Məhkəmə qərarları › İş №2(102)-3388/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3388/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3388/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Cavabdeh1” firmasına qarşı, birləşdirilmiş iş üzrə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (“Cavabdeh1” firmasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ İş № 2(102)-3388/2023 (Açar sözlər: qeyri-yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X7 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Cavabdeh1” Firmasına qarşı qeyri-yaşayış sahəsinin istifa də və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi tələbinə dair, birləşdirilmiş iş üzrə İddiaçı cavabdeh "xxxx" ASC və mübahisə predmeti qismində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Cavabdeh1” Firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1016/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə “05” oktyabr 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci iş üzrə: İşin halları 1. “09 iyul 2009-cu il tarixli, M-AT 07/09 saylı müqaviləyə əsasən “Cavabdeh1” firması Bakı şəhəri, Səməd Vurğun 120 ünvanında yerləş ən, “Cavabdeh1” firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 55 kv.metr olan, 1 saylı dükanı İddiaçı təhvil verməyi, sonuncu isə öz növbəsində qeyri-yaşayış sahəsinin hər kv.m. üçün 3.000 ABŞ dolları, ümumilikdə isə 165.000 ABŞ dolları məbləğində pul vəsaitini “Cavabdeh1” firmasına ödəməyi öhdəsinə götürmüşdür. 2. 12 avqust 2009-cu il tarixli maliyyə arayışına əsasən, İddiaçı tələb olunan 165.000 ABŞ dolları pul məbləğini firmanın hesabına ödəmişdir.

3. İddiaçı 26 yanvar 2017-ci il tarixli ərizə ilə “Cavabdeh1” firmasına müraciət edərək, ona məxsus olan dükanın başqa şəxsin istifadəsinə verildiyini qeyd etməklə mağazanın dolayı yolla ona təhvil verilməsindən imtina olunduğunu, bununla da firmanın müqavilə öhdəliklərini pozduğunu bildirərək məhkəməyə müraciət etmək niyyəti barədə mə lumat vermiş, müqavilə öhdəliklərinin pozulmasına münasibət bildirilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2017-ci ildə iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqavilə əsasında ödədiyi müqavilədə nəzərdə tutulmuş 165000 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzi kimi ünvan 2 ünvanındakı “Cavabdeh1” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı dükanın istismara tam hazır vəziyyətdə onun istifadə və sahibliyinə verilməsi və həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsini vəzifə olaraq “Cavabdeh1” firmasın a həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh1” firmasının direktoru B.Bəşirovun şəxsində 09 iyul 2009-cu il tarixdə ünvan 3 ünvanında inşa etdiyi “Cavabdeh1” firmasına məxsus 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 1 saylı dükanı 1 kv.metrinə 3.000 (üç min) ABŞ dolları ödəməklə alqı-satqı, investisiya müqaviləsi bağlamışlar. Müqavilədə nəzərdə tutulmuş 165.000 (yüz altmış beş min) ABŞ dolları tərəfindən tam olaraq ödənilmişdir. Bu barədə iddiaçıya 12 avqust 2009-cu il tarixli kassa mədaxil arayışı da təqdim edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən obyektin 2010-cu ilin 1-ci kvartalında tikinti işlərini yekunlaşdıraraq, onun istifadə və mülkiyyətinə veriləcəyi vəd edilsə də, bu günə kimi birmənalı şə kildə müqavilə öhdəlikləri pozularaq, ona aid dükanın hansısa başqa bir şəxsə verildiyini bildirməklə dolayı yolla təhvil verməkdən imtina edirlər. Müqavilədə nəzərdə tutulan tikinti-tamamlama işləri bu günə kimi başa çatdırılmamışdır. Bu bir daha təsdiq edir ki, ‘‘Cavabdeh1’’ firmasının direktoru M.B.Bəşirov üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Göründüyü kimi cavabdeh “Cavabdeh1” firmasının direktoru M.B.Bəşirov müqavilədə göstərilən öhdəliklərini icra etməmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 2(005)1785/2017 saylı 07 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə “Cavabdeh1” firması arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqaviləyə uyğun olaraq ünvan 2 ünvanındakı “Cavabdeh1” firmas ına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyri yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi “Cavabdeh1” firmasına həvalə edilmişdir

7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M-AT 07/09 saylı müqaviləyə əsasən “Cavabdeh1” firması Bakı şəhəri, Səməd Vurğun 120 ünvanında yerləşən “Cavabdeh1” firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 55 kv.metr olan 1 saylı dükanı İddiaçı təhvil verməyi, İddiaçı isə öz növbəsində qeyri-yaşayış sahəsinin hər kv.metri üçün 3.000 ABŞ dolları, ümumilikdə isə 165.000 ABŞ dolları məbləğində pul vəsaitini “Cavabdeh1” firmasına ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı həmin pul məbləğini cavabdehə ödəməklə, üzərinə düşən öhdəliyi yerinə yetirmiş, l akin iş üzrə cavabdeh “Cavabdeh1” firması müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh “Cavabdeh1” firmasının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya təhvil verməli olduğu qeyri-yaşayış sahəsini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada təhvil verməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə təhvil verməli olduğu qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməlidir.

9. Lakin məhkəmə iddia tələbini ünvan 2 ünvanındakı “Cavabdeh1” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı obyektin iddiaçının sahibliyinə verilməklə üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq “Cavabdeh1” firmasına həvalə edilməsinə dair hissədə əsaslı hesab etməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2, 10.1-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Birinci iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icr aat

11. Cavabdeh “Cavabdeh1” Firması qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh olaraq onlar həmin ünvanda yerləşən obyekti iddiaçıya verməkdən imtina etmirlər və bunu təklif etmişlər. Lakin iddiaçı 3 saylı dükanı almaqdan imtina etmiş onun əvəzinə 1 saylı dükanı tələb etmişdir. Onlar da müqavilədə nəzərdə tutulmadığı üçün 1 saylı dükanı verməkdən imtina etmişlər. Göründüyü kimi iddiaçının tələbləri müqaviləyə əsaslanmır ona görə də təmin edilməməli idi. Bundan başqa iddiaçının iddia tələbləri üzrə iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X15 (sədrlik edən) M.Məmmədov, E.Nağıyeva) 2(103)11860/20 17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, İddiaçı ilə “Cavabdeh1” firması arasında bağlanmış 09 iyul 2009-cu il tarixli, M/AT 07/09 saylı müqaviləyə uyğun olaraq ünvan 2 ünvanındakı “Cavabdeh1” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyri yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi “Cavabdeh1” firmasına həvalə edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

14. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmaqla, iddiaçı müqavilə öhdəliyinin dəyərini tam şəkildə cavabdehə ödəmişdir. Cavabdeh isə ünvan 2 ünvanındakı “Cavabdeh1” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı obyekti təhvil verməyi öz öhdəsinə götürsə də, öz öhdəliyini icra etməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh firmanın hərəkətləri mülki qanunvericiliyin normaları baxımından öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçıya təqdim edilmiş müqavilə və maliyyə arayışında ona 1 saylı dükanın təqdim edilməsi qeyd olunmuşdur. Cavabdeh tərəf sonradan apellyasiya icraatında işə baxılarkən müqavilənin birinci vərəqəsini dəyişdirilmiş şəkildə təqdim edərək iddiaçıya guya 3 saylı dükanı təhvil vermək barədə öhdəlik götürməsini bildirmiş, bununla bağlı iddiaçıda olan 1 saylı dükanla bağlı maliyyə arayışını təkzib edən heç bir sənəd təqdim etməmişdir.

16. Məhkəmə öz mövqe yini əsaslandırarkən MM-in 385.1, 386.1, 442, 445, 448.1, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Birinci iş üzrə kassasiya instansiyası məhkəməsində icraat

17. İşdə iştirak etməyə cəlb olunmayan ASC "xxxx" Bankının müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ali Məhkəmənin Mülki Kollegiyasına xx.xx.2021-ci il tarixdə təqdimat verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməklə mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

18. Təqdimat onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən tərəflər arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqaviləyə istinad etmişdir. Həmin müqavilə ilə “ Cavabdeh1” firması Bakı şəhəri, Səməd Vurğun 120 ünvanında yerləşən özünə məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 55 kv.metr olan 1 saylı dükanı İddiaçı təhvil verməyi, sonuncu isə, öz növbəsində, qeyriyaşayış sahəsinin hər kv.m üçün 3000 ABŞ dolları, ümumilikdə isə 165.000 ABŞ dolları məbləğində pul vəsaitini “Cavabdeh1” firmasına ödəməyi öhdəsinə götürmüşdür. Lakin ASC "xxxx" Bankının müraciətinə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Bankla “Cavabdeh1” firması arasında 04 oktyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasən, Bank borcalana illik 16 % ödəmək şərti ilə 60 ay müddətinə 7.000.000 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14.000.000 manat təşkil etmişdir. 08 iyul 2015-ci i l tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə, borcalan 04 oktyabr 2018-ci il tarixinədək 17.000.000 ABŞ dolları məbləğini illik 16 % olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, Bankla “Cavabdeh1” firması arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli və 08 iyul 2015-ci il tarixli Sonrakı ipoteka müqavilələrinə əsasən, “Cavabdeh1” firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi və onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, 08 iyul 2015-ci il tarixli X11 ilə “Cavabdeh1” firmasının mülkiyyətin də olan ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi, habelə onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binası ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edildiyi halda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinin bir hissəsi, yəni 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi “Cavabdeh1” firmasına həvalə edilmiş, lakin bu zaman ipoteka saxlayan işə cəlb olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-2(103)-6/2019 nömrəli qətnaməsi ilə “Cavabdeh1” firmasının ASC "xxxx" B ankına olan kredit borcunun ödənilməsi məqsədi ilə ipoteka predmeti olan qeyriyaşayış sahəsinə tutmanın yönəldilməsi qət edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X8 (sədrlik edən və məruzəçi), X1 və X16) 2(102)-2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11860/2017 nömrəli iş üzrə 13 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

20. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Bankının hüquqları pozulmuşdur. Belə ki, h əmin məhkəmə aktı ilə cavabdehin ASC "xxxx" Bankı qarşısında ipoteka ilə yüklü etdiyi əmlakın bir hissəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi “Cavabdeh1” firmasına həvalə edilmiş, lakin bu zaman ipoteka saxlayan ASC "xxxx" Bankı işə cəlb olunmamışdır. İkinci iş üzrə: İşin halları 21. “Cavabdeh1” firması ilə "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinin icrasını təmin etmək məqsədilə onlar arasında ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X11 bağlanmışdır. 22. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, "xxxx" ASC-nin qarşılıqlı iddiası təmin edilərək, 8 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.000.000 ABŞ do lları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğində faiz borcu, 11.161,62 ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 19.400.119,08 ABŞ dollarının və 26 may 2016-cı ildən başlamaqla iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdeh “Cavabdeh1” firmasından iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan, borcalana məxsus qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunduğu kimi 26.000.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – A li Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 18 oktyabr 2017-ci il tarixli qərarı ilə “Cavabdeh1” firmasının və "xxxx" ASC-nin kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 24. "xxxx" ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə “Cavabdeh1” firmasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və sonrakı ipote ka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli 132(102)- 1(k)/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibatiİqtisadi Kollegiyas ının xx.xx.2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2017-ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “Cavabdeh1” firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X25 və X6 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı “Cavabdeh1” firmasının cavabdeh ASC "xxxx" Bankına qarşı “Cavabdeh1” firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, “Cavabdeh1” firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X3 etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən “Cavabdeh1” firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddiası rədd edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, “Cavabdeh1” firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları əsas borc, 2.388.957,46 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC "xxxx" Bankının xeyrinə tutulması; tutmanın xx.xx.2015ci il tarixli **********58815/SİM nömrəli X11 üzrə ipoteka predmeti olan və “Cavabdeh1” firmasına məxsus ünvan 5 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən “Cavabdeh1” firmasından ASC "xxxx" Bankının xeyrinə tutulması; ipoteka predmeti olan “Cavabdeh1” firmasına məxsus ünvan 5 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 (otuz səkkiz milyon altı yüz min) manat müəyyən edilməsi qət edilmişdir. Qarşılıqlı iddia xx.xx.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin “Cavabdeh1” firmasından ASC "xxxx" Bankının xeyrinə tutulması hissəsində rədd edilmişdir. Üçüncü şəxs Ağa-X19 “Cava bdeh1” firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli X3 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Üçüncü şəxs X6 “Cavabdeh1” firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli X3 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi İnz ibati-İqtisadi Kollegiyasının xx.xx.2019- cu il tarixli 2-2(102)-285/2019 nömrəli qərarı ilə iddiaçı “Cavabdeh1” firması və üçüncü şəxslər Ağa-X25 və X13 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 22(103)-6/2019 nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat

29. İddiaçı cavabdeh "xxxx" Bank ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Cavabdeh1” firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020- cu il tarixdə məhkəməyə müraciət edərək, “Cavabdeh1” firmasına məxsus olan ünvan 4 ünvanda yer ləşən qeyriyaşayış sahəsinə dair ipoteka qoyan “Cavabdeh1” firması ilə ipoteka saxlayan "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X3 etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh1” firmasına məxsus olan ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair ipoteka qoyan “Cavabdeh1” firması ilə ipoteka saxlayan "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X3 xx.xx.2009cu il tarixli müqaviləyə əsasən dəyəri tam ödəyərək aldığı ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) 2(004)125/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “Cavabdeh1” firmasına məxsus olan, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ipoteka qoyan “Cavabdeh1” firması ilə ipoteka saxlayan "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X11 qismən, yəni - İddiaçı xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən 165.000 ABŞ dolları dəyərini tam ödəməklə “Cavabdeh1” firmasından aldığı ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilmişdir.

32. Məhkəmə qeyd etmişdir ki, hökmlə müəyyən edilmiş hallar birbaşa olaraq “Cavabd eh1” firmasının təsisçisi və direktoru olan X2 həmin iş üzrə zərərçəkmiş şəxs statusunda olan "xxxx" ASC-ni aldatmasını təsdiq edir. Bu aldatmanın nəticəsində X9 həmçinin “Cavabdeh1” firmasının İddiaçı ilə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli M/AT 07/09 nömrəli müqavilə qüvvədə ola-ola, mübahisəli sahənin ona satılması faktını digər zərərçəkmiş şəxs "xxxx" ASC-dən gizlətməklə, kredit xətti müqavilələri bağlayaraq, qanunsuz kredit almışdır ki, bu hal da birbaşa olaraq İddiaçı hüquqlarının pozulması deməkdir.

33. Bundan başqa cavabdeh "xxxx" ASC-nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına, üçüncü şəxslərin ipoteka müqaviləsi ilə bağlı iddialarının rədd edilməsinə dair məhkəmə qərarlarına istinad etməklə, “Cavabdeh1” firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli X3 məhkəmələr tərəfindən etibarlı hesab edilməsinə dair izahatları özü-özlüyündə, İddiaçı iddiasının əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.

34. Məhkəmə hesab etmişdir ki, cavabdehin izahatında istinad etdiyi üçüncü şəxslərin ipoteka müqaviləsi ilə bağlı iddialarının rədd edilməsinə dair məhkəmə qərarları hazırkı iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına qiymət vermədən və təfsir etmədən qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, ipoteka saxlayanın üstünlük hüququ ipotekaya götürüləndən sonra satılmış əmlaklara münasibətdə ola bilər.

35. Məhkəmə bildirmişdir ki, “Cavabdeh1” firmasının xx.xx.2009-cu il tarix li müqaviləyə əsasən İddiaçı satdığı əmlakın üzərində onun razılığı və xəbəri olmadan sərəncam verərək öz məqsəd və mənafeyi üçün ipoteka ilə yüklü etməsi kimi hallar qanunsuz olmuşdur. Məhkəmə həmçinin iş üzrə iddia tələbinin əsaslı olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və hökmünun olmasını nəzərə almaqla, hazırkı mübahisəyə kəsici müddətin də tətbiq edilməsini əsaslı saymamışdır.

36. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-in 158.4, 157.8, 337.1, 337.2, 339.1, 339.6, MPM-in 82.3, 82.4, “İpoteka haqqında” Qanunun 10.2, 10.4-cü maddələrinə istinad etmişdir. İkinci iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat

37. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək,Yasamal Rayon Məhkəməsinin 2(004)- 125/21 saylı,17 iyun 2021-ci il tarixli qətnaməsinin tamamil ə ləğv edilərək iddinanın rədd olunmasını xahiş etmişdir.

38. Şikayət belə əsaslandırılmışdır ki, rayon məhkəməsi həmin qətnaməni qəbul edərkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11860/2017 saylı, 13 dekabr 2017-ci il tarixli qətnaməsinsə istinad etmişdir ki, həmin qətnamə də Ali Məhkəmənin 2(102)-2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan başqa, rayon məhkəməsi nəzərdən qaçırmışdır ki, eyni hüquqi əsasdan çıxış edərək bankın ipotekasında olan qeyriyaşayış sahəsinin bir hissəsinin etibarsızılığına dair iddiaların təmin edilməsi barədə qərarlar Konstisyusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüşdür. Bu səbəbdən, Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci i l tarixli qətnaməsinin tamamilə ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili ərizə verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-6490/2021 saylı və 2(103)-8019/2021 saylı işlərin birləşdirilərək, bir icraatda baxılmasını xahiş etmişdir.

40. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8019/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli və 2(103)-6490/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli tarixli qərardadları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə İddiaçı cavabdeh “Cavabdeh1” Firmasına qarşı “qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üz ərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi” tələblərinə dair mülki işin bir icraatda birləşdirilmiş və birləşdirilmiş işə 2(103)-6490/2021 nömrəsi verilmişdir.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X17 (sədrlik edən və məruzəçi), X18 və X4) 2(103)-6490/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci iş üzrə: cavabdeh “Cavabdeh1” Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1785/2017 saylı, 07 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin edilməmiş; ikinci iş üzrə: cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin 2(004)-125/21 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin olunmamışdır.

42. Birinci iş üzrə Kollegiya qeyd etmişdir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmə 2(102)-2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Bankının hüquqları pozulmuşdur. Belə ki, həmin məhkəmə aktı ilə cavabdehin ASC "xxxx" Bankı qarşısında ipoteka ilə yüklü etdiyi əmlakın bir hissəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi “Cavabdeh1” firmasına həvalə edilmiş, lakin bu zaman ipoteka saxlayan ASC "xxxx" Bankı işə cəlb olunmamışdır.

43. İkinci iş üzrə rayon məhkəməsi hesab etmişdir ki, ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 saylı dükanı xx.xx.2009-cu il tarixdə rəsmi müqavilə ilə əldə etmiş və bu müqavilə adından da göründüyü kimi, investisiya müqaviləsidir. Başqa sözlə sözügedən sahə iddiaçının pulu ilə tikilməsi faktı mübahisəsizdir və o, həmin sahənin potensial mülkiyyətçidir. “Cavabdeh1” firmasının xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı satdığı əmlakın üzərində onun razılığı və xəbəri olmadan sərəncam verərək öz məqsəd və mənafeyi üçün ipoteka predmeti etməsi kimi hallar qanunsuz olmuşdur. Həmçinin rayon məhkəməsi həmin qətnaməni qəbul edərkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11860/2017 saylı, 13 dekabr 2017- ci il tarixli qətnaməsinsə istinad etmişdir ki, həmin qətnamə də Ali Məhkəmənin 2(102)- 2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda məlum olur ki, rayon məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamışdır.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda istinad olunan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırkı birləşmiş işlərdə olduğu kimi eyni əsaslarla istinad edən Ağa-X19 “Cavabdeh1” firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli X3 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəb əli və zirzəmili qeyri-yaşayış sahəsinin 2- ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası, eləcə də X6 “Cavabdeh1” firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli X3 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2- ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019- cu il tarixli 2-2(102)-285/2019 nömrəli qərarı ilə iddiaçı “Cavabdeh1” firması və üçüncü şəxslər Ağa-X25 və X13 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 22(103)-6/2019 nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məlum olur ki, İddiaçı cavabdeh “Cavabdeh1” firmasına qarşı “qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi və s.” tələbinə dair Nərimanov Rayon Məhkəməsində baxılan iddia tələbi, eləcə də cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi”nə dair Yasamal Rayon Məhkəməsində baxılan iddia tələbi təmin oluna bilməz.

45. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 129, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarix li Qərarına, MPM-in 77.1, 385.1.1, 385.1.2, 386-cı maddələrinə istinad edilmişdir. Birləşdirilmiş işlər üzrə kassasiya instansiyası məhkəməsində icraat

46. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6490/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və E.Y.Şamayev) 2(102)-3657/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6490/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı cavab deh “Cavabdeh1” Firmasına qarşı “qeyri-yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq “Cavabdeh1” firmasına həvalə olunması” tələblərinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

48. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsi İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələbini rədd etməkdə haqlı olmuşdur. Odur ki, qətnamənin həmin hissəsi istinad olunan maddi hüquq normalarına uyğun olduğundan qüvvəsində saxlanılmalı, kassasiya şikayəti həmin hissədə rədd edilməlidir.

49. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı cavabdeh “Cavabdeh1” Firmasına qarşı “qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq “Cavabdeh1” firmasına həvalə olunması” tələbləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə bu tələbi rədd edərkən mövqeyini yalnız onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ASC "xxxx" Bankın ipoteka ilə yüklü etdiyi əmlakın bir hissəsinin iddiaçıya təhvil verilməsi vəzifəsini “Cavabdeh1” firmasına həvalə edərkən bank işə cəlb olunmamış və onun hüquqları pozulmuşdur. Nəzərə alınmalıdır ki, maraqlarına toxunulan şəxsin işdə iştiraka cəlb edilməməsi prosessual hüquq normasının pozuntusudur. Həmin şəxs işə cəlb edildikdən sonra tələblərə onun iştirakı ilə baxılma lı, iddia müvafiq maddi hüquq normalarının şərtləri əsasında həll edilməlidir.

50. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi İddiaçı “qeyri-yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi və s.” tələblərinin rədd edilməsinin maddi hüquqi əsaslarını göstərməmiş, bununla bağlı Mülki Məcəllənin hər hansı normasına istinad etməmişdir. Halbuki, qətnamə işin hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun şəkildə əsaslandırılmalıdır.

51. Kassasiya instansiyası məhkəməsi bildirmişdir ki, ASC "xxxx" Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasının tərkibinə daxil olan 55 kv.metr, 1 saylı dükanın iddiaçıya təhvil verilməsi ilə bağlı tələblər həll edilərkən daşınmaz əşyanın hüquqi statusu, ASC "xxxx" Bankın dövlət reyestrinə əsa slanan ipoteka hüququnun, İddiaçı müqavilədən irəli gələn tələb hüququnun, eləcə də “Cavabdeh1” Firmasının adları çəkilən şəxslərlə bağladığı əqdlər üzrə öhdəliklərinin mahiyyəti və hüquqi nəticələri düzgün təhlil edilməli və nəzərə alınmalıdır.

52. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinə sərəncam və ya onun istifadəyə verilməsinə dair mübahisəyə baxan məhkəmə, Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeləri nəzərə alaraq, ipoteka saxlayanın dəlillərini və təqdim etdiyi sübutları araşdırmaqla imtinasının əsaslı olub-olmamasını müəyyən etməlidir. O da nəzərə alınmalıdır ki, ipoteka predmetinin özgəninkiləşdirilməsinə razılıq verilməsindən imtina ipoteka hüququna yaranacaq təhlükənin reallığı baxımından əsaslandırılmalıdırsa, həmin predmetin hüquqi mü qəddəratını həll etmədən başqasının istifadəsinə (icarəsinə və s.) verilməsi halında təhlükənin mövcudluğu daha ciddi arqumentlərlə ortaya qoyulmalıdır. Bu zaman məsələyə formal yanaşılmamalı, əsas öhdəliyin icrasının təmin olunmasına yarana biləcək təhlükənin nədən ibarət olması dəqiq şəkildə müəyyənləşdirilməli, ipoteka saxlayanın maraqlarına təhlükə aşkar edilmədiyi halda hüquqdan sui-istifadə edilməsinin qarşısı alınmalı, ipoteka qoyanın hüquqları ilə yanaşı, üçüncü şəxslər qarşısındakı öhdəliklərinin icrası da daxil olmaqla işdə iştirak edən bütün şəxslərin əsaslı mənafeləri nəzərə alınmalıdır.

53. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu iddianın doğru olduğu təsbit ediləcəyi halda indiyədək mövcud olmuş faktiki vəziyyətin ASC "xxxx" Bankın ipoteka hüququna hər hansı tə hlükə yaradıb-yaratmadığı, bankın buna etiraz edilib-etmədiyi, onsuz da faktiki vəziyyətə görə başqasının istifadəsində olan mağazanın iddiaçıya təhvil verilməsinin ipoteka saxlayan baxımından hansı təhlükələr doğuracağı, imtinanın söykəndiyi əsaslar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar təqdim olunan sübutlarla tam və hərtərəfli araşdırılmalı, yuxarıda qeyd edilən və digər aidiyyəti maddi hüquq normaları əsasında mübahisəyə yekun hüquqi qiymət verilməlidir. Birləşdirilmiş işlər üzrə apellyasiya instansiya məhkəməsində ikinci icraat

54. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və C.C.Musayeva) 2(103)-1016/2023 saylı 09 mart 2023-cü il tarixli qətnaməsi ilə birləşdirilmiş birinci iş üzrə Cavabdeh1 Fir ması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1785/17 saylı qətnaməsinin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsi, İddiaçı cavabdeh Marş-M Firmasına qarşı qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019cu il tarixli, 2- 2(103)-6/2019 saylı qərarının icrası ilə əlaqədar mübahisəli əmlaka dair hərrac keçirilmiş, ipoteka saxlayan kimi ASC "xxxx" Bankı həmin əmlakı “hərracın yekunları üzrə əmlakın alqı-sa tqı barədə” xx.xx.2019-cu il tarixli müqavilə əsasında əldə etmişdir. “Hərracın yekunları barədə protokol” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə” müqavilə ləğv, yaxud etibarsız hesab olunmamış və bu gün də qüvvədədir. ASC "xxxx" Bankı əvvəllər ipoteka predmeti olmuş əmlak üzərində sahiblik və istifadə hüquqları əldə etmişdir. Əmlakın ipotekada olduğu müddət ərzində onun bütövlükdə və ya bir hissəsinin özgəninkiləşdirilməsinə razılıq verilməsi “Cavabdeh1” Firması tərəfindən mübahisələndirilməmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iddianın qaldırıldığı 2017-ci ildə mübahisə predmeti olan əmlak ASC "xxxx" Bankın xeyrinə ipoteka ilə yüklü edildiyi bir halda, həmin əmlakın İddiaçı sahibliyinə və istifadəsinə verilməsi, vicdanlılıq prinsipi ba xımından, reyestrdə qeydin həqiqiliyi prezumpsiyasına uyğun hərəkət edərək həmin əmlakı ipoteka yüklülüyə qəbul etmiş Bankın hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmçinin, hazırda qeyd edilən qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi mübahisəli əmlakın hazırkı mülkiyyətçi olaraq da ASC "xxxx" Bankın hüquqularının pozulması ilə nəticələnmiş olardı.

57. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbinin predmeti olan əmlak iddianın verildiyi müddətdə ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak olsa da, ipoteka müqaviləsinin tələblərinə uyğun olaraq sonradan hərrac vasitəsilə özgəninkiləşdirildiyindən həmin əmlaka dair ipotekaya da xitam verilmişdir.

58. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazır kı mübahisənin predmeti olan mübahisəli əmlak artıq ipotekanın predmeti olmadığından, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqe baxımından da hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

59. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

60. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən mülki qanunvericiliyin təməl prinsiplərindən biri olan mülkiyyət toxunulmazlığı prinsipi İddiaçı nisbətdə kobud şəkildə pozulmuş, apellyasiya şikayətində və məhkəmə prosesində iddiaçı tərəfindən mübahisləndirilən heç bir hala hüquqi qiymət verilməmiş və araş dırma aparılmadan qətnamə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsi 2(103)1016/2023 saylı iş üzrə "xxxx" ASC-nin ipoteka hüququna hər hansı təhlükənin yaranıbyaranmayacağını, mağazanın başqasının istifadə və sahibliyinə veriləcəyi təqdirdə ipoteka saxlayanın hüququna zərər gəlib-gəlməyəcəyini araşdıraraq iddiaçının qeyri-yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi tələbinə dair iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. Lakin «Cavabdeh1» ilə iddiaçı X12 arasındakı müqavilənin 09 iyul 2009-cu il tarixdə, "xxxx" ASC ilə olan **********58815\SİM saylı X3 isə 08 iyul 2015-ci il tarixdə bağlanmış olması nəzərə alınmamış və İddiaçı hüquqlarının pozulmasına məhkəmə tərəfindən hüquqi qiymət verilməməklə gözardı edilmişdir. İddiaçı ilə 09 iyul 2009-cu il tarixli müqavilə daha əvvəl imzalanmış və sonradan "xxxx" ASC ilə bağlanan müqavilə və onun əsasında çıxarılan məhkəmə qətnaməsi X5 hüquqlarının əsaslı pozuntusuna səbəb olmuşdur. Qeyd olunan X11 rəsmiləşdirilərkən mövcud obyektə baxış keçirilməmiş və həmin obyektlərin sahibləri rəsmi müqavilə ilə tanındığı halda obyekt girov qoyulan zaman nəzərə alınmamışdır. Bu səbəbdən də X5 həmin əmlakla bağlı hüquqları kobud şəkildə pozulmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Cavabdeh ASC "xxxx" Bank kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələbləri baxımından əsaslandırılmış hesab edilə bilməz. Belə ki, kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq olunmuş konkret maddi hüquq pozuntularının nədən ibarət olmasını və buna dair dəlilləri göstərməmiş, Mülki Məcəllənin 152-ci maddəsinə istinad etməklə kifayətlənmişdir. İddiaçının sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə iddiaları rədd edilmişdirş. Artıq əmlak qanuni qüvvəyə minmi məhkəmə qətnaməsi əsasında keçirilmiş hərracın nəticəsində Bank tərəfindən əladə edilmişdir və əmlak Bankın istfadə və sahibliyindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllə

62. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qe ydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

63. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

64. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdiklə ri hüquqları saxlanılır.

65. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

66. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.

67. Maddə 312.4. İpoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanları n razılığından asılı ola bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

68. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur

69. Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

70. Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Apellyasiya baxışının predmetini yalnız İddiaçı cavabdeh Marş-M Firmasına qarşı qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi tələbi təşkil etdiyindən hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməs inin mövqeyi

79. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçının cavabdeh “Cavabdeh1” MMC tərəfindən onun istifadə və sahibliyinə verilməsini tələb etdiyi qeyri-yaşayış sahəsi “Cavabdeh1” MMC-nin mülkiyyətində olmadığından və ipoteka ilə yüklü edilmiş əmlakın tərkib hissəsi kimi artıq ipoteka saxlayan Bank tərəfindən hərr acda əldə edildiyindən, iddiaçının həmin sahənin onun istifadəsinə və sahibliyinə verilməsi tələbi təmin edilə bilməz.

81. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qeyri-yaşayış sahəsinə dair hissədə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaçının tələbləri də rədd edilmiş və qətnamə bu hissədə qanuni qüvvəyə minmişdir.

82. Buna görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.

83. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1016/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar