Məhkəmə qərarları › İş №2(102)-34/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-34/2023

10.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-34/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh4 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:torpaq sahəsindən çıxarılma barədə 10.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)322/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh7 X və Cavabdeh3 birgə verdikləri kassasiya şikayəti üzrə işə 10 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İ şin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 X və X1 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, mübahisə edilən ünvan 2 ünvanda yerləşən sahəsi 1.378,3 kv.metr olan tikili və onun altındakı 0.4215 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin əmlak onun adına Reyestr Xidmətində qeydə alınıb və bu barədə ona 29 mart 2019-cu il tarixli Çıxarış verilib. Lakin, qeyd olunan əmlakın mülkiyyətçisi olmağına baxmayaraq, hazı rda həmin əmlakından maneəsiz istifadə edə bilmir. Belə ki, cavabdehlər onun mülkiyyətində olan tikilini və torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə etməkdə davam edirlər. Cavabdehlərdən Cavabdeh1 vaxtilə məcburi köçkün kimi iddiaçının mülkiyyətində olan tikilinin ikinci mərtəbəsindəki bir otağa müvəqqəti yerləşdirilib, sonradan isə Cavabdeh1 öz qohum və yaxınlarını da qanunsuz olaraq ətrafına toplayaraq otaqları tutub, həmçinin torpaq sahəsi üzərində özlərinə ev, mağaza və başqa obyektlər tikərək zəbt etmişlər. Hətta, Cavabdeh2 torpaq sahəsində tikdiyi evi ayrı-ayrı şəxslərə kirayə verib pul qazanmaqla əsassız gəlir əldə edir. O, dəfələrlə cavabdehlərdən mülkiyyətində olan tikilini və torpaq sahəsini boşaldaraq çıxmalarını tələb etsə də, cavabdehlər onun tələbinə əhəmiyyət ver məyiblər. Bununla da, cavabdehlər onun mülkiyyət hüquqlarını ən kobud formada pozur və pozmaqda davam edirlər. Cavabdehlərin məcburi köçkün statusunda olmaları, onların yaşayış sahəsi ilə təmin edilmə ehtiyacları indiki halda iddiaçının hüquqlarının pozulması hesabına təmin edilə bilməz. Buna görə də hazırkı mərhələdə onun pozulmuş hüququnun bərpasının yeganə üsulu kimi onun tərəfindən məhkəməyə müraciət edilməsi zərurəti yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.E.Hətəmzadə) iddia təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 “C” əmlakdan çıxarılması qət edilib. Birinci instansiya məhkəm əsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli əmlak iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehlərin həmin əmlakdan istifadə etmələri onun mülkiyyət hüququnu pozur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, habelə qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərr əmova sədrlik edən, məruzəçi, V.Ə.İbayev və R.M.Həsənov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140, 157.2ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh2 və qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs ayrı-ayrılıqda kassasiya şi kayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onlara aid hissələrdə ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər M.T.Əhmədova məruzəçi, Ə.Ə.Əliyev və İ.K.Xəlilov) kassasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normaların ın tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh7 birgə kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olm ayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka s ahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Həmin Məcəllənin 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlər Cavabdeh4, Cavabdeh7 və Cavabdeh3 birgə verdikləri kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətini n dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər Cavabdeh4, Cavabdeh7 və Cavabdeh3 birgə verdikləri kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçib və bu barədə 22 nömrəli reyestr kitabının 2142 nömrəli vərəqində 29 mart 2019-cu il tarixdə qeydə alınıb. Azərbayca n Respublikası DİNnin MAPS Şöbəsi tərəfindən verilmiş 25 iyun 2019-cu il tarixli arayışlardan görünür ki, Cavabdeh1 Laçın şəhəri, M.Əzizbəyov küçəsi, ev 110-da, Cavabdeh2 Laçın rayonu, Fətəlipəyə Ərazi Dairəsi, Ağanus kəndində, Cavabdeh3 Ağdam rayonu, Təzəkənd kəndində, Cavabdeh4 Laçın rayonu, Bülüldüz kəndində, Cavabdeh7 Füzuli rayonu, Divanallar kəndində və Cavabdeh6 Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi, döngə 1, ev 11-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə görə, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları vəəsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensi yasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Habelə, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5- ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətləri ni Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. “Qayda”nın 5-ci bəndinə əsasən məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və X2 üzrə Dövlət Komitəsi ilə razılaşdırılır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu i l tarixli qərarında aşağıdakılar göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır; Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necəəhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz; Hazı rki işdə, onun xeyrinə olan yekun daxili qətnaməyə müvafiq olaraq, ərizəçi mənzilindən istifadə etmək üçün məcburi hüquqa malik olmuşdur. Parlamentin qəbul etdiyi qanunvericiliyəəsasən, bu hüquq mənzili zəbt edən məcburi köçkünləri alternativ yaşayış sahəsi ilə təmin etmək üzrə Dövlətin öhdəliyindən asılı olmuşdur. Hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmasına dair bəzi ümumi siyasətlərə istinad edilməsinə baxmayaraq, nə daxili araşdırmalarda, nə də məhkəmə qarşısında müəyyən edilməmişdir ki, daxili dövlət orqanları ərizəçinin spesifik işində öz vəzifələrini yerinə yetirmək üçün hər hansı addım atmışlar. Belə olan halda, icranın formal olaraq təxirə salınması üçün Prezidentin 01 iyul 2004-cü il tarixli Fərmanına daxili məhkəmələr tərəfindən sonrakı istinad üstünə gəlməklə yanaşı, qətnamənin icrasının bir neçə il ərzində təmin olunmaması ərizəçinin həddən artıq fərdi yükə məruz qaldığı vəziyyətin yaranması ilə nəticələnmişdir”....ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətindən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Qeyd olunanlar ona dəlalət edir ki, qaçqınların sosial problemləri, ayrı-ayrı fərdlərin hüquqlarının məhdudlaşdırılması hesabına həll edilə bilməz”. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə r azılaşıb, işin faktiki hallarını nəzərə alıb, cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ünvan 2 əmlak kompleksi qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətində olduğundan, cavabdehlərin həmin əmlakdan çıxarılmalarını istisna edən hallar olmadığından, iddianı hazırki cavabdehlərə münasibətdə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Göründüyü kimi, mübahisəli əmlak iddiaçının xüsusi mülkiyyətində olmaqla cavabdehlərin qanunsuz sahibliyindədir və cavabdehlər uzun müddətdir ki iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur. Həmçinin hazırkı işdə cavabdehlərin iddia çıya məxsus yaşayış sahəsindən çıxarılması onların dövlət tərəfindən mənzillə təmin olunub-olunmamasından asılı vəziyyətə qoyula bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehlər Cavabdeh3, Cavabdeh4 Cavabdeh7 birgə verdikləri apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehlər öz vəsaitləri hesabına mübahisəli tikilinin yerləşdiyi ərazidə ev tikdiklərini, iddiaçının mübahisəli tikilini qanunsuz özəllişdirdiyini, başqa sözlə onların mübahisəli tikilidən çıxarılmaları üçün əsasların olmadığını və sair göstərsələr də, bu barədə işdə heç bir mötəbər yazılı sübut yoxdur və onlar etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə hər hansı sübut təqdim etməyiblər. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirib və bu barədə 22 nömrəli reyestr kitabının 2142 nömrəli vərəqində 29 mart 2019-cu il tarixdə müvafiq qeydiyyat aparılıb ki, bu gün də həmin qeydiyyat qüvvədədir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmı ş hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehlərin mübahisəli əmlak üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlmədiyindən, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilmədiyindən, cavabdehlərin kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Mübahisəli tikilinin ərazisində fərdi yaşayış evləri inşa edərək qanuni əsaslarla məsku nlaşmalarına, orada öz vəsaitləri hesabına yaxşılaşdırma işləri aparmalarına, yəni əraziyə ağac əkmələrinə, tikiliyə qaz, su, işıq, telefon xətləri çəkmələrinə və buna, nə mülkyyətçi tərəfindən, nə də digər dövlət orqanları tərəfindən etiraz edilməməsinə dair cavabdehlərin kassasiya şikayətində göstərdikləri digər dəlillərə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu hallar mötəbər yazılı sübutlarla sübuta yetirilmiş olduğu halda, cavabdehlər Mülki Məcəllənin 157.6, 157.7-ci maddələrinin tələblərinə uyğun olaraq əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdikləri zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən geri tələb edə və ya əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özlərində saxlaya bilərlər. Yaxşılaşdırmalar ı bu cür ayırmaq mümkün olmadıqda isə vicdanlı sahib hesab edildikləri halda əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini ayrıca məhkəmə qaydasında mübahisələndirməklə tələb edə bilərlər. Kassasiya instansiyası məhkəməsi həmçinin yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayc an Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh4, Cavabdeh7 Bahadur qızı və Cavabdeh3 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-322/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar