Məhkəmə qərarları › İş №2(102)-3399/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3399/2021

02.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3399/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə 02.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-413/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh X iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, onun iki azyaşlı övladları ilə birlikdə ünvan 1-ə köçürülməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X əvəzinə Cavabdeh qeyd edilməklə onun iki azyaşlı övladları ilə birlikdə xxxx köçürülməyi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı Cavabdeh ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahdan iki övladları 23.10.2008-ci təvəllüdlü X və 27.02.2011-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir.

4. Həmçinin işin mübahisə edilməyən hallarında n görünür ki, İddiaçı 2007-ci ildə nikaha daxil olduqdan sonra ünvan 1-ə köçmüşdür.

5. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, 2019-cu ildə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur.

6. Bununla yanaşı iş materiallarından görünür ki, X 08.09.2000-ci ildə, X1 14.03.2012-ci ildə vəfat etmişdir.

7. Quba rayonu 1 saylı DNK tərəfindən verilən 28 avqust 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X məxsus ünvan 1-ə münasibətdə X1, X3 və Cavabdeh qanun üzrə vərəsələr hesab olunmuşlar.

8. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02.09.2020-ci il tarixli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdi r.

9. İddiaçı bildirir ki, 17 oktyabr 2007-ci il tarixdə ünvan 1 ünvanının sakini olan Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan iki övladları 23.10.2008-ci təvəllüdlü X və 27.02.2011-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. 2007-ci ildə nikaha daxil olduqdan sonra gəlin kimi ünvan 1-ə köçmüşdür. 2019-cu ilə kimi həmin ünvanda keçmiş həyat yoldaşı Cavabdeh ilə yaşamışdır. Övladları Qırmızı sloboda qəsəbəsi 1 nömrəli məktəbdə təhsil alırlar. 2019-cu ildə ailə münaqişəsi olduğu üçün rəsmən boşanmışdır. Gəlin köçdüyü gündən özü ilə apardığı cehizləri həmin ünvandadır. Lakin hazırda 2019-cu ilin avqust ayından atasına məxsus xxx kəndində övladları ilə birlikdə yaşayır. Bir neçə dəfə övladları ilə birlikdə gəlin köçdüyü evə köçmək istəsə də yoldaşı və qaynanası onun köçməsini ist əmədilər. Hazırda atası evi darısqaldır.

10. Cavabdeh bildirir ki, mübahisəli mənzil atası X məxsusdur. Atası 08 sentyabr 2000-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra atasına məxsus olan ev üçün Quba rayonu 1 saylı DNK-a 28 avqust 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən anası X, bacısı X və o, qanuni vərəsələr hesab olunmuşlar. Anası 14 mart 2012-ci il tarixdə ölmüşdür, bacısı X türk vətəndaşı ilə evləndiyi üçün Türkyədə yaşayır. İddiaçı özü onunla yaşamaq istəmədiyi üçün edən çıxıb getmiş və ondan boşanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. Quba Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddianın təmin edilməsi, İddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətləri 2007-ci ildə yaranmış və hüquq münasibəti yaranan zaman mübahisəli mənzil özəl olmamaqla xüsusi mülkiyyətdə olmamışdır və iddiaçının cehiz əşyaları hazırda həmin evdədir. Ona görə də hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. B u Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

14. Qeyd edilənlərə əsasən İddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsini qanunidir.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublik ası Mənzil Məcəlləsinin 123-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 80, 106.1, 217.2, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-413/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(027)-1277/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanında ye rləşən fərdi yaşayış evinə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir.

19. Məhkəmə kollegiyası Cavabdeh mübahisəli evin ona vərəsəlik yolu keçməsi barədə gətirdiyi dəlilə qiymət verərək bildirmişdir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, mübahisəli ev hazırda heç bir şəxsin mülkiyyətində deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

28. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hi ssəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. (maddə 228.5) Mülki Prosessual Məcəllə

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

32. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

33. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

34. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilmə li olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

36. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansi yası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

38. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (41)

39. İş materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətləri 2007-ci ildə yarandığından hazırkı mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidi.

40. Halbuki «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2001-ci ilin sent yabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

41. Göründüyü kimi hazırkı iş üzrə hüquq münasibətləri 2001-ci ilin sentyabrın 1-dən sonra yarandığından, mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir.

42. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02.09.2020-ci il tarixli məktubu ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlərin aşkar edilmədiyi bildirils ə də, cavabdeh tərəfindən təqdim edilmiş 28 avqust 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 1 X mülkiyyətində olmuşdur.

43. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı araşdırma aparmamış, 28 avqust 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən notariusun ilkin qeydiyyat sənədlərinə əsaslanıb-əsaslanmadığını müəyyənləşdirməmişdir.

44. İşin mahiyyəti üçün əhəmiyyət kəsb etdiyindən bu hal araşdırılmalı, evə dair mülkiyyət hüququ olduğu halda mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsi, olmadığı halda isə mübahisəyə analogiya üzrə eyni maddənin müddəaları tətbiq edilməklə işin hallarına hüquqi qiymət verilməlidir.

45. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin q ətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.

46. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

47. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-413/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar