Məhkəmə qərarları › İş №2(102)-3386/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3386/2021

19.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3386/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: ziyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2230/2021 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları: 2014-cü il buraxılışlı “Mitsubishi” markalı avtomobil Cavabdeh məxsus olmuş və 16 dekabr 2014-cü il tarixdə həmin avtomobili İddiaçı satmışdır. Bundan sonra İddiaçı 21 yanvar 2015-ci il tarixdə X1, 09 may 2015-ci il tarixdə Cavabdeh, 06 avqust 2015-ci il tarixdə X2 və digərlərinə avtomobilə dair etibarnamələr vermiş, lakin həmin müddət ərzində avtomobilə dair mülkiyyət hüququ İddiaçı məxsus olmuşdur. 2019-cu ildə İddiaçı avtomobilin geri qaytarılması barədə X2 qarşı iddia qaldırmış və Quba Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin işə baxılarkən Cavabdeh avtomobilin onda olduğunu bildirmişdir. Abşeron Rayonu Məmmədli kəndində yerləşən 0,06 ha ölçüdə torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşay ış evi də Cavabdeh mülkiyyətində olmuş və Abşeron Rayon 2 saylı notariat ofisində təsdiq edilmiş 01 iyun 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən Ə.İddiaçı satılmışdır. Abşeron Rayon 2 saylı Notariat ofisində təsdiq edilmiş 21 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Ə.İddiaçı həmin torpaq sahəsini və fərdi yaşayış evini S.N.Məmmədxanova satmış və həmin əmlak sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan “Mitsubishi” markalı avtomobili idarə etmək üçün Cavabdeh etibarnamə verməsini, lakin sonuncunun həmin avtomobili və avtomobilə dair hüquqmüəyyənedici sənədləri ona qaytarmamaqla onun mülkiyyət hüququnu pozmasını əsas göstərməklə həmin avtomobilin və ona dair hüquqmüəyyənedici sənədlərin Cavabdeh alınaraq ona verilməsinə və avtomobili qaytarmadığı hər gün üçün ondan 60 manat əldən çıxmış faydaya görə, 5000 manat mənəvi ziyana görə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh X3 qarşılıqlı iddia verərək cavabdeh İddiaçılə Cahandar adlı şəxs vasitəsi ilə tanış olmasını və ondan faizlə 35.000 manat məbləğində borc istəməsini, alacağı borcun təminatı kimi avtomobilini İddiaçı formal bağladığı alqısatqı müqaviləsi əsasında versə də, sonuncunun onları tanış etmiş Nın ona 25.000 manat məbləğində borcunun olmasını bildirməklə vəd etdiyi borcu ona verməməsini, sonradan isə İddiaçı ona 70.000 manat məblə ğində borc verəcəyi ilə onu şirnikləndirməklə ona məxsus Zabrat qəsəbəsində yerləşən iki evinə dair İddiaçılə formal olaraq alqı-satqı müqaviləsi bağlasa da, ona cəmi 45.000 manat məbləğində borc verməsini, qalan məbləği ona verməməsini, 2 ay müddətində İddiaçı faiz şəklində 4200 manat ödəsə də ondan sonra faiz borcunu verə bilmədiyi üçün ona məxsus əmlakları qaytarmaq üçün N tərəfindən İddiaçı 50 baş inək verilməsini, lakin buna baxmayaraq sonuncunun həmin əmlakları ona qaytarmamasını, 2015-ci ilin yayında faizləri verə bilmədiyi üçün İddiaçı əmlakını qaytarması üçün 60.000 manata qiymətləndirilmiş 120 baş inək verməsini, lakin İddiaçı yenə də onu aldadaraq əmlakı qaytarmamasını və bunun səbəbini 29.000 manat məbləğində faiz borcunun qalması ilə izah etməsini, bundan sonra İddiaçı ondan d aha 10.000 manat almasını, lakin əmlakları yenə də qaytarmamasını əsas göstərməklə ona məxsus “Mitsubishi Pikap” və “Mercedes” markalı avtomobillərinə və Zabrat qəsəbəsində yerləşən 2 yaşayış evinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin əmlakların eləcə də, 20.000 manat dəyərində 50 baş, 29.000 manat dəyərində120 baş inəyin və 10.000 manat məbləğində pulun İddiaçı alınaraq ona verilməsinə dair qətnamə qəbul ediməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-50/2020 saylı, 18 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim: M.Q.Quliyev) İddiaçı iddiası qismən təmin edilərək Cavabdeh "Mitsubishi" markalı 2014-cü il buraxılışlı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin və avtomobilə dair 16 dekabr 2014-cü il tarixli “Nəqliyyat vasitəsinin qeyd iyyat şəhadətnaməsinin”, dövlət rüsumuna dair ödənilmiş 30 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh qarşılıqlı iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia tələbi üzrə Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2230/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Qobustan Rayon Məhkəməsin in 18 may 2020-ci il tarixli, 2(026)-50/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə Cavabdeh qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılması və yaxud iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edər ək təmin edilməsini xahiş etmişdir. İddiaçının hüquqi varisi və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan “Mitsubishi” markalı avtomobilə dair İddiaçı tərəfindən başqalarına dəfələrlə etibarnamə verilsə də, avtomobil onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (152.1) Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ( 152.5) Cavabdeh idarə etmək hüququ ilə istifadə etdiyi avtomobili onun mülkiyyətçisi olan İddiaçı qaytarmamaqla və ondan qanunsuz istifadə etməklə sonuncunun mülkiyyət hüququnu pozduğundan, kollegiya hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə düzgün olaraq iddia tələbini həmin hissədə təmin etmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh etibarsız sayılmasını tələb etdiyi avtomobilə və torpaq sahəsinə dair alqı-satqı müqavilələri müvafiq olaraq 16 dekabr 2014-cü il və 01 iyun 2015-ci il tarixlərdə bağlanmış, lakin həmin müqavilələrin etibarsız sayılması barədə iddia tələbi onun tərəfindən 2020-ci ilin fevral ayında irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzə rdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Əqdin etibarsızlığı barədə tələb qanunun həmin normasında müəyyən olunmuş 1 illik müddətin ötürülməsi ilə qaldırıldığından, kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbinin rədd edilməsi qanunun tələbinə uyğun olmuşdur. Bundan başqa, Cavabdeh İddiaçı tələb etdiyi sayda inək verməsini də sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya işin müəyyən olunmuş həmin hallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İlkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2230/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar