Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3386/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh6 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2018-ci il tarixli 2(103)-11304/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2, X4, Sadıxov Arif Kamal oğluna, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,20 ha olan 1024 saylı bağ sahəsinin zəbt edilmiş 0,029 ha hissəsinin və həmin bağ sahəsinə gedən yolun boşaldılması, zəbt edilmiş torpağın və yolun üzərində inşa edilmiş tikililərin, qurğuların və hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1024 saylı bağ sahəsi 06.01.2000-ci il tarixli, 6381 saylı müqaviləyə əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ******* saylı çıxarışına əsasən həmin torpaq sahəsi 31.05.2016-cı il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdi r. Bağ sahəsini özəlləşdirən zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsündən görünür ki, sənəd üzrə torpaq sahəsi 0,20 ha, faktiki sahəsi isə 0,1710 ha təşkil edir. Buradan açıq aydın görünür ki, iddiaçının mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin 0,029 ha hissəsi qonşular tərəfindən zəbt edilib hasarlanmışdır. Həmçinin torpaq sahəsinin mövcud yolu qonşular tərəfindən zəbt edilərək bağlanmışdır. Bu səbəbdən də iddiaçının bağ sahəsinə giriş-çıxışı əngəllənərək bağdan istifadə etməyi qeyri-mümkün olmuşdur. Dəfələrlə qonşulardan zəbt edilmiş sahənin və yolun boşaldılmasını xahiş etsə də, onlar nə torpağı, nə də ki, yolu zəbt etmədiklərini bildirmişlər. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Sonradan İdd iaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,20 ha olan 1024 saylı bağ sahəsinin ümumi yola çıxışını təmin etmək məqsədi ilə Cavabdeh6 məxsus torpaq sahəsindən piyada və avtomobillə keçidin (yolun) açılması üçün onun xeyrinə mütəxəssis rəyində göstərildiyi ölçüdə və qaydada servitut təyin edilməsi, həmin yolun boşaldılması, eləcə də yolun üzərində inşa edilmiş tikililərin, qurğuların və hasarların sökülməsi kimi qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Əkrəm Qəhrəmanov) 2(003)-159/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh6 tərəfindən zəbt edilmiş 0,290 hektar torpaq sahəsinin İd diaçı qaytarılması, İddiaçı xüsusi mülkiyyətində olan 1024 nömrəli bağ sahəsinin əsas gediş-gəliş yoluna çıxışını təmin etmək məqsədi ilə servitut təyin edilməklə Cavabdeh6 bağ sahəsindən keçməklə hasar boyu uzunluğu 17,0 metr, eni 4,0 metr olmaqla gediş-gəliş yolunun açılması, Cavabdeh6 bağ sahəsindən keçəcək uzunluğu 17,0 metr, eni 4,0 metr gediş-gəliş yolunun üzərində inşa edilmiş sanitar qovşaq və onun arxa hissəsində inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, İddiaçı gediş-gəliş yolun çıxışını təmin etmək məqsədilə onun torpaq sahəsi ilə Cavabdeh6 torpaq sahələri arasında inşa edilmiş hasarın 4 metr enində sökülməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vüqar Təvəkgül oğl u Həsənovun sədrliyi və məruzəsi ilə, X2 və X5) 11.12.2018-ci il tarixli 2(103)-11304/2018 nömrəli qətnaməsi ilə Cavabdeh6 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-159/2018 saylı, 17 iyul 2018-ci saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunmuş, həmin hissə üzrə yeni qətnamə qəbul olunaraq, İddiaçı Cavabdeh6 qarşı cavabdeh tərəfindən zəbt edilmiş 0,290 hektar torpaq sahəsinin İddiaçı qaytarılması, İddiaçı xüsusi mülkiyyətində olan 1024 nömrəli bağ sahəsinin əsas gediş-gəliş yoluna çıxışını təmin etmək məqsədi ilə servitut təyin edilməklə Cavabdeh6 bağ sahəsindən keçməklə hasar boyu uzunluğu 17,0 metr, eni 4,0 metr olmaqla gediş-gəliş yolunun açılması, Cavabdeh6 bağ sahəsindən keçəcək uzunluğu 17,0 metr, eni 4,0 metr gediş-gəliş yolunun üzərində inşa edilmiş sanitar qovşaq və onun arxa hissəsində inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, İddiaçı gediş-gəliş yolun çıxışını təmin etmək məqsədilə onun torpaq sahəsi ilə Cavabdeh6 torpaq sahələri arasında inşa edilmiş hasarın 4 metr enində sökülməsinə dair iddiasının rədd edilməsi, iş üzrə 100 (bir yüz) və 60 (altmış) manat məbləğində ekspertiza xərcinin İddiaçı tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2018-ci il tarixli 2(103)-11304 /2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni yalnız özünün mülahizələri əsasında formalaşdırmışdır. Bu zaman iş üzrə mövc ud olan bir biri ilə ziddiyyət təşkil edən ekspert rəylərinin arasındakı ziddiyyətli məqamları aradan qaldırmaq və konkret və obyektiv rəy alınması üçün tərəflərin verdikləri vəsatətlərə heç bir məhəl qoymayaraq zəruri tədbirlər görməmişdir. İş üzrə yerində müayinənin keçirilməsinə və mövcud vəziyyəti yerində görüb düzgün qənaətə gəlmək üçün baxış keçirilməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də apellyasiya məhkəməsi ciddi prosessual pozuntuya yol vermişdir. Apellyasiya məhkəməsi yol verdiyi prosessual pozuntuların məntiqi nəticəsi olaraq faktları tam və obyektiv araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə AR Mülki Məcəlləsinin 399 və 739-cu maddələrini düzgün tətbiq etməmiş, bununla da qanunsuz və əsassız qətnamə çıxarmışdır. Mülki işə baxarkən məhkəmə aşağı dakıları aydınlaşdırmalı idi: Mübahisəli torpaq sahəsində zəbt edilmə faktı, çatışmazlıq mövcuddurmu və bu zəbt cavabdehlərdən hansının tərəfindən edilmişdir. Ölçülər nədən ibarətdir və bunlar iş materiallarında olan hansı mötəbər sübutlarla təsdiq edilir? İddiaçının ümumi yola çıxışı olmuşdurmu, olmuşdursa hansı ölçüdə, hansı tərəfdən və əgər ümumiyyətlə olmamışdırsa, onun ümumi yola çıxışını necə və hansı qaydada təmin etmək mümkündür? İş materiallarında olan tərəflərin mülkiyyət sənədlərindən, torpaq sahələrinin texniki sənədlərindən, ekspert və mütəxəssis rəylərindən, eyni zamanda Cavabdeh6 aşağı instansiya məhkəmələrində verdiyi etirafedici izahatlardan açıq-aşkar görünür ki, onun torpaq sahəsi sənəddə olandan artıqdır və bu da iddiaçının torpağı ilə qonşu sərhədə düşür. Həmçinin cava bdeh həmin zəbt edilmiş torpaq sahəsini geri qaytarmağa razı olduğunu bildirmişdir. Lakin məhkəmə kollegiyası bu xüsusatların heç birinə əhəmiyyət verməmişdir. Əmlak komitəsinin mütəxəssisi tərəfindən verilmiş rəydən açıqaşkar görünür ki, iddiaçının torpaq sahəsi cavabdehlərdən biri olan Cavabdeh6 tərəfindən zəbt edilmiş və onun torpaq sahəsi hesabına iddiaçıya yolun verilməsi texniki cəhətdən daha məqsədə uyğun hesab edilmişdir. Lakin, məhkəmə kollegiyası öz qətnaməsində ümumiyyətlə həmin rəyə toxunmamışdır. İş materiallarında olan müvafiq dövlət orqanlarının arayışlarından və arxiv sənədlərindən görünür ki, iddiaçının torpaq sahəsinin ümumi yola çıxışı yoxdur və belə bir yol ümumiyyətlə olmamışdır. Belə olan halda, cavabdeh məcbur qalıb qanunla müəyyən edilmiş qaydada qonşulardan birinin torpaq sahəsindən keçməklə ümumi yola çıxış əldə etsin və bunun üçün iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Cavabdeh6 torpaq sahəsi hesabına yola çıxış əldə edilməsini (servitut) məhkəmədən xahiş etdi. Məhkəmə kollegiya Mülki Məcəllənin servitutun anlayışına dair ümumi normalara istinad edərək belə qənaətə gəlmişdir ki, guya servitut ilk öncə tərəflər arasında qarşılıqlı razılıq əsasında müqavilə formasında olmalıdır. Lakin məhkəmə kollegiyasının istinad etdiyi normalardan görünür ki, burda servitutunun ümumi anlayışından söhbət gedir, bura bütün əmlaklar daxildir. Hazırda mübahisə predmeti isə torpaq sahəsidir və hazırkı mübahisə üzrə servitutun təyin edilib-edilməməsi məsələsi bilavasitə Torpaq Qanunvericiliyi ilə tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 54-cü maddəsinin 2 və 3-cü bəndlərinə əsasən servitut - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Göründüyü kimi bilavasitə torpaqlarla bağlı münasibətləri tənzimləyən qanunvericiliyin norması servitutun təyin edilməsində tərəflərin qarşılıqlı razılaşması, yaxud da məhkəmə qaydasında müvafiq qərarla müəyyən edilməsini müəyyən edir. Bu zaman qanunverici ilk növbədə razılaşma yolu ilə hər hansı prosedurun keçilməli olduğun u mütləq qayda olaraq müəyyən etmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 54-cü maddəsinin 6-cı bəndinə əsasən qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Hər iki Məcəllənin tələbindən açıq-aşkar görünür ki, haqq (əvəz) tələb etmək hüquqdur və bu hüquq yalnız tələb etməklə, ya razılaşma, yada məhkəmə qaydasında həyata keçirilə bilər. Əmlakına servitut təyin edilmiş şəxs onun əvəzini tələb etmədikcə onun müəyyən edilməsi qeyri-mümkündür və absurddur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11304/2018 saylı, 11.12.2018-ci il tarixli Qətnaməsini ləğv edib, mülki iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında İddiaçı iddiasının tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh6 vəkili Vəkil2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası M PM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdı rılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, 06 yanvar 2000-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Mərdəkan qəsəbəsində 0,20 hektar torpaq sahəsi olan 1024 saylı bağ sahəsi 10 il müddətinə İddiaçı icarəyə verilmişdir. 31 may 2016 cı il tarixdə 0,1710 ha sahəsi olmaqla 1024 saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Həmin vaxt bağ sahəsinin mülkiyyətə keçən sahəsindən qalan hissə nəzərə alınmadan qeydiyyata alınması barədə iddiaçı reyestr xidmətinə müvafiq ərizə ilə müraciət etmiş, onun ərizəsi nəzərə alınaraq göstərilən ölçüdə torpaq sahəsinə onun mülkiyyət hüququ tanınmışdır. İddia tələbinin əsasını o təşkil etmişdir ki, bağ sahəsini özəlləşdirən zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsünə əsasən sənəd üzrə torpaq sahəsi 0,20 ha, faktiki sahəsi isə 0,1710 ha təşkil etdiyinə görə iddiaçının mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin 0,029 ha hissəsi qonşular tərəfindən zəbt edilib hasarlanmışdır. Həmçinin torpaq sahəsin in mövcud yolu qonşular tərəfindən zəbt edilərək bağlanmışdır. Bu səbəbdən də iddiaçının bağ sahəsinə giriş-çıxışı əngəllənərək bağdan istifadə etməyi qeyri-mümkün olmuşdur. Cavabdeh6 iddiaya olan etirazının və apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçı torpaq sahəsini özəlləşdirərkən onun yolu olmuş, sonradan torpaq sahəsi almış şəxslər onun torpaq sahəsinin yolunu bağlamışlar. İddiaçı həmin şəxslərdən yolun açılmasını tələb etməlidir. İddiaçı torpaq sahəsini mülkiyyət hüququ əsasında qeydiyyata alarkən çatmayan torpaq sahəsini nəzərə almadan qeydiyyatı aparmağı tələb etmiş və müvafiq qeydiyyat orqanı isə onun həmin torpaq sahəsindən imtinasını nəzərə alaraq mövcud vəziyyətdə torpaq sahəsini qeydə almışdır. Digər Cavabdeh2 izahatından görünür ki, o, evi 2011-ci ildə almışdır və necə almışdırsa, elə də qalmışdır. Nə hasar çəkmiş, nə də yolu kəsmişdir. Ona qarşı iddia tələbi irəli sürülə bilməz. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2018-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 0,1710 ha torpaq sahəsində yerləşən 1024 saylı bağ sahəsinə qonşuluqda yerləşən Cavabdeh2 olunun istifadəsində olan bağ sahəsinin giriş hissəsi (darvaza olan hissə) və daş hasar ümumi istifadədə olan yolun üzərində götürüldükdən sonra İddiaçı məxsus torpaq sahəsinə giriş çıxış yolunun açılması mümkündür. İddiaçı məxsus 1024 saylı bağ sahəsinə Cavabdeh6 torpaq sahəsindən uzunluğu 17,0 metr, eni 4,0 metr giriş-çıxış yolu açıldığı halda, həmin sahə bütövlükdə Cavabdeh6 mülkiyyətində olan torpaq sahəsinin düş düyü və həmin torpaq sahəsinin üzərində Cavabdeh6 məxsus talvar tikilisinin müxtəlif növ ağacların və ayaqyolu tikilisinin yerləşdiyi müəyyən olunur. İşin materiallarından görünür ki, qeyd edilən ekspert rəyi alındıqdan sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,20 ha olan 1024 saylı bağ sahəsinin ümumi yola çıxışını təmin etmək məqsədi ilə Cavabdeh6 məxsus torpaq sahəsindən piyada və avtomobilə keçidin (yolun) açılması üçün onun xeyrinə mütəxəssis rəyində göstərildiyi ölçüdə və qaydada servitut təyin edilməsi, həmin yolun boşaldılması, eləcə də yolun üzərində inşa edilmiş tikililərin, qurğuların və hasarların sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdı rılmış hallarından həmçinin görünür ki, iddiaçının torpaq sahəsinin ətrafında yerləşən bağ sahələri Cavabdeh6 torpaq sahəsini öz mülkiyyətinə keçirdikdən sonra, yəni Cavabdeh4qulu oğlunun adına 1042 saylı bağ sahəsi 2008-ci ildə, Cavabdeh2 adına 1037 saylı bağ sahəsi 2012-ci ildə, Cavabdeh1 adına 1038 K saylı bağ sahəsi 2015-ci ildə, Cavabdeh1 adına 1041 saylı bağ sahəsi 2016-cı ildə, Cavabdeh5 adına 1023 a saylı bağ sahəsi 2016-cı ildə mülkiyyət hüquq əsasında qeydə alınmışdır. Cavabdeh6 adına 1026 a saylı bağ sahəsi isə 2005-ci ildə mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Göründüyü kimi, Cavabdeh6 bağ sahəsi digər cavabdehlərdən daha əvvəl onun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə daha sonra onu da müəyyən etmişdir ki, iddiaçı məhz ondan sonra özünə məxsus torpaq sahəsində tikinti işləri aparmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının bağ sahəsi reyestrdə qeydə alınarkən bağ sahəsinin girişi olmuş, digər cavabdehlərin torpaq sahələri mərkəzləndikdən və qeydə alındıqdan sonra onun torpaq sahəsinə girişi məhdudlaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbi üzrə bu nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyət hüququ mübahisəli torpaq sahəsinin 0,1710 ha hissəsinə qeydə alınmışdır. Həmin torpaq sahəsi onun adına mülkiyyət hüququ əsasında qeydə alınarkən torpaq sahəsinin ölçüsü məhz həmin ölçüdə olmuş və iddiaçı rəsmi ərizə ilə müvafiq reyestr orqanına müraciət edərək 0,1710 ha torpaq s ahəsinin onun adına qeydə alınmasını xahiş etmiş, faktiki olaraq icarə müqaviləsində göstərilən 0,20 ha sahəsinin tamamlanaraq tam olaraq qalan hissənin mülkiyyət hüququ əsasında qeydə alınmasından imtina etmişdir. Belə olmuş olmasa idi, iddiaçı hazırda tələb irəli sürdüyü iddiasını həmin vaxt irəli sürər və torpaq sahəsini müqavilədə göstərilən həddə istifadəsinə qaytarıldıqdan sonra müvafiq olaraq qeydiyyata alınmasını tələb edərdi. Hazırkı vaxtda həmin torpaq sahəsinə iddiaçının hüququnun olması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmamışdır. Belə ki, müqavilə artıq reyestr xidmətinə təqdim olunmuş və həmin torpaq sahəsinin iddiaçının icarə hüququ əsasında malik olması və icra müqaviləsindən irəli gələn hüquq və vəzifələrini həyata keçirməsi müəyyən olunmur. Eyni zam anda, apellyasiya instansiyası məhkəməsi Cavabdeh6 münasibətdə servitut təyin edilməsinin qanunsuz olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Lakin ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında, eləcə də, məhkəmə iclasında tədqiq edilməklə yanaşı digər sübutlarla birgə qiymətləndirilir. (MPM-nin 101.3 və 206.1ci maddələri) Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdu diyyətlərinin hədləri də müəyyən olunmuşdur. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər hansı şəxsin torpaq sahəsindən və ya onun hər hansı bir hissəsindən məhrum olunması yolverilən deyildir. Lakin qanunverici qarşılıqlı razılıq əsasında servitutun mümkünlüyünü müəyyən etmişdir. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 255.1-ci maddəsinin tələbinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mü lkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinin müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. - 255.5-ci maddəsinə əsasən mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına sevitut vermək hüququna malikdir. - 255.6-cı maddəsinə əsasən sevitut yalnız o zaman baş tuta bilər ki, bu sevitut almış şəxsə öz daşımaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. - 256.2-ci maddəsinə əsasən servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, servitut verilərkən müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması təmin olunmalıdır. Tərəflərin sərəncam hüququnun əlindən alınması və onun razılığı olmadan sevitut təyin olunması cavabdehin mülkiyyət hüququnun əhəmiyyətli dərəcə pozulmasına şərait yaradır. Qeyd edilməlidir ki, servitut təyin olunmaqla cavabdehin hüququ məhdudlaşdırılmışdır, lakin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Servitut təyin olunarkən tərəflərin razılığı və həmin razılığı özündə əks etdirən müqavilənin olması mütləqdir. Lakin iddia tələbi irəli sürülməzdən əvvəl iddiaçı Cavabdeh6 servitut təyin olunmasına dair təklif göndərməmiş və onun şərtləri digər tərəflə razılaşdır ılmamışdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçının daha əvvəl mülkiyyət hüququ qeydə alınmış şəxsdən deyil, daha sonra, yəni faktiki olaraq torpaq sahəsinə girişini məhdudlaşdıran şəxslərlə servitut verilməsinə dair müqavilə bağlaya və digər halda isə bağ sahəsinə girişi məhdudlaşdırılmasına səbəb olan müvafiq hüquqmüəyyənedici sənədləri mübahisələndirmək hüququnu həyata keçirməli olmasına dair qənaəti ilə də razılaşır. Belə ki, məhkəmə qaydasında servitutun verilməsi mümkün hesab edildiyi halda belə, Cavabdeh6 bağ sahəsindən iddiaçının mənafeyi baxımından servitut təyin olunması yolverilən hesab edilə bilməz. Çünki həmin qaydada servitut təyin edilərkən Cavabdeh6 mülkiyyətində olan tikililərin sökülməsi və həmin ərazidə yerləşən ağacların kəsilməsi c avabdehə daha əhəmiyyətli dərəcədə zərər vurulmasına səbəb olur. Digər tərəfdən kollegiya qeyd edir ki, qanunverici servitut təyin edilərkən cavabdehin bunun müqabilində haqq almaq hüququnu müəyyən etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə məcbur edilən qaydada servitut təyin edilərkən buna görə haqqın alınmalı olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini əsaslı sayır və eyni zamanda hesab edir ki, belə anlaşılmazlığın yaranmaması üçün qanunvericinin servitutu tərəflərin özlərinin mühüm şərtlərini razılaşdırdıqları və notariat qaydasında rəsmləşdirdikləri müqavilənin bağlanması yolu ilə mümkün sayması, lakin bu iş üzrə müvafiq iddia tələbi irəli sürülməzdən əvvəl iddiaçı tərəfindən cavabdehə belə təklif göndərilməsinin və onun servitutun təyin edilməsinə razı lığının alınmamasının müəyyən olunmamasına dair nəticələri işin araşdırılmış hallarına uyğun olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərə k düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, a pellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2018-ci il tarixli 2(103)-11304/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3386/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3386/2019
20.05.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver