Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3390/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X1 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər:məhkəmə aidiyyatının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-218/2021 nömrəli iş üzrə 01 ma rt 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları JN-2287 seriyalı KOD 30320018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə ünvan kənd sakini İddiaçı mülkiyyətinə 0,43 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi torpaq sahəsi verilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən satıcı qismində X1 ünvan kəndində yerləşən 23,42 ha olan torpaq sahəsini alıcı qismində olan Cavabdeh mülkiyyətinə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 14 m ay 2008-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan kəndində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan kəndində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 14 may 2008-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, JN-2287 seriyalı, KOD 30320018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ünvan kəndində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01 noyabr 1997-ci il tarixdə Aqrar İslahat Komissiyasının qərarı ilə işlədiyi sovxozdan ona 0,43 ha torpaq sahəsi verilmişdir. 2001-ci ildə həmin torpaq sahəsi üçün dövlət aktı almış, 2006-cı ildə isə torpaq sahəsi ona təhvil verilmişdir. Yaşlı və xəstə olduğundan, həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. 2014-cü ildə torpaq sahəsinə dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin ona məxsus torpaq sahəsi üçün başqa şəxsə çıxarış verildiyi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı ərazi idarəs inin 15.11.2014-cü il tarixli **********4 saylı məktubunda qeyd edilmişdir, İddiaçı məxsus 43 sot torpaq sahəsinə digər şəxsin adına dövlət Reyestrindən çıxarış verilmişdir. Bununla əlaqədar torpağın kimlər tərəfindən mənimsənildiyini müəyyənləşdirmək məqsədi ilə Quba rayon Prokurorluğuna şikayət ərizəsi verilmişdir. Quba rayon Prokurorluğuna vermiş olduğu şikayət araşdırılması üçün Quba RPŞ-nə göndərilmişdir. Quba RPŞ-nin 07 avqust 2015-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarda ona mübahisəli torpaq sahəsi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 iyul 2016-cı il tarixli mütəxəssis rəyindən qeyd olunur ki, mübahisəli torpaq sahəsinin y erləşdiyi ərazidə yerquruluşu xaritəsinə əsasən GRS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Araşdırılmanın nəticəsi olaraq İddiaçı JN-2287 seriyalı, KOD 30320018 olan Torpaga mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 0,43 ha torpaq sahəsinin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MH seriyalı, ******* saylı çıxarışla verilmiş 5 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Quba Rayon Məhkəməsinin (hakim Fərid Yaqubov) 26 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə iddiaçının mülkiyyətində 0,43 ha kənd təsərrüfat məhsulları istehsalı məqsədli torpaq sahəsı verilmişdir. J N 2287 seriyalı, KOD 30320018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinə dair digər şəxs olan, hazırkı iş uzrə Cavabdeh adına əmlakın Dövlət reyestrındən MH seriyalı 001760 nömrəli, 17 may 2008-ci il tarixli çıxarış verilmişdir. İddiaçı ilə Cavabdeh arasında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı bir əqd bağlanmamış və iddiaçı həmin torpaq sahəsi ilə bağlı digər şəxslərə hər hansı bir hərəkətlərin edilməsini etibar etməmişdir. Eyni zamanda mübahisəli torpaq sahəsi də daxil olmaqla hazırki iş üzrə digər cavabdeh Svetlana Salahova alqı-satqı müqavilələri ilə ümumilikdə 23,42 ha torpaq sahəsini Cavabdeh mülkiyyətinə vermiş və sonuncu daşınmaz əmlakın dövlət reyestrindən 5,0 ha torpaq sahəsinin qeydə alınmasına dair çıxarış almış və hazırda mütəxəssis rəyi ilə iddiaçıya məxsus olan 0,43 ha torpaq sahəsinin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən MH seriyalı, ******* saylı çıxarışla verilmiş 5 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 149.2-ci maddəsinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 2.1, 2.3, 2.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 5, 55 və 84-cü, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsind ə icraat Məhkəmə Ekspertiza Mərkəzinin 18.01.2021-ci il tarixli 10/2612 № li ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı JN2287 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən verilmiş 0,43 ha torpaq sahəsinə DƏDRX tərəfindən 18.04.2017-ci il tarixli **********21 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh 5 də torpaq sahəsinə DƏDRX tərəfindən MH 001760 saylı çıxarış ləğv olunmuşdur. İddiaçı 0,43 ha torpaq sahəsinə DƏDRX tərəfindən 18.04.2017-ci il tarixli **********21 reyestr nömrəli çıxarış heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. İddiaçı mülkiyyətində olan torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir və istifadə olunan torpaq sahəsi şərq istiqamətindədir. İstifadə edilən torpaq sahəsində Cavabdeh tərəfindən tikililər inşa edilməmişdir la kin, dəmir tor ilə çəpərə alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) 01 mart 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia üzrə icraata xitam verilmiş, iddiaçıya həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ləğv olunmasını tələb etdiyi qeydiyyat vəsiqəsinin əsasını Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin 26 aprel 2008-ci il tarixli AN-1 ******* saylı qərarı təşkil edir. Tələb həmin qərarın və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsindən sonra əmlak barədə hüquqlar nəticəsini tapa bil ər. Həmin qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsidir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Apellyasiya instansiya sı məhkəməsi dəfələrlə məhkəmə iclasları keçirməklə sonda mülki iş üzrə ekspertiza təyin etmişdir. Ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı qanuni əsaslarla haqlı olduğu və onun torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilməsi, yəni İddiaçı məxsus 0,43 ha torpaq sahəsini öz torpaqlarına qatması müəyyən edilmişdir. Hakim ekspertizanın rəyi ilə tanış olduqdan sonra mülki işin icraatına xitam verərək İddiaçı yenidən, yəni 5 ildən sonra İnzibati məhkəməyə müraciət etməsi hüququnu izah etməklə kifayətlənmişdir. Qərardad əsassız olaraq iddiaçının mülkiyyət hüquqlarını pozmaqla çıxarılmış və bununla da iddiaçının Konstitusiya ilə müdafıə olunan mülkiyyət hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışd ır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Aidiyyət qaydalarının pozulmasına yol verilmir. (maddə 31.1) Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2) Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416) Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ləğv olunmasını tələb etdiyi qeydiyyat vəsiqəsinin əsasını Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin 26 aprel 2008-ci il tarixli AN-10132938 saylı qərarı təşkil edir. Həmin qərarın və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsindən sonra əmlak barədə hüquqlar nəticəsini tapa bilər. İddia tələbindən göründüyü kimi iddiaçı ünvan kəndində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqınd a daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli, 14 may 2008-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsini və JN-2287 seriyalı, KOD 30320018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ünvan kəndində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq ona geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinə və işdə olan sənədlərə düzgün qiymət verməyərək iddiaçının ləğvini tələb etdiyi qeydiyyat vəsiqəsinin əsasında Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin 26 aprel 2008-ci il tarixli AN-1 ******* saylı qərarının olmasını göstərmişdir. Əvvəla iddiaçı qeydiyyat vəsiqəsini deyil, cavabdehin adına Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli, 14 may 2008-ci il tarixli çıxarışı mübahisələndirir. Digər tərəfdən iddiaçı həmin çıxarışın ləğvini deyil, etibarsızlığını mübahisələndirir. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin 26 aprel 2008-ci il tarixli AN-10132938 saylı qərarının nə olması, həmin qərarın hansı orqan tərəfindən verilməsi məlum deyildir. İddiaçı cavabdehin adına verilmiş 14 may 2008-ci il qeydiyyat tarixli çıxarışı mübahisələndirir və həmin çıxarışını verilməsinə əsas da qərar deyil, daşınmaz əmlakın alğı-satqısı barədə müqavilə olmuşdur. Həmin alğı-satqı müqaviləsi isə iş üzrə cavabdeh olan fiziki şəxslər Cavabdeh ilə Svetlana Salahova arasında bağlanmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Baxılan işdə nə mübahisə tərəflərinin hüquqi vəziyyəti, nədə ki tərəflər arasındakı mübahisənin predmeti ümumi (publik) hüququn nizamasalma predmetinə aid deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Hazırki işdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirməmiş, fiziki şəxslər arasında bağlanmış alğı-satqı müqaviləsinin nəticəsinə dair Çıxarış verərək xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etmişdir. Ona görə də, tələbin həmin orqana qarşı da yönəldilməsi mübahisənin ümumi (publik) hüquq mübahisəsi olması anlamına gəlmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.05.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Apellyasiya instansiyası məhkəməsi işin inzibati məhkəməyə aidliyi barədə gəldiyi nəticəni əsaslandırmayaraq prosessual hüquq normaların tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. MPM-yin 418.4 və 418.4.9-cü maddələrinə görə, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsini n qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Bundan başqa MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Normanın tələbi həmçinin məhkəmə aktı olan qərardada aid edilir. Lakin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edən zaman MPM-in 25-ci maddəsinin əvvəlki redaksiyada olan mətninə istinad etmişdir. Həmin normaya 9 iyul 2019-cu il tarixli 1633-VQD nömrəli qanunla dəyişiklik edilmiş və maddənin mətni yeni redaksiyada verilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə maddənin qüvvədən düşmüş mətninə istinad edərək MPM-ybn 217.2-ci maddəsinin tələbini pozmuşd ur. MPM-yin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-yin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, vəhkəmə rollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-218/2021 nömrəli iş üzrə 01 mart 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3390/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3390/2021
31.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver