən ünvan 11 saylı mənzillə bağlı hər hansı hüquqların qeydiyyata alınması barədə dövlət reyestrində məlumat aşkar olunmamışdır. Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin arayışlarına əsasən ünvan 1ı mənzilə dair heç bir hüquqi sənəd yoxdur. Mənzilin sahəsi 38 kv.metrdir. Mənzildə xxx, arvadı X1, övladı Cavabdeh, gəlini X2 və nəvəsi X4 yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 28 may 2014-cü il təvəllüdlü qızı xxx ilə birlikdə ünvan 11 saylı mənzilə istifadə hüququnun tanınması və köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli 11 saylı mənzil ünvan 2 saylı binada yerləşir və cavabdeh həmin mənzildə qeydiyyatdadır. İddiaçı cavabdehlə 13 avqust 2013cü ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və həmin vaxtdan bu mənzilə gəlin köçmüş və bu mənzildə ailə üzvü kimi yaşamaqla birgə təsərrüfatı idarə etmişdir. Lakin 2014-cü ilin fevral ayında cavabdeh onu hamilə vəziyyətində aldadaraq bu mənzildən çıxarmışdır. Buna baxmayaraq, iddiaçının bəzi əmlakları hələ də həmin mənzildədir. 28 may 2014-ci il tarixdə onların birgə nikahdan xxx adlı bir qızları anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı mübahisəli mənzildən çıxan vaxtdan kirayələrdə yaşayır. Həmin mənzil yataqxana olmaqla dövlət fonduna aiddir. İddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur, hazırki vaxta qədər valideynlərinin maddi dəstəyi ilə mənzil kirayə haqlarını ödəmiş, lakin artıq buna imkanı yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia qismən təmin edilmiş, İddiaçı 28 may 2014-cü ildə doğulmuş xxx adlı uşağı ilə ünvan 2 saylı evin 11 saylı mənzilinə köçürülməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, 60-cı maddəsinin 1-ci hissəsinə, 71-ci maddəsinin 2-ci hissəsinə, Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1 və 30.2- ci maddələrinə, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarına istinad edərək hesab etmişdir ki, tərəflərin yaşadıqları mənzilin daşınmaz əmlak dövlət reyestrində rəsmi olaraq hər hansı bir şəxsin adına qeydə alınmaması hüquqi olaraq iddiaçının və onun azyaşlı uşağının həmin mənzilə istifadə hüququnun tanınmasını istisna etsə də, sonuncuların bu mənzilə köçürülməsinə maneçilik törətmir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 nömrəli qətnaməsinin qismən - iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2(105)- 2731/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)549/2020 nömrəli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunmuş, bu hissədə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin olunması, İddiaçı 28 may 2014-cü ildə doğulmuş xxx adlı uşağı ilə ünvan 2 saylı evin 11 saylı mənzilinə köçürülməsini qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə qətnaməni Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istin ad etməklə əsaslandırmışdır. Halbuki, istər Mülki Məcəllənin 228ci, istərsə də Mənzil Məcəlləsinin 30-cu maddələri mülkiyyətdə olan yaşayış sahələrinə dair münasibətləri tənzimləyir. Qeyd edildiyi kimi mübahisəli yaşayış sahəsi yataqxanadır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəyə məhz Mənzil Məcəlləsinin yataqxanalarla bağlı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 və 3cü bəndlərinə, 43-cü maddəsinin 1-ci bəndinə, Mənzil Məcəlləsinin 5, 91.1, 91.1.2, 91.2, 93, 99, 104.1-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi yataqxanada yerləşir və bu sahə ilə bağlı hər hansı şəxslə kirayə müqaviləsi bağlanmamışdır. Başqa sözlə, mübahisəli yaşay ış sahəsi ilə bağlı tərəflərin hüquqları bərabərdir və iddiaçının 2013-cü ildə nikahdan sonra oraya köçürülməsi, sonradan isə bu və ya digər səbəbdən cavabdeh tərəfindən oradan çıxarılması qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə ziddir. Mübahisəyə bu baxımdan yanaşıldıqda isə həmin mübahisəli yataqxana otağına köçürülməsi barədə İddiaçı iddiasının əsaslı olması şübhə doğurmur. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin mübahisəli otaqda cavabdehin valideynlərinin, onun yeni həyat yoldaşının və uşağının yaşaması, tərəflər arasındakı münasibətlərin pis olması, ailə münasibətlərini xitam verilməsi faktından, yəni hüquqdan sui-istifadə etməsi İddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Mənzilin darısqallığı barədə cavabdehin apellyasiya şikayətinin dəlili də əsasızdır, çünki işdən görünür ki, yaşayış sahəsi 1 otaqlı (faktiki isə 2 otaqlı) olsa da, sahəsi 38 kv.metrdir və iddiaçının oraya köçürülməsi Mənzil Məcəlləsinin 104.1-ci maddəsinə uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2(105)-2731/2020 nömrəli qətnaməsinin iddiaçının iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normaları pozulmuşdur. Belə ki, iddiaçı 2014-cü ilin fevral ayında könüllü olaraq mübahisəli yaşayış sahəsini tərk etmiş, özünə məxsus olan bütün əşyaları özü ilə aparmışdır. İddiaçı uzun müddət ərzində başqa ünvanda yaşamış, yalnız 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə istinadı əsassız olmuşdur. Həmçinin apellyasiya instansiya məhkəməsi mübahisəli yaşayış sahəsində cavabdehin 6 nəfərdən ibarət ailəsinin yaşamasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə yazılı etiraz verərək təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2(105)2731/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanıl masını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə, Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya instansiyası məhkəməsi tərəfindən qismən təmin olunsa da, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və iddianın təmin olunmuş hissəsini mübahisələndirmişlər. Kassasiya şikayətini də cavabdeh eyni dəlillərlə verdiyindən kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılm ası təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “X6 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.10-cu maddəsinə əsasən qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. 1.0.11-ci maddəsinə əsasən hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsipləri n tətbiq edilməsi deməkdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hall arda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. 91.1.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2-ci maddəsinə əsasən yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövl ət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci mad dələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki,... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflər in tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsin in yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmə lərinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 91, 93, 99, 104.1-ci maddələrinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, mübahisələndirilən yaşayış sahəsi yataqxanada yerləşsə də, cavabdehlə Mənzil Məcəlləsinin 98.1 və 99-cu maddələrinə uyğun xüsusi təyinatlı yaşayış sahələrinə dair kirayə müqaviləsi bağlanmamışdır. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi cavabdehin və ya onun ailə üzvlərinin mübahisələndirilən yaşayış sahəsində nə vaxtdan və hansı əsaslarla yaşamaları ətrafında araşdırma aparmamışdır. Halbuki, həmin halın hazırki mübahisəyə tətbiq olunacaq maddi hüquq normasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh özü mübahisələndirilən yaşayış sahəsindən qanunla müəyyən olunmuş kirayə müqaviləsi əsasında istifadə etmədiyi halda, hazırki mübahisəyə qanun və ya hüquq analogiyasına uyğun olaraq başqa maddi hüquq normalarının tətbiqi müzakirə olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisə predmeti olan yaşayış sahəsinin hər hansı şəxsin adına qeydə alınmaması əsası ilə iddiaçının da cavabdehlə həmin sahəyə hüquqları bərabər olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyinin qanuni əsası yoxdur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə hazırki tələblərə tətbiq olunması üçün ümumi norma olan Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə iddiaçının mübahisələndirilən mənzilə köçürülməsi üçün əsas yalnız o halda müəyyən oluna bilər ki, onun yaşadığı sahədən məhrum edilməsi qanunsuz olsun. Lakin hazırki işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının 2014-cü ildə mübahisələndirilən sahədən çıxarılmasının şəraiti və səbəbləri, onun uzun müddət ərzində harada yaşaması, başqa yaşayış sahəsinə malik olub-olmaması, bu müddətdə göstərilən sahəyə köçməyə cəhd edib-etməməsi və onun yaşayış sahəsindən məhrum etmənin qanuni olub-o lmamasının müəyyən edilməsi üçün zəruri olan sair məsələlər araşdırılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Ba lani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2(105)-2731/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar