Məhkəmə qərarları › İş №2(102)-3385/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3385/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3385/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və X3 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh4 vəkili X4 iştirakı ilə, İddiaçı “Laquna” Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X5, Cavabdeh7 və Cavabdeh4 qarşı “kommunal xidmətlərə görə yaranmış əsas borcun və cərimənin tutulması ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13436/2019 nömrəli qətnaməsindən Cavabdeh4 və vəkili X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Laquna” Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X7, Cavabdeh7 və Cavabdeh4 müxtəlif məbləğlərdə kommunal borcların və hesablanmış cərimənin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4462/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qərardadları ilə iş üzrə icraata cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh11, Cavabdeh12 və X5 münasibətdə xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4462 /2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 1185,24 manat əsas kommunal borc və ona hesablanmış 100 manat cərimə olmaqla, cəmi 1285,24 manat, Cavabdeh10 1868,64 manat əsas kommunal borc və ona hesablanmış 100 manat cərimə olmaqla, cəmi 1968,64 manat, Cavabdeh7 1980 manat əsas kommunal borc və ona hesablanmış 100 manat cərimə olmaqla, cəmi 2080 manat, Cavabdeh4 2919,75 manat əsas kommunal borc və ona hesablanmış 100 manat cərimə olmaqla, cəmi 3019,75 manat məbləğində pul olmaqla, cavabdehlərdən ümumlikdə 7953,63 əsas kommunal borc və 400 manat cərimə olmaqla, cəmi 8353,53 məbləğində pulun tutularaq, iddiaçı “Laquna” Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 30 manatın cavabdehlərdən müştərək qay dada tutularaq, iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ayaz Məmmədov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13436/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4462/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni Cavabdeh4 100 manat cərimənin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı “Laquna” Mənzil Tikinti Kooperativinin iddiası Cavabdeh4 cərimə tutulması hissəsində təmin edilməməsi, apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni Cavabdeh4 2919,75 manat əsas kommunal borcun tutulması hissəsində, verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədə n saxlanılmışdır. (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov, Şeyda Məhərrəmova) Cavabdeh4 və vəkili X2 şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, iddiaçı şirkət iddia ərizəsində cavabdehlərdən iddia etdiyi kommunal borcu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci ıl tarixli, 40 saylı qərarına uyğun hesablanmış tariflər əsasında hesablandığı bildirmişdir. Halbuki, həmin qərar Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondunun evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi barədə qərardır. Sözügedən bu qərarın bu iddiaya aidyyatı yoxdur. Çünki "İddiaçı” MTK özəl şirkətdir və dövlət və ictimai mənzil fondu evlərinə aid deyil. Kommunal ödənişlərlə bağlı cavabdehlərlə heç bir müqavilə və ya razılaşma olmayıb, borcun haradan və necə yaranması barədə iddiaçı tərəf heç bir sübut təqdim etməmişdir. Məhkəmə heç bir sübut olmadan A.Əfəndiyvanın üzərinə 3019,75 manat borc yazmışdır. Əgər kommunal xidmətlərin dəyəri bu qərara uyğun olubsa, həmin qərara əsasən də adambaşına liftdən istifadəyə görə aylıq xidmət haqqı 0,20 manat, mənzilin hər kv.metri üçün 0,015 qəpik hesablanmalı idi. Bu da cəmi 2,51 manat edir. Bundan əlavə, məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 vəkili X2 şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyasının qətnaməsini yalnı z Cavabdeh4 mübahisələndirmişdir. Buna görə də kollegiya qətnaməni Cavabdeh4 kassasiya şikayəti üzrə iddianın ona qarşı təmin edilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh4 (kassatorun) kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən görünür ki, “Laquna” Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının xx xxxxx 2013-cü il tarixli 10 saylı protokolundan Çıxarışa əsasən İddiaçıtərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 45 Korpus “A” və Korpus “B” ünvanında inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 mənzili olan yaşayış binalarının saxlanılmas ı və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə sahə mülkiyyətçilərinin ümumi əmlakda iştirak paylarına uyğun olaraq, aylıq kommunal xərclərin 1 kv.m düşən dəyəri 0,34 manat qəbul edilməsi və bütün mülkiyyətçilər üçün məcburi sayılması qərara alınmışdır. Buna baxmayaraq, həmin yaşayış sahəsinin binasının bəzi mülkiyyətçiləri, o cümlədən Cavabdeh4 tərəfindən uzun müddətdir ki, kommunal xərclər ödənilməmiş və onun xx xxxxxx 2013-cü il tarixdən xx xxx 2019-cu il tarixədək olan dövrdə istifadəsində 122,6 kv.m sahəsi olan 174 saylı mənzilə görə 3126,0 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi “Laquna” Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının xx xxxxx 2013-cü il tarixli 10 saylı qərarı ilə yaşayış binalarının saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə sahə mülkiyyətçilərinin ümumi əmlakda iştirak paylarına uyğun olaraq, aylıq kommunal xərclərin 1 kv.metrinə düşən dəyərinin 0,34 manat qəbul edilməsi və bu məbləğin bütün mülkiyyətçilər üçün məcburi sayılması barədə qərarına istinad edərək, Cavabdeh4ın mənzilinun 114,5 kv.metr olması nəzərə alınmaqla, iddianı qismən etmiş, gəldiyi nəticəni dəMülkü Məcəllənin 385, 386, 1091-1095, Mənzil Məcəlləsinin 38.1, 38.2-ci, İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddələri ilə əsaslandırmışdır. Barəsində şikayət verilən qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən “Laquna” Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının xx xxxxx 2013-cü il tarixli 10 saylı protokolu ilə cavabdehlərin yaşadığı yaşayış binalarının saxlanılması və müxtəlif növ xid mətlərlə təmin edilməsi məqsədi ilə sahə mülkiyyətçilərinin ümumi əmlakda iştirak paylarına uyğun olaraq, aylıq kommunal xərclərin 1 kv.m düşən dəyərinin 0,34 manat qəbul edilməsi, xx xxx 2013-cü il tarixli əmrlə cavabdehlərin yaşadığı yaşayış binalarının saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə sakinlərdən (sahə payçılarından) onlara məxsus sahəyə görə aylıq hər kv.m. üçün 0,35 manat məbləğində kommunal ödənişlərinin hesablanmasının əmr edilməsini, 174 saylı mənzilin xx xxxxxx 2007-ci ildən müqavilə əsasında Cavabdeh4 sahibliyində və istifadəsində, xx xxxxxx 2013-cü ildən isə tam mülkiyyətində olmasını, bu müddət ərzində Cavabdeh4 həmin mənzilin saxlanılması xərclərini qismən olsa da ödənilməsinə dair hər hansı sübut təqdim etməməsini, MTK üzvlərinin ümumi iclas ının qərarının və həmin qərar əsasında qəbul edilmiş əmrin mübahisələndirilməməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini kommunal borca münasibətdə dəyişdirmədən saxlamış, həmin hissədə gəldiyi nəticəni də Mənzil Məcəlləsinin 38.1, 38.2, Mülki Məcəllənin 385.1, 386.1, 425.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini kommunal borca münasibətdə dəyişdirmədən saxlayarkən müəyyən etdiyi işin hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, apelyasiya məhkəməsi müəyyən etmişdir ki, “Laquna” Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının xx xxxxx 2013-cü il tarixli 10 saylı protokolu ilə cavabdehlərin yaşadığı yaşayış binalarının sa xlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə sahə mülkiyyətçilərinin ümumi əmlakda iştirak paylarına uyğun olaraq, aylıq kommunal xərclərin 1 kv.metrinə düşən dəyərinin 0,34 manat olması qəbul edilib, həmin qərar əsasında xx xxx 2013-cü il tarixli əmr verilib, Cavabdeh4 da xx xxxxxx 2007-ci ildən müqavilə əsasında həmin binalardan biri olan 45 saylı binanın 174 saylı mənzilinə (114,5 kv.metr sahəsi olan) sahiblik edir, xx xxxxxx 2013-cü ildən isə mənzil Cavabdeh4 mülkiyyətindədir. Buna baxmayaraq, Cavabdeh4 həmin mənzilin saxlanılması xərclərini ödəmir. Həmçinin apelyasiya məhkəməsi müəyyən etmişdir ki, kommunal xidmətin dəyəri barədə MTK-nın ümumi yığıncağının xx xxxxx 2013-cü il tarixli qərarı və həmin qərar əsasında verilmiş xx xxx 2013-cü il tarixli əmr mübahisələn dirilməyib, həm qərar, həm də əmr qüvvədədir. Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə isə çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia tələbi üzrə mübahisəyə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclərin ödənilməsi ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyy ən edilmiş hallarına uyğun gəlir. Cavabdeh4 qeyd edilən binalardan birinin 114,5 kv.metr sahəsi olan 174 saylı mənzilində yaşaması, onun mənzil kommunal haqqını ödəməməsini apelyaisya məhkəməsi işin mübahisəsiz halı kimi müəyyən etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə apelyasiya şikayətinin dəlilləri ilə eyni olub, işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən də həmin dəlillərə və işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin işin müəyyən edilmi ş hallarına dair gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh4 münasibətdə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, Cavabdeh4 (kassator) kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiya sı məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh4 (kassator) kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13436/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar