Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3392/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) xx.xx.2019-cu il tarixli, 2(024)-xxx/2019 nömrəli qətnaməs i ilə İddiaçı Cavabdeh qarşı “onun qanuni mülkiyyətində olan Qax rayonu Qum kəndində yerləşən evdən cavabdehin əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair ilk iddiasının təmin edilməsi, Cavabdeh məxsus əşyaların İddiaçı qanuni mülkiyyətində olan Qax rayonu Qum kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddiaçı Cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “AR ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov, Ə.Məcidov, M.Əsədli) xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(024)-xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh məxsus olan əşyaların – yəni servant, taxt, şkaf (şifoner), divan, güzgü, stol, 6 ədəd stul və sandığın İddiaçı məxsus olan Qax rayonunun Qum kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020- ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “onun qanuni mülkiyyətində olan Qax rayonu Qum kəndində yerləşən evdən cavabdehin əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətlərində olan Qax rayonu Qum kəndində yerləşən evdən cavabdehin əşyalarının məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “AR ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hes ab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia tələbinin təmin edilməməsi və AR ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Sarıyev Musa Kahov oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarından göründüyü kimi, mübahisəli hüquq münasibəti 1987-ci ildə yaranmışdır. Belə ki, evin texniki pasportundan göründüyü kimi 196 4-cü ildə tikilən evə 1964-cü ildə doğulan İddiaçı adına həmin evə 1987-ci ildə qeydiyyat vəsiqəsinin verilməsi ilə yaranmışdır. Bu günə qədər evin onun adına qanunsuz qeydiyyata alınmasından heç kimin xəbəri olmamışdır. Məhkəmə evin iddiaçının adına keçməsi əsaslarını araşdırmaqda maraqlı olmamışdır. Torpaq islahatı aparılan zaman bu evin yerləşdiyi həyətyanı torpaq sahəsi 3 nəfərin-atasının, anasının və Arazın mülkiyyətinə verilmişdir. Həmin ev ümumi mülkiyyət kimi bu üç nəfərin mülkiyyəti kimi qeydiyyata alınmalı və mirasın kütləsinə daxil olmalı idi. Çünki 12 nömrəli Qeydiyyat vəsiqəsi DƏDRX Haqqında Qanunun 11-ci maddəsinin tələbləri pozulmaqla verilmişdir. Bu ev kolxozçu həyətin əmlakı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən kolxozçu həyətin əmlak ı birgə mülkiyyət hüququ əsasında onun bütün üzvlərinə məxsusdur. Apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, vəkili Sarıyev Musa Kahov oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏMDK yanında D ƏDRX-nin Şəki Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, ilk iddia ərizəsində qeyd olunan tələblə bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin nəzərdən keçirilməsi vacibdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29- cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab etmişdir ki, hazırki mübahisəyə münasibətdə ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda gö stərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Apelyasiya kollegiyasının iclasında tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı sözügedən evin mülkiyyətçisidir, cavabdeh isə 2006-cı ildə iddiaçının qardaşı X2 ailə qurduqdan sonra bir-neçə vaxt həmi n evdə yaşamaqla müvəqqəti sаkin olmuş, lakin sonradan daimi yaşamaq üçün ailəsi ilə birlikdə köçüb Rusiyaya Federasiyasına getmiş və hazırda ailəsi ilə birlikdə Rusiyada yaşayır, uşaqları da orada orta məktəbə gedir. Bundan əlavə apelyasiya kollegiyası qeyd etmişdir ki, əgər cavabdeh yay aylarında həmin evə gəlsə də bu daimi xarakter daşımamışdır. Çünki tərəflərin izahatından bir daha aydın olur ki, cavabdeh daimi olaraq öz ailəsi ilə birlikdə Rusiyada yaşayır. Beləliklə müəyyən olunmuşdur ki, cavabdehin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını iddiaçının evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir. Bundan əlavə məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdehin daimi yaşamaq üçün mübahisəli e vdən çıxıb getməsi və istədiyi vaxt formal olaraq həmin evə qayıtmaq istəyi mənzilin mülkiyyətçisi olan İddiaçı mülkiyyətçi kimi mülkiyyət hüquqlarının pozulmasına və sonuncunun mülkiyyət hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də iddiaçının «nаrаhаt» оlmаsı üçün əsаs olan amillərdəndir. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, cavabdehə məxsus cehiz əşyalarının iddiaçının mülkiyyətində olan yaşayış evində qalması sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi də qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla apelyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdehin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köç üb yаşаdığı yerdə təmin оlunduğundan və o, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını iddiaçının evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində olmadığından, habelə artıq iddiaçının ailə üzvü hesab edilmədiyindən (qardaşının arvadı olmaqla) cavabdehin cehiz əşyalarının iddiaçıya məxsus evdən çıxarılması barədə tələbi əsaslıdır. Apelyasiya kollegiyası cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddianın obyektiv araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən DƏDRX-nin Şəki Əİ-nə sorğu verilmiş və həmin sorguda hazırki mübahisəli evin əvvəliki mülkiyyətçisi, İddiaçı tərəfindən əldə olunma səbəbləri və tarixi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Sözügedən orqan xx.xx.2020-ci il tarixli, **********61 nömrəli məktubla qeyd o lunan evə və torpağa dair sənədləri məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, hazırki mübahisəli ev 1988-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında da İddiaçı adına olmuş, sonradan yeni çıxarış alınmaqla fərdi yaşayış evinə dair tam mülkiyyət hüququ ilə iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Apelyasiya kollegiyası sonda qarşılıqlı iddiaçı tərəfin mübahisələndirdiyi çıxarışların əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xe yrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Apelyasiya kollegiy ası qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Apelyasiya kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını qarşılıqlı iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Beləliklə də apelyasiya kollegiyası qeyd etmişdir ki, nə qədər ki, cavabdeh tərəf (qarşılıqlı iddiaçı) Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyridəqiqliyini sübuta yetirilməmişdir, qeyd olunan hüquqmüəyyənedici sənədin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Apelyasiya kоllegiyаsı аpelyаsiyа şikаyətində göstərilən dəlillərə münasibət bildirərək qeyd etmişdir ki, apelyasiya şikayəti qətnamənin ləğv olunması üçün əsas olsa da, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı sözügedən evin mülkiyyətçisidir, cavabdeh isə həmin evdə bir neçə ay yaşamaqla müvəqqəti sаkin olmuş, lakin sonradan ailəsi ilə birlikdə daimi yaşamaq üçün köçüb Rusiyaya getmiş və ha zırda Rusiyada yaşayır. İkincisi, cavabdeh tərəfin hərdənbir yay aylarında mübahisəli evə gəlməsi, onun həmin evə ehtiyacının olması anlamına gəlmir. Çünki cavabdehin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını iddiaçının evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir. Üçüncüsü, apelyasiya şikayətinin digər dəlili, yəni mübahisəli evin iddiaçının adına qeydə alınmasının və çıxarışın etibarsızlığı ilə də apelyasiya kollegiyası araşdırma aparmış və bu zaman müəyyən edilmişdir ki, sözügedən mübahisəli ev 1988-ci il tarixdən qeydiyyat vəsiqəsi əsasında iddiaçının adına olmuş, sonradan yeni qaydalar əsasında çıxarış almış və çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmi ş, qeyd olunan hüquq müəyyənedici sənədin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasında kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, apelyasiya kollegiyası ilk iddianın təmin edilməli olması, qarşılıqlı iddianın isə təmin edilməməsi halını düzgün müəyyən etmiş və mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərb aycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlər ə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3392/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3392/2020
21.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver