Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3398/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh MTK-ya, Maraqlı şəxs və X4 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan binada olan yaşayış sahəsinə dair müqavilənin etibarsızlığı, əmlakın başqasının qanunsuz sahibliyindən qaytarılması əsasları, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)7020/2022 nömrəli və 10 aprel 2023-cü il tarixli, 2(103)-1951/2023 nömrəli qətnamələrindən ayrı-ayrılıqda iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Yaşayış binasında mənzil tikintisi haqqında 25 yanvar 2007-ci il tarixli müqavilə ilə Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı mənzili İddiaçı verməyi, sonuncu mənzilin ümumi dəyəri 47698 manat məbləğində pulu ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh MTK tərəfindən verilmiş 25 yanvar 20 07-ci il tarixli maliyyə arayışına əsasən həmin mənzilin pay dəyəri - 47698 manat İddiaçı tərəfindən ödənilmişdir.
2. Yaşayış binasında mənzil tikintisi haqqında 02 oktyabr 2014-cü il tarixli müqavilə ilə Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı mənzili Maraqlı şəxs verməyi, sonuncu mənzilin ümumi dəyəri 52000 manat məbləğində pulu ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh MTK tərəfindən verilmiş 02 oktyabr 2014-cü il tarixli maliyyə arayışına əsasən həmin mənzilin pay dəyəri – 52000 manat Maraqlı şəxs tərəfindən ödənilmişdir.
3. Göstərilən mənzildə Maraqlı şəxs, həyat yoldaşı X6 və iki azyaşlı uşaqları ilə birlikdə qeydiyyatsız olaraq yaşayırlar.
4. Azərba ycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş 28 oktyabr 2022-ci il tarixli məktuba əsasən Cavabdeh MTK-da olan 3 otaqlı, 130,5 kv.m sahəli 207 nömrəli mənzil ilə əlaqədar Maraqlı şəxs və İddiaçı adları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşəbbüsü ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosesi ünvanında inşa edilən binada yerləşən 75 kv.m mənzilin ayrılması ilə əlaqədar tərtib edilmiş siyahıya daxil edilmişdir. İddiaçı "xxxx" MTK tərəfindən inşa edilən mənzili qəbul etməkdən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: İ. Birinci iş üzrə: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası MP M-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-nın tikilməkdə olan binasının 2-ci girişi, 12ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 25 yanvar 2007-ci il tarixli müqavilə ilə mübahisəli mənzili cavabdehdən almış və mənzilin ümumi dəyəri 47698 manat məbləğində pulu ödəmişdir. İddiaçı respublikadan kənarda olduğundan və daimi yaşayış yeri olduğundan, binada tikinti işlərinin aparılması ilə maraqlanmamışdır. Lakin, aldığı mənzilə baxış keçirmək üçün binanın yerləşdiyi əraziyə getdikdə, cavabdehin nümayəndələri onu buraxmamış v ə məlum olmuşdur ki, bu binada bir mənzil bir neçə nəfərə satıldığından, binanı inşa edən şəxsləri həbs ediblər. O, mənzilə dair sənədləri götürərək cavabdehin əməkdaşlarına yaxınlaşmış, aldığı mənzili təhvil vermələrini xahiş etmişdir. Lakin, iddiaçıya mənzili göstərməkdən və təhvil verməkdən imtina edilmiş, onun burada mənzilinin olmadığını qeyd edilmişdir. İddiaçı 11 ildir ki, öz üzərinə götürdüyü öhdəliklərini icra etməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmir və icra etməkdən boyun qaçırır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(004)-7864/2018 nömrəli qiyabi qətnaməsi ilə (hakim T.B.Axundov) iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sah əsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzilin boş vəziyyətdə İddiaçı təhvil verilməsi Cavabdeh MTKay həvalə edilməsi qət edilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(004)-5642/2022 nömrəli qərardadı ilə qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizəsi təmin edilərək, Məhkəmənin 28 noyabr 2018-ci il tarixli, 2(004)-7864/2018 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və mülki işin icraatı təzələnmişdir.
9. Bundan sonra, İddiaçı MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, Maraqlı şəxs əlavə cavabdeh qismində cəlb etməklə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində Cavabdeh MTK-nın inşa etdiyi binanın 2-ci girişi, 12-ci mərtəbəsinə, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzilə dair MTK ilə Maraqlı şəxs arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli müqavilənin və 02 oktyabr 2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilin boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)5642/2022 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli müqavilənin və 02 oktyabr 2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində ye rləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilinin boşaldılaraq, boş vəziyyətdə İddiaçı təhvil verilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi, Cavabdeh MTK-dan 52000 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh Maraqlı şəxs xeyrinə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi, mübahisəli mənzilin ilkin olaraq Cavabdeh MTK ilə bağlanmış 25 yanvar 2007-ci il tarixli müqavilə əsasında İddiaçı satılmasını, sonuncu tərəfindən həmin tarixdə mənzilin dəyərinin tam ödənildiyini, mənzilin ona təhvil verilməsini və tərəfindən mənzilə qapı qoyulmasını, MTK-nın qanuni qüvvəsini almış məhkəmə aktları ilə məhkum edilmiş vəzifəli şəxsləri tərəfindən mübahisəli mənzilin tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar d axil edərək, 12 oktyabr 2014-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında MTK-nın adından cavabdeh Maraqlı şəxs satılmasını, cinayət əməlini gizlətmək üçün mənzilə iddiaçı tərəfindən qoyulmuş qapını sındıraraq cavabdehin mənzilə köçürülməsini, bununla iddiaçını öz əmlakına sahiblik və ondan istifadə ilə bağlı hüquqlarından məhrum etməsini nəzərə alıb hesab etmişdir ki, iddia tələbləri təmin olunmalıdır.
12. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, müqavilənin etibarsızlığının nəticəsi olaraq, ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur. Maraqlı şəxs hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, işin mübahisə olunmayan hallarına görə Maraqlı şəxs mənzili müqavilə əsasında əldə edib, müqavil əyə, maliyyə arayışına əsasən mənzili satın almaq üçün qabaqcadan 52000 manat pay haqqı ödəyib.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 157.2, 158.1.2, 324, 337.2, 337.5, 385.1, 389.1, 425.1, 452.1, 567-ci, CinayətProsessual Məcəllənin 65.4-cü, Mülki Prosessual Məcəllənin 82.4, 217.4, 216-220, 360-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh Mar aqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)-5642/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)1951/2023 nömrəli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)-5642/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdehlər Maraqlı şəxs və X4 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsinə” dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş (ikin ci iş), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021ci il tarixli, 2(004)-6844/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)-7020/2022 nömrəli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı həmin iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçının mübahisəli mənzilə dair müqavilə bağladıqdan sonra həmin mənzilə sahiblik və istifadə hüququ həyata keçirmədiyi (özünün iddia ərizəsində etiraf etdiyi kimi çox zaman respublikadan kənarda olduğundan və daimi yaşayış yeri olduğundan, binada tikinti işlərinin aparılması ilə maraqlanmamışdır), həmin mənzildə ümumiyyətlə yaşamadığı, cavabdehlərin müqavilə əsasında əldə etdikləri mübahisəli mənzili təmir etdirərək, artıq neçə illərdir ki, həmin mənzildə daimi yaşadıqları, "xxxx" MTK tərəfindən mübahisəli mənzilin əvəzində iddiaçıya yeni mənzil sahəsi təklif edildiyi nəzərə alınaraq, iddia tələbi təmin edilməməlidir.
17. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, hazırki mülki iş üzrə tələbən göründüyü kimi hazırki iş üzrə “mənzilin boşaldılaraq, boş vəziyyətdə ona təhvil verilməsi” tələbi eyni predmet barəsində olsa da, başqa əsasla, yəni cavabdehlər arasında mənzillə bağlı bağlanmış müqavilənin etibarsız hesab edilməsi nin nəticəsi olaraq irəli sürülmüşdür. Bu səbəbdən, iddianın yolverilməzliyi üçün əsaslar yoxdur.
18. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Maraqlı şəxs qarşı tələbi eyni mənzillə bağlı olduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırki mülki işdə onlara münasibətdə mübahisələndirilmir və yenidən sübut edilmir.
19. Beləliklə, işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh MTK tərəfindən mübahisəli Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair əvvəl iddiaçı ilə müqavilə bağlansa da, sonradan həmin mənzilə dair cavabdeh Maraqlı şəxs ilə 02 oktyab r 2014-cü il tarixli müqavilə bağlanıb və mənzil faktiki olaraq sonuncunun sahibliyinə və istifadəsinə verilib. Bundan sonra məhz cavabdeh tərəfindən mənzildə təmir-bərpa işləri aparılıb və cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. "xxxx" MTK tərəfindən mübahisəli mənzilin əvəzinə iddiaçıya yeni mənzil sahəsi təklif edilmiş, lakin iddiaçı razılaşmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 337.1-ci, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)-1951/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 6.2, 425.1, 452.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 14.2, 77.1, 82.4, 88-ci, Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddələri pozulmuşdur. Belə ki, iddiaçı hələ 2018-ci ildə cavabdeh MTK-ya qarşı məhkəmədə iddia qaldıraraq mənzilin boş vəziyyətdə ona qaytarılmasını xahiş etmiş və birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi ilə tələbi təmin olunmuşdur. Apellyasiya məhkəməsi hazırki işdə Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2022ci il tarixli qətnaməsinə istinad etsə də, iddiaçının həmin qətnamədən kassasiya şikayəti verməsini nəzərə almamış, icraatı dayandırmalı olduğu halda, belə qərardad qəbul etməmişdir. Həmçinin, apellyasiy a məhkəməsi Cavabdeh MTK-nın vəzifəli şəxsləri barəsində qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı ilə müəyyən olunan halları nəzərə almamışdır. Həmçinin işə apellyasiya icraatında baxılarkən iddiaçının vəkili səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, vəsatəti təmin olunmamış, işə iştirakları olmadan baxılmışdır.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Cavabdeh Maraqlı şəxs kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Etir az onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi düzgün olaraq mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsini tətbiq etmişdir. Mənzil cavabdehlərin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin əmlaka tələb hüququ aradan qalxmışdır. İİ. İkinci iş üzrə: c) Birinci instansiya məhkəməsində icraat
26. İddiaçı cavabdehlər Maraqlı şəxs və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m ibarət olan 3 otaqlı, 207 saylı mənzildən çıxarılmaları və mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İddia birinci iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(004)7864/2018 nömrəli qiyabi qətnaməsinin icrası zamanı məlum olmuşdur ki, mənzildə Maraqlı şəxs arvadı X6 və iki az yaşlı uşağı ilə birlikdə yaşayırlar. Həmin şəxslərə mənzilin boşaldılması ilə bağlı dəfələrlə müraciət etsə də və mənzilin könüllü qaydada onlar tərəfindən boşaldacaqlarına ümid etsə də, cavabdehlər tərəfindən mənzilin boşaldılaraq təhvil verilməsi təmin edilməmişdir.
28. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)6844/2021 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia təmin edilmiş, cavabdehlər Maraqlı şəxs və X1 azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. ibarət olan 3 otaqlı, 207 saylı mənzildən çıxarılmaları və həmin mənzilin boş vəziyyətdə İddiaçı təhvil verilməsi qət edilmişdir.
29. Birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsinə istinad edərək hesab etmişdir ki, cavabdehlər iki azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildə heç bir qanuni əsas olmadan yaşamaqda davam edir və mənzili iddiaçıya təhvil verməkdən imtina edirlər. Halbuki, cavabdehlərin (azyaşlı uşaqları ilə birlikdə) həmin mənzildə yaşaması üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdehlərin (azyaşlı uşaqları ilə birlikdə) iddiaçının mülkiyyətində olan mənzildə qanunsuz yaşaması, iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozmuşdur.
30. Məhkəmə qətnaməni Azərbaycan Respublikasının Konstit usiyasının 13, 23-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 228.1-ci maddələri ilə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində icraat
31. Cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)7020/2022 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş ü zrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə qətnaməsini əsaslandırarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(004)-7864/2018 nömrəli qiyabi qətnaməsinə preyudisial əhəmiyyət kəsb edən sübut kimi qiymət verməkdə haqlı olmamışdır. Belə ki, qeyd edilən məhkəmə qətnaməsi üzrə Maraqlı şəxs və X7 işdə iştirak edən şəxslər olmamış, bu səbəbdən həmin qiyabi qətnamə onlara münasibətdə preyudisial əhəmiyyət kəsb edə bilməz. Bundan əlavə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(004)-5642/2022 nömrəli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş, qeyd edilən işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmışdır. Artıq qiyabi qətnaməyə istinad edilməklə iddianın təmin edilməsi üçün heç bir əsas mövcud deyil.
34. Məhkəmə qeyd etmişdir ki, Maraqlı şəxs 02 oktyabr 2014-cü il tarixdə Cavabdeh MTK ilə mübahisəli mənzilə dair müqavilə bağlayaraq dəyərini ödəməklə həmin mənzili əldə etmiş, yaşayış sahəsini təmir edərək ailəsi ilə birlikdə uzun illərdir ki, qeyd edilən mənzildə yaşayır. Cavabdeh MTK-nın 15 sentyabr 2021-ci il və 02 iyun 2022-ci il tarixli arayışları, həmçinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 28 oktyabr 2022-ci il tarixli məktubu ilə ünvan 3 ünvanda Cavabdeh MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 207 saylı mənzilində Maraqlı şəxs, həyat yoldaşı X6 və iki azyaşlı uşaqları ilə birlikdə qeydiyyatsız olaraq yaşam ası təsdiq edilir. Həmin məktubdan görünür ki, həm iddiaçı, həm də cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli şosesi ünvanında inşa edilən binada onlara mənzil ayrılması ilə əlaqədar tərtib edilmiş siyahıya daxil edilmişlər. İddiaçı xeyrinə qəbul edilmiş müvafiq məhkəmə qətnaməsi ilə Maraqlı şəxs qeyd edilən mənzildən çıxarılmasını və mənzilin ona qaytarılmasını tələb etdiyindən "xxxx" MTK tərəfindən inşa edilən mənzili qəbul etməkdən imtina etmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməklə hesab etmişdir ki, mənzil cavabdehlərin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Belə ki, mübahisəli mənzilin cavabdehlərin sahibliyinə və istifadəsinə verilməsi işin m übahisələndirilməyən halıdır.
36. Apellyasiya məhkəməsi iddiaçının mübahisəli mənzilə dair müqavilə bağladıqdan sonra həmin mənzilə sahiblik və istifadə hüququ həyata keçirmədiyini (özünün iddia ərizəsində etiraf etdiyi kimi çox zaman respublikadan kənarda olduğundan və daimi yaşayış yeri olduğundan, binada tikinti işlərinin aparılması ilə maraqlanmamışdır), həmin mənzildə ümumiyyətlə yaşamadığını, cavabdehlərin müqavilə əsasında əldə etdikləri mübahisəli mənzili təmir etdirərək, artıq neçə illərdir ki, həmin mənzildə daimi yaşadıqlarını, "xxxx" MTK tərəfindən mübahisəli mənzilin əvəzində iddiaçıya yeni mənzil sahəsi təklif edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
37. İddiaçı kassasiya şikayəti verərək, Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)-7020/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Həmin kassasiya şikayətinin dəlilləri iddiaçının Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)-1951/2023 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur.
39. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
40. Bu kassasiya şikayətinə etiraz verilməmişdir. İİİ. Mülki işlərin kassasiya icraatından birləşdirilməsi:
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(102)3398/2023 nömrəli qər ardadı ilə İddiaçı cavabdehlər Maraqlı şəxs və X4 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi” tələbinə dair 2(102)-4279/2023 nömrəli mülki iş İddiaçı cavabdehlər Maraqlı şəxs və Cavabdeh MTK-ya qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair 2(102)-3398/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilmiş və iş üzrə icraat 2(102)-3398/2023 nömrə ilə davam etdirilmişdir. Kassasiya baxışının hədləri:
42. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
43. Apellyasiya instansiyası məhkəməsinin hər iki qətnaməsi iddiaçı ilə bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının predmetini həmin qətnamələrin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin suby ektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasən (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrası nı tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəli k hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmi ş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə ba xmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 46. “Məhkəmə qətnamə si haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üz rə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki qətnamə qəbul edilərkən maddi hüquq norması düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
48. İlk olaraq qeyd olunmalıdır ki, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında mübahisə iki iş üzrə icraatda araşdırılmışdır. İddiaçı əvvəlcədən cavabdeh MTK-ya qarşı iddia verərək mübahisəli mənzilin ona təhvil verilməsini tələb etmiş, həmin iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qiyabi qətnaməsi ilə təmin olunmuşdur. Sonradan iddiaçı həmin qətnaməni əsas göstərərək, mənzildə yaşayan cavabdehlərin çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə həmçinin iddia təmin olunmuşdur.
49. Yalnız bundan sonra cavabdeh Maraqlı şəxs birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğvi ilə bağlı ərizə, digər qətnamədən isə apellyasiya şikayəti vermiş, ikinci qətnamədən apellyasiya şikayətinə baxı larkən, birinci iş üzrə qiyabi qətnamə ləğv edilmiş və işə birinci instansiya məhkəməsində baxılması davam etdirilmiş və həmin iş üzrə iddiaçı tələbini artırmaqla, cavabdehlərlə bağlanmış müqavilənin etibarsızlığı tələbini irəli sürmüşdür.
50. Lakin, həmin iş üzrə qəbul ediləcək qərar, yəni cavabdehlər arasında bağlanılan 02 oktyabr 2014-cü il tarixli müqavilənin etibarlılığının qiymətləndirilməsi, ikinci iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün preyudisial əhəmiyyətinə malik olduğu halda, apellyasiya instansiyası məhkəməsi ikinci işdə Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində verilən imkandan istifadə etməyərək, Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməklə, iddiaçının ikinci tələbini rədd etmişdir.
51. Halbuki, Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi yalnız borclunun etibarlı müqavilələr üzrə fərdi-müəyyən əşyanı kreditorlara vermək öhdəliyi yaranması halında mümkündür. İddiaçının tələbi ilə cavabdehlər arasında bağlanmış sonrakı müqavilə etibarsız hesab edildiyi halda isə, artıq MTK-nın cavabdeh Maraqlı şəxs qarşı mənzili vermək öhdəliyi aradan qalxır.
52. Birinci işdə isə apellyasiya məhkəməsi mövqeyini yalnız ikinci iş üzrə məhkəmənin müəyyən etdiyi hallara istinad etmişdir. Halbuki, ikinci iş üzrə qətnamə daha əvvəl qəbul edilsə də, onun iddiaçıya lazımi qaydada təqdim edilməməsi nəticəsində sonuncu kassasiya şikayəti vermək hüququndan vaxtında istifadə edə bilməmişdir.
53. Kassasiya məhkəməsinin mövqeyinə görə hazırki mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normasının seçilməsi əhəmiyyət kəsb edir.
54. Nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh MMC arasında müqavilə 25 yanvar 2007-ci il tarixdə bağlanmışdır. Odur ki, işin həlli üçün Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş 178.8- ci maddəsinin və həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tətbiqi nəzərdən keçirilə bilər.
55. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxs lər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
56. Hazırki işin hallarına oxşar olan mülki mübahisə üzrə Konstitusiya Məhkəməsinin Plenumu “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 yanvar 2020-ci il tarixli qərarında göstərmişdir ki,... mənzilin dəyərini tam ödəməklə S.Fərəcov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə S.Mustafayeva ilə 12 noyabr 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.
57. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, ikinci iddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini digər hallarla yanaşı onunla əsaslandırmışdır ki, iddiaçıya "xxxx" MTK tərəfindən mənzil ayrılmış, lakin o, həmin mənzildən imtina etmişdir.
58. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının təklif olunan mənzildən imtinası iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, birinci işin materiallarına əlavə olunan Cavabdeh MTK-nın vəzifəli şəxsləri barəsində qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021cı il tarixli hökmündə (ikinci işdə bu hökm əlavə olunmamış və məhkəmələr tərəfindən tədqiq olunmamışdır) göstərilmişdir ki, İddiaçı mübahisəli mənzillə bağlı tələbinin mülki icraat qaydasında (yəni hazırki birinci işdəki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qiyabi qətnaməsi ilə) təmin edilməsi nəzərə alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 28 oktyabr 2022-ci il tarixli məktubunda iddiaçının "xxxx" MTK tərəfindən inşa edilən binada mənzili qəbul etməkdən imtinası həmin zaman qüvvədə olan qiyabi qətnamənin mövcudluğundan irəli gəlmişdir.
59. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hər iki iş üzrə qətnamə qəbul edərkən, cinayət mühakimə icraatı qaydasında qəbul edilən yuxarıda qeyd o lunan hökmlə müəyyən olunan halları nəzərə almamış və həmin halların Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən preyudisial əhəmiyyətə malik olub-olmamasına hüquqi qiymət verməmişdir.
60. Halbuki, həmin hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh MTK-nın sədri X2 MTK-nın inşa etdiyi binanın 3 otaqlı, 130,5 kv.m sahəli 207 nömrəli mənzil 25 yanvar 2007-ci il tarixli müqavilə ilə İddiaçı satdığı və sonuncu tərəfindən həmin tarixdə mənzilin dəyəri tam ödənildiyi halda, X5 tərəfindən tanışı X9 yalandan guya həmin mənzilin sahibi olan, istintaqla kimliyi dəqiq müəyyən olunmamış “Asil” adlı şəxsin nümayəndəsi kimi təqdim etməklə, sonuncuların məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrini n icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, həmin mənzilin tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək sonuncunun öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi 02 oktyabr 2014-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında MTK-nın adından Maraqlı şəxs satılması adı ilə ondan ilkin ödəniş olaraq 25 sentyabr 2014-cü ildə binanın həyətində yerləşən ofis otağında qeyrilərinin iştirakı ilə 10000 manat və 784,40 manat ekvivalentində 1000 ABŞ dollarını, 02 oktyabr 2014-cü ildə isə əlavə olaraq 55000 manat - vahid niyyətlə cəmi 65784.40 manat məbləğində pulu alıb, əlbir olduğu şəxslərlə birlikdə aralarında bölərək şəxsi ehtiyaclarına sə rf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Maraqlı şəxs qeyd olunan pul vəsaitini özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə təkrarən vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün sonuncunun mənzilə köçməsini təmin edib, bununla İddiaçı öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə saxtakarlığı etmişdir.
61. Beləliklə, məhkəmə kollegiyasının mövqeyinə apellyasiya instansiyası məhkəməsi hər iki iş üzrə qətnamələrini müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, nəticə olaraq maddi və prosessual hüquq normalarını pozmuşdur.
62. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-c i il tarixli Qərarı).
63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
64. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdi yi qətnamələr yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
65. Odur ki, qətnamələr maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
66. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara al dı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)-7020/2022 nömrəli və 10 aprel 2023-cü il tarixli, 2(103)-1951/2023 nömrəli qətnamələri ləğv edilsin və birləşdirilmiş iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.