Məhkəmə qərarları › İş №2(102)-3390/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3390/2020

05.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3390/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(039)-962/2019, hakim G.İ.Cavadova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilmiş, iddiaçının Yevlax şəhəri, Yeni qəsəbə, bina 5, 7 saylı mənzilə köçürülməsi qət edilmişdir Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-118/2020, hakimlər E.Ş.Hüseynov, A.A.Mahmudov, V.İ.Məlikov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apelllyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. İşin halları: xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh2 arasında Yevlax şəhəri, Yeni qəsəbə, 5 №li yaşayış binasında yerləşən 7 saylı mənzilə dair kirayə müqaviləsi b ağlanmış və X1 ailə üzvü kimi qeyd olunmuşdur. Cavabdeh1 ilə X4 arasında xx xxxx 2009-cu il tarixdə bağlanmış nikah qeydi xx xxxx 2017ci il tarixdə pozulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçının hazıkri iddianı qaldırmağa subyektiv hüququnun olmaması nəzərər alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorlar məhkəmə kollegiyasının ic lasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehlərdən Cavabdeh1la nikahda olduğu müddətdə Ca vabdeh2 ilə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sonuncunun sahibliyinə və istifadəsinə verilmiş mənzilə köçürülməsinə dair hazırki iddianı irəli sürmüşdür. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı həmin müqavilədə kirayəçinin ailə üzvü kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsi ilə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kira yəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəç i və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Lakin sonradan onların şəxsi münasibətləri pisləşmiş və nikahları məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Yevlax şəhəri, Yeni qəsəbə, 5 №li yaşayış binasında yerləşən 7 saylı mənzil xx.xx.2012-ci il tarixli, 247 №li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında, yəni tərəflərin nikahda olduqları dövrdə Cavabdeh2 və onun ailə üzvlərinə sahibliyinə və istifadəsinə verilmişdir. Həmin müqavilədə iddiaçı kirayəçinin ailə üzvü kimi qeyd olunmuşlar. Deməli, iddiaçı mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mübahisəli yaşayış sahəsində kirayəçi ilə bərabər hüquq və vəzifələr əldə etmişdir. İddiaçı ailə münasibətlərinə xitam verildiyi üçün mənzildən çıxarıldığına istinad edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.4-cü maddəsinin tələblərinə görə sosial kirayə müqaviləsinə daxil olan şəxs yaşayış sahəsi kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin şəxs özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar