Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3391/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi nəticəsində ziyan tələbi, əldən çıxmış fayda, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2025-ci il tarixli, 2(103)521/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 05 dekabr 2012-ci il tarixli müqavilə ilə İddiaçı 300.000 manat məbləğində pul vəsaitini Cavabdeh borc vermişdir. Sonuncu pul vəsaitini qəbul etməklə, 05 iyun 2014-cü il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri 6 saylı notariat kontorunun notariusunun 04 iyul 2014-cü il tarixli icra qeydi ilə 05 iyun 2012-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı xeyrinə 300.000 manat pul tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8 il üzrə illik bank faizi o laraq 186.000 manat (300.000 x 7,75% x 8 = 186.000), 8 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 116,8% təşkil etdiyini nəzərə alaraq 350.400 manat (300.000 x 116,8% = 350.400) və ödənilmiş 826,4 manat dövlət rüsumunun, ümumilikdə 537.226,4 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu tərəfindən verilmiş 04 iyul 2014-cü il tarixli icra qeydinə əsasən cavabdeh 300.000 manat məbləğində pul vəsaitini iddiaçının xeyrinə ödəməlidir. Cavabdeh 05 dekabr 2012-ci il tarixli borc müqaviləsi üzrə verilmiş 04 iyul 2014-cü il tarixli icra qeydini qərəzli olaraq icra etməkdən yayınmış və onun tələbkara 290.000 mana t məbləğində borcu vardır. 25 oktyabr 2022-ci il tarixində borclu barəsində icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. Cavabdeh icra qeydini qərəzli olaraq icra etməkdən (pulu ödəməkdən) yayındığından, iddiaçıya maddi ziyan vurmuşdur.
5. Cavabdehin nümayəndəsi Vəkil2 iddiaya etiraz verərək qeyd etmişdir ki, iddiaçı eyni tələblə hələ 2019-cu ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tə ləbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmiş, cavabdehdən məhkəmə xərcləri qismində iddiaçının çəkdiyi məsrəflər tutulmuşdur. Yəni göründüyü kimi, iddiaçı hazırkı tələblə artıq 2019-cu ildə məhkəməyə müraciət etmiş, qanuni qüvvəsini almış qətnamə mövcuddur.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(011)4519/2024 nömrəli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir.
7. Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin borcdan faydalanması halların mövcud olması məhkəmə araşdırılması zamanı sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə əsassızdır və təmin edilm əməlidir.
8. İddia tələbinin inflyasiya göstəricilərini nəzərə alaraq 8 il üçün 350.400 manat məbləğində pul vəsaiti ödənilməsi hissəsinə münasibətdə qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən, pul məbləğlərinin müvafiq indeksasiyası yalnız məhkəmə qətnaməsi əsasında tutulmalı olan pulun icra mərhələsində həyata keçirilir. Odur ki, məhkəmə hesab etmişdir ki, tələb notariusun icra qeydinə əsaslandığından, qeyd edilmiş iddia tələbi təmin edilməməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 449.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 14.2, 77.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyun 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 289.680 manat məbləğində borcun qaytarılmasının 8 il ərzində, yəni 04 iyul 2014-cü ildən 04 iyul 2022-ci ilədək olan müddətdə qaytarılmasının gecikdirilməsinə görə, Azərbaycan Respublikası Mərkəzi Bankının 04 iyul 2022-ci il tarixi (iddiaçının istinad etdiyi 8 illik müddə tin son günü) üçün müəyyən etdiyi bank uçot dərəcəsinə əsasən hesablanmış faizin məbləği 191.365,83 manat təşkil edir. Həmin pulun qaytarılmasının gecikdirilməsinə görə, Azərbaycan Respublikası Mərkəzi Bankının 18 aprel 2024-cü il tarixi (iddia ərizəsinin verildiyi gün) üçün müəyyən etdiyi bank uçot dərəcəsinə əsasən hesablanmış faizin məbləği 234.560,33 manat təşkil edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında olan məlumatlarında 2022-ci ildə iyul ayında 2014-cü ilin iyul ayına nisbətən istehlak qiymətləri indeksi 173,7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 73,7 faiz artması müəyyənləşdirilmişdir. 289.680 manat məbləğində borcun qaytarılmasının 8 il ərzində, yəni 04 iyul 2014-cü ildən 04 iyul 2022-ci ilədək olan müddətdə qaytarılmasının g ecikdirilməsinə görə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksi haqqında rəsmi məlumatına əsasən 04 iyul 2014-cü ildən 04 iyul 2022-ci ilədək olan müddətdə bas vermiş inflyasiya (pulun alıcılıq qabiliyyətinin azalması) nəticəsində hesablanmış cari dəyəri (ekvivalent) 503.174,16 manat məbləğində təşkil edir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2025-ci il tarixli, 2(103)-521/2025 nömrəli qətnaməsi ilə (hakim N.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(011)-4519/2024 nömrəli qətnaməsi qismən - inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin azalmasına görə zərərin əvəzi kimi 350.400 ma nat tutulması barədə tələbin təmin edilməməsinə aid hissədə ləğv edilməsi, həmin tələbin qismən təmin edilməsi, 289.680 manat məbləğində pulun 8 il ərzində, yəni 04 iyul 2014-cü ildən 04 iyul 2022-ci ilədək olan müddətdə qaytarılmasının gecikdirilməsinə görə, baş vermiş inflyasiya nəticəsində vurulmuş zərərin əvəzi kimi 213.494,16 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, həmin tələbin qalan hissəsinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 493,36 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, icra qeydinə əsasən tutulmalı olan pul məbləğinin ödənilməsinin 8 il ərzində gecikdirilməsinə görə cavabdehdən göstərilən məbləğdə pul tutulsun: 1) 8 il üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faiz kimi 186.000 manat; 2) 8 il ərzində inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin azalmasına görə zərərin əvəzi kimi 350.400 manat. İddiaçı 186.000 manat və 350.400 manat məbləğində pulu 300.000 manat borcun qalan hissəsinin - 289.680 manatın 8 il ərzində qaytarılmasının gecikdirilməsinə görə tələb edir, habelə “8 il” deyildikdə, notariusun icra qeydinin verildiyi 04 iyul 2014-cü ildən 04 iyul 2022-ci ilədək olan müddəti nəzərdə tutur.
14. Apellyasiya instansiyası məhkəməsi birinci tələb üzrə qeyd etmişdir ki, iddiaçı bank uçot dərəcəsinə əsasən hesablanmış faiz kimi 18 6.000 manat tələb etsə də, faizin məbləği bundan çoxdur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2025-ci il tarixli ekspert rəyinə görə, 289.680 manat borcun 8 il ərzində, yəni 04 iyul 2014-cü ildən 04 iyul 2022-ci ilədək olan müddətdə qaytarılmasının gecikdirilməsinə görə, Azərbaycan Respublikası Mərkəzi Bankının 04 iyul 2022-ci il tarixi (iddiaçının istinad etdiyi 8 illik müddətin son günü) üçün müəyyən etdiyi bank uçot dərəcəsinə əsasən hesablanmış faizin məbləği 191.365,83 manat təşkil edir.
15. Həmin tələbin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 449.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 02 iyul 2009-cu il tarixli qərarına əsaslanan apellya siya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının pulundan faydalanadığı sübut olunmur. Ona görə də, birinci instansiya məhkəməsi həmin tələbi təmin etməməklə düzgün nəticəyə gəlib, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Apellyasiya instansiyası məhkəməsi ikinci tələb üzrə qeyd etmişdir ki, iddiaçı 289.680 manat məbləğində pulun 8 il ərzində, yəni notariusun icra qeydinin verildiyi 04 iyul 2014-cü ildən 04 iyul 2022-ci ilədək olan müddətdə inflyasiya nəticəsində alıcılıq qabiliyyətinin azalmasına görə zərərin əvəzi kimi 350.400 manat tələb etsə də, zərərin məbləği 213.494,16 manat təşkil edir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2025-ci il tarixli ekspert rəyinə görə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az sayt ında olan məlumatlarda 2022-ci ilin iyul ayında 2014-cü ilin iyul ayına nisbətən istehlak qiymətləri indeksi 173,7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsinin 73,7 faiz artması müəyyənləşdirilmişdir. 289.680 manat məbləğində pulun qaytarılmasının 8 il ərzində, yəni 04 iyul 2014-cü ildən 04 iyul 2022-ci ilədək olan müddətdə qaytarılmasının gecikdirilməsinə görə, Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksi haqqında rəsmi məlumatına əsasən 04 iyul 2014-cü ildən 04 iyul 2022-ci ilədək olan müddətdə baş vermiş inflyasiya (pulun alıcılıq qabiliyyətinin azalması) nəticəsində hesablanmış cari dəyəri (ekvivalenti) 503.174,16 manat təşkil edir. Ekspert rəyində göstərilən 503.174,16 manatdan icrası gecikdirilmiş 289.680 manat çıxıldıqda, qalan məbləğ 213.494,16 manat təşkil edir. 1
7. Həmin tələbin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 21-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 1-ci, 2-ci və 3-cü hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 aprel 2025-ci il tarixli qərarına əsaslanan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.
18. Cavabdehin iddiaya etirazın dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh tərəfin iki dəlili var: birinci, eyni məbləğin ödənilməsinin gecikdirilməsinə görə pul tutulması barədə iddiaçının tələbi bundan əvvəl başqa mülki iş üzrə qəbul olunmuş qətnamə ilə rədd olunub; ikinci, ekspertiza təyin edilərkən borcun ödənilmiş hissəsinin məbləği məhkəmə tərəfindən düzgün qeyd olunmayıb.
19. Cavabdehin birinci dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, həqiqətən də iddiaçı bundan əvvəl başqa mülki işdə cavabdehə qarşı iddia vermiş, həmin işdə də eyni pulun qaytarılmasının gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Bu iddia Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməyib. Hazırkı iddia eyni əsas üzrə ikinci iddia hesab olunmur. Çünki, əvvəlki mülki işdə maddi zərər tələbi inflyasiya ilə əsaslandırılmayıb, tələb onunla əsaslandırılıb ki, iddiaçı pulu cavabdehə verərkən 1 ABŞ dolları 0,78 manata bərabər idi, hazırda isə 1,73 manata bərabərdir. Hazırkı tələb isə inflyasiya ilə əsas landırılıb.
20. Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, apellyasiya icraatı zamanı 25 iyul 2025-ci ildə keçirilmiş iclasda (sonuncu iclasda) cavabdehin nümayəndəsi məhkəməyə - Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən cavabdehə ünvanlanmış 29 may 2025-ci il tarixli xx/xx-29399 nömrəli məktubu təqdim etmişdir. Həmin məktuba görə, icra sənədi üzrə borcludan tələbkarın xeyrinə 11.537 manat tutulub. Cavabdehin nümayəndəsi bu məktuba istinad edərək hesab edir ki, ekspertin qarşısında məhkəmə tərəfindən yanlış sual qoyulub, yəni borcun 10.320 manat hissəsinin ödənildiyi qeyd olunub, bunun nəticəsində isə ekspert səhv rəy verib. Bu dəlil əsassızdır. Birinci, həmin məktubun tarixi (29 may 2025) ekspertiza təyin edilməsi barədə qərardadın tarixindən (23 may 2025) sonray a aiddir. İkinci, həmin məktub ekspert rəyinin verildiyi 10 iyun 2025-ci ildən 45 gün sonra - 25 iyul 2025-ci ildə məhkəməyə təqdim olunub. Üçüncü, ekspertiza təyin edilməsi barədə qərardadda hesablama dövrünün sonu 04 iyul 2022-ci il kimi qeyd olunub, cavabdehin nümayəndəsinin təqdim etdiyi məktubun tarixi isə 2 il 10 ay sonraya – 29 may 2025-ci il tarixinə aiddir və həmin məktubda borcun hansı tarixdə ödənildiyi qeyd olunmayıb. Ona görə də hesab olunur ki, borclu (cavabdeh) hesablama dövrünün sonuna - 04 iyul 2022-ci ilədək borcun 10.320 manat hissəsini ödəyib, qalan məbləğ 289.680 manat (300.000 manat – 10.320 manat = 289.680 manat) təşkil etdiyinə görə, ekspertiza həmin məbləğə əsasən keçirilib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. İddiaçı kassasiya şikayəti verərək, Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2025-ci il tarixli, 2(103)-521/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 152.3, 449-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77 və 217-ci maddələrinin tələbləri pozulmuşdur.
23. Belə ki, cavabdehin iddiaçının pulundan faydalanması açıq aşkardır. Cavabdeh həmin pul vəsaitindən faydalanaraq öz istəklərinə uyğun xərcləmiş (daşınar və daşınmaz əmlaklar əldə etmiş, daha sonra satmışdır). İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması nəticəsində iddiaçıya maddi ziyan dəyməsi açıq aşkardır. Bunun üçün əlavə sübuta ehtiyac belə yoxdur. İddiaçı xüsusi biliyə malik olan şəxs olmadığından hesablamalar da yanlışlıq ola bilər. Bu isə iddianın əsassız olmasına əsas ola bilməz. Məhkəmə təqdim olunmuş sübutlara deyil özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən iddiasına dair mötəbər sübutlar təqdim olunduğu halda hüquqi qiymət verilməmişdir. İddiaçının cavabdehə 300.000 manat pul vəsaiti verməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmaması ilə bağlı icra sənədinin icrasından yayındığı işin mübahisəsiz halıdır. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir.
24. Həmçinin Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hi ssəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı, Mülki Məcəllənin 21.2, 385, 442, 443.7, 445.2, 446.4, 448.2, 448.4-cü, “İcra haqqında” Qanunun 10, 66-cı, Mülki Prosessual Məcəllənin 76, 77, 88, 102.1, 103.1, 217, 218-ci maddələri, “Penitensiar müəssisələrdə həbs edilmiş şəxslərin və məhkumların qeydiyyatı işinin təşkilinə dair Təlimat”ın təsdiq edilməsi barədə Ədliyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 7 nömrəli qərarının 5.5.2-ci bəndi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ko nstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 1-ci, 2-ci və 3-cü hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 aprel 2025-ci il tarixli qərarının tələbləri pozulmuşdur.
26. Belə ki, borclunun gecikməyə görə məsuliyyəti yalnız təqsiri sübuta yetirildiyi halda yaranır. İş üzrə borclunun gecikdirmə hərəkətləri və ya qəsdən ödəməməsi sübut olunmamışdır. İcra sənədi məhkəmə qərarları əsası nda qanuni əsaslar olduğundan dayandırılmış, eyni zamanda borclu cəzaçəkmə müəssisəsində olmuş, bu müddət ərzində də tələbkarın müvafiq tələbi olmamışdır. İş materiallarında icra icraatın dayandırılması ilə bağlı qərardan həmçinin borclunun aprel 2015 - aprel 2020-ci il tarixlərində, 8 il müddətin 5 ilini cəzaçəkmə müəssisəsində olması sübut olunur. Lakin, Bakı Apellyasiya Məhkəməsi borclunun iş üzrə təqsiri və qəsdinin olmadığını nəzərə almadan tələbkarın (iddiaçının) xeyrinə qətnamə qəbul etmişdir. Cavabdeh 01 aprel 2015-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 9 saylı CÇM-də saxlanılmış və 2020-ci ilin aprel ayının 1-də cəzasının bitməsi ilə əlaqədar azad edilmişdir. İcra işi cavabdehin saxlanıldığı müə ssisəyə göndərilməli və orda icra edilməli idi. Bu müddət ərzində tələbkar bununla bağlı müraciət etməmiş, icra işi hərəkətsiz qalmışdır. Bununla yanaşı icra sənədinin verilməsinə əsas olan müqavilə üzrə məhkəmə mübahisələri olmuş və bu səbəbdən qanuni əsaslarla məhkəmə qərardadları ilə icra icraatı dayandırılmışdır. Məhkəmə ekspertizasının aparılması zamanı hesablamaya əsas götürülən borc məbləği (289.680 manat) keçmiş və natamam məlumatlara əsaslanmışdır. Sonradan borclu tərəfindən təqdim olunan 29 may 2025-ci il tarixli rəsmi məktub öhdəlik üzrə 11.537 manatının ödənildiyini təsdiqləyir. Sözügedən məktubun ekspertizadan sonra əldə edilməsi, icra icraatı dövrünə aid olması, ekspertizanın əsas götürdüyü məbləği dəyişməsi sözügedən məktubu Mülki Prosessual Məcəllənin tələblərinə əsasən əhə miyyətli yeni sübut edir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən sözügedən maddi hüquq normalarının kobud prosessual pozuntularına yol verilmişdir. Faiz tələbinin rədd olunması düzgün qiymətləndirilsə də, inflyasiya tələbi üzrə ekspertiza qeyri-dəqiq və qərəzlidir. Borcun ödənilmiş hissəsi (11.537 manat) nəzərə alınmayıb. Ekspertiza qərarından sonra yeni sübutlar təqdim olunmuşdur. Ekspertiza nəticələri məhkəmə tərəfindən əsassız olaraq qəbul edilib, onun hüquqi əsasları, sorğunun düzgün formalaşdırılıb-formalaşdırılmadığı qiymətləndirilməmişdir. Ümumiyyətlə cavabdeh tərəfindən təqdim edilmiş dəlillər araşdırılmamış, ona hüquqi qiymət verilməmişdir. Məhkəmə əvvəlki mübahisənin (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il) fərqli əsasla irəli sürüldüyünü qeyd etsə də, yeni idd ianın eyni borca dair olması nəzərə alınmadan qismən təmin etmə qərarı vermişdir. Halbuki eyni borc üzrə dəfələrlə zərər tələbi irəli sürülməsi hüququn sui-istifadəsi riskini yaradır.
27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
28. İddiaçı cavabdehin kassasiya şikayətinə yazılı etiraz verərək təmin edilməməsi, iddiaçının kassasiya şikayətinin isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin mülkiyyətində olmuş daşınmaz əmlaklar alqı-satqı müqavilələrə əsasən özgəninkiləşdirilsə də, iddiaçıya olan borc qərəzli olaraq ödənilməmişdir. İddiaçı cavabdehin saxlanıldığı cəzaçəkmə müəssisəsində borcun ödənilməsi ilə bağlı dəfələrlə müraci ət etmiş, lakin borcun ödənilməsi mümkün olmamışdır. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdı rması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən qarşılıqlı olaraq iddianın təmin olunan və rədd olunan hissələrində mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli dir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesa bına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu nu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə təd qiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, məhkəmə kollegiyası nın qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh öhdəliyini vaxtında icra etmədiyindən və inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin azaldığına görə zərərin əvəzi kimi qətnamə ilə müəyyən olunan məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. İlk olaraq iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Mülki Məcəllənin 449.1-ci maddəsinin dispozisiya şərtlərinə istinad edərək hesab etmişdir ki, iddiaçının bank uçot dərəcəsi ilə faizlərin tələbinin təmin olunması üçün cavabdehin pulda n faydalanmasının sübut olunması zəruridir. Hazırkı halda isə iddiaçı belə sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim etməmişdir. 37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsi ndə göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
38. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
39. İddiaçının cavabdehin kassasiya şikayətinə istinad etdiyi, sonuncunun daşınmaz əmlaklarını alğı-satqı ilə özgəninkiləşdirilməsinə dair dəlillərinə müna sibət bildirərək kassasiya kollegiyası qeyd edir ki, bununla bağlı dəlillər və müvafiq sübutlar iddiaçı tərəfindən işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmalı idi. Kassasiya instansiyası məhkəməsinə yeni sübutların verilməsi və işin yeni faktiki hallarına istinad edilməsi yolverilməzdir.
40. İddianın digər hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və alınan rəyə uyğun olaraq iddiaçının ödəməli olduğu borcun 8 il ərzində baş vermiş pulun alıcılıq qabiliyyətinin azalması nəticəsində vurulan zərərin məbləğini müəyyən etmişdir.
41. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 aprel 2025-ci il tarixli Qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhd əliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. 3. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi barəsində verilmiş notariusun icra qeydi üzrə tutulmalı olan pul məbləği borcalan tərəfindən ödənilmədiyi təqdirdə, borcverənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhk əmə qaydasında tələb etmək hüququ vardır.
42. Cavabdehin törətdiyi cinayət əməllərinə görə cəzaçəkmə müəssisəsində cəza çəkməsi və ya icra işi üzrə icraatın dayandırılması onun öhdəliyin icra etməməsinə görə təqsirini aradan qaldırmadığından, Mülki Məcəllənin 443.1-ci maddəsinə görə bu dəlillər iddianın ikinci tələbinin rəddi üçün əsas deyildir.
43. İddiaçının eyni tələblə əvvəllər məhkəməyə müraciət etməsinə dair şikayətin dəlili həmçinin əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də göstərdiyi kimi, iddiaçının əvvəlki tələbinin əsası Azərbaycan manatının ABŞ dollarına münasibətdə dəyərinin düşməsi olmuşdur. Hazırda qismən təmin olunan tələbin əsasını isə ölkədə inflyasiyanın baş verməsi təşkil etmişdir.
44. İş üzrə keçirilmiş ekspertizanın rəyinin düz olmamasına dair ca vabdehin dəlili qəbul edilə bilməz. Bu səbəbdən ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
45. Cavabdeh ekspertin gəldiyi nəticənin düzgün olmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu təqdim etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə alınmış ekspertiza rəylərini iddianın qismən təmini üçün mötəbər sübut kimi qiymətləndirməklə, Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmamasına dair hər iki kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir.
47. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iy ul 2025-ci il tarixli, 2(103)521/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.