Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3397/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı, birləşdirilmiş iş üzrə Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əqdin mübahisələndirilməsi, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və pulun ödənilməsi" tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı "işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi" tələbinə dair qarşılıqlı, eləcə də birləşdirilmiş iş üzrə Cavabdeh İddi açı qarşı "müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması" tələbinə dair iddiaları barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 10 iyul tarixli 2(103)-1942/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 9 iyul 2014-cü il tarixli müqaviləyə əsasən MTK ümümi sahəsi layihə üzrə 206,3 kv.m təşkil edən 4 otaqlı, 127 saylı mənzili İddiaçı verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş şəkildə mənzilin dəyərinin vaxtında ödənilməsini öz öhdəsinə götürmüşdür.
2. Adıçəkilən Mənzil-Tikinti Kooperati vi tərəfindən İddiaçı müqavilə üzrə mənzilin dəyəri olan 309.450 manat məbləğində vəsaitin tam ödədiyinə dair maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş - İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və pulun ödənilməsi" tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı "işgüzar nüfuza vurulmuş zərərin rödənilməsi" tələbinə dair qarşılıqlı iddiaları üzrə icraat a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MTK və ya MTK) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK ilə aralarında bağlanmış 9 iyul 2014-cü il tarixli müqavilənin ləğv edilməsi və Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kə sişməsində yerləşən yaşayış binasında, 3-cü girişin 5-ci mərtəbəsində olan 127 saylı, ümumi sahəsi 206,3 kv.m, 4 otaqlı mənzil üçün ödədiyi 309.450 manat məbləğində pulun MTK-dan tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 9 iyul 2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində yerləşən Cavabdeh MTK-nın tikilməkdə olan çoxmərtəbəli yaşayış binasından, 3-cü girişinin 5-ci mərtəbəsində olan 127 saylı, ümumi sahəsi 206,3 kv.m, 4 otaqlı mənzili öz adına rəsmiləşdirməklə almaq qərarına gəlmiş, elə həmin gün MTK-nın sədri X2 ilə aralarında müqavilə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən MT K qeyd edilən mənzili payçıya - yəni ona verməyi, özü isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş şəkildə mənzilin dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Onun tərəfindən mənzilin dəyəri tam şəkildə MTK-ya ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Cavabdeh isə müqavilə öhdəliklərini icra etməməklə və mənzili keçən uzun müddət ərzində ona təhvil verməməklə hüquqlarını pozmuşdur. Cavabdehə bu barədə dəfələrlə şifahi və yazılı müraciət etsə də, hər dəfə müəyyən bəhanələrlə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyin icrasından yayınmışdır. İşin təkzibedilməz hallarına və göstərilən qanunvericilik aktlarına əsasən hesab edir ki, mübahisə predmeti təşkil edən mənzilin dəyəri tərəfindən tam məbləğdə ödənildiyindən müqavilə üzrə öhdəliklərini icra etmiş, lakin cavabdeh isə üzərinə götürdüyü öhdəliyə vicdanla yanaşmayaraq icra etməmişdir.
5. Cavabdeh MTK qarşılıqlı iddia qaldıraraq, İddiaçı işgüzar nüfuza vurulmuş zərərə görə 200.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi müqavilə etibarsızdır. Belə ki, 2014-cü ilin yayında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə zənglər və təzyiqlər edilərək, pul və ya əmlak tələb edilmişdir. Son nəticədə şirkət rəhbərliyi çarəsiz qaldığından keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun əmisi oğlu olan İddiaçı adına yuxarıda sadalanan sənədləri tərtib edərək, vermək məcburiyyətində qalmışdır. H əqiqətdə iddiaçı tərəfindən şirkətə heç bir pul vəsaiti ödənilməmişdir. İddiaçı ümumiyyətlə ona verilən müqavilədə göstərilən mənzilin harada yerləşməsindən, mənzilin layihəsindən xəbərsiz olmuşdur. İddiaçı heç zaman şirkətin hər hansı bir əməkdaşı ilə əlaqə saxlamamışdır. Müqaviləyə, maliyyə arayışına və kassa mədaxil orderinə imza edən şəxsləri belə tanımır. Ümumiyyətlə Cavabdeh MTK Nəsimi rayonu S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə inşa etdiyi binanın 3-cü blokunda mənzil satışına başlamamış və bu günə qədər heç kimə mənzil satmamışdır. Eyni zamanda, binanın 1 və 2-ci blokları tikilib təhvil verilsə də, 3-cü blokun inşa olunacağı ərazidə halhazırda yaşayan sakinlərin köçürülməsində problemlər mövcuddur. Həmin sakinlər tərəfindən əraz idə bir sıra özbaşına tikililər tikilərək, həddən artıq yüksək məbləğdə kompensasiya tələb olunur və bu səbəbdən şirkətlə həmin sakinlər arasında mübahisə yaranmışdır. Bu mübahisə artıq bir neçə ildir ki, məhkəmə müstəvisində davam edir. Məhz bu səbəbdən də MTK uydurma da olsa, binanın 3-cü blokunda yerləşən mənzilə dair sənədlər tərtib edərək, iddiaçıya vermişdir. Müqavilənin özünə də diqqət yetirilsə görünər ki, müqavilədə mənzilin təhvil verilməsinə dair konkret müddət göstərilməmişdir. Müqavilənin 5.1-ci bəndindən də göründüyü kimi mənzilin dəyəri belə təqribi göstərilmişdir. İddiaçı bir neçə il bundan öncə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinmişdir. Bir daha qeyd edilir ki, 9 iyul 2014-cü il tarixli müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı və kassa mədaxil orderi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə edilən təzyiqlər nəticəsində tərtib edilmiş və onların göstərişi ilə keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun əmisi oğlu olan İddiaçı təqdim olunmuşdur. İddiaçı tərəfindən şirkətə heç bir vəsait ödənilməmişdir. MTK bu sənədləri və müqaviləni verərkən hüquqi nəticə yaratmaq niyyəti olmamış, sadəcə MTN əməkdaşlarının şirkətdən əl çəkmələri məqsədi ilə bu sənədləri görünüş üçün vermişdir. İddiaçı hüquqlarından vicdansızcasına sui-istifadə edərək, MTK-nın işgüzar nüfuzuna xələl gətirir, onun potensial müştərilərini qaçırdır və bununla da şirkətə zərər vurur. Şirkət olaraq, MTK-nın i şgüzar nüfuzuna vurulan zərəri 200.000 manat həcmində qiymətləndirilir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia rədd edilmişdir (hakim A.Q.İbadzadə).
8. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır, çünki vətəndaşın vətəndaşa, yaxud hüquqi şəxsə, hüquqi şəxsin vətəndaşa, yaxud digər hüquqi şəxsə qarşı məhkəmədə iddia qaldırması özü-özlüyündə qanunvericilikdə vətəndaşlara və hüquqi şəxslərə verilmiş müraciət etmək hüququnun təzahürüdür və iddia ərizəsində tərəf barəsində qeyri-etik ifadələr işlədilmirsə, tərəf əsassız yerə ağır cinayətlərdə ittiham olunmursa və s. bu kimi hallara yol verilmirsə, müraciət etmək hüququndan istifadə hər hansı tərəfə maddi və m ənəvi ziyanın vurulmasına səbəb olmur. Cavabdeh öz qarşılıqlı iddiasını əsaslandırarkən ilk iddia üzrə iddiaçı ilə aralarında bağlanmış müqavilənin uydurma əqd olduğunu iddia edir. Lakin müqavilənin bağlanmasının üzərindən keçən dövr ərzində bununla bağlı məhkəməyə müraciət edilməmişdir, hazırda qeyd olunan müqavilə qüvvədədir və tərəflər öz üzərlərinə götürdükləri öhdəlikləri icra etməlidirlər.
9. İlk iddia ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilədə qarşılıqlı iddia üzrə iddiaçının öhdəliyi icra edəcəyi vaxt göstərilməmişdir. Müqavilənin bağlanmasının üzərindən 7 il civarında zaman keçmişdir. Həmin müddət ərzində qarşılıqlı iddia üzrə iddiaçı müqaviləni icra etməmək üçün hərəkətsizlik nümayiş etdirməmişdir. Əksinə MTK müqavilə öhdəlikləri ni icra etmək üçün zəruri addımlar atmış, binanın tikilməsi nəzərdə tutulan ərazidə tikilmiş özbaşına tikililərin sökülməsi, vətəndaşların ərazidən uzaqlaşdırılması üçün danışıqlar aparmış, bu fayda vermədikdə isə həmin şəxslərə qarşı “özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının verdiyi məlumata görə, hazırda da ərazidə özbaşına tikili inşa etmiş vətəndaşlarla aralarında olan məhkəmə çəkişməsi davam edir və MTK bu çəkişmələrin başa çatmasını və ərazidə olan özbaşına tikililərin qanuni yolla sökülməsini gözləyir. MTKnın özünə də binanın inşa edilməsinin yubanması sərf etmir, MTK-nın maraqları baxımından ərazinin bir an öncə qanuni yolla təmizlənməsi və inşaatın başlanması zəruridir. Qarşılıqlı iddia üzrə iddiaçının bildirdiyinə görə, 3 və 4-cü blokların yerləri tam sökülməmişdir, bir hissəsində hələ də yaşayış var. 6 mənzil sökülməlidir, lakin hələ də sökülməyib. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının icraatında iş mövcuddur. Qeyd olunan hal məhkəmə tərəfindən 8 iyul 2021-ci il tarixdə keçirilmiş yerli baxış zamanı belə öz təsdiqini tapmışdır.
10. Belə ki, yerli baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də 3-4-cü blokların inşa ediləcəyi ərazidə hazırda özbaşına tikililər mövcuddur. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin icra edilməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən zəruri qanuni addımlar atılır və müqavilənin icra edilməsinə zəmin yaratmaq üçün ərazidə olan özbaşına tikililərin sökülməsinə qanuni yollarla nail olunmağa cəhd olunur. Tərəflər arasında bağlanmış, hazırda qüvvədə olan müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir və bina təhvil verilənədək qüvvədədir.
11. Məlumdur ki, binalar müqavilə bağlanandan sonra ağlabatan müddət ərzində inşa edilib başa çatdırılmalı və alıcılara (payçılara) təhvil verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ağlabatan müddətlər (adi binanın inşa edilməsi üçün nəzərdə tutulan və inşa işləri aparılaraq yekunlaşdırılan bir neçə il) aşılmamışdır. Əgər ərazidə hər hansı qanunsuz tikili, yaxud digər əngəl, maneə olmasa idi və MTK ərazidə tikintiyə başlasa idi, bu zaman MTK yuxarıda qeyd edilən ağlabatan müddətləri aşmış olacaqdı və ilk iddia üzrə iddiaçının müqavilə öhdəliklərindən yaranan tələ bləri tələbdən asılı olaraq tam, yaxud qismən əsaslı olmuş olacaqdı. Lakin işin faktiki hallarından göründüyü kimi, MTK nəinki ilk iddia üzrə iddiaçıya, həmçinin digər şəxslərə münasibətdə də müqavilə öhdəliklərinə ciddi yanaşmaqla, həmin öhdəliklərin icra edilməsi üçün qanuni addımlar atır və uzun müddətdir ki, məhkəmə çəkişmələrində MTK ərazinin qanuni yolla boşaldılmasına nail olmaq istəyir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, “Məhkə mələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyinə istinad edərək əsaslandırmışdır. b) Birinci iş üzrə apellyasiya instansiya məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-2348/2021 nömrəli qətnaməsinin qismən - ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmənin göstərilən qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalar ı pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğundan və bunun qətnamədə göstərilmiş nəticənin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğundan qismən ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdehin təqsiri üzündən yaranmış bu böhranlı vəziyyətdən onun işgüzar nüfuzuna və ailəsinə xələl dəymiş, ümid etdiklərindən məhrum olmaqla, ona keçən bu müddət ərzində xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə qarşılıqlı iddia üzrə iddiaçının öhdəliyi icra edəcəyi vaxtın göstərilməməsi cavabdehin əsrlərlə həmin öhdəliyi icra etməməsinə əsas vermir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-6058/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi qismən, ilk iddia tələbi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd edilmişdir (hakimlər - İ.S.Şirinov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və A.V.Tanrıverdiyev).
16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, ilk iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi qətnamədə tərəflər arasında mənzil alğı-satqısına dair qüvvədə olan müqavilə olduğunu, cavabehin müqavilənin icra edilməsinə zəmin yaratmaq üçün ərazidə olan özbaşına tikililərin sökülməsinə qanuni yollarla nail olmağa cəhd etməsini qeyd etmişdir. Bununla da, bəlli olur ki, ra yon məhkəməsi həmin müqaviləni etibarlı əqd hesab etmişdir, halbuki, hazırkı işin müəyyən olunmuş hallarından, tərəflərin izahatları, iddiaçının və MTK-nın işçilərinin cinayət iş üzrə verdikləri ifadələri, habelə tərəflərin müqaviləyədək və müqavilədən sonrakı hərəkətlərini nəzərə aldıqda aşkar müəyyən olunur ki, cavabdeh MTK ilə İddiaçı arasında bağlanan 9 iyul 2014-cü il tarixli müqavilə görünüş üçün bağlanmış və tərəflər üçün hər hansı hüquq və vəzifələr yaratmayan (puç) əhəmiyyətsiz əqddir. Məhkəmə kollegiyası hesab edib ki, iddiaçının istinad etdiyi müqavilə ilə eyni tarixli pulun ödənilməsinə dair maliyyə arayışı da həmin müqavilənin (əqdin) ayrılmaz tərkib hissəsi olmaqla, o da görünüş üçün tərtib olunmuşdur, bu səbəbdən həmin arayış da puçdur, əhəmiyyətsizdir.
17. Azərbaycan Respub likası Baş Prokurorluğunun İstintaq İdarəsindən hazırkı mübahisə tərəfləri ilə bağlı Cavabdeh MTK-nın müraciəti əsasında araşdırma aparılıbaparılmaması, iş üzrə təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində tanınma barədə qərarın qəbul edilib-edilməməsi barədə məlumatların verilməsi və zəruri sənədlərin surətlərinin təqdim olunması xahiş olunmuşdur.
18. Baş Prokurorluğun İstintaq İdarəsindən daxil olmuş məlumatda qeyd edilir ki, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı davam etdirilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bəzi vəzifəli şəxsləri tərəfindən hakimiyyətdən sui-istifadə, rüşvət alınması, özgə əmlakının hədə-qorxu ilə tələb edilib ələ keçirilməsi, vəzifə saxtakarlığı və digər qanunsuz əməllərin tö rədilməsi faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 193-1.3.1, 1931.3.2, 294.3, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 318.2, 341.2.1, 341.2.3-cü maddələri ilə istintaq olunur. Cavabdeh MTK-nın sədri Rauf Bayramovun qeyd edilən müəssisənin mülkiyyətində olmuş 309.450 manat dəyərində mənzilin dəyəri ödənilmədən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən gəlinmiş hədə-qorxu nəticəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İddiaçı adına rəsmiləşdirilməsi, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair müraciəti ilə əlaqədar cinayət işi üzrə zəruri istintaq və prosessual hərəkətlər icra edilmişdir. Aparılmış istintaq zamanı Cavabdeh MTK-nın mülkiyyətində olmuş mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi təsdiq olunmayaraq, hazırda həmin əmlaka olan hüququn hədə-qorxu ilə ələ keçirilməsi faktı üzrə təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində iş üzrə cinayət təqibi davam etdirilməklə, həmin xüsusatlarla əlaqədar toplanmış zəruri sənədlər məhkəməyə göndərilmişdir.
19. Materiala əlavə edilmiş 10 oktyabr 2022-ci il tarixli protokolda İddiaçı dindirmə zamanı 2014-cü ilin yay aylarında Kooperativin ərazisinə getdiyini, oradakı tanımadığı şəxslərə yeni tikilən binada 3-cü mətəbədən aşağı olmayan, 6-cı mərtəbədən yuxarı olmayan mənzil almaq istədiyini bildimiş, onlar ona 4 otaqlı 290 kv.m. mənzilin qiymətinin 310.000 manat olduğunu bildirmiş, bir neçə gün fikirləşdikdən sonra, həmin şəxlərə evin pulunu nəğd şəkildə vermiş həmin şəxslər də on d ə ona müqavilənin bir nüsxəsini, kassa mədaxil orderinin nüsxəsini, maliyyə arayışını vermişlər. İddiaçı nəyə görə hansı səbəbdən 1-ci və 2-ci bloklar tikildiyi halda məhz 3-cü blokdan ev aldığını izah edə bilməmiş, MTK-nın sədri Ramiz Süleymanovu, Əlixan Cəfərovu, Vahid Alışovu tanımadığını bildirmiş, MTK tərəfindən mənzillərin kvadrat metri ən yuxarı həddə 1200 manatdan satıldığı halda, mənzili kv.m-i 1500 manat olmaqla almasının səbəbini izah edə bilməmiş, MTK tərəfindən 2015-ci ilin mart ayına kimi heç bir şəxsə maliyyə arayışı verilmədiyi halda, ona 2014-cü ilin yay aylarında maliyyə arayışı verilməsinin səbəbini izah edə bilməmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verdiyindən, eləcə də gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, apellyasiya baxışının predmeti olan ilkin iddia tələbi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi (başqa əsasla) təmin edilməməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 337.1, 337.3, 337.4, 340.1 və 340.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0, 384.0.2, 385.1, 385.1.2-ci maddələrinə, istinad edərək əsaslandırmışdır. c) Birinci iş üzrə kassasiya instansiya məhkəməsindəki icraat
22. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərə k, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1814/2023 nömrəli 3 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6058/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır (hakimlər Ə.Əliyev, V.Həsənov və Ə.Əhmədova).
24. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Maddənin dispozisiyasından məlum ol duğu kimi, qanunverici hədə təsiri altında bağlanmış əqdi mübahisələndirilən əqd kimi təsbit etmişdir. Təkrar vurğulanır ki, mübahisələndirmə səbəblərinin mövcudluğu özüözlüyündə etibarsızlıqla bağlı hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olmur. Mübahisələndirilən əqd üzrə etibarsızlıq halı yalnız hüquq sahibinin mübahisələndirməsi nəticəsində yaranır. Hüquq sahibi MTK-nın belə bir tələbi olmadığı halda, məhkəmənin həmin hallara qiymət verməsinə, ən nəhayətində isə əqdin etibarsız hala gətirilməsi barədə nəticəyə gəlməsinə mülki qanunvericiliyin tələbləri baxımından yol verilmir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə əqdlərin etibarsızlığı əsaslarını müəyyən edən maddi hüquq normaları baxımından düzgün qiymət verilməmiş, mübahisənin mahiyyətinə lazımi diqqət yeti rilməmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin hazırda məhkəmə istintaqı mərhələsində olan cinayət işi üzrə sənədlərə istinad etmiş, həmin sənədləri mötəbər sübut kimi qiymətləndirməklə nəticəsini məhz həmin sübutlarla əsaslandırmışdır. İkinci iş - iddiaçı Cavabdeh İddiaçı qarşı "müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması" tələbinə dair iş üzrə icraat a) İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat
25. İddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə cavabdeh İddiaçı arasında bağlanmış 9 iyul 2014-cü il tarixli müqavilənin, həmin müqavilə üzrə 309.450 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair 9 iyul 2014-cü il tarixli kassa mədaxil orderinin və mənzilin dəyərinin tam şəkildə öd ənilməsinə dair 2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. İddia tələbi onunla əsaslandırılmışdır ki, MTK ilə İddiaçı arasında 9 iyul 2014cü il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində yerləşən yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binada 3-cü blokun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 206,3 kv.m təşkil edən 4 otaqlı, 127 saylı mənzili MTK payçıya (mənzilin on kalkulyasiya dəyərini tam müqavilədə müəyyən edilmiş qayda ilə ödədikdən sonra) verməyi, payçı isə həmin mənzili qəbul etməyi öz ohdəsinə götürmüşdür. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə 309.450 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair 9 iyul 2014-cü il tarixli kassa mədaxil orderi və mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair 2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Hazırda İddiaçı bu sənədlərə istinad edərək, kooperativdən 309450 manat məbləğində pul vəsaiti tələb edir. Halbuki, bu sənədlərin heç bir əsası yoxdur. Belə ki, 2014-cü ilin yayında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə zənglər və təzyiqlər edilərək, pul və ya əmlak tələb edilmişdir. Son nəticədə şirkət rəhbərliyi çarəsiz qaldığından keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun əmisi oğlu olan İddiaçı adına yuxarıda sadalanan sənədləri tərtib edərək, vermək məcburiyyətində qalmışdır. Həqiqətdə İddiaçı tərəfindən şirkətə heç bir pul vəsaiti ödənilməmişdir. İddia çı ümumiyyətlə ona verilən müqavilədə göstərilən mənzilin harada yerləşməsindən, mənzilin layihəsindən xəbərsiz olmuşdur. İddiaçı heç zaman şirkətin hər hansı bir əməkdaşı ilə əlaqə saxlamamışdır. Müqaviləyə, maliyyə arayışına və kassa mədaxil orderinə imza edən şəxsləri belə tanımır. Ümumiyyətlə, MTK Nəsimi rayonu S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə inşa etdiyi binanın 3-cü blokunda mənzil satışına başlamamış və bu günə qədər heç kimə mənzil satmamışdır. Həmin evdə, yəni 3-cü blokda mənzil satılmasına dair hər hansı bir elan, reklam və s. verilməmiş, hər hansı bir broşür, buklet hazırlanmamışdır. Belə ki, binanın 1 və 2-ci blokları tikilib təhvil verilsə də, 3-cü blokun inşa olunacağı ərazidə hal-hazırda yaşayan sakinlərin köçürülməsi ndə problemlər mövcuddur. Həmin sakinlər tərəfindən ərazidə bir sıra özbaşına tikililər tikilərək, həddən artıq yüksək məbləğdə kompensasiya tələb olunur və bu səbəbdən şirkətlə həmin sakinlər arasında mübahisə yaranmışdır. Bu mübahisə artıq bir neçə ildir ki, məhkəmə müstəvisində davam edir. Məhz elə bu səbəbdən də MTK binanın 3-cü blokunda yerləşən mənzilə dair sənədlər tərtib edərək, İddiaçı vermişdir. Müqavilənin özünə də diqqət yetirilsə görünər ki, müqavilədə mənzilin təhvil verilməsinə dair konkret müddət göstərilməmişdir. Müqavilənin 5.1-ci bəndindən də göründüyü kimi mənzilin dəyəri belə təqribi göstərilmişdir. İddiaçı bir neçə il bundan öncə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən suiistifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddə ləri ilə təqsirli bilinmişdir. Bir daha təkrar qeyd edilir ki, 9 iyul 2014-cü il tarixli müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı və kassa mədaxil orderi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə edilən təzyiqlər nəticəsində tərtib edilmiş və onların göstərişi ilə keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun əmisi oğlu olan İddiaçı təqdim olunmuşdur. İddiaçı tərəfindən şirkətə heç bir vəsait ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən Baş Prokurorluğa müraciət edilmişdir. Hal-hazırda Baş Prokurorluqda məsələ ilə bağlı cinayət işi başlanılmış və araşdırılmaqdadır.
27. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3456/2023 nömrəli 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin və xx.xx.2014-cü il tarixli kassa mədaxil orderinin etibarsız hesab edilməsi, Cavabdeh MTK tərəfindən 2014-cü il tarixdə payçı İddiaçı verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Nail Abbasov).
28. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilə bağlanarkən əqdi etibarlı edən zəruri elementlərdən ilk öncə birinin - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərin pozulması aşkara çıxmışdır. Belə ki, məhkəmə iclasında 2013-2014-cü illərdə iddiaçının sədri olaraq çalışmış X2 şahid qismində dinlənilərkən öz ifadəsində bildirmişdir ki, cavabdeh tərəfindən 309.000 manat pul ödənilmə mişdir. MTK-nın əməkdaşı Əlixan Cəfərovun göstərişinə əsasən müqaviləyə imza çəkmişdir. Digər şahid Cavabdeh MTK-nın təsisçisi X6 məhkəmə iclasında öz ifadəsində qeyd etmişdir ki, MTN-in əməkdaşları mülki geyimdə onun yanına gəlməklə İddiaçı adına mənzil verilməsinə dair müqavilə bağlanılmalı olunduğunu bildirmişlərdir. Həmin vaxt cavabdeh özü müqavilə imzalanarkən iştirak etməmiş, sadəcə onun şəxsiyyət vəsiqəsi təqdim edilməklə müqavilə yazılmış, mənzilə görə də heç bir ödəniş edilməmişdir. Bununla da etibarlı əqdin daha bir şərtinin əqdin subyekt tərkibinə dair şərtlərinin pozulması aşkara çıxmışdır. Şahidin ifadəsinə görə, İddiaçı ilə bağlanmış müqavilnin predmeti tikilməyən sahəyə aid olmuş və həmin mövcud olmayan mənzilə dair heç bir ödəniş edilməmişdir. Bundan əlavə, adına müqavilə i mzalanmış şəxsin - İddiaçı, müqavilə imzalanarkən özünün iştirak etməməsi müqavilədə göstərilmiş mənzilin tikilməmiş, mövcud olmayan binaya aid olması barədə məlumatsızlığı ilə sübut olunduğu qeyd olunmuşdur. Bununla da onun daşınmaz əşyanın xüsusiyyətləri ilə də tanış olmadığı sübut edildiyi bildirilmişdir. Qeyd olunan halı iddiaçının nümayəndəsi və vəkili də məhkəmə iclası zamanı vurğulamışdır ki, İddiaçı məhkəmədə ilkin olaraq iddia qaldırmaqla, əvvəl mənzili tələb etmiş, mənzilin mövcud olmaması məhkəmə prosesində aşkara çıxdıqda tələbini dəyişərək pulun ödənilməsini istəmişdir. İddiaçı əsl mülkiyyətçi olduğu təqdirdə ona nəinki mənzilin, hətta binanın mövcud olmadığı bəlli olmalı idi və bu halda binanın uzun müddətdir tikilmədiyini görərək, birbaşa ödədiyi pulun qaytarılması tələbinin irəli sürməsi ağlabatan və real olmalı idi.
29. Göründüyü kimi xx.xx.2014-cü il tarixdə tərəflər arasında Bakı şəhəri Nəsimi rayonu, məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 3-cü girişinin 5-ci mərtəbəsində 127 saylı ümumi sahəsi 206,3 kv.m olan 4-otaqlı mənzilinin alqı-satqısına dair imzalanmış müqavilə iradə ifadəsi zədələnməklə bağlanılmış, həmçinin müavilə bağlanılarkən subyektin biri - İddiaçı iştirak etməmiş, səlahiyyətli nümayəndə vasitəsi ilə də təmsil edilməmişdir. Hazırkı halda tərəflərdən biri - MTK-nın müqavilə bağlamaq niyyəti olmamamış, onun səlahiyyətli nümayəndəsi məcburiyyət qarşısında qalmaqla həmin müqavilənin imzalanmasına razılıq vermişdir. Tərəflər arasında xx.xx.2014-cü il tarixdə ba ğlanmış alqı-satqı müqaviləsi onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderi və MTK tərəfindən 2014-cü il tarixdə payçı İddiaçı verilmiş maliyyə arayışı etibarsız hesab edilməlidir.
30. Məhkəmə göstərmişdir ki, hazırki mübahisə üzrə kəsici müddətin keçməsinə görə iddianın rədd edilməsi maddi hüquq normalarına uyğun deyildir. Belə ki, əvəz edilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı əhəmiyyətsiz əqd əsasında qarşı tərəf əldə etdiyi halda həmin əşyaya mülkiyyət hüququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququ elə mülkiyyətçinin, o cümlədən, hazırkı iş üzrə iddiaçının özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahibdən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni əhəmiyyətsiz əqd əsa sında edilən icra hərəkətləri nəticəsində verilən daşınmaz əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər.
31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması” haqqında 12 aprel 2021-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarına, Mülki Məcəllənin 6.2, 337, 339.4, 340. 1, 354.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) İkinci iş üzrə apellyasiya instansiyası məhkəməsində icraat
32. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3456/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə mülki işin icraatında olduğu 6 ay ərzində istintaq orqanına sorğu vermiş və cəmi iki nəfər şahid dindirmişdir. Qətnaməsini də həmin sübutlarla və yalan, mövcud olmayan hallarla əsaslandırmışdır. Lakin həmin sübutlar hazırkı iddia tələbinin təmin olunması üçün yetərli deyildir. Çünki həmin şahidlərin ifadəsi ilə müqavilənin etib arlılığı müəyyən edilə bilməz, eyni zamanda həmin şahid ifadələri ziddiyyətlidir. Birləşdirilmiş işlər üzrə icraat a) Birləşdirilmiş işlər üzrə apellyasiya instansiya məhkəməsində icraat
34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2228/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-303/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2348/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “öhdəliyin icrası tələbinə dair” ilkin iddiasının rədd edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-3456/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderi və maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Akif İsgəndərov).
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı MTK cavabdeh ilə aralarında bağlanmış 9 iyul 2014-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı və kassa mədaxil orderinin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şirkətin rəhbərliyinə edilən təzyiqlər nəticəsində tərtib edildiyini və cavabdeh tərəfindən şirkətə heç bir vəsait ödəni lmədiyini iddia edərək, sözügedən müqavilənin, maliyyə arayışı və kassa mədaxil orderinin etibarsızlığını tələb etmişdir.
37. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün qənaətə gəlmiş olsa da, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Yəni məhkəmə xx.xx.2014-cü il tarixli müqavilənin məcburetmə (zorakılıq və ya hədələmə) təsiri altında bağlanması nəticəsinə gəlsə də, həmin əqdə əhəmiyyətsiz əqdlərə aid qaydaları, yəni Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq etməklə, MTK-nın tələbinin daşınmaz əşya ilə bağlı olması səbəbindən bu tələbə iddia müddətinin tətbiq edilməməsi barədə səhv nəticəyə gəlmişdir.
38. Belə ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə əsasında MTK tərəfindən 206,3 kv.m təşkil edən 4 otaqlı, 127 saylı mənzilin İ ddiaçı verilməsi, sonuncunun isə həmin mənzilə görə 309.450 manat ödəməsi ilə bağlı öhdəliklər müəyyən edilmişdir. MTK hazırda həmin müqavilənin təzyiqlər nəticəsində tərtib edildiyini və İddiaçı tərəfindən hər hansı vəsait ödənilmədiyini bildirmişdir.
39. Birinci instansiya məhkəməsində 2013-2014-cü illərdə iddiaçının sədri olaraq çalışmış X2 şahid qismində dinlənilərkən bildirmişdir ki, cavabdeh tərəfindən 309.000 manat pul ödənilməmişdir. MTK-nın əməkdaşı Əlixan Cəfərovun göstərişinə əsasən müqaviləyə imza atmışdır. Digər şahid Cavabdeh MTK-nın təsisçisi X6 qeyd etmişdir ki, MTN-nin əməkdaşları mülki geyimdə onun yanına gəlməklə İlham Mahdumovun adına mənzil verilməsinə dair müqavilə bağlanılmalı olunduğunu bildirmişlər. Həmin vaxt cavabdeh özü müqavilə imzalanarkən iştirak etməmiş, s adəcə onun şəxsiyyət vəsiqəsi təqdim edilməklə müqavilə yazılmış, mənzilə görə də heç bir ödəniş edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli müqaviləyə əsasən İddiaçı verilməli olan mənzilin mövcud olduğu bina tikilməmişdir, hazırda da mövcud deyildir.
40. Beləliklə, müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə iradə ifadəsi zədələnməklə bağlanmış, həmçinin müqavilə bağlanarkən subyektin biri - İddiaçı iştirak etməmiş, səlahiyyətli nümayəndə vasitəsi ilə də təmsil olunmamışdır. MTK-nın müqavilə bağlamaq niyyəti olmamış, onun səlahiyyətli nümayəndəsi məcburiyyət qarşısında qalmaqla həmin müqavilənin imzalanmasına razılıq vermişdir.
41. Göründüyü kimi mübahisələndirilən müqavilə 2014-cü ildə bağlansa da, uzun müddət İddiaçı hazırda mübahis ələndirilən müqavilə üzrə hərəkətsizlik göstərmiş, hər hansı bir tələbi olmamışdır. 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələlər baş verdikdən sonra MTK artıq hesab etmişdir ki, hədə qorxu və təzyiq altında bağlanmış formal müqavilə hər hansı əhəmiyyət kəsb etmir və qüvvəsini itirmişdir. İddiaçı yalnız 2021-ci ildə müqavilə üzrə iddia qaldırmış, MTK da həmin vaxt artıq sonuncunun həmin müqavilənin icrasını tələb etdiyini bildikdə, müqavilənin hədə-qorxu altında bağlandığını və əhəmiyyət kəsb etməməsi barədə iradə ifadəsini bildirməklə, müqavilənin etibarsız olduğunu qarşı tərəfə bəyan etmişdir.
42. Xüsusi olaraq qeyd olunmalıdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş “əqd mübahisə edilə bilər” ifadəsi, “əqdin etibarsız sayılmasına dair iddia qaldırmaq” kimi başa düşülməməlidir. Prosessual anlamda bu, yanlış olmasa da, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) əqdi mübahisələndirmək məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir.
43. Göründüyü kimi hazırkı müqavilə mübahisələndirilən əqddir. Mübahisələndirilən müqavilə 2014-cü ildə bağlansa da, müqavilənin bağlanması özözlüyündə MTK-nın hüquqlarını pozmamışdır, müqavilə hədə-qorxu altında formal olaraq bağlansa da, həmin müqavilə üzrə hər hansı hərəkət həyata keçirilməmişdir. Lakin İddiaçı 2021-ci ildə iddia qaldırmış, bu zaman MTK sonuncunun həmin müqavilədən faydalanmaq niyyətində olduğunu bildikdə, müqavilə üzrə yaranan hüquqi nəticələri aradan qaldırmaq məqsədi ilə etirazını bildirmiş, bununla da həmin müqaviləni mübahisələndirmişdir. Beləliklə MTK 2021-ci ildə hüququnun pozulduğunu bilmiş və həmin vaxt əqdi mübahisəl əndirmişdir. Əqd bağlanarkən iradəsi zədələnmiş tərəf, yəni MTK qanunda nəzərdə tutulan müddətlərdə (Mülki Məcəllə maddə 354.2) əqdi mübahisələndirmişdir, nəzərdə tutulmuş kəsici müddət ötürülməmişdir.
44. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Müqavilə əsasında verilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderi və MTK tərəfindən 2014-cü il tarixdə payçı İddiaçı verilmiş maliyyə arayışı müstəqil şəkildə hər hansı hüquqi nəticə doğurmasa da, müqavilənin tərkib hissəsi kimi onlar da etibarsızdır.
45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli müqavilə etibarsız hesab edildiyindən, İddiaçı etibarsız hesab edilən müqaviləyə əsaslanaraq irəli sürdüyü 309.450 manat məbləğində pulun MTK-dan tutularaq ona ödən ilməsi barədə iddia tələbi də əsassız olmaqla rədd edilməlidir, həmin tələb üzrə hər hansı araşdırmaya ehtiyac qalmır.
46. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 339 və 354-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Birləşdirilmiş işlər üzrə kassasiya instaniyası məhkəməsində icraat
46. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-303/2024 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması” barədə iddia ərizəsinin təmin edilməsi, iddiaçı CavabdehMTK-nın cavabdeh İddiaçı qarşı ninəlivaqüm“ etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xah iş etmişdir.
47. Kassasiya şikayəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3456/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlanmış və öhdəliklər müəyyən olunmuşdur. Bundan sonra borcun olmamasına dair “maliyyə arayışı” və 309.450 manat pul vəsaitinin kassaya köçürülməsinə dair “kassa mədaxil orderi” təqdim edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə mövcud olan sübutlar düzgün qiymətləndirilməmiş, məhkəmə bu iş üzrə işin hallarına nəzər yetirməmiş və birinci işi ikinci iş üzrə gəlmiş olduğu yalnış qənaətdən asılı etməklə kifayətlənmiş, heç bir əsaslandırma aparılmamışdır. Belə ki, cavabdeh tərəf qeyd etmişdir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları MTK-ya basqın edərək rəhbərliyə hakimiyyətdən sui-istifadə etməklə hədə qorxu gələrək pul və ya ev tələb etmişlər, MTK rəhbərliyi isə hədə qorxunun təsiri altında məcbur qalaraq müqaviləni bağlamışlar. Bu halı təsdiq edən heç bir mötəbər subut mövcud deyildir. Əgər cavabdeh tərəfin qeyd etdiyi hallar doğru olsa idi, onlar 2014-cü ildən onlara “basqın və hədə-qorxu ilə tələb etmə halı üzrə” şikayət edərdilər və buna cinayət mühakimə qaydasında hüquqi qiymət verilərdi. Nəzərə alınmalıdır ki, Əgər həqiqətən cavabdeh MTK-ya qarşı “hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə” gəlinmiş və bunun nəticəsində müqavilə bağlanmağa məcbur etmə halı baş vermiş olsa idi, MTK təsir edilmiş zorakılığa son qoyulduğu vaxtdan şikayət edə bilərdi. Bundan əlavə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşlarının barəsində 2015-ci il tarixdə cinayət işləri başlanılmış və vəzifəli şəxslər vəzifdən azad edilərək nazirliyin adı dəyişdirilmişdir. Hesab edirlər ki, MTK-nın (nümayəndələrinin) qeyd etdikləri doğru olsa idi, ən gec həmin qurum ləğv edilərkən və qurumun əməkdaşları məsuliyyətə cəlb edilərkən MTK şikayət etməli idi.
48. Bundan əlavə İddiaçı uzun illər ərzində dəfələrlə MTK-ya müraciət edərək mənzilini tələb etmişdir. Həmin vaxtlarda bu barədə şikayətlər verilə bilərdi. Həmçinin həmin vaxtlarda MTK tərəfindən bildirilmişdir ki, mənzil tikildikdən sonra təhvil veriləcək. Bundan sonra İddiaçı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq mənzilini tələb etmiş, lakin bundan sonra da MTK etib arsızlıqla bağlı iddia qaldırmamış və müqaviləni mübahisələndirməmişdir. Aydın göründüyü kimi, MTK öhdəlikdən yayınmaq üçün bu cür müdafiə taktikalarından istifadə edir. Hər bir halda belə iddia tələbinə 1 illik kəsici müddət tətbiq edilməklə iddia tələbi rədd edilməli idi.
49. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-20/2025 nömrəli qərarı ilə Kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-303/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir (hakimlər Zaur Əliyev (məruzəçi), Zəki Babayev və Əhliman Xıdırov).
50. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işdə MTK, 9 iyul 2014-cü il tarixli müqavilənin hədə t əsiri altında bağlandığına istinad edərək əqdin etibarsız sayılmasını xahiş edir. İddiaçı isə müqavilənin hədə nəticəsində bağlanmadığını bildirərək iddiaya etiraz edir, müqavilənin ləğv edilərək ödənilmiş pul vəsaitinin geri qaytarılmasını istəyir.
51. Tələbin qanuni əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin.
52. Apellyasiya instansiyası məhkəməsi sözügedən müqavilə hədə-qorxu nəticəsində bağlanmışdır və belə əqdlər mübahisə olunan etibarsızlıq halına aiddir.
53. MTK-nın istinad etdiyi halın əqdin etibarsızlığının mübahisə edilən növünə aid olması barədə məhkəmənin gəldiyi qənaət doğru olmuşdur. O əqdlər “mübahisə edilən” sayılır ki, həmin əqdi bağlamış şəxsin iradəsi zədələnmiş olsun. İradənin zədələnməsinə səbəb olan əsaslar MM-in 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur: hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.
54. Bu növ etibarsız əqdləri bağlandığı andan etibarsız olan digər əqdlərdən (əqdin qanuna zidd, yaxud digər səbəbə görə əhəmiyyətsiz olması, sərəncam səlahiyyətinin olmaması, məcburi formaya riayyət edilməməsi və s.) fərqləndirən mühüm xüsusiyyət odur ki, iradəsi zədələnmiş şəxs əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə həmin hallarda və Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddətlərdə əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (pozula bilən etibarlılıq). Mübahisələndirmə faktı geriyə şamil olunaraq əqdin bağlandığı andan etibarsız sayılmasını təmin edir.
55. Bu qaydalar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında açıqca göstərilmişdir: “Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur....Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallar da (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər... Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ik ili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir...bu müddətin keçməsi hüququn xitamına səbəb olur”.
56. Göründüyü kimi, əqdin iradə zədələnməsi nəticəsində bağlandığı qənaətinə gələn məhkəmənin sonrakı yoxlaması tərəfin həmin əqdi qanunla müəyyən edilmiş kəsici müddətdə mübahisələndirib-mübahisələndirmədiyinin araşdırılması ilə bağlı olmalıdır.
57. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında izah edilmişdir ki, “Müqavilənin m übahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər”.
58. Apellyasiya instansiyası məhkəməsi MTK-nın əqdi mübahisələndirən hərəkəti kimi İddiaçı 2021-ci ildə qaldırdığı iddia üzrə müqavilənin hədə-qorxu altında bağlanması barədə olan iradə ifadəsini, yəni müqavilənin etibarsız olduğunu qarşı tərəfə bəyan etməsini əsas götürmüşdür.
59. Sözügedən mübahisələndirmənin qanunla müəyyən edilmiş kəsici müddət ərzində edilib-edilmədiyinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, “İddiaçı yalnız 2021-ci ildə müqavilə üzrə iddia qaldırmış, MTK da həmin vaxt artıq sonuncunun həmin müqavilənin icrasını tələb etdiyini bildikdə, müqavilənin hədə-qorxu altında bağlandığını və əhəmiyyət kəsb etməməsi barədə iradə ifadəsini bildirməklə, müqavilənin etibarsız olduğunu qarşı tərəfə bəyan etmişdir....Mübahisələndirilən müqavilə 2014-cü ildə bağlansa da, müqavilənin bağlanması öz-özlüyündə MTK-nın hüquqlarını pozmamışdır, müqavilə hədə-qorxu altında formal olaraq bağlansa da, həmin müqavilə üzrə hər hansı hərəkət həyata keçirilməmişdir. Lakin İddiaçı 202 1-ci ildə iddia qaldırmış, bu zaman MTK sonuncunun həmin müqavilədən faydalanmaq niyyətində olduğunu bildikdə, müqavilə üzrə yaranan hüquqi nəticələri aradan qaldırmaq məqsədi ilə etirazını bildirmiş, bununla da həmin müqaviləni mübahisələndirmişdir. Beləliklə MTK 2021-ci ildə hüququnun pozulduğunu bilmiş və həmin vaxt əqdi mübahisələndirmişdir. Əqd bağlanarkən iradəsi zədələnmiş tərəf, yəni MTK qanunda nəzərdə tutulan müddətlərdə (Mülki Məcəllə maddə 354.2) əqdi mübahisələndirmişdir, nəzərdə tutulmuş kəsici müddət ötürülməmişdir”.
60. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab etmişdir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 354.2-ci maddəsini işə düzgün tətbiq etməmişdir.
61. Həmin normaya əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
62. Göründüyü kimi, iradənin zədələnməsi, o cümlədən məcburetmə nəticəsində bağlanmış əqdlərin mübahisələndirilməsi üçün bir illik müddətin axımının başlandığı an qanunda aydın şəkildə göstərilmişdir. Bu an zorakılığa və ya hədəyə son qoyulduğu gün və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündür. Başqa sözlə, məcburetmə altında bağlanmış əqdin mübahisə olunması üçün müddətin əvvəli nə şəxsin öz hüquqlarını pozulduğu ( zorakılığın və ya hədənin icra edildiyi), nə də həmin əqd üzrə öhdəliklərin icrasının tələb edildiyi vaxtdan deyil, zorakılıq və ya hədələmənin aradan qalxdığı andan hesablanır. Məhz bu andan etibarən bir il ərzində iradəsi zədələnmiş tərəf əqdə bağlı olmadığını qarşı tərəfə bildirməli (əqdi mübahisələndirməli), ixtilaf halında bunu məhkəmədə sübuta yetirməlidir.
63. Belə olan halda, apellyasiya məhkəməsinin qanunla müəyyən edilmiş bir illik müddətin əvvəlini məcburetməyə son qoyulduğu vaxtdan hesablamaması Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiya şərtinə uyğun olmamışdır.
64. Kassasiya şikayətində qeyd edilmişdir ki, “Əgər həqiqətən cavabdeh MTK-ya qarşı “hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə” gəlinmiş və bunun nəticəsində müqavilə bağlanmağa məcbur etmə halı baş ve rmiş olsa idi, MTK təsir edilmiş zorakılığa son qoyulduğu vaxtdan şikayət edə bilərdi. Bundan əlavə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşlarının barəsində 2015-ci il tarixdə cinayət işləri başlanılmış və vəzifəli şəxslər vəzifdən azad edilərək nazirliyin adı dəyişdirilmişdir. Hesab edirlər ki, MTKnın (nümayəndələrinin) qeyd etdikləri doğru olsa idi, ən gec həmin qurum ləğv edilərkən və qurumun əməkdaşları məsuliyyətə cəlb edilərkən MTK şikayət etməli idi”.
65. Baxılan işdə apellyasiya məhkəməsinin istinad etdiyi (9 iyul 2014-cü il tarixdə müqavilə bağlanarkən törədildiyi bildirilən) məcburetməyə hansı andan son qoyulduğu araşdırılmamış və məsələyə bu aspektdə hüquqi qiymət verilməmişdir.
66. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nə zərə almamış, qeyd edilən maddi hüquq normasını düzgün tətbiq etməmiş, nəticə etibarilə qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır. c) Birləşdirilmiş işlər üzrə apellyasiya instansiya məhkəməsində ikinci icraat
67. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında qeyd edib ki, müvafiq sorğular və şikayətlər vermişlər. Baş Prokurorluqda iş materialları ilə tanış olmağa şərait yaradılmayıb. Hədə-qorxu təsiri altında müqavilə bağlanmayıb. Baş Prokurorluqdan gələn sorğuya cavabda ərizəyə dərkənar qoyulmayıb, tarix yazılmayıb. Ərizənin necə qeydiyyata alınması və hansı icraçıya yönləndirilməsi məlum deyil. Qarşı tərəf hüquq-mühafizə orqanlarına şikayət verə bilərdi. Əgər zorakılıq nə ticəsində müqavilə bağlanıbsa zorakılıq hərəkətləri aradan qaldırılandan sonra qarşı tərəf 1 il ərzində iddia qaldıra bilərdi. Lakin iddiaçı bu hadisədən 2 il sonra iddia qaldırıb. Müddətin hesablanması MTN nazirinin vəzifəsindən azad edildiyi vaxtdan hesablanmalı deyil. Qarşı tərəf dərhal iddia qaldırmalı idi.
68. MTK-nın vəkili Vəkil2 izahatında qeyd edib ki, ilk dəfə tərəflərindən 2016-ci ildə müraciət edilib. Ərizədə dərkənar olub. 2014-cü ildə hədə-qorxu ilə müqavilə bağlanıb. İddiaçı keçmiş MTN nazirinin qohumudur. Onlar heç nə edə bilməzdilər. 2015-ci ildə həmin şəxs vəzifəsindən azad edilib. Hədə-qorxu da MTN nazirinin vəzifəsindən azad edildiyi vaxtdan aradan qalxıb.Yenə də müddəti ötrüməmişlər.
69. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1942/2025 nömrəli xx.xx.202 5-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3456/2023 nömrəli iş üzrə 11 dekabr 2023cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğısatqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderi və maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2348/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsinin qismən - ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icrası tələbinə dair” ilki n iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş rüsumların tərəflərin özünə aid edilməsi qət edilmişdir (hakimlər - Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fərrux Qasımov).
70. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, MTK mübahisə predmeti olan müqavilənin hədə-qorxu nəticəsində tərtib edildiyini və İddiaçı tərəfindən hər hansı vəsait ödənilmədiyini bildirmişdir.
71. Birinci instansiya məhkəməsində 2013-2014-cü illərdə MTK-nın sədri olaraq çalışmış X2 şahid qismində dinlənilərkən bildirmişdir ki, cavabdeh tərəfindən 309.000 manat pul ödənilməmiş, MTK-nın əməkdaşı Əlixan Cəfərovun göstərişinə əsasən müqaviləyə imza atmışdır.
72. Digər şahid - MTK-nın təsisçisi X6 qeyd etmişdir ki, MTN-nin əməkdaşları mülki geyimdə onun yanına gəlməklə İlham Mahdumo vun adına mənzil verilməsinə dair müqavilə bağlanılmalı olunduğunu bildirmişlər. Həmin vaxt cavabdeh özü müqavilə imzalanarkən iştirak etməmiş, sadəcə onun şəxsiyyət vəsiqəsi təqdim edilməklə müqavilə yazılmış, mənzilə görə də heç bir ödəniş edilməmişdir.
73. Həmçinin müəyyən edilmişdir ki, mübahisə predmeti olan müqaviləyə əsasən İddiaçı verilməli olan mənzilin mövcud olduğu bina tikilməmişdir, hazırda da mövcud deyildir.
74. Beləliklə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə iradə ifadəsi zədələnməklə bağlanmış, həmçinin müqavilə bağlanarkən İddiaçı iştirak etməmiş, səlahiyyətli nümayəndə vasitəsi ilə də təmsil olunmamışdır. MTKnın müqavilə bağlamaq niyyəti olmamış, onun səlahiyyətli nümayəndəsi məcburiyyət qarşısında qalmaqla həmin müqavilənin imzalanmasına razılıq vermişdir.
75. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır ki, hazırkı müqavilə mübahisələndirilən əqddir. Müqavilə iradə ifadəsi zədələnməklə bağlanmışdır.
76. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün qənaətə gəlmiş olsa da, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Yəni, məhkəmə xx.xx.2014-cü il tarixli müqavilənin məcburetmə (zorakılıq və ya hədələmə) təsiri altında bağlanması nəticəsinə gəlsə də, həmin əqdə əhəmiyyətsiz əqdlərə aid qaydaları, yəni Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq etməklə, MTK-nın tələbinin daşınmaz əşya ilə bağlı olması səbəbindən bu tələbə iddia müddətinin tətbiq edilməməsi barədə səhv nəticəyə gəlmişdir.
77. Mülki Məcəllənin 354.2-ci maddəsinin məzmunu ndan göründüyü kimi, iradənin zədələnməsi, o cümlədən məcburetmə nəticəsində bağlanmış əqdlərin mübahisələndirilməsi üçün bir illik müddətin axımının başlandığı an zorakılığa və ya hədəyə son qoyulduğu gün və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündür. Məhz bu andan etibarən bir il ərzində iradəsi zədələnmiş tərəf əqdə bağlı olmadığını qarşı tərəfə bildirməli (əqdi mübahisələndirməli), ixtilaf halında bunu məhkəmədə sübuta yetirməlidir.
78. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1455 №-li Sərəncamı ilə X4 Azərbaycan Respunlikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilmişdir.
79. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlllərinə dair MTK sədrinin xx.xx.2016-cı il tarixli müraciəti Baş Prokurorluğun İstintaq idarəsinə daxil olaraq ********* nömrəli cinayət işinin materiallarına əlavə olunmuş və həmin müraciət əsasında qeyd edilən cinayət işi üzrə zəruri istintaq və prosessual hərəkətlər icra edilməklə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri barəsində cinayət təqibi davam etdirilir.
80. Məktuba Cavabdeh MTK sədri tərəfindən Azərbaycan Respublikasının Baş X5 ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizənin surəti iş materiallarına əlavə edilmişdir.
81. Göründüyü kimi əqd bağlanarkən iradəsi zədələnmiş tərəf, yəni MTK hədəqorxunun aradan qalxdığı vaxtdan bir illi k müddət ərzində Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etməklə əqdi mübahisələndirmişdir.
82. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014- cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, müqavilə əsasında verilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderi və Cavabdeh MTK tərəfindən 2014-cü il tarixdə payçı İddiaçı verilmiş maliyyə arayışı müstəqil şəkildə hər hansı hüquqi nəticə doğurmasa da, müqavilənin tərkib hissəsi kimi onlar da etibarsızdır. 83. xx.xx.2014-cü il tarixli müqavilə etibarsız hesab edildiyindən, İddiaçı etibarsız hesab edilən müqaviləyə əsaslanaraq irəli sürdüyü 309.450 manat məbləğində pulun MTK-dan tutularaq ona ödənilməsi barədə iddia tələbi də əsassız olmaqla rədd edilməlidir, həmin tələb üzrə hər hansı araşdırmaya zərurət qalmır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
84. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1942/2025 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitiningeri qaytarılması” barədə iddia ərizəsinin təmin edilməsini, iddiaçı CavabdehMTK-nın cavabdeh İddiaçı qarşı ninəlivaqüm“ etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinin rədd edilməsini, həmçinin Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
85. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə k ollegiyası sübutları düzgün qiymətləndirməmiş, maraqlı və qeyri-obyektiv olaraq sübutları yalnış qiymətləndirərək mübahisəyə düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, xx.xx.2014-cü il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlanmış və öhtəliklər müəyyən olunmuşdur. Bundan sonra borcun olmamasına dair “maliyyə arayışı” və 309.450 manat pul vəsaitinin kassaya köçürülməsinə dair “kassa mədaxil orderi” təqdim edilmişdir.
86. Məhkəmə kollegiyası tərəfindən iş üzrə mövcud olan sübutlar düzgün qiymətləndirilməmiş, məhkəmə bu iş üzrə olan subutları qiymətləndirməmiş, işin hallarına nəzər yetirməmiş və birinci işi ikinci iş üzrə gəlmiş olduğu yalnış qənaətdən asılı etməklə kifayətlənmişdir. Bu iş üzrə heç bir əsaslandırma aparılmamışdır. Tərəflər arasında b ağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün cavabdeh tərəfin qeyd etdikləri özünü müdafiə xarakterlidir və iddiaçının vermiş olduğu pul vəsaiti hesabına əsassız qazanc əldə etmək niyyətlərinə xidmət edir. Belə ki, cavabdeh tərəf qeyd edir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları MTK-ya basqın edərək MTK rəhbərliyinə hakimiyyətdən sui-istifadə etməklə hədə qorxu gələrək pul və ya ev tələb etmişlər, MTK rəhbərliyi isə hədə qorxunun təsiri altında məcbur qalaraq müqaviləni bağlamışlar. Bu halı təsdiq edən heç bir mötəbər subut mövcud deyildir. Bu hala münasibətdə MTK-nın iki əməkdaşı şahid qismində dindirilib və biri digərinə zidd olan qeyri-mötəbər və qeyri-müəyyən izahatlar vermişlər.
87. Əgər cavabdeh tərəfin qeyd etdikləri hallar doğru olsa idi, onlar 2014-cü i ldən onlara “basqın və hədə-qorxu ilə tələb etmə halı üzrə” şikayət edərdilər və buna cinayət mühakimə qaydasında hüquqi qiymət verilərdi. Nəzərə alınmalıdır ki, Əgər həqiqətən cavabdeh MTK-ya qarşı “hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə” gəlinmiş və bunun nəticəsində müqavilə bağlanmağa məcbur etmə halı baş vermiş olsa idi, MTK təsir edilmiş zorakılığa son qoyulduğu vaxtdan şikayət edə bilərdi. Bundan əlavə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşları barədə 2015-ci il tarixdə cinayət işləri başlanmış və vəzifəli şəxslər vəzifdən azad edilərək nazirliyin adı dəyişdirilmişdir. Hesab edir ki, MTK-nın (nümayəndələrinin) qeyd etdikləri doğru olsa idi, ən gec həmin qurum ləğv edilərkən, qurumun əməkdaşları məsuliyyətə cəlb edilərkən MTK şikayət etməli idi. Çün ki nəzərə alınmalıdır ki, hədə-qorxu ilə tələb etmə CM-nin 182-ci maddəsinə əsasən cinayət əməlidir. Qeyd etdiklərindən aydın şəkildə görünür ki, bu bəhanələr MTK-nın öhdəliklərindən yayına bilməsi üçün uydurmuş olduğu müdadfiə taktikasından başqa bir şey deyildir. Göründüyü kimi, əqdin etibarsızlığına dəlalət edən nə hər hansı bir subut və ya hal mövcud deyildir. Məhkəmə qanunsuz və ədalətsiz qətnaməsini sırf ikinci iş üzrə əsaslandırdığı üçün qətnamənin həmin əsaslarına ikinci iş üzrə münasibət bildiriləcək. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
88. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
89. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərə fli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
90. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
91. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
92. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
93. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahi sə edilir.
94. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
95. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
96. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
97. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
98. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtər əfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
99. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
100. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
101. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəlləni n 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
102. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
103. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
104. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam və kassatorun dəlilləri əsasında yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
106. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
107. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillərə, Nəsimi Rayon Məhkəməsinin e-2(006)3456/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli q ətnaməsini ləğv edib müqavilənin etibarsız sayılması barədə nəticəyə gələn apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
108. Kassatorun “ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşları barədə 2015-ci il tarixdə cinayət işləri başlanmış və vəzifəli şəxslər vəzifədən azad edilərək nazirliyin adı dəyişdirilmişdir, MTK-nın (nümayəndələrinin) qeyd etdikləri doğru olsa idi, ə n gec həmin qurum ləğv edilərkən, qurumun əməkdaşları məsuliyyətə cəlb edilərkən MTK şikayət etməli idi” dəlili qətnamənin ləğvinə əsas vermir.
109. Çünki apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1455 №-li Sərəncamı ilə X4 Azərbaycan Respunlikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilmişdir. MTK-nın sədri tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroruna xx.xx.2016-cı il tarixli ərizə yazılmışdır.
110. Həmin ərizədə məhz hazırkı iş üzrə mübahisələndirilən müqavilənin hədə təsiri altında bağlandığı, müqavilə üzrə hər hansı ödəniş edilmədiyindən bəhs olunmuşdur.
111. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 03/212006112/3694 saylı məktubunda da göstərilmişdir ki, B aş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı davam etdirilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bəzi vəzifəli şəxsləri tərəfindən hakimiyyətdən sui-istifadə, rüşvət alınması, özgə əmlakının hədə-qorxu ilə tələb edilib ələ keçirilməsi, vəzifə saxtakarlığı və digər qanunsuz əməllərin törədilməsi faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 193-1.3.1, 1931.3.2, 294.3, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 318.2, 341.2.1, 341.2.3-cü maddələri ilə istintaq olunur. Cavabdeh MTK-nın sədri Rauf Bayramovun qeyd edilən müəssisənin mülkiyyətində olmuş 309.450 manat dəyərində mənzilin dəyəri ödənilmədən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxs ləri tərəfindən gəlinmiş hədə-qorxu nəticəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İddiaçı adına rəsmiləşdirilməsi, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair müraciəti ilə əlaqədar cinayət işi üzrə zəruri istintaq və prosessual hərəkətlər icra edilmişdir. Aparılmış istintaq zamanı Cavabdeh MTK-nın mülkiyyətində olmuş mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi təsdiq olunmayaraq, hazırda həmin əmlaka olan hüququn hədə-qorxu ilə ələ keçirilməsi faktı üzrə təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində iş üzrə cinayət təqibi davam etdirilməklə, həmin xüsusatlarla əlaqədar toplanmış zəruri sənədlər məhkəməyə göndərilmişdir.
112. Göründüyü kimi MTK hədə-qorxunun aradan qalxdığı vaxtdan bir illik müddət ərzində Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişdir.
113. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
114. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onla ra qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
115. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
116. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 10 iyul tarixli 2(103)1942/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.