Məhkəmə qərarları › İş №2(102)-3389/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3389/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3389/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia müddətinin keçməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc etirafı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3641/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarix də Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixdə yazdıqları əlyazısında İddiaçı (bundan sonra “iddiaçı”) 20 000 manat pul aldıqlarını və 2014-cü ilin sonuna qədər qaytaracaqlarını bildirmişlər.

2. Cavabdeh1 xx.xx.2014-cü il tarixdə yazdığı əlyazısında xx.xx.2014-cü il tarixdə İddiaçı götürdüyü 25000 ABŞ dolları pulu ilin sonuna qədər qaytaracağını vəd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20000 manatın və 25 000 ABŞ dollarının (günün məzənnəsi ilə 42 500 manat) xeyrinə tut ulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 iddiaçı aldadaraq etibarından sui-istifadə etmiş və iş qurmaq adı ilə ondan 20 000 (iyirmi min) manat və 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul alıb geri qaytarmamışdır. Cavabdehləri 20 ildən çoxdur tanıyır. Cavabdeh1 20 000 manatı xx.xx.2014-cü il tarixdə, 25 000 (iyirmi beş min) ABŞ dollarını isə xx.xx.2014-cü il tarixdə vermiş, 25 000 ABŞ dollarını Cavabdeh1 verərkən onun yanında digər Cavabdeh2 da olmuşdur. Hətta onların hər ikisi həmin məbləğdə pulu iddiaçıdan aldıqlarına dair qəbz yazmışlar. Onlar söz vermişlər ki, bu pulu qısa müddətə, yəni 2014-cü ilin sonuna kimi qayataracaqlar.

5. İddiaçı cavabdeh xxxa pulu ünvan 2-də verib. Lakin xxx vədinə xilaf çıxaraq pulu mənims əmiş, iddiaçı aldatmışdır. Cavabdehlər iddiaçıdan pulu iş qurmaq adı ilə almışdılar. Dəfələrlə cavabdehlərdən pulunu geri istəsə də, onlar aldıqları pulu geri qaytarmamışlar.

6. Onlara hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə isə, onlar nə polisdən, nə də dövlətdən qorxularının olmadığını bildirmişlər. İddiaçı pulunu geri almaq üçün məcbur olub baş verən hadisə barəsində hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Faktla bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılmış, polis idarəsində verdiyi izahatda Cavabdeh1 iddiaçıdan həqiqətən 20 000 (iyirmi min) manat və 25 000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulu aldığını etiraf etmiş və bildirmişdir ki, guya həmin pulları geri qaytarmışdır. Lakin cavabdeh pulları geri qaytardığına dair heç bir sübut tə qdim edə bilməmişdir. İş mülki xarakter daşıdığı üçün Nəsimi Rayon Polis İdarəsində 24 avqust 2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 425-ci maddəsinə istinad etmişdir.

8. Cavabdeh1 nümayəndəsi (vəkili) məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 2014-cü ilin sonunda qaytarmaq şərti ilə xx.xx.2014-cü il tarixdə 20 000 manat, xx.xx.2014-cü il tarixdə isə 25 000 dollar borc vermiş, cavabdehin ona olan borcunu 2014-cü ilin sonunda qaytarmalı olduğunu isə indi yox, məhz 2014-cü ilin sonunda bilmişdir. Həqiqətən də cavabdeh qeyd olunan borcunu ona qaytarmamış olsaydı, 7-8 il gözləməzdi və yəqin ki, bu müddət ərzində borcunu tələb etmək üçün indi olduğu kimi, həmin dövrdə də məhkəməyə müraciət edə bilərdi və buna heç kim maneçilik törətmirdi. Lakin iddiaçı Cavabdeh1 borc müqaviləsi üzrə öhdəliyini icra etmədiyini bildiyi 2014-cü ilin sonundan keçən 8-9 il müddətində məhkəməyə müraciət etməmiş, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tututlmuş 3 illik iddia müddəti ərzində qeyd olunan müqavilə tələbləri üzrə iddia verməmişdir.

9. Cavabdeh2 nümayəndəsi (vəkili) də məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində, məhkəmədəki çıxışlarında və qarşı tərəfin verdiyi suallara cavab olaraq, id dia edilən məbləği məhz Cavabdeh1 verməsini göstərmiş, pulun Cavabdeh2 verilməsini göstərməmiş və buna dair heç bir sübut məhkəməyə təadim etməmişdir. Bundan başqa, iddiaçının cavablarından açıq-aşkar görünür ki, iddiaçı Cavabdeh1 borcu 2014-cü ilin sonunda qaytarmaq şərti ilə vermişdir. Beləliklə də, Cavabdeh1 ona olan borcunu 2014-cü ilin sonunda qaytarmalı olduğunu indi yox, məhz 2014-cü ilin sonunda bilmiş və həmin andan Cavabdeh1 qeyd olunan borcunu ona qaytarmamasını özünün hüquqlarının pozulması kimi dərk etmişdir. İddiaçı həmin andan da borcunu tələb etmək üçün məhkəməyə müraciət edə bilərdi və buna heç kim maneçilik törətmirdi. Lakin iddiaçı Cavabdeh1 borc müqaviləsi üzrə öhdəliyini icra etmədiyini bildiyi 2014-cü ilin sonundan keçən 10 ilə yaxın müddət ərzində məhkəməyə müraciət etməmişdir.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 18 mart 2024 -cü il tarixli, 2(004)-641/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ayşən Sultanova-Məmmədova )

11. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçı və cavabdehlər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 20 000 manat pulun, iddiaçı və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 25 000 ABŞ dolları pulun borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından həmin müqavilələr etibarsızdır. Bununla belə, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli qəbzlərlə təsdiq olunmuşdur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehlərə verilmişdir və bu halda cavabdehlər hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışlar.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçıdan aldıqları 20.000 manat pulu 2014-cü ilin sonuna qədər qaytarmağı öhdələrinə götürmüşlər. Eyni zamanda Cavabdeh1 iddiaçıdan aldığı 25.000 ABŞ dolları pulu 2014-cü ilin sonuna qədər qaytarmağı öhdəsinə götürmüşdür. İddia isə xx.xx.2023-cü il tarixdə qaldırılmışdır. Belə olan halda qanunla müəyyən olunmuş iki illik iddia müddəti ötmüş, cavabdehlər bu barədə yazılı ərizə verdikləri üçün iddia rədd edilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.4, 337.5, 372.2, 375.2, 386.1, 739.1, 740.2, 1091, 1092, 1095-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1-ci maddələri v ə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, mübahisəli qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, borc müqaviləsinin yazılı bağlandığını nəzərə almadığını, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3641/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə ape llyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-641/2024 saylı iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbi təmin edilməmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Məmməd Məmmədov)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının cavabdehlərə borc pul verməsinə dair müqavilələrin qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsız olması, bu səbəblə cavabdehlərin hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlandıqları, lakin iddiaçının iki illik iddia müddətini ötürməsi səbəbindən iddianın təmin edilməməli olması qənaəti ilə razılaşmamış və göstə rmişdir ki, məhkəmə tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, buna görə qətnaməni düzgün əsaslandırmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmalıdır. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyə n etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

21. İşin hallarından görünür ki, cavabdehlər xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə yazdıqları əlyazılarında iddiaçıdan pul aldıqlarını və 2014-cü ilin sonuna qədər qaytaracaqlarını bildirmişlər.

22. Bu mənada apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin məhz borc və borcu n etirafı müqavilələri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı, cavabdehlərin iddiaya etirazlarının dəlilləri kontekstində ilk növbədə iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olub-olmadığı məsələsinə qiymət verilməlidir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz”.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlil əsaslıdır və hazırki işdə iddia müddətinin axımı tərəflər arasında öhdəlik münasibətlərinin icrası müddətinin başa çatdığı 2014-cü ilin sonlarından hesablanmalıdır. Başqa sözlə, hazırkı iddia üzrə iddia müddəti 2014-cü ilin sonlarından sonra keçən 3 ilin sonunda bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsi bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 372.1, 372.2, 373.1, 373.2, 375.2, 375.1, 377.1, 385, 386.1, 390.1, 390.2, 425, 442, 739.1, 739.2, 882.1, 882.2, 1091.1, 1092.1, 1093.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətini işin faktiki halları və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər bu pulu biznes məqsədi ilə almış, qaytaracaqlarını vəd etsələr də, sonradan qaytarmaqdan imtina etmişlər. Həmin şəxslər iddiaçıdan aldıqları pul vəsaiti hesabına varlanmış və buna da müqavilə və ya hər hansı hüquqi əsas olmamış, pulu isə qəbul etmələrini polisdə aparılan araşdırma zamanı etiraf etmişlər. Bundan əlavə, cavabdehlər həmin pulu almalarına dair öz xətləri ilə qəbz də vermişlər. Bu isə onu göstərmişdir ki, cavabdehlər həmin pulu ondan almışlar və öz pulunu geri tələb etməkdə iddiaçı haqlı olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respblikasının Mülki Məcəlləsi Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən idd ia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzər də tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olar aq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kass asiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur.

34. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

35. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, borcun qaytarılması barədədir.

36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, hazırkı iddia üzrə iddia müddəti 2014-cü ilin sonlarından sonra keçən 3 ilin sonunda bitmiş, iddiaçı isə ərizə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüşdür.

37. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin ötürülməsi müəyyən edildiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.

38. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 17-26-cı bəndlərində əks edilən hüquqi dəyərləndirməsi və tətbiq etdiyi maddi və prosessual hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdə əks edilənlərdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddia tələbi, iddia müddətinin axımının başlanması və bitməsi məsələlərinə tam aydınlıq gətirmişdir.

39. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olu nmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

40. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edən apellyasiya instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı nəticəyə gəlm işdir.

41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001ci il tarixli Qərarı).

42. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, iddiaçı şikayətində cavabdehlərin həmin pulu almalarının onların verdikləri qəbzlə və polisdə verdiyi izahatlarla təsdiq edilməsinə istinad etmişdir. Halbuki bu dəlillərin iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə hər hansı bağlılığı yoxdur. Çünki iddia sübut edilməməsinə görə yox, iddia müddətinin ötürülməməsinə görə rədd edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3641/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar