Məhkəmə qərarları › İş №2(102)-3387/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3387/2024

16.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3387/2024 16.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh3, İddiaçı, Cavabdeh2, 2 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə, 6 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əhəmiyyətsiz əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı ( məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “iddiaçının mülkiyyətində olan və bitişik torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi və sair” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh3, İddiaçı, Cavabdeh2, 2 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə, 6 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesa b edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2724/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 2-0074 saylı sahə - 0.0434 ha torpaq sahəsi X2 mülkiyyətində olmuş, Ə.Ağayev (əvəzinə nümayəndə X1) həmin torpaq sahəsinə dair Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlamış və torpaq sahəsini Cavabdeh2 satmış, alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 sözügedən torpaq sahəsinə dair çıxarış əldə etmişdir.

2. Cavabdeh2 (əvəzinə X4) ilə alıcı Cavabdeh3 arasında sözügedən torpaq sahəsinə da ir 14 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, sonuncu da öz növbəsində torpaq sahəsini 3 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır və hazırda mübahisəsi gedən torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

3. X11 Qazıyevlə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-1611/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İldirım oğlu iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ve rilmiş, 10 oktyabr 2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi və ona bitişik olan 10 sot torpaq sahəsindən Cavabdeh1 çıxarılması, cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehden tutulması barədə qətnamə və qanunsuz olaraq torpaq sahəsini zəbt etdiyi və qanunsuz sahibkarlıqla məşğul olduğu üçün Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən ona satılmış, torpaq üzərində mülkiyyət hüququ 10 oktyabr 2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən torpaq sahəsinə bitişik və hasara alınmış 10 sot torpaq sahəsi də ona göstərilərək özünə satılmışdır. 0.0434 ha olan torpaq sahəsinin planı və ölçüsü onun adına tərtib edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsi tərəfindən təsdiq edilərək, həmin torpaq sahəsi və ona bitişik sahə naturada ona göstərilmişdir. Qeyd olunan torpaq sahəsi hər tərəfdən daş hasara alınmışdır. Torpaq sahəsi hazırkı iş üzrə Cavabdeh1 tərəfindən zəbt edilərək, üzərində olan tikili qanunsuz olaraq digər şəxslərə sex kimi icarəyə verilmişdir. Cavabdeh həmin əraziyə itləri buraxmış və bu səbəbdən iddiaçı torpaq sahəsinə daxil ola bilmir, cavabdehdən torpaq sahəsinin boşaldılması dəfələrlə tələb edilsə də, o torpaq sahəsini boşaltmamışdır. Hazırda Cavabdeh1 zəbt etmiş olduğu torpaq sahəsini könüllü olaraq ona qaytarmır, ona görə də torpaq sahəsinə dair mübahisə olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh3, Cavabdeh2, 2 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə, İddiaçı, 6 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Orxan oğlunun etibarnamə üzrə nümayəndəsi X4 ilə Cavabd eh3 arasında 2 saylı Bakı ASAN xidmət Mərkəzinin notariat ofisində bağlanmış 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə İddiaçı arasında 6 saylı “Bakı ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 03 oktyabr 2022-ci il tarixli 4Ə-2150 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən İddiaçı adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 10 oktyabr 2022-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Üçüncü şəxs X5 iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar torpaq fondu, 1,5 hektar küçə altına olmaqla cəmi 6.5 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün ona da verilmişdir. Ona məxsus qeyd olunan torpaq sahəsinə dair Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində X1 ilə atası Cavabdeh2 arasında 18 fevral 2021-ci il tarixli formal alqı-satqı müqaviləsi bağlanmış və ona məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmiş və Dövlət Reyestrində onun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1611/2023 saylı, 16 mart 2023cl il tarixli qətnaməsi ilə etibarnamə üzrə nümayəndəsi X1 ilə Cavabdeh2 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində bağlanmış 18 fevral 2021-ci il tarixli, 40-139 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın dövlət reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən Cavabdeh2 adına aparılmış qeydiyyat yazısının və onun adına verilmiş **********89 reyestr nömrəli, 06 mart 2021-ci il tarixli çıxarışın ləğv olunması qət edilmişdir. Qeyd olunan məhkəmə aktı qanuni qüvvəsini almış, icra olunması üçün aidiyyəti üzrə göndərildikdən sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məh kəməsinin icraatında İddiaçı İldirım oğlunun Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş vardır. Məhkəmənin icraatında qeyd olunan mülki işin mövcud olması ona məlum olduqdan sonra tərəfindən verilmiş sorğular əsasında məlum olmuşdur ki, ona məxsus sözügedən torpaq sahəsi Cavabdeh2 adına dövlət reyestrdən qeydiyyatdan keçdikdən sonra onun etibarnamə üzrə nümayəndəsi X4 ilə Cavabdeh3 arasında 14 mart 2022-ci il tarixdə formal alqı-satqı müqaviləsi bağlanmış, bundan sonra isə 03 oktyabr 2022-ci il tarixdə Cavabdeh3 ilə İddiaçı İldrım oğlu arasında eyni qaydada formal olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Mübahisə predmeti olan torpaq sahəsi ona ayrılmış və həmin torpaq sahəsi uzun müddətdir ki, istifadəsindədir. Həmin torpaq sahəsinə dair qeyd olunan alqı-satq ı müqavilələri bağlanan zaman alıcıların heç biri torpaq sahəsinə baxmamış, ümumiyyətlə torpaq sahəsinin hüdudlarını ayıran hasarın içərisindəkilərdən tam məlumatsız olmuşlar. Torpaq sahəsinə dair bağlanmış bütün alqı-satqı müqavilələri formal xarakter daşımış, alqı-satqı müqavilələrinin bağlanılmasında məqsəd “vicdanlı alıcı” görüntüsü yaratmaqdan ibarət olmuşdur. Alqı-satqı müqaviləsinin formal xarakterli olmasını sübut edən digər hal ondan ibarətdir ki, iddiaçı Cavabdeh2 7 yanvar 2022-ci il tarixdə Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İşə məhkəmə icraatında baxıldığı zaman Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X4 ilə Cavabdeh3 arasında 14 mart 2022-ci il tarixli, 40-450 reyestr nömrəli al qı-satqı müqaviləsi bağlanmışdır. Həmin iş üzrə qəbul olunmuş yekun məhkəmə aktı qanuni qüvvəsini almadan sözügedən torpaq sahəsi ilə bağlı yenidən Cavabdeh3 ilə İddiaçı İldrım oğlu arasında 3 oktyabr 2022-ci il tarixli, 402150 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Buradan üç sual sual meydana gəlir: əmlak iddiaçının mülkiyyətində olmadığı halda o, hansı əsasla torpaq sahəsinin boşaldılmasını tələb edir; işə məhkəmə icraatında baxıldığı zaman iddiaçının torpaq sahəsinin tələm-tələsik satmasına kim və ya nə məcbur edirdi; və torpaq sahəsinə dair iki dəfə alqı-satqı müqaviləsi bağlanana qədər alıcıların heç biri nə üçün torpaq sahəsinə baxmamış, həmin torpaq sahəsinin vəziyyəti ilə maraqlanmamışdırlar. Bütün bunlar onu deməyə əsas verir ki, torpaq sahəsinə dair bağlanmış müqavi lələrin hər ikisi formal xarakter daşımış, sadəcə görüntü məqsədi ilə bağlanmışdır. Başqa sözlə bağlanmış əqdlərin hər ikisi yalan əqddir. Alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi üçün daha bir əsas torpaq sahəsin alqı-satqı müqavilələrində göstərilən qiymətləri ilə real bazar qiymətindən arasında kəskin fərqin olmasıdır. Belə ki, ona məxsus qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahəsinin (daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçən torpaq sahəsinin) qiyməti müqavilədə göstərildiyindən dəfələrlə çoxdur. Bu bir daha alqı-satqı müqavilələrinin formal bağlanmasını və alqı-satqı müqavilərinin ona məxsus torpaq sahəsinə dair mülkiyyət hüququnu ələ keçirmək məqsədi daşıdığını sübut edir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-116/2024 nömrəli, 1 fevra l 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şeyda Məhərrəmova) İddiaçı iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya geri qaytarılması və iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçının xeyrinə verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında 2 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində bağlanmış 14 mart 2022-ci il tarixli AN -İ ******* saylı reyestrdə 4Ə-450 nömrə ilə qeydə alınmış alqı-sat qı müqaviləsinin etibarsiz hesab edilməsi, üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi, üçüncü şəxs tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X2 xeyrinə ödənilməsi, qalan 50 manatın isə X2 özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 Ə.Ağayevin etibarından sui-istifadə edərək onun iradəsinə zidd olaraq alqısatqı müqaviləsinin öz xeyrinə bağlanmasına nail olmuş, bundan sonra isə həmin torpaq sahəsini 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satmışdır. Cavabdeh2 Ə.Ağayevin etibarından sui-istifadə etməklə torpaq sahəsinə dair bağladığı müqavilə etibarsız hesab edildiyindən, Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış 14 mart 2022-ci il tarixli 4Ə450 reyestr nömrəli alqı-satqı müqaviləsi də uydurma əqd olmaqla, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır, çünki işin faktiki halları ilə müəyyən edilmişdir ki, həmin müqaviləni Cavabdeh2 əvəzinə nümayəndə qismində imza etmiş X3 pul lazım olduğu üçün formal olaraq torpaq sahəsini Cavabdeh3 satılmış kimi göstərilmiş və nəticədə iş üzrə iddiaçının verdiyi pul vəsaiti məhz V.Səlimzadəyə çatmışdır. Göründüyü kimi, tərəflər arasında, yəni X3 borcun verilməsi üçün Cavabdeh3 müqavilənin tərəfi kimi çıxış etmiş, Cavabdeh3 məqsədi həmin torpaq sahəsini almaq olmamışdır. Ə.Ağayevə məxsus torpaq sahəsi ilk öncə onun etibarından sui-istifadə edilərək onun iradəsinə zidd olaraq alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına satılmış, o da öz növbəsində Vüsal Səlimzadə vasitəsi ilə (etibarnamə üzrə nümayəndə qismində) Cavabdeh3 satmışdır ki, bu zaman tərəflər arasında alqı-satqı müqaviləsinə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmamışdır. Bununla belə Cavabdeh3 həmin torpaq sahəsini İddiaçı satan zaman sonuncu vicdanlı alıcı olmuşdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 152.1, 152.5, 182.1, 331.1, 337.1, 340, 404, 405.1, 567-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumun un xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Üçüncü şəxs Əlvan Ağayev apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

12. Üçüncü şəxs Əlvan Ağayevin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alqı-satqı müqaviləsini haqlı olaraq etibarsız hesab etmişdir. Buna baxmayaraq Cavabdeh3 ilə İddiaçı arasında 6 saylı “Bakı ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 03 oktyabr 2022-ci il tarixli 4Ə-2150 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanarkən də təqribən eyni hüquq pozuntularının olmasına baxmayaraq məhkəmə bu müqaviləni etibarsız hesab etməmişdir. Bununla da məhkəmə həmin hissədə işin həqiqi hallarından uzaq bir qətnamə qəbul etmişdir. Qətnamənin nəticə hissəsi iddia tələbimin təmin olunmamış hissəsində işin həqiqi halları ilə uyğunsuzluq təşkil edir.

13. Cavabdeh1 də apellyasiya şikayəti verərək qətnamənin iddiaçının tələbinin təmin edilən hissəsində, üçüncü şəxsin tələbinin təmin olunmamış hisssində ləğv edilməsini, iddiaçının tələbinin rədd olunması, üçüncü şəxsin tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş sübutlar və işin məhkəmə araşdırması zamanı da Cavabdeh3 ilə İddiaçı arasında 3 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün kifayət qədər əs as olması sübut olunsa da məhkəmə bu halları nəzərə almamışdır. Belə ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair bağlanmış hər iki alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Belə ki, Cavabdeh3 dostu Vüsal Səlimzadənin xahişi ilə onun üçün İddiaçı hissə-hissə borc pul götürülməsinə görə alqı-satqı müqaviləsində tərəf olmuşdur. Məhkəmə iclasında iştirak edən hər iki şəxs, yəni həm Vüsal Səlimzadə, həm də Cavabdeh3 İddiaçı əvvəlcədən tanıdıqlarını bildirmiş və mübahisəli torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanarkən əslində niyyətin torpaq sahəsinin İddiaçı satmaq olmadığını, bu əqdin görüntü xatrinə bağlandığını qeyd etmişlər. Torpaq sahəsinin qiymətinin alqı-satqı müqaviləsində göstə riləndən dəfələrlə baha olmasını məhkəmə iclasında iştirak edən tərəflərin özləri də etiraf etmişlər. Bundan əlavə, sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı tərəfindən həmin torpaq sahəsinə bir müştəri kimi baxış keçirilməməsi alqı-satqı müqaviləsinin görüntü üçün bağlanıldığını bir daha sübuta yetirir. Bundan əlavə Cavabdeh3 qeyd olunan müqavilə bağlanarkən satılmış torpaq sahəsinin əvəzi kimi hər hansı bir məbləğ almadığını da etiraf etmişdir

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(103)-2724/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya mə hkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı iddiasının təmin olunan hissəsində (0.0434 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi) və 3-cü şəxs X2 iddiasının rədd olunan hissəsində (mübahisəli 0.0434 ha torpaq sahəsinə dair Cavabdeh3lə İddiaçı arasında bağlanmış 3 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeydiyyat yazısının və onun adına verilmiş çıxarışın ləğv olunması) ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq, İddiaçı iddiası 0.0434 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq s ahəsinin Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi hissəsində təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiası apellyasiya baxışının predmeti olan hissədə təmin edilmiş, Cavabdeh3 ilə İddiaçı arasında 6 saylı “Bakı ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 3 oktyabr 2022-ci il tarixli 4Ə-2150 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 10 oktyabr 2022-ci il tarixli çıxarış ləğv olunması qət edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin apellya siya baxışının predmeti olan hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Eləcə də, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

17. Birinci instansiya məhkəməsi 3-cü şəxs Əlvan Ağayevin iddiasını Cavabdeh3lə İddiaçı arasında bağlanmış 3 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması hissəsində rədd edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 140, 148.2, 182.1-ci maddələrinə istinad etmiş və həmin normalardan çıxış edərək İddiaçı vicdanlı alıcı olduğu qənaətinə gəlmişdir. Məhkəmənin qənaətinə görə İddiaçı həmin əqdi bağlayan zaman vicdanlı olmasını istisn a edən mötəbər sübutlar mövcud deyil. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və ilk növbədə qeyd etmişdir ki, Mülki Məcəllənin 182.1-ci maddəsi hazırkı mübahisəyə ümumiyyətlə tətbiq oluna bilməz, digər maddələrə isə istinad düzgün olsa da, onların hazırkı mübahisəyə tətbiqində səhvə yol verilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə İddiaçı 3 oktyabr 2022ci il tarixli alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcı kimi qəbul edilə bilməz. Belə ki, o özü həqiqi (real) alqı-satqı müqaviləsi bağlamadını etiraf etməsə də, həmin müqavilədə tərəf (satıcı) kimi çıxış edən və iş üzrə cavabdeh olan Cavabdeh3, eləcə də 14 mart 2022-ci il tarixli 2-ci alqı-satqı müqaviləsində etibarnamə əsasında satıcını təmsil edən və hazırkı iş ü zrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Vüsal Səlimzadə bu faktı etiraf etmişlər. Həmin izahatlardan görünür ki, 3 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh3 iştirakı formal olmuş, müqavilə üzrə ona hər hansı məbləğdə pul verilməmiş, alqı-satqı müqaviləsi Vüsal Səlimzadə və İddiaçı arasında yaranmış borc münasibətlərini pərdələmək məqsədilə bağlanmışdır. X9 Abdullayevin vasitəçiliyi ilə İddiaçı borc pul almış və bunun təminatı olaraq əvəllcə Cavabdeh3lə, sonra isə İddiaçı özü ilə alqı-satqı müqaviləsi bağlanmışdır.

19. Apellyasiya baxışı zamanı Cavabdeh3 və Vüsal Səlimzadə birinci instansiya məhkəməsində verdikləri izahatlardan fərqli olaraq göstərmişdirlər ki, mübahisələndirilən alqı-satqı müqaviləsi formal deyil, h əqiqi müqavilədir və borca görə bağlanmayıb. Apellyasiya instansiya məhkəməsi həmin şəxslər tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilmədiyini və protokola dair qeydlər verilmədiyini nəzərə alaraq onların hazırkı apellyasiya baxışı zamanı verdikləri izahatları həqiqi və inandırıcı saymamış və birinci instansiya məhkəməsində verdikləri izahatların mötəbərliyini qəbul etmişdir. Əslində, birinci instansiya məhkəməsi özü də hazırkı işdə 2-ci alqı-satqı üzrə eyni nəticəyə gəlmiş, həmin müqavilənin Vüsal Səlimzadəyə borc verilməsini təmin etmək məqsədilə Cavabdeh3lə bağlandığını xüsusi olaraq qeyd etmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Vüsal Səlimzadə də İddiaçı borcu məhz Cavabdeh3 vasitəsilə almışdır.

20. Beləliklə, Vüsal Səlimzadə və İddiaçı arasında borc münasibətinin olması, Cavabdeh3 adının müqavilədə tərəf kimi qeyd edilməsinin formal xarakter daşıması kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Bu hallar 3-cü şəxs Vüsal Səlimzadə və müqavilə tərəfi olan Cavabdeh3 tərəfindən birinci instansiya məhkəməsində tam təsdiq olunduğundan, eləcə də hazırkı iş üzrə qətnamənin apellyasiya baxışının predmeti olmayan hissəsində işin müəyyən edilmiş halı kimi qeyd olunduğundan İddiaçı bu faktı etiraf edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Önəmli olan odur ki, İddiaçı mübahisəli torpaq sahəsini satın almaq, bununla bağlı alqı-satqı müqaviləsi bağlamaq niyyəti olmamışdır. Vüsal Səlimzadənin qeyd olunan izahatından da göründüyü kimi, 3 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra da o, İddiaçı borcunu qayta rmaq məqsədilə mübahisəli torpaq sahəsini satmaq istəmiş, bu məqsədlə müştəri belə gətirmiş, lakin Cavabdeh1 buna imkan verməmişdir.

21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, nə hazırkı işdə, nə də digər əlaqəli işlərdə mübahisəli 434 kvm torpaq sahəsinin ilkin mülkiyyətçisi Əlvan Ağayevin nə alqı-satqı müqavilələri üzrə alıcı kimi keçən Cavabdeh2, Cavabdeh3, İddiaçı, nə də etibarnamə üzrə təmsilçi olmuş 3-cü şəxs Vüsal Səlimzadəyə hər hansı borcu olduğu müəyyən edilməmişdir. Belə olan halda, İddiaçı başqasının borcuna görə Əlvan Ağayevin mülkiyyətində olan torpaq sahəsini bilərəkdən borc münasibətini pərdələyən alqı-satqı müqaviləsi bağlamaqla ələ keçirməsi onun vicdanlı əldə edən olmasını istisna edir.

22. Apellyasiya instansiya məhkəməsi iş materiallarına əsasən onu da qeyd etmişdir ki, istər xx.xx.2022-ci il tarixli, istərsə də 3 oktyabr 2022-ci il tarixli alqı-satqı müqavilələri bağlanarkən mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 və Cavabdeh1 arasında məhkəmə mübahisəsi gedirdi və mübahisə üzrə yekun qərar qəbul olunmamışdı. İşdən göründüyü kimi, həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2022-ci ildə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bu isə onu göstərir ki, Cavabdeh2, İddiaçı və qeyriləri yeni alqısatqı müqavilələri bağlamaqla torpaq sahəsi üzərində hüquq üstünlüyünü təmin etmək, vicdanlı əldə edən görüntüsü yaratmaq məqsədi daşımışlar.

23. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 3 oktyabr 2022ci il tarixli alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcı (əldə edən) olmamışdır. Həmin müqavilə İddiaçıla Vüsal Səlimzadə arasındakı borc münasibətini pərdələmək məqsədilə bağlanmaqla yalan əqddir və əhəmiyyətsizdir.

24. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə 3 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız əqd olduğundan həmin əqdin əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeydiyyat yazısı və bu əsasla verilmiş çıxarış da əsassız olmaqla ləğv edilməlidir.

25. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, 3 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsiz olmaqla etibarsız sayıldığından və bununla da İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun əsası kimi istinad olunan hal aradan qalxdığından, yəni İddiaçı artıq həmin sahə üzərində hər hansı hüququ mövcu d olmadığından onun Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbi də təmin oluna bilməz. Belə ki, bu hüquq artıq ona deyil, Əlvan Ağayevə keçdiyindən, yəni Əlvan Ağayevin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa olunduğundan həmin torpaq sahəsi barəsində sərəncam vermək və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia qaldırmaq hüququ da ona məxsusdur.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 182.1, 337.1, 340.1, 340.2, 404, 405.1, 567-ci maddələrinə, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021ci il tarixli qə rarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə özü birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab etməsə də, özünün göstərdiyi 140, 148.2, 182.1-ci maddələri ilə iddiaçının mənafeyini qorunmasına baxmayaraq, həmin normaları səhv cavabdehin marağına uyğun təsvir etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi müqaviləsini etibarsız hesab edərkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını, o cümlədən İddiaçı vicdanlı alıcı olmasını nəzərə almamış, nəticədə onun Konstitusiyan ın 13, 29 və 60-cı maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur. Məhkəmə işdə iddiaçının xeyrinə olan kifayət qədər sübutlara qiymət verməmiş, onları nəzərə almamış, yalnız cavabdeh tərəfin “arqumentlərini” “sübut” kimi əsas götürərək qətnamə çıxarmışdır. İddiaçı tərəf istinad etdiyi halları təsdiq edən sənədləri təqdim etməmişdir

29. Apellyasiya instansiya məhkəməsi iddianı rədd edərkən iş üzrə cavabdeh olan Cavabdeh3, eləcə də 14 mart 2022-ci il tarixli 2-ci alqı-satqı müqaviləsində etibarnamə əsasında satıcını təmsil edən və hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Vüsal Səlimzadənin onların apellyasiya məhkəməsində verdiyi izahatlara deyil, məhz birinci instansiya məhkəməsində verdiyi izahatlara istinad etmişdir. Həmin izaha tlardan görünür ki, 3 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh3 iştirakı formal olmuş, müqavilə üzrə ona hər hansı məbləğdə pul verilməmiş, alqı-satqı müqaviləsi Vüsal Səlimzadə və İddiaçı arasında yaranmış borc münasibətlərini pərdələmək məqsədilə bağlanmışdır. X9 Abdullayevin vasitəçiliyi ilə İddiaçı borc pul almış və bunun təminatı olaraq əvəllcə Cavabdeh3lə, sonra isə İddiaçı özü ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmənin bu yanaşması absurddur. Həmin şəxsləri İddiaçı onları əvvəllər tanımamışdır. Onlar arasında borc münasibətlərinin olması heç bir sənədlə təsdiq edilmir. Məhkəmənin tərəflər arasında borcu pərdələmək üçün alqı-satqı müqaviləsi başlanması qənaətinə gəlməsi məntiqli deyil. Məhkəmə yalnız, ehtimal və qarşı tərəfin dedikləri əsasında be lə qənaətə gəlmişdir. Eyni zamanda bildirilməlidir ki, iş üzrə həmin şəxslərin dediklərinin iş üçün əhəmiyyəti yoxdur. Həmin şəxslərin fərqli izahatlarla çıxış etməsi onların şəxsi iradəsidir. Bundan başqa, apellyasiya baxışı zamanı Cavabdeh3 və Vüsal Səlimzadə, mübahisələndirilən alqı-satqı müqaviləsi formal deyil, həqiqi müqavilə olduğunu və borca görə bağlanmadığını etiraf etmişdirlər. Lakin, məhkəmə kollegiyası həmin şəxslər tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilmədiyini və protokola dair qeydlər verilmədiyini nəzərə alaraq onların hazırkı apellyasiya baxışı zamanı verdikləri izahatları həqiqi və inandırıcı saymamış və birinci instansiya məhkəməsində verdikləri izahatların mötəbərliyini qəbul etmişdir. Məhkəmənin apellyasiya baxışında verilmiş izahatla rı mötəbər deyil, birinci instansiya məhkəməsində verdiyi izahatları əsas götürməsi, mötəbər sayması başa düşülən deyil.

30. Birinci instansiya məhkəməsi çəkişmə prinsipinə əməl etməyərək, cavabdehlərin iştirakını təmin etmədən, onları çağırmadan birtərəfli qaydada işə baxıb yekun qərar vermişdir.

31. İddiaçı kassasiya şikayətini Mülki Məcəllənin 139, 140, 148.2, 182.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 16.6-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 220.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarına istinadla əsaslandırmışdır. b)

32. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülk i Məcəlləsi

33. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.

35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 340.1. Uydurm a əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

37. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

38. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlə r, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

39. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

40. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkə mənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi, prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

55. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2724/2024 nömrəli iş üzrə 12 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar