Məhkəmə qərarları › İş №2(102)-3401/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3401/2023

20.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3401/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, tələbin cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)3117/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məh kəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 09 oktyabr 2018-ci il tarixli, 94 nömrəli əmək müqaviləsi ilə "xxxx" MMCnin X7 Stansiyasına 09 oktyabr 2018-ci il tarixdən 09 oktyabr 2019-cu il tarixədək Maliyyə şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, 02 sentyabr 2019-cu il tarixli müqavilə ilə o, BATS-ın Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə keçirilmiş, müqavilənin müddəti 09 oktyabr 2019-cu il tarixdə bir il, 09 oktyabr 2020-ci il tarixdə bir il, 09 oktyabr 2021-ci il tarixdə 3 ay, 10 yanvar 2022-ci il tarixdə 3 ay, 10 aprel 2022-ci il tarixdə 3 ay, 11 iyul 2022-ci il tarixdə 3 ay müddətinə, yəni son nəticədə 11 oktyabr 2022-ci ilədək uzadılmışdır. 2. "xxxx" MMC-nin X7 Stansiyası nın 12 oktyabr 2022-ci il tarixli, 168 nömrəli əmri ilə İddiaçı 14 oktyabr 2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilərək vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi, daha sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 oktyabr 2022-ci il tarixli, 168 saylı əmin ləğv olunması, X7 X3 10-cu dərəcəli mühəndis vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək müqaviləsinə xitam verildiyi gündən işə bərpa ol unduğu günə kimi əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia belə əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ildə Qəbələ Rayon Avtomat Telefon Stansiyasında mühəndis kimi əmək fəaliyyətinə başlamış, 2007-ci ildən xidməti yerdəyişmə ilə əlaqədar Cavabdeh MMC-nin X7 Stansiyasında qüsursuz işləmişdir. 2022ci ildə onun razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edilərək müddətli, 3 aylıq əmək müqaviləsi bağlanmış, sonra isə müqavilənin müddəti uzadılmadan 14 oktyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə işdən uzaqlaşdırılmışdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(004)749/2023 nömrəli qətnaməsi ilə (hakim G.B.Əkbərli) iddia təmin edilmiş, "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 12 oktyabr 2022-ci il tarixli, 168 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni "xxxx" MMC-nin X7 stansiyasının Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə bərpa edilməsi, "xxxx" MMC tərəfindən məcburi işburaxma müddəti üçün 12 oktyabr 2022-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 50 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müddətsiz əmək müqaviləsi əsasında eyni müəssisədə, eyni fəaliyyət istiqaməti üzrə 03 oktyabr 1985-ci ildən 08 oktyabr 2018-ci il tarixədək işləyən işçinin öz təşəbbüsü ilə könü llü olaraq əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verməsi və onun dərhal sonra yenidən işə qəbul olunmaq üçün ərizə verərək 1 illik, daha sonra isə 3 aylıq müddətli əmək müqaviləsi bağlamaq istəməsi inandırıcı deyildir. Belə ki, mübahisəsizdir ki, müddətsiz əmək müqaviləsinin bağlanması işçinin əmək hüquqlarının təmin edilməsi üçün daha uyğundur. Həmçinin, müəyyən edilir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi işəgötürənin diktəsi ilə bağlanmış və iddiaçının həqiqi iradəsini ifadə etməmişdir. İddiaçı özü də bildirir ki, müəssisədə yenidən işə bərpa olunmaqdan məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq ərizə yazmalı olmuşdur.

7. İddiaçının əmək fəaliyyəti dövründə hər hansı nöqsanlara yol verməsi, əmək funksiyalarını lazımınca yerinə yetirməməsi ilə bağlı hal müəyyən edil məmişdir. Yalnız struktur dəyişikliyi olmuş, eyni Cəmiyyətin tabeliyində olan bir müəssisədən digər müəssisəyə köçürülmüş, lakin fəaliyyət istiqaməti daimi xarakter daşıyan müəssisədə eyni vəzifə olmamasına baxmayaraq, işçi ilə bir il müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə isə 3 dəfə bir il, 4 dəfə isə üç ay müddətinə müddətinin uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

8. İşçi ilə bağlanmış əmək müqaviləsinin məzmunundan görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuş və işin bu halı cavabdeh tərəfindən mübahisə olunmur. Həmçinin, yeni yaradılan MMC iddiaçının əvvəl işlədiyi İB-in hüquqi varisidir və struktur dəyişikliyindən sonra onun bazasında eyni fəaliyyətlə (mühəndis) məşğul olmuşdur ki, iddiaçı əvvəl həmin müəss isədə müddətsiz əmək müqaviləsi əsasında uzun illər işləmişdir. Məhkəmə iddiaçının müddətli əmək müqaviləsi bağlayarkən onun işsiz qalmaq təhlükəsi ilə üzləşməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ilə işəgötürən cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 12-ci maddəsinin 1-ci hissəsinə, 43-cü maddəsinin 3-cü hissəsinə, 45-ci maddəsinin 1, 3, 4-cü hissələrinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 84-cü maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(004)-749/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-3117/2023 nömrəli qətnaməsi ilə (hakimlər V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, A.Ə.İsgəndərovdan və M.Ə.Rüstəmlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-749/2023 nömrəli iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdeh "xx xx" MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” iddiası rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq göstərmişdir ki, iddiaçı 2018-ci il tarixdə X7 Stansiyasına Maliyyə şöbəsinə 10cu dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, 2022-ci il tarixli əmrlə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmiş, hazırki tələbində də həmin əmrin ləğv edilməsini və X7 Stansiyasına həmin vəzifəyə bərpa edilməsini xahiş etmiş, lakin tələbini X7 Stansiyasına deyil, "xxxx" MMC-yə qarşı yönəltmiş, məhkəmə də iddianı sonuncuya münasibətdə təmin etmişdir.

13. Apellyasiya baxışı zamanı X7 Stansiyasının Nizamnaməsi təqdim edilmişdir. X7 Stansiyası müstəqil VÖEN və nizamnaməsi olan qurumdur. İddiaçı da X7 Stansiyası ilə əmək müqaviləsi bağlayaraq işə qəbul edilmiş, X7 Stansiyasının əmri ilə də əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də n əzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) "xxxx" MMC deyil, X2malıdır. Lakin apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün olmadığından, iddiaçı hazırkı tələblə X1rşı yeni iddia qaldırmalıdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 50, 51.3, 54.1, 54.2, 384.0.2 və 385.1.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-3117/2023 nömrəli qə tnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 16-cı, Əmək Məcəlləsinin 2.3, 35, 213-cü, Mülki Prosessual Məcəllənin 51.3, 54.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmasını qanunsuz olmasını, iddiaçının bu zaman iradə ifadəsini nəzərə almamışdır. Həmçinin, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi internet səhifəsi olan “mincom.gov.az” saytında "xxxx" MMC barədə məlumatlarda göstərilmişdir ki, “Hazırda Cavabdeh MMC öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), X7 Stansiyası (BATS) və Kabel Təsərrüfatına Xidmət Mərkəzini (KTXM) birləşdirir.” Yəni X7 Stansiyası "xxxx" MMC-nin tabeliyindədir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya münasibətdə işəgötürən kimi çıxış edən və mübahisələndirilən əmri qəbul edən X7 Stansiyası müstəqil hüquqi şəxsdir və tələb ona qarşı yönəldilməlidir. İddiaçı isə tələbi buna cavab verməli olmayan şəxsə qarşı yönəltmişdir. BATS müstəqil hüquqi şəxs olaraq, məhkəmədə iddiaçı və cavabdeh olmaq hüququna malik olduğundan, onun Cavabdeh MMC-nin tabeliyində olması əhəmiyyət kəsb etmir.

28. Kassasiya şikayətinin digər dəlilləri iddianın əsaslı olması ilə əlaqədardır. Lakin tələb buna cavab verməli olan şəxslərə qarşı yönəldilmədiyindən, iddianın əsaslı olubolmamasına dair dəlillərə hazırki icraatda hüquqi qiymət verilə bilməz.

29. Odur ki, məhkəmə kollegiyası a pellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il i tarixli, 2(103)-3117/2023 nömrəli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar