Məhkəmə qərarları › İş №2(102)-3386/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3386/2023

27.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3386/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbə qarşı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2678/2023 n ömrəli, 2 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2015-ci il tarixdə Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbə (bundan sonra – məktəb və ya cavabdeh) tarix müəllimi vəzifəsinə təyin edilmişdir.

2. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X13 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimata əsasən xx.xx.2021-ci il tarixdə məktəbin müvəqqəti cədvəli üzrə birinci növbənin ikinci dərsində 11ç sinfində məktəbin tarix müəllimi İddiaçı Azərbaycan tarixi dərsi olmasına baxmayaraq, müəllim dərsdə iştirak etməmişdir. Saat 09:13-də telefon vasitəsi ilə müəllimlə əlaqə saxlayaraq dərsə gecikdiyi barədə məlumat verilsə də, o, birinci növbənin üçüncü dərsinə gəlib çıxmışdır. Dördüncü dərsdə isə dəhlizdə müəllim onlara yaxınlaşaraq beşinci və altıncı dərsləri keçə bilməyəciyini bildirmişdir. Onlar da keçirilməyəcəyi dərslərin saat hesabı olaraq əmək haqqından tutulacağını bildirmişlər. Müəllimin davranşına münasibət bildirilməsi xahiş olunmuşdur.

3. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimata əsasən xx.xx.2021-ci il tarixdə məktəbin müvəqqəti cədvəli üzrə birinci növbənin ikinci saatı 11ç sinfində dərsi olduğu halda məktəbin tarix müəllimi İddiaçı dərsə gəlməmiş, üçüncü saat 11b sinfində olan dərsinə də 10 dəqiqə gecikmişdir. Cədvələ əsasən be şinci saatda 10c sinfində dərsi olmasına baxmayaraq heç kimə məlumat vermədən çıxıb getmişdir. Məsələnin nəzarətə götürülməsini xahiş etmişdir.

4. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə işə gəlməmişdir.

5. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimata əsasən tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə 4 saat dərsi (10c, 10ç, 11b və 11c siniflərində) olmasına baxmayaraq məktəb rəhbərliyinə məlumat vermədən işə gəlməmişdir. Vəziyyətin ciddi nəzarətə götürülməsini xahiş etmişdir.

6. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X13 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli təq dimata əsasən tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə 4 saat dərsi (10c, 10ç, 11b və 11c siniflərində) olmasına baxmayaraq məktəb rəhbərliyinə məlumat vermədən işə gəlməmişdir. Vəziyyətin ciddi nəzarətə götürülməsini xahiş etmişdir.

7. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən məktəbin tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə işə gəlməməsi ilə bağlı izahat tələb olunmasına baxmayaraq, izahat yazmaqdan imtina etmişdir.

8. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.2021-ci il tarixdə məktəbin tarix müəllimi İddiaçı heç bir üzrlü səbəb göstərmədən işə gəlməmişdir.

9. Məktəbin xx.xx.2021-ci il tarixli aktlarına əsasən xx.xx.2021-ci il tarixdə, saat 09:40 radələrində məktəbin tarix müəllimi İddiaçı məktəbin dəhlizində qışqıraraq məktəb rəhbərliyinin və “Məktəblin in dostu layihə”sinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, birinci növbənin altıncı saatı 11c sinfində dərsi olduğu halda, tədris prosesini pozaraq heç bir məlumat vermədən şagirdləri evə buraxmış, özü də məktəbi tərk etmişdir.

10. Məktəbin həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 8 nömrəli protokolundan çıxarışa əsasən məktəbin direktoru G.Rüstəmovanın məktəb həmkarlar təşkilatına təqdimatına baxılmış, haqqında təqdimat olunan İddiaçı iclasa gəlmədiyi üçün müzakirə aparılmamış, onun bu hərəkəti həmkarlar təşkilatına hörmətsizlik olaraq qiymətləndirilmişdir.

11. Məktəbin direktoru Gültəkin Rüstəmovanın intizam tənbehinin verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 137 nömrəli əmrinə əsasən əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin tarix müəllim i İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.

12. Məktəbin 10ç sinif şagirdləri Sənan Ələkbərov, Məhəmməd Zeynallı və İlqar Abdullayev tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ərizə və izahatlara əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan tarixi dərsində tarix müəllimi İddiaçı nadinclik edib səs salmaları səbəbi ilə onlara əl qaldırmışdır. Onlar öz səhvlərini başa düşmüş, özlərini günahkar hesab etmiş və söz vermişlər ki, bir daha belə hal təkrarlanmayacaqdır.

13. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.2021-ci il tarixdə məktəbin tarix müəllimi İddiaçı 10ç sinfində dərs zamanı həmin sinfin şagirdləri X7, X14 və X15 vurmuşdur.

14. Məktəbin 10ç sinif şagirdləri İlqar Abdullayevin və Sənan Ələ kbərovun valideynləri tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatlara əsasən xx.xx.2021-ci il tarixdə övladlarının dərsdə səs salmaları səbəbi ilə Azərbaycan tarixi müəllimi İddiaçı onlara əl qaldırmışdır. Bu səbəbdən oğullarını günahlandırmış və Sabir müəllimdən şikayətçi olmamış, söz vermişlər ki, bu hadisə bir daha təkrarlanmayacaqdır.

15. Məktəbin tarixi müəllimi İddiaçı tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahata əsasən o, xx.xx.2021-ci il tarixdə 10ç sinfində dərsdə olarkən həmin sinfin şagirdləri X7, X14 və X15 vurmuşdur. Dərsdə səs salıb mane olduqdları üçün bir böyük kimi tənbeh etmişdir. Söz vermişdir ki, bir də belə hal baş verməyəcəkdir.

16. Məktəbin 10ç sinif şagirdi X2 valideyni Samirə Zeynalova tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahata əsasən xx.x x.2021-ci il tarixdə 10ç sinfində tarix dərsi zamanı fənn müəllimi İddiaçı oğlu Məhəmmədi cəzalandırmasından xəbəri olmuş, buna baxmayaraq şikayətçi olmamışdır.

17. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.2021-ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı 11ç sinfində dərs zamanı həmin sinfin şagirdi X16 vurmuşdur.

18. Məktəbin 11ç sinif şagirdi X27 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahata əsasən xx.xx.2021-ci il tarixdə dördüncü saat tarix dərsində İddiaçı bilmədiyi səbəbə görə ona əsəbiləşərək şillə vurmuş, sinif yoldaşlarının yanında onun ünvanına xoşagəlməz ifadələr işlətmişdir.

19. Məktəbin 11ç sinif şagirdi X11 valideyni X23 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli məlumata əsasən xx.xx.2021-ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı tarix dərsində oğlunu şillə ilə vurub sinif yoldaşlarının yanında təhqir etmişdir. O, övladını özü tənbeh edəcəyini, şikayətçi olmadığını bildirmişdir.

20. Məktəbin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.2021-ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı 10c sinfində dərs zamanı həmin sinfin şagirdi X24 şillə vurmuşdur.

21. Məktəbin 10c sinif şagirdi X33 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahata əsasən xx.xx.2021-ci il tarixdə üçüncü saat Azərbaycan tarixi dərsinə gecikdiyi üçün müəllim İddiaçı onu danlamış və qulağını burmuşdur. O, müəllimin qolunu itələmiş, müəllim isə ona şillə vurmuşdur.

22. Məktəbin 10c sinif şagirdi X17 valideyni Elmira Musayeva tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli məlumata əsasən xx.xx.2021-ci il tarixdə tarix dərsində oğlunun fənn müəllimi İddiaçı tərəfi ndən şillə vurulması haqqında məlumatı olmuş, şikayətçi olmamışdır.

23. Məktəbin tarixi müəllimi İddiaçı tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahata əsasən o, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə dərs dediyi siniflərdə şagirdlərə qarşı kobudluq etdiyini etiraf etmişdir.

24. Məktəbin həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 10 nömrəli protokolundan çıxarışa əsasən məktəbin direktoru G.Rüstəmovanın və həmkarlar üzvlərinin rəyləri nəzərə alınaraq, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır.

25. Məktəbin həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 12 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı uzun müddət qüsursuz işləməsini, bundan sonra nöqsanlara yol verməyəcəyi haqqında izahatını nəzərə alaraq onun əmək müqaviləsinə xitam verilməsi təklifinə imtina edilməsi qərara alınmışdır.

26. Məktəbin həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli növbədənkənar iclasının protokolundan çıxarışa əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərinin və müəllimlərin etik davranış qaydalarınnı şərtlərini pozmasını etiraf etməsi ilə əlaqədar izahatının nəzərə alınması və işdə saxlanılmasının məktəbin direktorundan xahiş edilməsi qərara alınmışdır.

27. Məktəb üzrə əmək müqaviləsinin ləğvi barədə xx.xx.2022-ci il tarixli, 26 nömrəli əmrdən çıxarışa əsasən məktəbin tarix müəllimi İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edil miş “Müəllimlərin etik davranış Qaydaları”nın tələbləri kobud şəkildə pozulduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Həmin çıxarışa əlavə edilmiş məktəbin həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 13 nömrəli protokolundan çıxarışa əsasən Azərbaycan Təhsil İşçiləri X35 Sabunçu Rayon Komitəsinin xx.xx.2022-ci il tarixli məktubunun təmin edilməsi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə məktəbin tarix müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

28. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi işburaxma müddəti üçün məktəb tərəfindən əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, əmək müqaviləsi əsasında məktəbdə tarix müəllimi işləmişdir. Məktəb direktorunun xx.xx.2022-ci il tarixli, 29 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdən çıxarışda göstərilmişdir ki, guya o, dərs zamanı şagirdlərə fiziki güc tətbiq etmişdir. Əmrdə göstərilənlər həqiqəti əks etdirməmiş, o, vəzifəl ərini layiqincə yerinə yetirmiş, şagirdlərə iradını bildirsə də, heç bir fiziki zor tətbiq etməmişdir. İlkin olaraq məktəbdə etirafedici məzmunda izahat yazmağa məcbur edilmiş və ona heç bir ciddi problem olmayacağı bildirilmişdir. O, əmək müqaviləsinin şərtlərini pozmamış və şagirdlərə qarşı heç bir qanunsuzluğa yol verməmişdir. İşəgötürən tərəfindən ətraflı araşdırma aparılmadan, aidiyyəti şəxslərin, o cümlədən, şagirdlərin izahatları alınmadan, hadisə barədə onlara heç bir sual verilmədən əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, həmkarlar ittifaqı ilə bağlanmış müqaviləyə əsasən yalnız həmkarlar ittifaqının rəyi əsasında işçilərin əmək müqaviləsinə xitam verilə bilər. Lakin məktəbin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və həmkarlar ittifaqı ilə bağlanmış müqa vilənin şərtlərini pozaraq qanunsuz olaraq onu işdən azad etmişdir.

30. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etməmiş və izahatında bildirmişdir ki, iddiaçıdan dəfələrlə şagirdlərə qarşı etik qaydalara uyğun davranması tələb olunsa da, iddiaçı bu tələblərə məhəl qoymamışdır. İddiaçı məktəbin müəllimlərini, həmkarlar təşkilatının sədrini, katibini və üzvlərini təhdid etmiş, onlara hədə-qorxu gəlmişdir. İddiaçı işdən azad edilməzdən əvvəl həmkar təşkilatının razılığı alınmış, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə tam şəkildə əməl olunmuşdur. İddiaçı tərəfindən şagirdlərin döyülməsi ilə bağlı disk məhkəməyə təqdim edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Qeyd ol unanlara əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

31. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində bildirmişdir ki, o, məktəbdə biologiya müəllimi işləyir və həmkarlar təşkilatının üzvüdür. Həmkarlar təşkilatının 7 üzvü olsa da, sonuncu iclasda 4 nəfər olmuşlar. Tarixlərini dəqiq xatırlamasa da bir neçə dəfə iclas keçirilmişdir. İclasın birində Sabir müəllimin 25 ilə yaxın müəllim işləməyini və eyni qəsəbədə yaşamalarını nəzərə alaq töhmət vermək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixli iclasda direktorun təqdimatına əsasən Sabir müəllimin işdə qalıbqalmamağını müzakirə etmişlər və onun işdən çıxardılmasına razılıq vermişlər. xx.xx.2022-ci ilin iclasının saatını dəqiq xatırlamamış, ancaq dərs vaxtı olmuşdur. xx.xx.2022-ci il kimi 3 iclası keçirilmişdir, amma tarixləri yadında olmamışdır. İki iclasda Sabir müəllim iştirak etmiş, ancaq məlumat vermələrinə baxmayaraq sonuncu iclasda iştirak etməmişdir. İclaslarda Sabir müəllimin şagirdləri vurması ilə bağlı kamera görüntüləri və Sabir müəllimin işdən çıxarılması ilə bağlı məsələləri müzakirə etmişlər. Sabir müəllimə töhmət, sonra şiddətli töhmət verilmişdir. O, uşaqların döyülməsini şəxsən görməmiş, həmin vaxtlarda dərslərdə olmuş, ancaq kamera görüntülərini izləyəndə görmüşdür. Dəfələrlə uşaqların vurulması ilə bağlı Sabir müəllimlə danışmışlar və xəbərdar etmişlər ki, belə hərəkətlərə yol verməsin. Valideynlərin uşaqların döyülməsi ilə bağlı şikayət edib-etmədiklərini bilməmiş, şagirdlərdən izahat alınmasından da məlumatı olmamışdır.

32. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, həmkarlar təşkilatının üzvüdür. xx.xx.2022-ci il tarixli iclasda 4 nəfər üzvdən ibarət tərkibdə Sabir müəllimin işdən çıxarılmasını müzakirə etmişlər. İclasda qərara gəlmişlər ki, Əmək Məcəlləsinin 70-cimaddəsinin ç bəndinə əsasən Sabir müəllimin işdən azad olunmasına razılıq verilsin. Ondan əvvəlki iclaslarda Sabir müəllimə töhmət və şiddətli töhmət verilməsi qərar alınmışdır, çünki 5 nəfər şagirdi vurmuşdu. Təklikdə də, iclaslarda da Sabir müəllimin özü ilə şagirdlərin vurulması barədə söhbət etmişdir. Sabir müəllimlə bağlı 3 iclas keçirilmiş, amma tarixləri yadında olmamışdır. Əvvəlki və sonuncu iclasın saatını xatırlamamışdır. Uşaqların döyülməsini şəxsən görməmiş, kamera görüntülərini izləmi şdir. Sonuncu iclasda 4 nəfər idilər - Ruqiyyə müəllim, Sayad müəllim, Lətifə müəllim və o. 29 dekabr tarixdə kompüter otağında keçirilən iclasda orada olmuşdur. 16 fevralda iclas olmuş və o iştirak etmişdir.

33. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, 113 saylı orta məktəbdə kimya müəllimi işləyir və həmkarlar təşkilatının üzvüdür. Sabir müəllimlə uzun müddət bir yerdə işləmişlər. xx.xx.2022-ci il tarixdə iclas keçirilmişdir. İclasda Sabir müəllimin uşaqları vurması ilə bağlı məsələləri müzakirə etmişlər. O, döyülən uşaqlar olan sinifin rəhbəri olmuşdur. xx.xx.2022-ci il tarixdən əvvəl iki iclas keçirilmişdir. İki iclasda Sabir müəllim iştirak etmiş, ancaq dəvət olunsa da sonuncu iclasda iştirak etməmişdir. xx.xx.2022-ci il tarixli iclasın saatı yadı nda olmamışdır. xx.xx.2022-ci il tarixdə iclas olmuş, o da iştirak etmiş və İddiaçı işdən çıxmaq məsələsini müzakirə etmişlər. O, Sabir müəllimin məktəbin direktorunu və kollektivini təhqir etdiyini eşitməmişdir.

34. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, həmkarlar təşkilatının üzvüdür. xx.xx.2022-ci il tarixli iclasda səhhəti ilə əlaqədar iştirak etməmişdir. O, yalnız 29 dekabrda keçirilən iclasda katib kimi iştirak etmişdir. İclaslarda Sabir müəllimin uşaqlara qarşı yol verdiyi hərəkətləri müzakirə olunmuşdur.

35. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, həmkarlar təşkilatının sədridir. 16 fevralda səhər saatlarında iclas keçirilmişdir. Üç dəfə iclas keçirmişlər, birinci iclas dekabr ayının 21-də olmuşdur. İcla slarda Sabir müəllimin sinifdə uşaqları döyməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. O, həmin məktəbdə 40 ildir müəllim işləmiş, Sabir müəllim onun şagirdi olmuşdur. Onun uzun müddət müəllim işləməsini nəzərə alaraq işdən çıxarılmasını istəməmişlər, ona görə də töhmət verilməsinə razılıq vermişlər. İkinci dəfə dekabrın ayının 29-da keçirilən iclasda disklərə və kamera görüntülərinə baxaraq Sabir müəllimə şiddətli töhmət verilməsinə razılıq verilmişdir. Üçüncü dəfə fevralın 16-da iclas keçirmişlər. Həmin iclasda rayon həmkarlar təşkilatından məktub gəlmişdir ki, Sabir müəllimin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması ilə bağlı direktorun müraciətindən ya imtina etməlidir ya da razılıq verilməlidir. Fevral ayının 16-da onlara təqdim edilmiş aktlar və dis klərə baxmış və iclasda Sabir müəllimin işdən azad olunmasına razılıq vermişlər. Sabir müəllim keçirilən iki iclasda iştirak etmiş, üçüncü iclasda o zəng edəndə gələcəyini desə də gəlməmişdir. Onlar da Sabir müəllimin iştirakı olmadan 4 nəfər üzvdən ibarət iclas keçirmişlər. 16 fevralda keçirilən iclas səhər saatlarında keçirilmiş, ancaq dəqiq saatı yadında olmamışdır.

36. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, X17 valideynidir, həm də məktəbdə müəllim işləyir. Sabir müəllim ona demişdir ki, Eyyub ona cavab qaytardığı üçün onu vurmuşdur. Sonra Eyyub demişdir ki, “Sabir müəllim mən anama görə gəlmişəm sizin yanınıza, ancaq Sizdən üzr istəməyəcəm, çünki mənim heç bir təqsirim olmamışdır”. O, baş verənləri məktəbin direktoru Gültəkin müəllimə demiş, Gü ltəkin müəllim ona kamera görüntülərini göstərəndə Eyyubun Sabir müəllim tərəfindən vurulduğunu görmüş, ancaq Sabir müəllimdən şikayətçi olmadığını bildirmişdir. Sabir müəllimin məktəb rəhbərliyini söyməsi barədə heç nə bilməmiş və hansısa aktı imzaladığını xatırlamamışdır.

37. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, məktəbdə informatika müəllimi işləyir, X1 rəhbəridir. X17 vurulduğunu şəxsən görməsə də, kamera görüntülərini izləyərkən görmüş və bununla bağlı aktları imzalamışdır. Sabir müəllim pedoqoq kimi çox yaxşı müəllim olmuş, ancaq əsəblərini cilovlaya bilməmişdir.

38. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, 30 ilə yaxındır ki, həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavinidir. Sabir müəllimlə he ç bir ədavəti olmamış, ancaq çox əsəbi insan olduğunu bildirmişdir. Dəfələrlə olub ki, dərslərdə qışqırıq səslərini eşitmiş və koridorda həmişə onu sakitləşdirməyə çalışmışdır. O, Sabir müəllimi 1997-ci ildən tanımışdır. Sabir müəllimə pandemiya zamanı yol verdiyi hərəkətlərə görə dəfələrlə xəbərdarlıq edilmişdir. O, dəfələrlə maska taxması və pandemiya qaydalarına riayət etməsi ilə bağlı xəbərdarlıqlar etmişdir. Həmçinin Sabir müəllim həmişə dərsə gecikmişdir, ona görə də birinci saat dərs yazmamışdır, çalışmışdır ki, ikinci saata yazsın, ancaq yenə də həmin dərsə də gecikmişdir. Pandemiya qaydalarına riayət etmədiyini kamera görüntülərindən izləmişlər və girişdəki xanım da demişdir ki, Sabir müəllim əlinə spirt vurmaq istəmədən məktəbə daxil olur. O, Sabir müəllimə dəfələrlə gecikməsinin kameralara düşdüyünü demiş, ona ya izahat yazmasını ya da əmək haqqından tutulmaların olacağını demişdir. Dərsdə olmaması ilə bağlı tərtib olunmuş aktları imzalamış, ancaq aktların tarixlərini dəqiq xatırlamamışdır. Sabir müəllim direktoru söymüşdür.

39. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Abdullayev İlqarın atasıdır. Sabir müəllim iki uşağına dərs demiş və ondan heç bir narazılığı olmamışdır. Oğlu döyülməsi ilə bağlı evdə heç nə deməmişdir. Sabir müəllim oğlunu vurmamışdır. Oğlu ona vurulmasını desə idi məlumatı olardı. İlqarın vurulması ilə bağlı məktəbdən ona heç nə deyilməmişdir. Oğlunun da ərizə yazmasından xəbəri olmamışdır. Oğlu vurulsa idi gəlib deyərdi, məlumatı olardı.

40. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bil dirmişdir ki, o, məktəbin 10ç sinifində oxumuşdur, hazırda peşə məktəbində oxuyur. Sabir müəllimdən heç bir şikayəti olmamışdır. İzahatı ona direktor necə demişdirsə elə də yazmışdır, öz sözləri ilə yazmamışdır.

41. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, o, həm X11 valideyni, həm də məktəbdə tarix müəllimi işləyir. Sabir müəllim xx.xx.2021-ci il tarixdə 11-ci sinifdə oxuyan oğlunu söymüş, nalayiq sözlər demiş, təhqir etmişdir. Oğlu Sabir müəllimə öz iradını bildirib ki, ona elə sözlər deməsin. Sabir müəllim də həmin anda oğluna şillələr vurmuşdur. Bunu ona oğlunun sinf yoldaşları deyəndə sarsıntı keçirmişdir. Direktor Gültəkin xanıma bildirmişdir ki, həmin sinifdə baş verən hadisə ilə bağlı kamera görüntülərini izləmək istəyir. Görüntüləri izlədikdən s onra izahat yazmışdır kı, oğlunun hər hansı təqsiri olarsa uşaqdan əvvəl iradlarını valideyn kimi ona bildirsin və şikayətçi olmadığını da qeyd etmişdir. Ancaq çox təəssüflər olsun ki, Sabir müəllim onun övladına şillələr vurmuşdur. Qohumluq əlaqəsi olduğu üçün Sabir müəlllimdən şikayətçi olmamışdır.

42. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, 2019-cu ildən məktəbdə direktor müavini təyin olunmuşdur. O və Şirin müəllim tərəfindən Sabir müəllimə dəfələrlə dərsə gecikməsi, şagirdlərlə bağlı münasibəti barədə iradlarını bildirib xəbərdarlıq etsələr də, riayət etməmişdir. İlyasa qışqırdığını və əl qaldırdığını şəxsən görmüşdür. Dəfələrlə kamera görüntülərində Sabir müəllimin şagirdləri vurmasını izləmişlər və bu hərəkətləri aktlaşdırılaraq ona töhmət və ş iddətli töhmət verilmişdir. Sabir müəllim dəfələrlə dərsə gecikərək və şagirdləri təhdid edərək, vuraraq müəllimlərin etik davranış qaydalarını pozmuşdur. İlyasla dalaşan günü məktəb rəhbərliyinin ünvanına söyüş söymüşdür.

43. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, o, Sabir müəllimlə qonşudur. Sabir müəllim uşağına qışqırsa da, onun müəllimdən heç bir şikayəti olmamışdır. Həyat yoldaşı da məktəbdə müəllimdir, o da müəllimdən şikayətçi olmamışdır.

44. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, Məhəmmədin atasıdır. Sabir müəllim oğlunu döyməmiş, onu məktəbə çağırmamış, oğlu da bu barədə ona heç nə deməmiş, müəllimdən şikayət etməmişdir.

45. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhk əməsi) 2(008)-3843/2022 nömrəli iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia rədd edilmişdir.

46. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının işdən azad edilməsi qanunun tələblərinə riayət edilməklə həyata keçirilmişdir. Belə ki, iddiaçı işlədiyi müddətdə dəfələrlə əmək funksiyalarını pozmuş və vicdanla yerinə yetirməmiş, heç bir üzürlü səbəb olmadan dəfələrlə bütün iş günü işə gəlməmiş, dərslərə gecikmiş, özünün də izahatlarında etiraf etdiyi kimi şagirdlərlə kobud rəftar etmiş, onlara qarşı fiziki zor tətbiq etmiş, qeyd olunanlar CD diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bununla da, iddiaçı əmək qanunvericiliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nö mrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur.

47. Tutduğu vəzifədən azad edilərkən həmkarlar ittifaqının müvafiq razılığının alınmamış olması səbəbindən mübahisələndirilən əmrin qanunsuz olması barədə iddiaçının dəlilini də məhkəmə əsassız hesab etmişdir. Çünki həmin hallar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla təkzib olunmuşdur.

48. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi əsaslı olmuşdur, odur ki, iddia tələbi işə bərpa edilmə hissəsində rədd edilməlidir.

49. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edildiyini və bu barədə məktəbin direktoru Gültəkin Rüstəmovanın xx.xx.2022-ci il tarixli, 26 nömrəli əmrinin mövcud olmasını bilsə də, məhkəməyə işə bərpa tələbi ilə yalnız xx.xx.2022-ci il tarixdə, qanunvericiliklə müəyyən edilmiş bir aylıq iddia müddətini buraxmaqla müraciət etmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh məktəbə qarşı işə bərpa edilməsinə dair iddia verməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxması onun tələbinin rədd edilməsi qənaətinə gəlinməsi üçün əsas kimi qəbul edilir.

50. Məhkəmə qanunsuz olaraq işdən çıxarılma nəticəsində məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də tələbin əsassız olması qənaətinə gəlmişdir.

51. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 72, 76, 80, 83, 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375, 377-ci maddələrinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.3, 2.1.5, 2.1.7, 3.8, 4.1.1-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

52. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

53. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə səbəb kimi onun əmək funksiyalarını layiqincə yerinə yetirmədiyi və dərs zamanı şagirdlərə güc tətbiq etməsini təsdiq edən video görüntü qeyd olunmuşdu r. Halbuki həmin video görüntüdəki şagird onun qohumu olmuş, atası onun tərbiyə işləri ilə məşğul olmağı ona həvalə etmiş, şagird isə dərsdə müəllimə və digər şagirdlərə hörmətsizlik etdiyi üçün əlini onun üzünə toxundurmuş, məqsədi tərbiyələndirmək olmuşdur, heç bir fiziki güc tətbiq etməkdən söhbət gedə bilməz. Həmçinin həmkarlar ittifaqının 3 dəfə iclası keçirilmiş, hər dəfə onun işdə saxlanması tövsiyə olunmuş, sonuncu iclas xx.xx.2022-ci il tarixdə keçirilmiş, xx.xx.2022-ci il tarixdə keçirilən iclas barədə ona məlumat verilməmiş, həmin iclasda onun işdən çıxarılması barədə razılığa gəlinmişdir. Həmin iclas formal keçirilmişdir. Ona töhmət verilməsi barədə məlumatı olmamışdır. Onun yazdığı izahatlarla bağlı məhkəmə iclasında söylədikləri protokolda əks olunmamış, bu səbəbdən protokola qeyd vermək zərurəti yaranmışdır. Belə ki, ondan boş kağıza imza etməsi istənilmiş, bundan sonra izahat yazılmışdır.

54. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2678/2023 nömrəli mülki iş üzrə 2 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Anar Tanrıverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

55. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi şagirdələrə fiziki güc tətbiq etməməsi barədə bildirdiklərinə münasibətdə kollegiya qeyd ed ir ki, iddiaçının şagirdlərə güc tətbiq etməsi video görüntülərlə təsdiqini tapmışdır.

56. Bununla da, iddiaçı əmək qanunvericiliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur.

57. İdidaçının həmkarlar ittifaqının müvafiq razılığının alınması ilə bağlı iclasın formal olması barədə qeyd etdikləri də hər hansı sübutla təsdiq olunmur, mülahizə xarakterlidir, çünki həmkarlar ittifaqının iddiaçının işdən çıxarılması barədə razılığın verilməsinə dair iclasın keçirilməsi mülki iş materiallarında olan cavabdeh məktəbin Həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 13 nömrəli protokolundan çıxarış (i/v 85), həmçinin şahid ifadələri ilə təsdiq olunmuşdur.Bununla müəyyən olunmuşdur ki, iddiaçının işdən azad edilməsi qanunun tələblərinə riayət edilməklə həyata keçirilmişdir.

58. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının işlədiyi müddətdə dəfələrlə əmək funksiyalarını pozması və vicdanla yerinə yetirməməsi, heç bir üzrlü səbəb olmadan dəfələrlə bütün iş günü işə gəlməməsi, dərslərə gecikməsi, şagirdlərlə kobud rəftar edərək, onlara qarşı fiziki zor tətbiq etməsi mülki iş materialları ilə təsdiq olunduğundan, apellyasiya şikayətinin dəlilləri isə öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

59. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 80, 83-cü maddələrinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/ 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.3, 2.1.5, 2.1.7, 3.8, 4.1.1, 4.1.3, 4.1.9-cu bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

60. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

61. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinə məktəb direktorunun xx.xx.2022-ci il tarixli, 29 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq xitam verilmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə səbəb kimi onun əmək funksiyalarını l ayiqincə yerinə yetirməməsi, dərs zamanı şagirdlərə şiddət, zor, şəxsiyyəti alçaltma və güc tətbiq etməsini təsdiq edən görüntülər olmuşdur. Həmçinin, məktəb direktoru Gültəkin Rüstəmova xx.xx.2022-ci il tarixli əmri ilə 3 əsas sənədə istinad etməklə qərar qəbul etmişdir:

1. İzahatlar və aktlar,

2. CD disk,

3. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərarı. Cavabdeh tərəfin təqdim etdiyi aktlar məhkəmə tərəfindən tam araşdırılmamışdır. Baxmayaraq ki, birinci instansiya məhkəməsində 11 məhkəmə iclası keçirilmişdir. Bu iclaslar zamanı məhkəmə tərəfindən işin hallarına diqqət yetirilməmiş, nəticədə məhkəmə məlum nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli aktda göstərilmiş ki, iddiaçı dərs gününün son saatlarında (5-6-cı dərs) iştirak etməmişdir. H albuki, həmin gün Müəllimlər Günü olduğundan bütün müəllimlər məktəbdə tədbirdə olmuşlar. Tədbirdən sonra isə iddiaçı məktəbdən getməsi ilə bağlı Dərs Hissə müdiri Təranə Hacıyevaya məlumat vermişdir. Bu hal da aktda öz təsdiqini tapmışdır. xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli aktlarda təkrarən göstərilmişdir ki, iddiaçı dərsə gəlməmişdir. Halbuki, bunula bağlı yenə tibbi arayışlar təqdim edilmişdir. Lakin cavabdeh tərəf bu arayışları da təqdim etməmişdir. Halbuki, bu arayışları müvafiq poliklinikadan məhkəmə sorğu verib ala bilərdi. xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, iddiaçı guya məktəb müdiriyyətini və “Məktəblinin dostu” layihəsinin rəhbəri İlyas Həsənlini təhqir etmişdir. Halbuki, belə bir hal olmamışdır. Bununla bağlı tərtib edilmiş akta “Məktəblinin dostu” layih əsi adlanan qurumun rəhbəri İlyas Həsənli imza etməkdən imtina etmişdir. Belə hal olsa idi, ən azından təhqir edilmiş qurum rəhbəri akta imza etməkdən imtina etməzdi. Həmçinin, məhkəmə iclası zamanı həmin akta imza edən müəllimlərə tərəfindən belə bir halın olub-olmaması ilə bağlı sual verilərkən xatırlamadıqlarını bildirmişlər. Tərtib edilmiş bu aktlar qüsurlu olmuş və qanunsuz tərtib edildiyindən bu formada hazırlayıb ortaya çıxarmışlar. Məktəb direktoru isə bu əsasasız aktlara əsasən xx.xx.2021-ci il tarixdə nizam-intizam qaydalarını pozduğuna görə iddiaçıya töhmət vermişdir. Hazırda direktor işdən çıxarılma ilə bağlı qəbul etdiyi əmrində isə bu qanunsuz və əsassız aktlara və əmrə istinad etmişdir.

62. Kassator qeyd etmişdir ki, zərərçəkmiş şagirdlər Məmmədov Zeynal, Abdullayev İlqar və Ələkbərov Sənandan xx.xx.2021-ci il tarixində baş vermiş hadisə ilə bağlı izahatlar alınmışdır. İzahatlar xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. Həmin şagirdlər xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixdə hələ baş verəcək (guya) hadisə ilə bağlı 28 gün öncədən izahatlar yazmışdır. Bu şagirdlərdən Abdullayev İlqar məhkəmə iclasında şahid qismində dindirilən zaman bildirmişdir ki, bu izahatı ona məkəb direktoru öz otağında məcburi yazdırmışdır. Şahid qismində Zeynal Məmmədov məhkəmə iclas zalında olsa da məhkəmə tərəfindən onun çıxışına icazə verilməmişdir. İzahatların bu formada olması onu göstərmişdir ki, qabaqcadan hazırlanmış və planlaşdırılmış addımlar olmuşdur. Məhkəmələrdə bu qabaqcadan hazırlanmış və planlaşdırılmış addımlara istinad edərək məlum nəticəyə gəlmişdir. Valid eyn kimi şahid qismində dindirilən şagird Abdullayev İlqarın valideyni bildirmişdir ki, ümumiyyələ onun bu məsələdən xəbəri olmamış və o heç bir izahat yazmamışdır. Halbuki, məktəb direktoru onun adından izahatı məhkəməyə təqdim etmişdir. Həmçinin, ərizələrdən görünmüşdür ki, şagird Sənan Ələkbərov və onun valideyni eyni xətt ilə yazılmış ərizələr sonradan hazırlanmışdır. Hətta ərizələrdə valideynin adı, soyadı, ata adı göstərilməmişdir. Hətta eyni xəttdə olan ərizələrin tərtib edilmə tarixləri arasında bir ay vaxt olmuşdur. Guya valideyn bir ay sonra gəlib ərizə yazmışdır. Bu da onu göstərmişdir ki, bu ərizə və izahatları məktəb direktoru tətrəfindən sonradan hazırlamışdır. Həmçinin, daha iki valideynin ərizəsi məhkəməyə təqdim edilmişdir ki, həmin şəxslər məktəbdə müəllim kimi fəaliyyət göstərirmişlər. Həmin şəxslər Musayeva Elmira və Babayeva Şücayət olmuşdur. Həmin müəllimlər direktorun təsiri altında olduğundan ona uyğun izahatlar vermişlər. Müəllim və valideyn olan Babayeva Şücayətin həyat yoldaşı Babayev Rafiq məhkəmə iclasında şahid qismində dindirlən zaman ciddi bir hadisənin olmadığını, iddiaçı ilə qohum olduğunu və ondan özünün şəxsən xahiş edərək oğlunu nəzarətdə saxlamasını bildirmişdir. Həmçinin, şagird Zeynal Məmmədovun valideyni Telman Məmmədov şahid qismində məhkəmə iclasında ciddi bir hal olmadığını və özünün xahişi ilə övladını nəzarətdə saxlamasını iddiaçıdan xahiş etdiyini bildirmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş 1 ədəd CD diskdə şiddət, zor tətbiq edilməsi və şəxsiyyətin alçaldılması göstərilsədə belə bir halın olmadığı müəyyən olun muşdur. Belə ki, həmin şagirdlər Musayev Əyyub, Babayev Hüseyn iddiaçının ən yaxın qohumları, Abdullayev İlqar isə qonşu olmuşlar. Həmin şagirdlərin valideynləri iddiaçıdan övladlarının nəzarətdə saxlanılmasını xahiş etmişlər. Hətta, bu şəxslərdən ikisi məhkəmə iclas zalında bunun etiraf etmişlər.

63. Kassator qeyd etmişdir ki, Həmkarlar İttifaqının bu məsələ ilə bağlı ümumilikdə 3 iclası keçirildiyini bildirmişlər. Ardıcıl olaraq xx.xx.2021-ci il, xx.xx.2022-ci il (bu iclasın materialları məhkəməyə təqdim edilməmişdir.) xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Həmkarlar İttifaqının iclası keçirilmişdir. Məhkəmə zamanı şahidlərin dindirilməsi ilə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə iclasın keçirilməsini təsdiq etmişlər, xx.xx.2022-ci il və xx.xx.20 22-ci il tarixlərdə isə iclasın keçrilməsini Həmkar İttifaqının sədrindən başqa heç kim təsdiq etməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə bütün üzvlərin iştirakı ilə Həmkarlar İttifaqının iclası olmuşdur. Daha sonra məhkəməyə sübut kimi təqdim edilmiş xx.xx.2022-ci il tarixli iclas protokolunda guya iddiaçı məktəb direktorunu və müəllimləri təhqir etmiş, uşaqlara qarşı zor və şiddət tətbiq etmişdir. Lakin məhkəmə iclasında həmkarlar ittifaqının üzvləri şahid qismində dindirilən zaman, üzvlərdən Xuraman Heydərova qəti şəkildə bildirmişdir ki, o iclasda olmamışdır (halbuki onun adından protokolda çıxış vardır). Lətafət Əliyeva və Sayad Abbasova bu hadisəni xatırlamadığını və onlara verilən sualın cavabı olaraq Həmkar İttifaqının 4 yox, 2 iclasının olduğunu bildirmişlər. Həmkar İttifaqının üzvü və protokolda katib kimi göstərilən Rəfiqə Əlibabayeva protokola imza etməməyi sübut etmişdir ki, o iclasda olmamışdır. Həmkar İttifaqı xx.xx.2022-ci il tarixdə 2 qərar qəbul etmişdir. Birinci qərar ondan ibarət olmuşdur ki, iddiaçının işdən azad edilməsinə razılığın verilməsi, ikinci qərar isə iddiaçının işdə qalması xahiş edilmişdir. xx.xx.2022-ci il tarixdə guya Həmkarlar İttifaqının iclası keçirilmişdir. Həmkar İttifaqının iclasının nə zaman keçirilməsi iddiaçıya məlum olmamışdır. Belə ki, həmin gün iddiaçının dərs saatı 08.45-də başlamışdır. İddiaçı dərsə gələn zaman müəllimlər otağına daxil olmuş və Dərs Hissə müdiri Şirinxanım Abbasova, Həmkar İttifaqının rəhbəri Ruqiyyə müəllimə ona işdən azad edilməyini və onu əvəz edən müəllimin artıq işə çıxdığını bildirmişlər. Sonradan id diaçı əmr ilə tanış olan zaman ona məlum olmuşdur ki, Həmkar İttifaqının həmin günü iclası olmuş və iclasın qərarına əsasən o işdən azad edilmişdir. Dərs saatı 08.00 da başlamış və iclasın keçrilməsi fiziki cəhətdən mümkün olmamışdır. Direktorun əvvəlcədən qurduğu plan üzrə addımlar atılmışdır. Lakin vaxt və zaman söhbətini formalda olsa uyğunlaşdırmaq isə yaddan çıxmışdır. xx.xx.2021ci il tarixdə iclas olmamışdır. Bunu məhkəmə iclasında şahid qismində dindirilən Həmkarlar İttifaqının 6 daimi üzvündən 5-i iclasda iştirak etmədiyini, təkcə sədr bildirmişdir ki, yadımda deyildir. Halbuki, məktəb direktorunun iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, 137 nömrəli əmri əsaslandırmaq üçün Həmkarlar İttifaqının tətbiq etdiyi protokol olmuşdur. Belə ki, Həmkarlar İttifaqının 4 üzvünün iştirakı i lə xx.xx.2021-ci il tarixli iclası keçirilmişdir ki, iddiaçı o iclasda iştirak etmişdir. Lakin bu iclasın ümumiyyətlə adı çəkilməmiş və sənədlərdə göstərilməmişdir. Halbuki, məhkəmə iclas zalında şahid qismində dindirilmiş Lətafət Əliyeva və Sayad Abbasova informatika otağında belə bir iclasın olduğunu etiraf etmişlər. Bu hadisələri isə planlaşdıran məktəb direktoru Gültəkin Rüstəmova və onun müavinləri Ş.Abbasova, T.Hacıyeva və Həmkarlar İttifaqının rəhbəri R.Balakişiyeva olmuşdur. Hətta həmin şəxslər iddiaçının adından xx.xx.2021-ci il tarixli saxta izahat məhkəməyə təqdim etmişlər (iş materiallarında mövcuddur). İddiaçıya olan təzyiqlərə o tab gətirməyərək, işdən azad olunması ilə bağlı boş vərəqə imza atıb direktora təqdim etmişdir. Direktor isə iddiaçının adından izahat hazırlamışdır. Bununla bağlı zərurət yaranarsa məhkəmə-xəttşünaslıq ekspertizasının keçrilməsi məqdəsəmüvafiq olaradı.

64. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

66. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

67. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

68. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

69. Maddə

72. Aşağıdakı hallar işçi tə rəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

70. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

71. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

72. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllən in 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

73. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”

74. Bənd 2.1.3. Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir.

75. Bənd 2.1.5. Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmal ı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

76. Bənd 2.1.7. İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.

77. Bənd 3.8. Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir.

78. Bənd 4.1.1. Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir.

79. Bənd 4.1.3. Müəllim təmkinli d avranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır.

80. Bənd 4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

81. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

83. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

84. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən a sılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

85. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

88. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

89. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

90. Məhkəmə kollegiy ası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır.

91. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və iddiaçının şagirdlərə güc tətbiq etməsinin təsdiqini tapdığını, həmkarlar ittifaqının iddiaçının işdən çıxarılması barədə razılığın verilməsinə dair iclasın keçirilməsi mülki iş materiallarında olan cavabdeh məktəbin Həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 13 nömrəli protokolundan çıxarış (i/v 85), həmçinin şahid ifadələri ilə təsdiq olunduğunu, bununla iddiaçının işdən azad edilməsinin qanunun tələblərinə riayət edilməklə həyata keçirildiyinin müəyyən olunduğunu qeyd etmişdir.

92. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən törədildiy i bildirilən sonuncu intizam xətasının tarixi 16 dekabr 2021-ci il tarixidir.Həmçinin iş materialları ilə təsdiq edilir ki, iddiaçı tərəfindən törədildiyi bildirilən intizam xətaları ilə əlaqədar 29 dekabr 2021-ci il, 21 yanvar 2022-ci il, 14 fevral 2022-ci il və 16 fevral 2022-ci il tarixlərində həmkarlar təşkilatının iclasları keçirilmiş və hər bir iclasın nəticəsində fərqli qərarlar qəbul edilmişdir.Hətta ikinci dəfə keçirilən həmkarlar təşkilatının iclası belə iddiaçının törətdiyi irəli sürülən intizam xətasının aşkara çıxarıldığı tarixdən 1 ay sonra keçirilmişdir.

93. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 94. 4 dəfə həmkarlar təşkilatının iclası keçirilərək fərqli qərarlar qəbul edilməsinə baxmayaraq, məhkəmələr tərəfindən həmkarlar təşkilatının sonuncu-16 fevral 2022-ci il tarixli iclasında qəbul edilmiş qərarı əsas götürmələrinin, digər qərarların isə qəbul edilməməsinin əsaslarını göstərilməmiş, 4 dəfə həmkarlar təşkilatının iclasının keçirilərək fərqli qərarlar qəbul edilməsinin səbəbləri araşdırılmamış, qərarların mötəbərliyinə hüquqi qiymət verilməmişdir.

95. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

96. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarix li 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

97. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

98. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir(İddiaçıanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

99. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş kassas iya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

100. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda göstərilən nöqsanlar aradan qaldırılmaqla bərabər iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi də araşdırılmaqla sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməli, maddi və prosessual hüquq normalarının tələbinə uyğun məhkəmə aktı qəbul edilməlidir.

101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 may 2023-cü il tarixli 2(103)2678/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar