Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3383/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3185/2025 nömrəli, 8 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Bibi-Hey bət qəsəbəsi, 2-ci Məktəbli dalanında yerləşən ümumi sahəsi 67.4 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.
2. Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində 0.0359 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 5 otaqlı, 81.8 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir.
3. İddiaçı müraciəti əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli mütəxəssis rəyləri ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən tikilinin 7.0 metr uzunluğunda istinad divarı üzərində qonşu tərəfindən daş konstruksiyalı mansard sahə tipli ərazi inşa edilmişdir. Qonşu tərəfindən İddiaçı məxsus istinad divarı üzərində mülkiyyətçinin həyəty anı sahəsinə açılan 7.0 x 1.2 metr həcmində PVC pəncərə sistemi quraşdırılmışdır. Beləliklə, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə müvafiq olaraq tikintiyə başlamazdan öncə tikinti layihəsinin icra edən şəxs - qonşu ara məsafəsinin saxlanması qaydalarını bilməli və buna əməl etməli idi. Mülkiyyətçiyə məxsus evin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalı olduğu halda qonşu tərəfindən bu qanunun tələblərinə riayət edilməmiş, inşa edilən divar mülkiyyətçiyə məxsus evin istinad divarları üzərində quraşdırılmışdır. Bu hal qanunaziddir. Qonşu tərəfindən artırma sahənin inşası nəticəsində mülkiyyətçi yağış sularının ona məxsus evin dam örtüyünə, bitişik ortaq divarların daxili səthinə və həyətyanı sahəsinə axması ilə üzləşib. Bu hal, dəfələrlə təmi r edilməsinə baxmayaraq, oxşar fəsadların təkrar baş verməsinə zəmin yaradır. Halbuki bütün normativ hüquqi aktlar bu tipli yanaşmaların yolverilməz və qeyri-qanuni olduğunu təsdiq edir. Atmosfer yağıntılarından yaranan suların kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Qonşu tərəfindən İddiaçı məxsus istinad divarı üzərində mülkiyyətçinin həyətyanı sahəsinə açılan 7.0 x 1.2 metr həcmində PVC pəncərə sistemi quraşdırılması layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında həyata keçirilə bilərdi. Mövcud vəziyyətdə qonşu tərəfindən təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə quraşdırılan pəncərə boşluqları nəinki qarşılıqlı razılaşma əsasında, hətta memarlıq, şəhərsalma, yanğın təhlükəsizliyi və sa nitar normalarının tələbləri, həmçinin qüvvədə olan tikinti norma və standartlarının tələbləri pozulmaqla həyata keçirilmişdir. Beləliklə, aparılan araşdırmalar və təhlillərə əsasən belə nəticəyə gəlmək olar ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istinad divarı üzərində qonşu tərəfindən quraşdırılan mansard sahəsi tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmışdır, təhlükə mənbəyi hesab edilir. Həmçinin boşluğa yerləşdirilən pəncərə sistemi memarlıq və şəhərsalma normalarının tələblərinə cavab vermir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Nümayəndə2 (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ün van 1 ünvanında yerləşən fərdi yaşayış evinin istinad divarı üzərində qonşu tərəfindən quraşdırılan mansard sahəsi tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmış hesab edilməklə sökülməsi, həmçinin boşluğa yerləşdirilən pəncərə sistemi memarlıq və şəhərsalma normalarının tələblərinə cavab vermədiyindən bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onun, mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evində uzun müddətdir yaşamasına baxmayaraq, qonşusu Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Nümayəndə2 tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən tikilinin 7,0 metr uzunluğunda istinad divarı üzərində daş kon struksiyalı mansard sahə tipli ərazi inşa edilmişdir. "xxxx" MMC-nin daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə qiymətləndirici-mütəxəssisi qarşısında qoyulmuş suala uyğun olaraq rəydə göstərilmişdir ki, aparılan araşdırmalar və təhlillərə əsasən belə nəticəyə gəlmək olar ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istinad divarı üzərində qonşu tərəfindən quraşdırılan mansard sahəsi tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmışdır, təhlükə mənbəyi hesab edilir. Həmçinin boşluğa yerləşdirilən pəncərə sistemi memarlıq və şəhərsalma normalarının tələblərinə cavab vermir. Dəfələrlə cavabdehin özünə bu qanunsuzluğa son qoymağı tələb etsə də, nəticəsi olmamışdır. Səbail rayonu Polis İdarəsinə edilmiş müraciətinə cavab məktubu ilə bildir ilmişdir ki, məhkəməyə müraciət edilsin.
6. Məhkəmə hazırlıq iclasında cavabdeh Nümayəndə2 əsl Cavabdeh ilə əvəz olunmuşdur.
7. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, 19 nömrəli evin istinad divarı üzərində quraşdırılan mansard sahəsi tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmış hesab edilməklə, dayaq konstruksiyaları arasında boşluğa yerləşdirilən iddiaçının həyətinə baxan pəncərələrin bişmiş kərpiç və ya mişar daşı ilə hörülərək bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, məhkəməyə təqdim etdiyi müstəqil ekspertin rəyindən də görünmüşdür ki, cavabdehin mülkiyyətində olan tikili 1900-cü ilin tikilisidir. Həmin tikilinin gücləndirilməsi üçün artıq 30 ildən çox müddətdir ki, mülkiyyətində olan sahənin üzərinə çardaq, yəni dam hissədən yağış sularının qarşısının alınmasına görə həmin damın üzərində çardaq (mansard tipli) tikilmişdir. Ekspert qarşısında qoyulmuş suallara cavab olaraq müəyyən edilmişdir ki, həmin çardaq (mansard tipli) qonşunun divarının üzərində deyil, cavabdehin mülkiyyətində olan sahənin üzərində tikilmiş və qonşuya heç bir təhlükə yaratmamaqla yanaşı, qonşunun hüquqlarına toxunmur. Digər tərəfdən, mansard sahədə quraşdırılmış plastik pəncərələrin şüşələri 2/3 hissədə qeyri-şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyət ini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Həmin pəncərələrin görüntülərinə dair fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etmişdir. Həmin tikili tikilərkən Şəhərsalma və Tikinti Məcəlləsi olmamışdır. Yəni Məcəllə 2012-ci il tarixdən sonra qəbul edilmişdir. Odur ki, istinad edilən qanunvericilik normasının geriyə şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, 1900-cü ilin tikilisinin üzərində inşa edilmiş çardaq (mansard tipli) artıq 30 ildən çoxdur ki, tikilmiş və bu günə kimi qonşu İddiaçı belə bir iddia ilə cavabdehə və ya digər orqanlara müraciət etməmişdir. İddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış tələbin heç bir əsası olmadığından, iddia tələbi absurd əsaslarla əsaslandırı ldığından və ümumi iddia tələbi 10 il nəzərdə tutulduğundan iddia müddətini tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
9. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən təqdim olunmuş “X1” MMC-nin xx.xx.2024-cü il tarixli rəyi ilə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə inşa olunarkən 6 nömrəli evin sənəd üzrə öz sərhədləri (hüdudları) daxilində yerləşdirilmişdir. Cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, BibiHeybət qəsəbəsi, 5-ci Səlyan döngəsində 0.0359 ha həyətyanı torpaq sahəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində inşa olunmuş mansard tipli sahənin vizual olaraq öz konstruktiv xüsusiyyətləri baxımdan köhnə sahə olduğu və “Goo gle Earth” proqramının ortofoto (aerokosmik çəkiliş) görüntülərində mansard tipli sahənin 2008-ci ildə mövcud olduğunu nəzərə alaraq, mansard tipli sahənin 2008-ci ildən öncə inşa olunduğu müəyyən edilmişdir. Cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Səlyan döngəsində, 0.0359 ha həyətyanı torpaq sahəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahənin inşa olunması ilə evin cənub-qərb tərəfində yerləşən iddiaçının öz evindən təyinatı üzrə istifadə etməsinə maneə yaratması, həmçinin günəş işığının düşməsinə və havalandırmasına təsir etməsi, yağış sularının axıntısına məruz qalması və təhlükə yaratması faktı müəyyən edilməmişdir. Mansard tipli sahədən iddiaçının 19 nömrəli evinə tərəf eni 7.2 metr, hündürlüyü 1.1 metr ölçüdə PVC mat erialdan pəncərə açılır, həmin pəncərədən onun evinin ikinci mərtəbəsi, pəncərəyə yaxın məsafədə duranda isə evin birinci mərtəbəsinin dam örtüyü və həyət görünür. Müvafiq tikinti norma və qaydalarında qonşu fərdi yaşayış evinin pəncərəsinin digər qonşunun fərdi yaşayış evinə tərəf açılması ilə bağlı hər-hansı məhdudiyyətlər yoxdur. Lakin qonşuluq prinsiplərinə əməl olunub aralarında yarana biləcək və ya yaranmış mübahisənin qarşısının alınması məqsədilə mansard tipli sahədən iddiaçının 19 nömrəli evinə tərəf açılan pəncərə bağlanmadan pəncərənin şüşələrinin mat boya ilə rənglənməsi və ya buzlu (mat) şüşələrlə əvəz edilməsi məqsədə müvafiqdir.
10. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə 6 nömrəli evin sənəd üzrə öz sərhədləri daxilində inşa edilmişdir. Lakin tikintinin inşasına dair hər hansı icazə və layihə sənədi olmadığından, AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud səhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ın 4.1, 4.2 bəndinin tələbləri pozulmuşdur. Cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsi, 6 nömrəli ünvanda qaraj tikilisi üzərində inşa edilmiş tikilinin iddiaçıya məxsus 19 nömrəli evin həyətyanı sahəsinə baxan hissəsində quraşdırılmış pəncərələrin nəfəsliyə çevrilməsi texniki cəhətdən mümkündür.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-58/2025 nömrəli iş üzrə 5 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Mədinə Bağırova).
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2, 157.4 və 180-ci maddələrinə əsasən cavabdehə qarşı iddia ərizəsində göstərilən tələbi irəli sürməkdə haqlıdır. Odur ki, həmin normaların dispozisiya şərtlərinin hazırkı iddiaya münasibətdə mövcud olub-olmamasına qiymət verməlidir.
13. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, cavab dehə məxsus Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsi, 6 nömrəli ünvanda qaraj tikilisi üzərində inşa edilmiş mansard tipli tikilinin iddiaçıya məxsus 19 nömrəli evin həyətyanı sahəsinə baxan hissəsində pəncərələr quraşdırılmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, hesab etmişdir ki, həmin mansard sahəsi ona məxsus fərdi yaşayış evinin istinad divarı üstündə quraşdırılmışdır, mansard sahəsi tikinti norma və qaydaların tələblərinə zidd şəkildə quraşdırılmışdır, təhlükə mənbəyi hesab edilir. Mansard tipli tikilinin iddiaçıya məxsus 19 nömrəli evin həyətyanı sahəsinə baxan hissəsində quraşdırılan pəncərələr memarlıq və şəhərsalma normalarının tələblərinə cavab vermir.
14. Məhkəmə bu məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətir ilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq və Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsi, 6 nömrəli ünvanda qaraj tikilisi üzərində inşa edilmiş mansard tipli tikili tikinti norma və qaydalarına uyğun inşa olunmamaqla özbaşına tikililərdir.
15. Qeyd edilən tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə 6 nömrəli evin sənəd üzrə öz sərhədləri daxilində inşa edilmişdir və həmin tikili iddiaçının və onun ailə üzvləri nin hüquqlarını və qanunla qorunan mənafelərini hər hansı şəkildə pozmur və onların həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaratmır. Digər tərəfdən, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mansard tipli tikilidən iddiaçının həyətinə açılmış həmin pəncərələrin şüşələri 2/3 hissədə qeyri-şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir.
16. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir.
17. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, 60-cı, Mülki Məcəllənin 152, 157, 158, 164, 165, 170, 180-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə və iş materiallarında olan mütəxəssis və ekspert rəylərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə də təsdiq etmişdir ki, “Məhkəmə bu məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq və Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Sal yan döngəsi, 6 nömrəli ünvanında qaraj tikilisi üzərində inşa edilmiş mansard tipli tikili tikinti norma və qaydalarına uyğun inşa olunmamaqla özbaşına tikililərdir”.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3185/2025 nömrəli mülki iş üzrə 8 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Günay Axundova və Elşən Kazımov).
21. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işin hallarının dəyərləndirilməsi Mülki Məcəllənin 157.4 və 170.2-ci maddələrinə əsasən müqayisəli şəkildə həyata keçirilməlidir. Baxılan iş üzrə iddiaçı cavabdehin yaşadığı evdən onun həyətinə açılmış pəncərənin bağlanmasını tələb edir və öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəfindən quraşdırılmış pəncərə yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, pəncərələrin açılması bu cür həm əxlaq normalarına, həm də tikintitexniki normalara ziddir.
22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə 6 nömrəli evin sənəd üzrə öz sərhədləri daxilində inşa edilmişdir və həmin tikili iddiaçının və onun ailə üzvlərinin hüquqlarını və qanunla qorunan mənafelərini hər hansı şəkildə pozmur və onların həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaratmır. Digər tə rəfdən, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mansard tipli tikilidən iddiaçının həyətinə açılmış həmin pəncərələrin şüşələri 2/3 hissədə qeyri-şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir.
23. Yuxarıda da qeyd olunduğu kimi pəncərələrin bağlanması barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin pəncərənin mövcudluğu iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyrimütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır.
24. Lakin iddiaçının verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan fərqlənən, pəncərələrin mövcudluğunun özüözlüyündə onun yaşayış sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsini təsdiq edən hər hansı hala istinad edilməmişdir. Halbuki, qonşu təsirinin qadağan edilməsi, hazırkı halda qonşuluqda inşa edilmiş tikilidəki pəncərələrin bağlanması barədə iddia qaldırmış iddiaçı qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onun hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdiyi halda əsaslı hesab edilə və təmin oluna bilərdi.
25. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsi, 6 nömrəli ünvanında qaraj tikilisi üzərində inşa edilmiş mübahisəli tikilidən uzun müddətdir ki, açıq mansard kimi istifadə etmiş, həmin tikilidə pəncərə sistemi 5-6 il bundan əvvəl quraşdırılmışdır.
26. İddiaçı cavabdehin mansard tipli tikilinin inşa edilməsini n dayandırılmasını, sökülməsini və s. tələb etməmiş, tikilinin açıq vəziyyətə qalmasına etiraz etməmiş, orada hətta tikinti işlərinin görülməsinə, pəncərə sisteminin quraşdırılmasına imkan vermiş, bununla cavabdehdə həmin sahədən arxayın istifadə etməsinə güvən yaratmışdır. Beləliklə də bu cür davranışla iddiaçı müddət keçdikdən sonra yaranmış vəziyyəti ilə bağlı “status-kvo”nu (mövcud vəziyyəti) tanımış olmuşdur.
27. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 170, 171-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, təqdim etdiyi dəlilləri, ekspert rəylərini və mülkiyyət hüququna toxunan faktları obyektiv və hərtərəfli şəkildə qiymətləndirməmiş, nəticədə qətnamədə iddia ərizəsində qoyulmuş tələblərin əsaslı müdafiəsi nəzərə alınmamışdır. Qarşı tərəfindən icra edilən mansard tikintisinin, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” və digər müvafiq normativ aktların tələblərinə əməl olunmadan həyata keçirildiyi, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğu qənaətindədir. Qətnamədə, mülkiyyət toxunulmazlığına və onun dövlət tərəfindən təmin edilməsinə dair normativ hüquq aktlarının (Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və digər qanunvericilik aktları) tələblərinin yetərincə nəzərə alınmadığı aşkar edilmişdir. Məhkəmə, həm mülkiyyət hüququna dair əsas maddi hüquq normalarını, həm də Mülki Prosessual Məcəllənin 88 və 217.4-cü maddələri ilə təmin edilmiş sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsi tələblərini pozaraq qərarını vermişdir. Bu isə qətnamənin həm maddi, həm də prosessual hüquq baxımından ədalətsiz olmasına səbəb olmuşdur. Ekspert rəyi nəzərə alınmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində açıq göstərilmişdir ki, tikili icazəsizdir və layihəsi yoxdur, həm də Nazirlər Kabinetinin 160 saylı qərarının tələbləri pozulmuşdur. Amma apellyasiya məhkəməsi bu rəylə razılaşsa da, nəticədə iddiaçının xeyrinə qərar verməmişdir. Mülkiyyət hüququnun pozulması düzgün qiymətl əndirilməmişdir. Apellyasiya məhkəməsi qətnaməsini “əgər əhəmiyyətli dərəcədə mane olmursa, qadağan oluna bilməz” deyə (Mülki Məcəllə, maddə 171.1-171.2) əsaslandırmışdır. Amma iddiaçı göstərmişdir ki, məxfilik tam pozulur, həyətə açıq baxış var, bu isə “əhəmiyyətli təsir” deməkdir. Həyətinə açılan pəncərələr şəxsi həyatının məxfiliyini pozur. Bu hal Konstitusiyanın 33-cü maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə ziddiyyət təşkil edir. Apellyasiya məhkəməsi yalnız tikinti normalarına baxıb, amma insan hüquqları prizmasından məsələyə qiymət verməmişdir. “Status-kvo” arqumenti qanunsuzdur. Məhkəmə qeyd etmişdir ki, “pəncərələr 5-6 ildir var, sən etiraz etməmisən, deməli mövcud vəziyyəti qəbul etmisən”. Amma mülkiyyət hüququ davamlı hüquqdur, vaxt keçməklə pozuntu qan uniləşmir. Mülki Məcəllədə belə müddəa yoxdur. Əksinə, qanunsuz tikinti hər zaman qanunsuz sayılır. Bu arqument hüquqa yox, faktiki vəziyyətə əsaslanıb və mülkiyyət hüququnu zəiflədib. İddia müddəti düzgün tətbiq olunmamışdır. Birinci instansiya iddia müddətini tətbiq etməmişdir, amma apellyasiya faktiki olaraq “vaxtında etiraz etmədin” arqumentindən istifadə etmişdir. Halbuki, qanunsuz tikinti ilə bağlı iddialarda iddia müddəti keçmir, çünki bu, davam edən pozuntudur. Şəhərsalma və Tikinti Məcəlləsi nəzərə alınmamışdır. Cavabdeh bildirmişdir ki, “bu tikili 1985-də olub, Məcəllə 2012-dən qüvvədədir, geriyə qüvvəsi yoxdur”. Amma problem mansard və pəncərələrin 5-6 il əvvəl quraşdırılması ilə bağlıdır, yəni qanun qüvvədə olan vaxtda edilmişdir. Apellyasiya məhkəməsi faktı düzgün müəyyən et məmiş və yanlış hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə
170. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşın maz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
33. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
34. Maddə 171.2. Təsirin əhəm iyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı işin hallarının dəyərləndirilməsi Mülki M əcəllənin 157.4 və 170.2-ci maddələrinə əsasən müqayisəli şəkildə həyata keçirilməlidir.
46. Hazırkı iş üzrə iddiaçı cavabdehin yaşadığı evdən onun həyətinə açılmış pəncərənin bağlanmasını tələb edir və öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəfindən quraşdırılmış pəncərə yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir.
47. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə 6 nömrəli evin sənəd üzrə öz sərhədləri daxilində inşa edilmişdir və həmin tikili iddiaç ının və onun ailə üzvlərinin hüquqlarını və qanunla qorunan mənafelərini hər hansı şəkildə pozmur və onların həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaratmır. Əksinə, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mansard tipli tikilidən iddiaçının həyətinə açılmış həmin pəncərələrin şüşələri 2/3 hissədə qeyri-şəffaf olmaqla, iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir.
48. Yuxarıda da qeyd olunduğu kimi pəncərələrin bağlanması barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin pəncərənin mövcudluğu iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyrimütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır. Lakin iddiaçının verdiyi apellyasiya şikayətində cavabdehə məxsus evin pəncərələrinin mövcudluğunun özüözlüyündə onun yaşayış sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törətməsini təsdiq edən hər hansı hala istinad edilməmişdir. Halbuki, qonşu təsirinin qadağan edilməsi, hazırkı halda qonşuluqda inşa edilmiş tikilidəki pəncərələrin bağlanması barədə iddia qaldırmış iddiaçı qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onun hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdiyi halda əsaslı hesab edilə və təmin oluna bilərdi.
49. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci ünvan 4 ünvanda qaraj tikilisi üzərində inşa edilmiş mübahisəli tikilidən uzun müddətdir ki, açıq mansard kimi istifadə etmiş və həmin tikilidə pəncərə sistem i 5-6 il bundan əvvəl quraşdırılmışdır. İddiaçı cavabdehin mansard tipli tikilinin inşa edilməsinin dayandırılmasını, sökülməsini və s. tələb etməmiş, tikilinin açıq vəziyyətə qalmasına etiraz etməmiş, orada hətta tikinti işlərinin görülməsinə, pəncərə sisteminin quraşdırılmasına imkan vermiş, bununla cavabdehdə həmin sahədən arxayın istifadə etməsinə güvən yaratmışdır. Bu cür davranışla da iddiaçı müddət keçdikdən sonra yaranmış vəziyyəti ilə bağlı “status-kvo”nu (mövcud vəziyyəti) tanımış olmuşdur.
50. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirər ək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 iyul 2025-ci il tarixli, 2(103)3185/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə