Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3393/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərər) 21.10.2020 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasındakı şifahi raz ılaşmaya əsasən, birgə fermer təsərrüfatı ilə məşğul olmaq üçün iddiaçı, cavabdehə ümumilikdə 40.000 manat pul vəsaiti vermişdir. Həmin vəsait hesabına cavabdehin olduğu yerdə ferma tikilisi inşa edilmiş, heyvanlar alınmış və müəyyən dövr üçün birgə fəaliyyət mövcud olmuşdur. Lakin sonradan tərəflərin münasibətləri pisləşmiş və bu fəaliyyəti dayandırmışlar.
2. İddiaçı bildirir ki, cavabdehin öz üzərinə götürdüyü öhdəlikləri pozmasına görə birgə fəaliyyəti dayandırmalı olmuşlar, qoyduğu vəsaitin bir qismi ona qaytarılsa da, əsas vəsaitin 15.000 manatı qaytarılmamış, habelə Qəbələ şəhərinə dəfələrlə gəldiyinə (yola, qalmağa, qidalanmağa və s.) görə xərclədiyi 1.500 manat zərərin əvəzi də ona ödənilməmidir. Cavabdehin vurduğu mənəvi zərəri 5.000 manat məbləğində qiymətləndirir.
3. Cavabdeh is ə bildirir ki, təsərrüfatda görülən bütün işlər iddiaçının razılığı ilə olmuşdur və tələb olunan pul vəsaiti onda deyil, birgə aparılmış təsərrüfata xərclənmiş, birgə fəaliyyəti iddiaçı özü dayandırmışdır. Odur ki, iddiaya etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 (on beş min) manat pulun, yol və s. xərcləri olaraq 1500 manatın, cəmi 16.500 manat məbləğində pulun (maddi zərərin), 5000 manat məbləğində mənəvi zərərin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) xx.xx.2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh 15.000 (on beş min) manat məbləğində borc və 30 (otuz) manat d övlət rüsumu, ümumilikdə 15.030 (on beş min otuz) manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək ona etibar edilmiş, müqavilə əsasları olmadan başqa şəxsin (məhrum olanın) hesabına əldə etdiyi pul vəsaitini qaytarmaqdan imtina etməklə əsassız varlanmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər-M.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) xx xxxxxx 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, X nömrəli qətnaməsinin qismən-Cavabdeh tutulmuş 15000 (on beş min) manat məbləğə münasibətdə ləğv edilməsi, tutulmalı olan məbləğin 7562 (yeddi min beş yüz altmış iki) manat müəyyən edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tapşırığı ilə cavabdeh tərəfindən sonuncunun həyətində tövlə tikilməsi və həmin tövləyə 7438 manat vəsaitin xərclənməsi təsdiq edilir. Bu halda iddiaçının tapşırığından cavabdeh tərəfindən hər hansı bir kənara çıxma halı müəyyən edilmir. Halbuki, həmin tövlə uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulsa da iddiaçının həmin razılığı vaxtından pozması qeyd edilən xərcin iddiaçının təqsiri ucbatından yaranması sübut edilir. İddiaçının tələb etdiyi əsas məbləğ olan 15000 manatdan tövlənin tikintisi üçün sərf edilən 7438 manat vəsait çıxılmalı, çünki həmin məbləğin itirilməsində cavabdehin hər hansı bir təqsirli davranışı müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin 15.000 manatdan 7.438 manat pulun tövlənin tikintisinə xərclədiyini əsas gətirərərk Qəbələ rayon məhkəməsinin qətnaməsini qismən ləğv etmiş, cavabdehin apelyasiya şikayətini təmin etmişdir. Halbuki Cavabdeh tövlənin tikintisinə xərcləndiyi dediyi 7.438 manatla bağlı hər hansı bir sübut göstərməmişdir. Aralarında tövlənin tikintisinə razılıq olsa da, cavabdeh tövlənin tikilməsinə xərclənən vəsaitlə bağlı hər hansı bir sübut təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
19. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın ) hesabına əmlak əldə etsin.[668]
22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Kassasiya baxışının hədləri
26. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegi yası, iddiaçının tələb etdiyi maddi zərər məbləğindən fermanın tikintisinə sərf edildiyi bildirilən 7.438 manat vəsaitin çıxılmasına dair apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı saymır. Ona görə ki, iddiaçının qoyduğu vəsait və cavabdehin ferma işini təşkil etməsi ilə tərəflərin birgə fəaliyyətə dair razılaşmaları olmuş və hər iki tərəf bu ortaqlıqdan səmərəli nəticə əldə etmək istəmişlər. Bununla belə, tərəflərin birgə fəaliyyəti uğurlu şəkildə davam etməmiş və ortaqlığı dayandırmalı olmuşlar. Apelyasiya məhkəməsi bu münasibətlər zəminində cavabdehin razılaşmanın şərtlərindən kənara çıxaraq 3.000 manat heyvanı nisyə verməklə öz öhdəliyini pozması nəticəsinə gəlmişdir. Eyni zamanda cavabdeh həmin hissədən kassasiya şikayəti verməmişdir. Bu hal, sözügedən birgə fəaliyyətdə cav abdehin öz öhdəliyini pozmasının təsdiq olunduğuna dəlalət edir.
29. Belə olan halda, ferma tikilsinin uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulması, iddiaçının həmin razılığı vaxtından əvvəl pozmasına görə qeyd edilən xərcin onun təqsiri ucbatından yaranmasının sübut edilməsinə dair apelyasiya məhkəməsinin gəldiyi qənaət işin müəyyən edilmiş halı ilə uzlaşmır.
30. Çünki, tərəflərin razılaşdıqları birgə fəaliyyətdə cavabdehin öz öhdəliyini pozması aşkardır, lakin iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə dair mötəbər sübutlar müəyyən olunmamışdır. Cavabdeh, razılaşmaya zidd şəkildə xeyli məbləğdə heyvanı nisyə verməklə birgə fəaliyyətin normal axarına maneçilik törətdiyi halda, iddiaçıdan belə fəaliyyəti uzun müddət davam etdirməsini gözləmək, bunu etmədiyi halda isə onu t əqsirli saymaq qanuni və ədalətli yanaşma hesab edilə bilməz.
31. Belə ki, müqavilə tərəfləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun şəkildə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Hər bir tərəf öhdəlikləri icra edərkən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmalı, bunun üçün birgə hərəkət etməli və ortaq məqsədinə çatmağa maneçilik törədə biləcək, öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (§15-16).
32. Hazırkı işdə cavabdehin öz üzərinə götürdüyü öhdəlikdən kənara çıxması yux arıda qeyd edildiyi kimi təsdiq olunur. Qarşılıqlı öhdəliklərdə isə müqavilənin bir tərəfi əqddən irəli gələn öhdəliklərini icra etmirsə, müqavilənin digər tərəfinin müvafiq şərtlərə riayət etməklə, müqavilədən imtina edərək düşdüyü zərərin əvəzini tələb etməsi qanunvericiliyə uyğundur (§18-19).
33. Bununla yanaşı, tərəflər arasındakı birgə fəaliyyətin yuxarıda göstərilən səbəblərdən başa çatması nəzərə alındıqda, iddiaçının qoyduğu vəsait hesabına inşa edilmiş ferma tikilisinin cavabdehin əmlak aktivində qalmasının qanuni və ya müqavilə əsasının olubolmaması da yoxlanılmalı, mövcud vəziyyətdə cavabdehin həmin tikilinin dəyəri həcmində əsassız varlanıb-varlanmadığına hüquqi qiymət verilməlidir (§21-23).
34. Göstərilənləri nəzərə alaraq Kollegiya bu nəticəyə gəlir ki, iddianın bu hissəsinin həllində qeyd olunan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyi üçün kassasiya şikayəti qismən təmin edilərək, qətnamə fermanın tikintisinə sərf edilmiş vəsaitə aid hissədə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Apellyasiya məhkəməsi iddianın digər hissələrdə həllinə dair hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ferma tikintisinə sərf edilmiş vəsaitə aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apelyasiya baxışına g öndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.