Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3389/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, vəkili SMnın, Cavabdeh və vəkili GŞnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən L.O.Talıbova, iş 2(011)- 4387/2018) İd diaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tarixli, 2(103)9630/2018 saylı qətnaməsi ilə (İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), hakimlər X.A.Mərdanova və E.M.Həsənov) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızıl-zinyət əşyalarının cavabdehdən alınaraq ona qaytarılması və ya onların dəyəri olan 31000 (60000-29000) manat məbləğində pulun tutulması, dəfələrlə istintaqa çağırıldığından, Bakı şəhərinə gəlmək məcburiyyəti olduğundan, Bakı şəhərində kirayədə qalması üçün ödədiyi 1800 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul e dilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili SM kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili GŞ kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan 28.07.2017-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi, Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmasına xitam verilməsi, tərəflərə maddi ziyanla bağlı mülki hüquqi qaydada məhkəməyə müraciət etmələrinin izah olunması qərara alınmışdır. İşdə olan 07.12.2017-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi barədə 28.07.2017-ci il tarixli qərarın ləğv edilməsi və əlavə araşdırmaların aparılması üçün işin Bakı şəhər X ətai rayon Polis idarəsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən verilmiş 21.06.2018-ci il tarixli, 101116/489 saylı məktubdan müəyyən edilmişdir ki, vətəndaş Cavabdeh 29.12.2016-cı il tarixdə ərizə ilə Xətai rayon prokurorunun adına müraciət edərək bildirmişdir ki, Neftçala rayonu, Qaraqaşlı kənd sakini İddiaçı ilə tanışlığı yaranandan sonra Salman ona təklif irəli sürmüş, yaşadığı Neftçala rayonu, Qaraqaşlı kəndində istifadəsiz torpaq sahələri qaldığını deyib orada ferma tikib iribuynuzlu mal-qara saxlamaq istədiyini bidirmişdir. 2015-ci ilin fevral ayının 1-də İddiaçı iribuynuzlu mal-qara almaq üçün 6.000 azn məbləğində pul vermişdir. Sonralar 01.11.2015-ci ildə 3 000 azn, 10.11.2015-ci il tarixdə-1000 azn, 15.11.2015-ci il tarixdə 3000 azn, 24.11.2015-ci il tarixdə 3000 azn pulları İddiaçı vermişdir. Bu minvalla o, İddiaçı ümumilikdə 72 000 azn, 20.500 ABŞ dolları pul vermişdir. Müəyyən müddət sonra Salmana fermanı, ortaq təsərrüfatlarını görmək istədiyini desə də, Salman hər dəfə bəhanə gətirərək yayındırmışdır. Salmandan pullarını geri tələb edəndə Salman Bakıdakı banklardan kredit alacağını, kredit alana qədər onda əminlik yaratmaqdan ötrü yaşadığı evin sənəd və çıxarışını ona təqdim etmişdir. Eyni kamanda ona məxsus 72.000 azn və 20.500 ABŞ dollarını mənimsədiyinə və geri qaytaracağına dair öz imzası ilə təsdiqlədiyi əlyazmasını təqdim etmişdir. Artıq uzun müddət keçməsinə baxmayaraq Salman ona dəymiş maddi zərəri geri qaytarmamış, hər dəfə soruşanda da kredit alıb pulunu qaytaracağını bildırmişdir. Hal- hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. -9-cu maddəsinə görə məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2012-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət,gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.01.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır, iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdeh iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, araşdırılmış sübutlarla İddiaçı ona və yaxınlarına məxsus olan 31.000 manat dəyərində olan qızıl-zinyət əşyalarının Məmmədov İbrahim Nüsrət oğlu tərəfindən götürülməsini iddia etməsinə baxmayaraq bunu təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgü n tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3389/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3389/2019
22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver