Məhkəmə qərarları › İş №2(102)-3391/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3391/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3391/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə öhdəlik münasibətlərinə xitam verilməsi və nəqliyyat vasitəsinin yüklülükdən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsas öhdəlik üzrə iddia müddəti keçdikdən sonra ipoteka predmetinin yüklülükdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(103)1151/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 24 dekabr 2010-cu il tarixli kredit müqaviləsi ilə QSC “Bank Standard” KB tərəfindən İddiaçı 60 ay müddətində, illik 18 faiz ödəmək şərti ilə 15042,00 manat məbləğində kredit verilmiş, kredit müqaviləsindən borcalanın öhdəliklərinin təminatı olaraq eyni tarixli müqavilə ilə İddiaçı mülkiyyətində olan “Skoda Fabia” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ipoteka ilə yüklü edilmişdir.

2. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini vaxtında yerinə yetirilmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank iddia il ə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ilə Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin iddiası iddia müddətinin keçməsinə əsası ilə rədd edilmiş, həmin qətnamə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 24 dekabr 2010-cu il tarixli, 1xx/xx/2077/10 nömrəli kredit müqaviləsi və 24 dekabr 2010-cu il tarixli, xx/xx/2077/10 saylı ipoteka müqaviləsinin iddia müddətinin keçməsi ilə əlaqədar ümidsiz borc kimi qeydə alınaraq silinməsi, cavabdehə qarşı öhdəlik münasibətlərinə xitam verilməsi və “Skoda Fabia” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad olunmasının cavabdehlər QSC “Bank Standard” Kommersiya Bankına və Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia belə əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qərarından sonra Ləğv prosesində olan QSC “Bank Standard” KB-yə yazılı məktubla müraciət edərək, aralarında bağlanmış 24 dekabr 2010-cu il tarixli, 1xx/xx/2077/10 nömrəli kredit müqaviləsi əsas bo rcun, faizin və cərimə borcun ödənilməsi və həmin məbləğin “Skoda Fabia” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi qeyrimümkün olduğundan, ümidsiz borc kimi qeydə alınaraq, silinməsi, kredit borcun Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində Mərkəzləşdirilmiş Reyestr Xidmətində silinərək qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan QSC “Bank Standard” KB 29 mart 2022-ci il tarixli məktubla borcun silmək mümkün olmadığını bildirmişdir. “Skoda Fabia” markalı, **KE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı istifadəsində deyil, 2015-ci il tarixdə Bankın əməkdaşları maşını ondan məcburən tutub almışlar.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(009)-2089/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüst əmli) iddia təmin edilməmişdir. 6. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 fevral 2022-ci il tarixli qərarına istinad edən birinci instansiyası məhkəməsi hesab etmişdir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Belə ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda, əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(009)-2089/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(103)1151/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və Q.A.Əsgərovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(009)-2089/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, İddiaçı ilə QSC “Bank Standard” Kommersiya Bankı arasında bağlanmış 24 dekabr 2010-cu il tarixli, 1xx/xx/2077/10 nömrəli kredit müqaviləsi və 24 dekabr 2010-cu il tarixli, xx/xx/2077/10 saylı ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi və “Skoda Fabia” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad olunmasının cavabdehlərə həvalə edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı tələb üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə bankın (onun xələfinin) tələbi rədd edildiyindən, sonuncunun borcun qaytarılması və sair tələbləri üzrə iddiaçının öhdəliklərinin yerinə yetirilməməsi əsasından irəli gələnləri eyni əsasla iddia verməsi istisna edildiyindən, habelə tərəflər arasında müqavilələrin qüvvəsi və onlardan irəli gələrək şəxsin bank qarşısında öhdəlikləri (onların icra edilməsi) istisna edilir. Beləliklə, əsas öhdəliyə (kredit müqaviləsinə) xitam verildiyindən, ipoteka müqaviləsinə də (ipotekaya da) xitam verilmiş sayılır.

10. Qeyd edilən tələbin təmin edilən hissəsi həmin borc üzrə qeydiyyatların ləğvi üçün əsas olduğundan iddia müddətinin keçməsi ilə əlaqədar ümidsiz borc kimi qeydə alınaraq silinməsi əsası isə bu hissədə iddianın təmin edilməsinə əsaslar olmadığından təmin edilməməlidir. Belə ki, iddia müddətinin keçməsi ilə əlaqədar iddiaçıya qarşı tələb rədd edildiyindən, hazırkı işdə tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməz, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə müzakirələr aparıla bilməz, habelə öhdəliklərə xitam ver ilməsi borc üzrə qeydiyyatların silinməsi üçün əsasdır. Bununla belə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.7.9-cu maddəsinə əsasən bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) səlahiyyətlərini ləğvedici həyata keçirdiyindən ümidsiz borcların silinməsi istinad edilən qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilməli olduğundan hazırkı icraat daxilində məhkəmə tərəfindən bu vəzifələrin icrasının həvalə edilməsi yolverilməzdir, bu vəzifələrin icra edilməməsi iddiaçının yeni tələblə (əsaslarla) məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıra bilməz.

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllə sinin 269.1, 269.5, 294.1, 294.2, 421.3, 424.2, 424.3, 556.1, 556.2-ci, “İpoteka haqqında” Qanunun 48.1.2, 48.1.5, Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

12. Cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(103)1151/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1, 554.3-cü, “İpoteka haqqında” Qanunun 48.1.2-ci, Mülki Prosessual Məcəllə nin 88, 217-i maddələrinə zidd olmuşdur. Belə ki, iddiaçının 24 dekabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş borcu mövcuddur, öhdəliyinə xitam verilməmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin bitmə tarixindən 7 il sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən kredit müqaviləsinin şərtləri 10 il ərzində qüvvədədir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borc məhkəmə qaydasında tələb oluna bilməsə də, faktiki olaraq borc öhdəliyi mövcud olduğuna görə ipoteka müqaviləsi üzrə öhdəliklərə də xitam verilə bilməz. Həmçinin məhkəmə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqə li şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almamışdır.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübu tlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirilmədiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən giro v və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticə sində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatl arı ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellya siya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiy yətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

22. Belə ki, iddia tələbinin əsasında bu hal qoyulmuşdur ki, bankın hazırki iddia üzrə iddia çıya qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi məhkəmə tərəfindən rədd olunmuş və həmin qətnamə qüvvəyə minmişdir.

23. İddianı təmin edən apellyasiya məhkəməsi də mövqeyini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş qətnamə ilə bankın iddiaçıya qarşı tələbi rədd edildiyindən, bankın eyni əsasla iddia verməsi istisna edildiyindən, əsas öhdəliyə (kredit müqaviləsinə) xitam verildiyindən, ipoteka müqaviləsinə də (ipotekaya da) xitam verilmiş sayılır.

24. Gəlinən nəticə ilə razılaşmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia borcalanın bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddia verməsi əsası ilə rədd olunmuşdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti tətbiq edilərək, iddia rədd olunduqda borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

26. Belə ki, öhdəliyə xitam verilməsi əsasları Azərbaycan Respublikası MM-in 527.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Həmin maddədə isə iddia müddətinin keçməsi və ya qeyd olunan əsasla iddianın rədd edilməsi öhdəliyə xitam verilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyil dir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.

28. Konstitusiya Məhkəməsi qeyd olunan qərarında həmçinin göstərmişdir ki,... əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipotek a üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.

29. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun müddətin keçməsinə görə öhdəliyin və həmin öhdəliyin təminatı olan girovun (ipotekanın) xitamına dair hüquqi mövqeyini nəzərə almamış, iddianı mübahisələndirilən hissədə təmin edərkən maddi hüquq normalarını səhv təfsir etmişdir. Belə ki, iddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmadığından və ipoteka hüququ müddətsiz xarakter daşıdığından, iddia əsassız olmuşdur.

31. Odur ki, qətnamə iddianın təmin olunan hissəsində ləğv edilməli və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(103)-1151/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilsin v ə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı cavabdehlər Ləğv prosesində olan QSC “Bank Standard” KB-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “24 dekabr 2010-cu il tarixli, 1xx/xx/2077/10 nömrəli kredit müqaviləsi və 24 dekabr 2010-cu il tarixli, xx/xx/2077/10 nömrəli ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, habelə “Skoda Fabia” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad olunmasının cavabdehlərə həvalə edilməsi” tələblərinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar