Məhkəmə qərarları › İş №2(102)-3385/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-3385/2025

14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3385/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2025-ci il tarixli, 2(103)3603/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı İB tərəfindən qazla təchiz olunur.

2. Həmin evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək, abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunması barədə 30 noyabr 2021-ci il, 31 yanvar 2022-ci il, 31 mart 2022-ci tarixli, 30 iyun 2022-ci il tarixdə aktlar tərtib olunmuş və qaz sərfinə görə müvafiq olaraq 30 noyabr 2021-ci il tarixli akt əsasında 1612,80 manat; 31 yanvar 2022-ci il tarixli akt əsasında 950,40 manat; 31 mart 2022-ci il tarixli akt əsasında 2177,28 manat; 30 iyun 2022-ci i l tarixli akt əsasında 362,88 manat; habelə 15 fevral 2024-cü il tarixli akt əsasında 834,72 manat zərər hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 5926,78 manat məbləğində zərərin və 79,26 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 6006,04 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e2(008)-3726/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 252 manat məbləğində dəymiş zərərin və 30 manat məbləğində dövlət rüs umunun tutularaq İddiaçı bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

5. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(103)-6665/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

7. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edi lməsi və iddia tələbinin təmin olunmayan hissədə də təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2025-ci il tarixli, 2(102)-953/2025 nömrəli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(103)6665/2024 nömrəli qətnaməsi 31 yanvar 2022-ci il tarixli ******* saylı və 31 mart 2022-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış ziyan məbləğinin ödənilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyul 2025-ci il tarixli, 2(103)36 03/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(008)-3726/2024 nömrəli qətnaməsi qismən - mübahisələndirilən hissədə qismən ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdeh 31 yanvar 2022-ci il tarixli ******* saylı akt və 31 mart 2022-ci il tarixli ******* saylı akt əsasında dəymiş zərər olaraq 504,7 manat məbləğində pulun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

10. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlə r üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, onun icraata qəbul qərardadı ləğv edilərək, iş kassas iya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

16. Belə ki, yuxarıda qeyd edildiyi kimi, hazırkı işə kassasiya instansiyası məhkəməsi tərəfindən birinci dəfə baxılaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız 2 akt - 31 yanvar 2022-ci il və 31 mart 2022-ci il tarixli aktlar üzrə hesablanmış ziyan məbləğinin ödənilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və yeni apellyasiya baxışına göndərilmişdir.

17. İşin hallarından müəyyən olunur ki, 31 yanvar 2022-ci il tarixli akt üzrə hesablanmış ziyan 950,40 manat, 31 mart 2022-ci il tarixli akt üzrə hesablanmış ziyan isə 2177,28 manat təşkil etmişdir. Beləliklə, ikinci apellyasiya baxışının predmetini iddianın birinci instansiya məhkəməsinin qətnaməsinin 3127,68 manat məbləğində tə min olunmayan hissəsində yoxlanılması təşkil etmişdir.

18. Həmçinin, müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsi ilə yuxarıda göstərilən məbləğin 504,7 manat hissəsi təmin olunmuşdur.

19. Beləliklə müəyyən olunur ki, hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissədə ləğv olunmasını xahiş etməklə, onun iddianın mübahisələndirdiyi hissəsi 2622,98 manatın tutulması təşkil edir.

20. Belə olduğu halda, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən belə qətnamədən kassasiya şikayəti verilə bilməz.

21. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 10 oktyabr 2025-ci il tarixli qərardadı ləğv edilməli və iddiaçının kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İB-nin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2025-ci il tarixli, 2(102)3385/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı İB-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2025-ci il tarixli, 2(103)-3603/2025 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarıl ması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar