Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3402/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Ərizəçi vəkili və nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2(103)-12162/2018 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin nümayəndəsi XX və vəkili X3nun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(011)6690/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim L.O.Talıbova) Ərizəçi “Zod kəndində yerləşən sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə” ərizəsi rədd edilmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2(103)-12162/2018 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə təmin edilərək, ərizəçinin 25 iyun 1983-cü ildən 15 iyun 1984-cü il tarixədək, həmçinin 20 iyu n 1986-cı ildən 15 iyun 1987-ci il tarixədək Ermənistan Respublikasının XX rayonu, XX kəndində yerləşən sovxozda fəhlə işləməsi faktı müəyyən edilmişdir. Maraqlı tərəf qətnamədən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, ərizəçi məhkəmədə maraqlı şəxsə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizə vermiş və ərizəsini onunla əsaslandırmışdır ki, Ermənistan Respublikası, XX rayonu, XX kəndində fəhlə işləmişdir. Zod kəndində orta məktəbi bitirdikdən sonra 25 iyun 1983-cü ildən 15 iyun 1984-cü il tarixədək və hərbi xidmətdən qayıtdıqdan sonra 20 iyun 1986-cı ildən 15 iyun 1987-ci il tarixədək sovxozda fəhlə işləmişdir. Lakin 1988-1993-cü illər ərzində olan erməni zülmləri nəticəsində o, da digərləri kimi məcbur olub öz el-obasından didərgin düşmüşd ür. Pensiya yaşına çatması ilə əlaqədar olaraq maraqlı tərəfə müraciət etsə də, lakin əmək kitabçası olmadığı və bunu sübut edə bilmədiyi üçün ona pensiya təyin edilməsindən imtina edilmişdir. Həmin illərdə onunla sovxozda işləyən şəxslərin çoxu öldüyündən və onların da əmək kitabçası olmadığından onun həmin sovxozda işləməsi faktını yalnız tanışları XX, X və XX təsdiq edə bilərlər. Ona görə də onun 25 iyun 1983-cü ildən 15 iyun 1984-cü il tarixədək və hərbi xidmətdən qayıtdıqdan sonra isə 20 iyun 1986-cı ildən 15 iyun 1987-ci il tarixədək Ermənistan Respublikasının Zod kəndində yerləşən sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şi kayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili XX kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Xətai rayon Şöbəsi və vəkili X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Ərizəçi nümayəndəsi və vəkili Lalə Mənsurovanın izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmi n edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ərizənin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edərkən, iş stajı yetərli olmaması əsasına görə maraqlı şəxs tərəfindən ərizəçiyə əmək pensiyası təyin edilməsindən əsassız olaraq imtina edilməsinə, ərizəçinin həqiqətən 25 iyun 1983-cü ildən 15 iyun 1984-cü il tarixədək, həmçinin hərbi xidmətdən qayıtdıqdan sonra 20 iyun 1986-cı ildən 15 iyun 1987-ci il tarixədək Ermənistan Respublikasının Zod kəndində yerləşən sovxozda fəhlə işləməsi faktının məhkəmə iclasında şa hid qismində dindirilmiş Yelmar Bayramov, Xanoğlan Həsənovun ifadələri ilə təsdiq edilməsinə və beləliklə də ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 308, 385.1.2, 387.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işdən görünür ki, ərizəçinin maraqlı şəxsə qarşı tələbi “onun 25 iyun 1983-cü ildən 15 iyun 1984-cü il tarixədək və hərbi xidmətdən qayıtdıqdan sonra 20 i yun 1986-cı ildən 15 iyun 1987-ci il tarixədək Ermənistan Respublikasının Zod kəndində yerləşən sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında və digər işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilib göstərilmişdir. Sadalanan prosessual normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və ona xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və ona xitam verilməsini əlaqələndirir və məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiy yətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə, həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin dublikatını verə bilməsi imkanının olmaması nəzərdə tutulur. Hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçməli, ya da ki, məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasını müəyyən etmişdir. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyrimüəyyən lik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ərizəçinin iddia etdiyi faktı müəyyən edərkən, sadalanan maddələrin tələblərini pozaraq ərizəçinin adına əmək kitabçasının 15 iyun 1987-ci il tarixdə tərtib edilməsinə diqqət yetirmədən, onun həqiqətən 25 iyun 1983-cü ildən 15 iyun 1984-cü il tarixədək, həmçinin hərbi xidmətdən qayıtdıqdan sonra 20 iyun 1986cı ildən 15 iyun 1987-ci il tarixədək Ermənistan Respublikasının Zod kəndində yerləşən sovxozda fəhlə işləyib-işləməməsin i kifayət qədər araşdırmadan, eləcə də həmin faktın əmək kitabçasında nəyə görə qeydə alınmamasının səbəblərini aydınlaşdırmadan və qeyd olunan hallarla bağlı işdə heç bir mötəbər yazılı sübut olmadığı halda, yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş Yelmar Bayramov və Xanoğlan Həsənovun ifadələrinə əsaslanaraq ərizəni təmin etmişdir. Halbuki, işdə, həmin şahidlərin özlərinin həqiqətən sözügedən sovxozda 25 iyun 1983-cü il tarixdən işləmələrini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur və onların adlarına verilmiş əmək kitabçaları isə kserosurət olmaqla, Azərbaycan Respublikası MPM-nin 89.2, 89.3-cü maddələrinin tələblərinə cavab vermir. Həmin maddələrin mənasına görə, işə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri əlavə edilməlidir. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Digər tərəfdən şahidlər XX və XX ifadələrində ərizəçinin həqiqətən 25 iyun 1983-cü ildən 15 iyun 1984-cü il tarixədək, həmçinin hərbi xidmətdən qayıtdıqdan sonra 20 iyun 1986-cı ildən 15 iyun 1987-ci il tarixədək Ermənistan Respublikasının Zod kəndində yerləşən sovxozda fəhlə işləməsini təsdiq etsələr də, XX adına verilmiş əmək kitabçasının kserosurətindən görünür ki, əmək kitabçası onun adına 05 mart 1987-ci il tarixdə verilməklə, o əmək fəaliyyətinə 05 mart 1987-ci il tarixdən başlamışdır. Eləcə də XX adına verilmiş əmək kitabçasının kserosurətindən görünür ki, əmək kitabçası onu n adına 10 dekabr 1988-ci il tarixdə verilməklə, o əmək fəaliyyətinə 01 yanvar 1984-cü il tarixdən başlamışdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin adıçəkilən şahidlərin ifadələrinə əsaslanaraq ərizəçinin 25 iyun 1983-cü il tarixdən Ermənistan Respublikasının Zod kəndində yerləşən sovxozda fəhlə işləməsi faktını müəyyən etməsi qanuni və əsaslı sayıla bilməz. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tər əflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması barədə göstərdiyi dəlilləri əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işə əlavə edilmiş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini n tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Xətai rayon Şöbəsinin nümayəndəsi XX və vəkili X3nun kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2(103)12162/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3402/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3402/2019
21.05.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver