Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3390/2024 10.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-3390/2024 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) 11 sentyabr 2024-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2959/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə sindən iddiaçı Cabbarova (Eminova) Aydan Maarif qızı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, övladları X2 və X1 ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli (hakim Ş.Ə. Süleymanova) qətnaməsi ilə, iddianın təmin olunması qət edilmişdir.
3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 25 dekabr 2023-cü il tarixdə qəbul edilmiş e-2(009)-1983/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Həmçinin maraqlı şəxs Şahid şikayət verərək birinci instansiya məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(009)-1983/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat:
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2959/2024 nömrəli mülki iş üzrə 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş. Talışınski (sədrlik edən və məruzəçi), A.N. İmanov, M.A. Məmmədov) Cavabdeh və maraqlı şəxs Şahid apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(009)-1983/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
6. Qətnamədən narazı qalan iddiaçı Eminova (Cabbarova) Aydan Maarif qızı ( vəkili Vəkil3 Hafız oğlu) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 2(103)2959/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
7. Maddə 402.1 mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsind ə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
8. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
9. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
10. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun:
12. Maddə 8.2 qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə100 manat dövlət rüsumu tutulmalıdır.
13. Maddə 8.6 apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci v ə 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.
14. Həmin Qanunun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
15. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməs inə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinin pozuntusuyla verilmişdir. Belə ki, kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddia qiymətləndirilməyən iddiadır, iddiaçı kassasiya şikayətinə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə edilməmişdir. Belə ki, kassasiya şikayətindən məlum olur ki, iddiaçı Eminova (Cabbarova) Aydan Maarif qızı tərəfindən kassasiya şikayəti verilməsi üçün 25 manat (AZN) dövlət rüsumu ödəmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddia qiymətləndirilməyən iddia olduğuna görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 8.6-cı maddəsinin tələblərinə müvafiq olaraq 50 manat dövlət rüsumu ödənilməli idi.Belə ki, həmin maddələrin tələbinə uyğun olaraq qiymətləndirilməyən iddialar üzrə birinci instansiya məhkəməsinə müraciət olunarkən 100 manat dövlət rüsumu ödənilməlidir.Kasassasiya şikayəti verilərkən isə həmin məbləğin 50 faizi məbləğində, yəni 50 manat dövlət rüsumu ödənilməlidir. Lakin hazırki kassasiya şikayəti ilə bağlı 25 manat dövlət rüsumu ödənilmişdir.
19. Beləliklə, kassator Azərbaycan Respublikasının MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl etməmişdir.
20. Şər h edilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 409cu maddəsinin tələbinə zidd olaraq kassasiya şikayətini iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq pros essual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2959/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı Eminova (Cabbarova) Aydan Maarif qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.