Məhkəmə qərarları › İş №2(102)-3394/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3394/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3394/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3394/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 25 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil və Cavabdeh iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-66/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 44016.61 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 44016.61 manat məbləğində borcun, borcun gecikdirilməsi nəticəsində dəymiş ziyana görə 6602.49 manat məbləğində faizin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 50649.1 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 19 avqust 2013-cii il tarixli, 17433 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə satıcı "xxxx” ASC E saylı otaqdan ibarət ümumi sahəsi 112.32 kv.m olan mənzilini alıcı Cavabdeh satmağı, alıcı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh ilə "xxxx” ASC arasında 25 noyabr 2013-cü il tarixli, İ-13/358 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" ASCdən 116 ay müddətinə 45.904,5 manat məbləğində kredit götürmüşdür. Kredit müqa viləsi üzrə yaranan öhdəliklərin icrasının digər təmini kimi "xxxx” ASC, "xxxx” ASC və cavabdeh arasında 25 noyabr 2013-cü il tarixli, 1-13/358 nömrəli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin olan iddiaçı borc alan cavabdehin kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz bo rcunu 5 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyinə görə zamin olan "xxxx” ASC "xxxx" ASC-nin tələbi ilə cavabdehin banka olan əsas borc 42.798.96 manat, ona hesablanmış faiz borcu 1.217.65 manat, cəmi 44.016.61 manat məbləğində kredit məbləğini tam ödəmişdir. Alqı-satqı müqaviləsi əsasında mənzilin pulunu tam ödəmədiyinə görə "xxxx" ASC Cavabdeh qarşı Sabunçu rayon Məhkəməsində 19 avqust 2013-cü tarixli, 17433 saylı müqavilənin ləğv olunması, mənzilin boşaldılması və "xxxx" ASC-yə təhvil verilməsinə dair iddia qaldırmış, məhkəmənin 22 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli, 2(103)-9313/2017 saylı qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2018-ci il tarixli 2(102)1952/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli 2(103)-9313/2017 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 30 oktyabr 2017-ci il tarixli, 2(103)-9313/2017saylı qətnaməsi ilə belə qənaətə gəlmişdir kiŞ kredit verən və yaxud krediti ödəyən üçüncü şəxs həmin pulun cavabdehdən tutulması barədə ona qarşı iddia qaldıra bilər. “xxxx" ASC tərəfindən cavabdehə 44.016.61 manat fəğində pulun ona geri qaytarılması barə də pretenziya göndərilsə də bunun heç bir nəticəsi olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 oktyabr 2018-ci il tarixli, 2(060)-7389/2018 saylı qərardadı ilə (hakim Nəriman Abıyev) məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2019-cu il tarixli, 28423 nömrəli rəyinə əsasən Cavabdeh “xxxx” ASC-nə 33484.50 manat məbləğində borcu müəyyən olunur. Birinci instansiya məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(060)-689/2019 saylı qətnaməsi ilə (hakim Nəriman Abıyev) iddia qismən təmin edilərək, Cavabdeh 33484.50 manat məbləğində əsas borc, illik beş faiz olmaqla 5.022 manat, ümumilikdə 38506.50 manat məbləğində pulun alınıb “xxxx" AS C-nə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia ərizəsinin verilməsi görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh alınıb iddiaçı “xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, əldə edilmiş ekspert rəyi ilə cavabdehin iddiaçıya 33484.50 manat məbləğində borcu olması müəyyən olunur. 33.484.50 manat məbləğində pulun iddiaçıya qaytarılmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh qeyd olunan məbləğdə pulun iddiaçıya qaytarılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri mülki hüquqda əsassız varlanma hesa b olunur. Cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına 33.484.50 manat məbləğində pul əldə etmiş, həmin məbləği indiyə kimi iddiaçıya qaytarmamışdır. Həmçinin iş materiallarından müəyyən olunur iddiaçı tərəfindən cavabdehdən tələb olunan pul məbləği üzrə öhdəlik onun tərəfindən 25.12.2015-ci il tarixdə icra olunmuşdur. İddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə 2018-ci ildə müraciət olunmuşdur. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi nəzərə alınmaqla illik beş faiz olmaqla 3 il üçün 5022 manat faiz borcu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.3, 445.7, 475.1, 1091.1, 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı “xxxx" ASC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək həmin hissədə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Telman Quliyev- sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 2(105)-221/2020 saylı, 1 2 avqust 2020ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 14.10.2020-ci il tarixli, 9/3728 nömrəli rəyinə əsasən, iş materiallarında olan “xxxx” tərəfindən təqdim edilmiş arayış məlumatları, ödəniş qəbzləri və tərəflər arasında bağlanmış 25.11.2013-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh “xxxx” ASC-nə 25.11.2015-ci il tarixə olan ümumi borcu 44015.98 manat müəyyən olunur, o cümlədən 42798.61 manat əsas borc, 1217.37 manat faiz borcu. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Telman Quliyev- sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 2(105)-66/2021 saylı, 2 7 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx”ASC və Cavabdeh Vaqif qızının verdikləri apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(060)-689/2019 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 44015,98 manat məbləğində pul vəsaitinin alınıb iddiaçı “xxxx” ASC-nə ödənilməsi, qətnamənin - «Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə tutulsun» hisssəsində dəyişdirilmədən saxlanması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 400 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdi r. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” ASC-yə 44.015,98 manat məbləğində borcu olması əldə edilmiş ekspert rəyi ilə müəyyən olunur. 44.015,98 manat məbləğində pulun iddiaçıya qaytarılmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh qeyd olunan məbləğdə pulun iddiaçıya qaytarılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri mülki hüquqda əsassız varlanma hesab olunur. Cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına 44.015,98 manat məbləğində pul əldə etmiş, həmin məbləği indiyə kimi iddiaçıya qaytarmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 44.015,98 manat məbləğində pul alınıb iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Bundan əla və, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan pul məbləği üzrə öhdəlik onun tərəfindən 25.12.2015-ci il tarixdə icra olunmuşdur. İddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə 2018-ci ildə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2020-ci il tarixli, 9/3728 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi cavabdehin “xxxx” ASC-yə aparmış olduğu bütün ö dənişlər nəzərə alınmaqla aparıldığından həmin rəy iş üzrə maddi sübut kimi qəbul edilməli və cavabdehin borcu həmin rəydə müəyyən edilmiş məbləğdə ümumilikdə 44015,98 manat müəyyən edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri İddiaçı “xxxx” ASC (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissəsində ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi iddiaçının zamin kimi cavabdehin əvəzinə banka ödədiyi pul məbəlğini nəzərə alaraq həmin hissədə iddianı təmin etsə də, dəymiş ziyana görə iddiaçının pul tələbini nədənsə nəzərə almamış, iddia tələbini həmin hissədə təmin etməmiş və bunu qətnamədə əsaslandırmamışdır. Beləliklə apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Cavabdeh (vəkili X1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yenidən mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsində işə baxılan zaman onun xəbəri olmamışdır. O, heç vaxtı hər hansı bir bankdan kredit götürməmiş, heç kirni özünə zamin tutmamış, heç bir kassa mədaxil və məxaric sənədlərinə imza etməmiş və heç vaxtı onun ssuda hesabına “Azərbaycan Beynəlxalq Bank”nın Nərimanov filalından hər hansı bir məbləğ ödənməmişdir. Baxmayaraq ki, 25 noyabr 2013-cü il tarixdə, İ-13/35S saylı kredit müqaviləsinin 5.1-ci maddəsində qeyd edilmişdir ki, kredit vəsaiti borcalan müraciət etdiyi tarixdən 5 gündən gec olmayaraq borcverən tərəfindən borcalanın ssuda hesabına köçürülür və bu barədə dərhal borc alana məlumat verilir. Bu proseslərin heç biri baş verməmiş və həmin məbləğ “xxxx” ASC tərəfindən nağdlaşdırılaraq götürülüb mənimsənilmişdir. O, hər hansı bir bankdan 45.904,5 manat məbləğində kredit götürmək iqtidarında olsaydı “Akkord” şirkətinin heç nəyə yaramayan təmirsiz mənzilini deyil, yaşamaq üçün hər bir şəraiti olan həyət evi alar və bu cür problemlərlədə üzləşməzdi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçıl arının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh vəkili X1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil iddiaçının kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kasdasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikasının Mülki Məcəlləsi: Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə

448. Əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsin ə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk olaraq iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı dəlil olaraq apelyasiya kollegiyasının iddiaçının tələb eütdiyi faiz borcunun təmin edilməməsinə, təmin edilməməsinin əsaslandırılmamasına istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası tərəfindən təyin edilmiş və əldə edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh “xxxx” ASC-nə 25.11.2015-ci il tarixə olan ümumi borcu 44015.98 manat olmuş, həmin məbləğdən 42798.61 manat əsas borc, 1217.37 manat faiz borcu təşkil etmişdir ki, iddiaçı da həmin məbləği bnakın xeyrinə ödəmişdir. Yəni hazırda iddiaçının xeyrinə tutulmalı məbləğ içərisində iddiaçı tərəfindən cavabdehin əvəzinə banka ödənilmiş faiz borcunun da cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir ki, bu səbəbdən də apelyasiy a kollegiyası iddiaçının hazırda tələb etdiyi zərər məbləği ilə bağlı faiz borcuna faiz hesablanmasının mümkün olmadığını qeyd etməklə qiymət verməkdə haqlı olmuşdur. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissəsi üzrə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə xəbərinin olmadığını göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, 27.01.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə apelyasiya kollegiyası tərəfindən 21.12.2020-ci il tarixli bildiriş (səh 229) ünvanlanmış, hətta həmin tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi də iştirak etmişdir. Odur ki, kasasiya şikayətinin bu dəlili apelyasiya kollegiyasının prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Kasasiya şikayətinin digər dəlillərinə gəldikdə isə, qeyd edilməlidir ki, digər dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya araşdırması zamanı müəyyən edildiyi kimi kasasiya yoxlaması nəticəsində də həmin dəlillərin əsaslılığı iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, cavabdehin kasasiya şikayətinin digər dəlilləri də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-66/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar