Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3402/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)1433/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh İddiaçı kürəkəni olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 70000 ABŞ dolları pulun alınaraq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının dayısı oğlu, həm də böyük qızının keçmiş həyat yoldaşıdır. Böyük qızı Şəfanın Əjdər və Şəbinə adlı övladları vardır. Cavabdeh 2015-ci ilin əvvəllərində onlara qonaq gəlmiş və evdə söhbət əsnasında iddiaçının həyat yoldaşı Sədrəddin Qədirov cavabdehdən Əjdərin artıq orta məktəbi bitirdiyini, onun ali məktəbə daxil olması barədə nə fikri olduğunu soruşmuşdur. Cavabdeh Əjdəri Türkiyədə oxutmaq istədiyini, lakin Əjdərin 5 illik t əhsil haqqını keçirmək və qərib ölkədə yataqxanalarda qalmaması üçün ona iki otaqlı bir mənzil almağı barədə planlarını, buna 70000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Cavabdeh bu qədər pulun olmamasını göstərməklə, oğlu Əjdərə görə 70000 ABŞ dollar pul verməsini xahiş etmişdir. Əjdərin onların birinci və böyük nəvələri olmasını və həmin vaxt cavabdehin kürəkəni olmasını nəzərə alaraq, iddiaçının həyat yoldaşı Sədrəddin Qədirov cavabdehə kömək edəcəyini demişdir. İddiaçı qara gün üçün yığdığı 10000 ABŞ dolları yoldaşı Sədrəddinə vermiş, Sədrəddin həmin vaxtlarda evlərini satdıqları üçün 50000 ABŞ dollarını da onun verdiyi pulun üstünə qoyaraq 60000 ABŞ dolları pulu cavabdehə vermək üçün hazırlamışdır. Bundan sonra, iddiaçının qardaşları İsmayıl və Elsevərin də verdikləri 10000 ABŞ dolları, yığdıqları pulun üstünə qoyaraq cəmi 70000 ABŞ dolları pulu onların iştirakı ilə Sədrəddin cavabdehə vermişdir. Lakin cavabdeh pulu aldıqdan sonra onlardan gizlənməyə başlamışdır. Məlum olmuşdur ki, cavabdehin məqsədi 70000 ABŞ dollarını oğlu Əjdəri xaricdə oxumağa göndərmək adı ilə bəhanə edərək və etibarlarından suiistifadə edərək onları aldatmaq, 70000 ABŞ dolları pulu mənimsəmək olmuşdur. İddiaçının həyat yoldaşı qeyd olunanlarla bağlı hüquq mühafizə orqanlarına dəfələrlə müraciətlər etməsinə baxmayaraq, şikayətlərinin heç bir nəticəsi olmamışdır. Sədrəddin Qədirov cavabdehin bu hərəkətlərinə dözməyərək əsəb xəstəliyinə tutulmuş və 2021-ci ilin 12 iyununda vəfat etmişdir.
4. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbinə etiraz verərək göstərmişdir ki, tərəflər arası nda yaranmış münasibətlər borc münasibətləri olmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində verildiyini iddia etdiyi məbləğdə pul vəsaitinin cavabdehə gələcəkdə geri qaytarılması şərti ilə borc kimi verildiyini təsdiq edəcək hər hansı bir sənəd, sübut yoxdur. İddiaçı iddia ərizəsində etiraf etmişdir ki, mübahisə predmeti olan məbləği nəvələri Əjdər Cəbrayılovun xarici ölkədə təhsil alması üçün təhsil haqqının və orada yaşaması üçün xərclərinin qarşılanması məqsədi ilə hədiyyə etmişlər. Digər bir tərəfdən iddiaçının məhkəməyə verdiyi iddia ərizəsində iddia etdiyi 70000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehə borc kimi verildiyini və həmin məbləğin sonradan geri qaytarılmamasını təsdiq edən hər hansı bir sənəd, sübut yoxdur. Cavabdeh tərəfindən mübahisə predmeti olan 70000 ABŞ doll arı və ya hər hansı bir məbləğində pul vəsaitinin iddiaçıdan və ya onun mərhum həyat yoldaşı Sədrəddin Qədirovdan alınması, həmin məbləğin sonradan onlara geri qaytarılmasının cavabdeh tərəfindən qəbul edilməsinə (etiraf edilməsinə) dair hər hansı bir fakt yoxdur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(004)3830/2022 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələb etdiyi 70000 ABŞ dolları pulun cavabdehə verilməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə mötəbər və inandırıcı sübut təqdim olunmamışdır. İddiaçının bu tələblə bağlı yeganə arqumenti məhkəmə iclaslarında dindirilmiş şahidlərin ifadəsi olmuşdur. B unlar isə iddiaçının yaxın qohumu (qardaşları, qızı və nəvəsi) işin iddiaçının xeyrinə həll olunmasında bilavasitə maraqlıdırlar. Belə ki, iddiaçının istinad etdiyi şahid ifadələri özünün yaxın ətrafına daxil olan şəxslərin ifadələri olmaqla, kifayət qədər şübhədən kənar sübutlar deyildir. Ona görə də yalnız şahid ifadələrinə əsaslanmaqla iddianın təmin əsaslı olması qənaətinə gəlinməsi mümkün deyildir.
7. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 10 92.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(004)-3830/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-ci il tarixli, 2(103)-1433/23 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər S.X.Bəhrəmzadədən və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(004)-3830/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apelly asiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin əsassız varlanmaya dair 1091 və 1092-ci maddələrini nəzərdən keçirmişdir. Həmin qanuni əsasa iddiaçı verdiyi apellyasiya şikayətində də istinad etmişdir.
12. Belə ki, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh aralarında müqavilə münasibətləri olmadan 70000 ABŞ dolları məbləğində pul vəsaitini əldə etmiş və həmin məbləğ onun və əri tərəfindən nəvələri Əjdər Cəbrayılovun xarici ölkədə təhsil alması üçün təhsil haqqının və orada yaşaması üçün xərclərinin qarşılanması məqsədilə və cavabdehin tələbi ilə verilmişdir. Lakin sonradan müəyyən olunmuşdur ki, cavabdeh ona olan etibardan sui-istifadə edərək aldatmış və 70000 ABŞ dolları məblə ğində pul vəsaitini qanuni əsas olmadan ələ keçirməklə əsassız varlanmışdır. Belə olan halda, cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə qaytarmalıdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu kateqoriyadan olan iddianın düzgün həlli üçün tərəflər arasında olan öhdəlik hüquq münasibətlərinin xarakteri və nəticəsi düzgün müəyyən edilməli, tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərinin mövcud olub-olmaması, həmçinin iddiaçı tərəfindən ödənildiyi bildirilən pul vəsaitinin bağışlama olub-olmaması hallarına hüquqi qiymət verilməlidir.
14. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanund an irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır. Belə ki, mübahisə predmeti olan məbləğin iddiaçının razılığı ilə cavabdehin mülkiyyətinə keçməsi onların arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olmasına dəlalət edə bilər. Məlum olduğu kimi, əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün borclunun əmlak əldə etməsi, həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi, bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması (hazırki halda mövcud olmuş əsasın aradan qalxması) kimi şərtlərin mövcudluğu vacibdir.
15. Hazırkı işdə birinci instansiya məhkəməsi iddianı əsassız varlanmaya dair normaların şərtləri əsasında yoxlasa da, tərəflər arasında müqavilə (ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərin mövcud olub-o lmadığını araşdırmamışdır. İddiaçının istinad etdiyi hallara görə, cavabdeh onun qarşısında götürdüyü - qızının övladını (nəvəsini) Türkiyə Respublikasında oxutdurmasına dair öhdəliyi yerinə yetirmədiyindən, verilmiş pulun qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etməyi qərara almışdır. Qeyd olunan bu hallar tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətlərinə dəlalət edə bilər.
16. İddiaçı, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-410/2022 saylı mülki işdəki 26 yanvar 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolunda cavabdehin vəkili və nümayəndəsinin pulun cavabdehə hədiyyə olaraq verildiyinə dair etirafını məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.
17. Məhkəmə sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməsi məqsədilə işin hallarını hər iki qanuni əsasla yoxlanılmasını zəruri hesab etmiş və eyni zamanda qeyd etmişdir ki, ilk öncə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması, bunun müqabilində iddiaçı tərəfindən müvafiq məbləğdə cavabdehə pul verilməsi və daha sonra pulun verilməsini şərtləndirilən hüquqi əsasın aradan qalxması halı öz təsdiqini tapmalı, bu hallar da iddiaçı tərəfindən sübuta yetirilməlidir. Belə ki, iddiaçı iddianın faktiki əsası kimi pulun verilməsinə birbaşa özünün iradə ifadəsinin mövcud olduğunu, daha sonra isə iradəsinə uyğun olaraq cavabdehə m üvafiq məbləğdə pul verdiyini, lakin gözlədiyi nəticəni əldə edə bilmədiyini göstərmişdir.
18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, sözügedən məbləğin iddiaçının razılığı ilə görüləcək müvafiq işin müqabilində verilməsi iş üzrə tərəflər arasında tapşırıq müqaviləsi kimi qiymətləndiriləcəyi halda, iddiaçının tələbi Mülki Məcəllənin 777.1-ci maddəsi çərçivəsində yoxlanılmalıdır. Həmin maddəyə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Halbuki iddiaçının təqdim etdiyi sübutlar əsasında iddiaçı tərəfindən cavabdehə belə bir tapşırığın və bu tapşırığın icrası üçün müvafiq məb ləğdə pulun verildiyi halı öz təsdiqini tapmamışdır.
19. İddianın əsasını təşkil edən halların sübutu kimi iddiaçı sübut növü olaraq məhkəmədə dindirilmiş şahidlərin ifadələrinə istinad etmişdir. Burada məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış və qeyd etmişdir ki, şahidlərin iddiaçının yaxın qohumları olması onların tərəfsizliyini şübhə altına alır. Beləliklə, onların iddiaçı ilə yaxın qohumluq münasibətləri, bilavasitə işin nəticəsində maraqlı olmaları, habelə qeyd olunan faktların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək məhkəmə bu ifadələri inandırıcı hesab etməmişdir. 20. 2(004)-410/2022 saylı mülki iş üzrə 26 yanvar 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdehin vəkili və nümayəndəsi tərəfindən pulun cavabdehə hədiyyə olaraq veri ldiyini etiraf etməsinə iddiaçının istinadı ilə əlaqədar apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının pulunu cavabdehə bağışlamasına dair açıq iradə bəyanı, pul verməklə nəvəsinin xeyrinə müvafiq öhdəliklərin icra etməsini cavabdehdən gözlədiyi işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən müəyyən olunmamışdır. Qeyd edilməlidir tərəflər borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olduğu istisna edilir. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçının nəvəsinin xaricdə təhsil alması məsələsi alınacağı təqdirdə hazırki mübahisə yaranmazdı.
21. Beləliklə, pulun cavabdehin mülkiyyətinə verilməsinə dair sübut etmək yükünü iddiaçının daşıdığını, lakin onun bu halı və bununla da tərəflərin arasında öhdəlik hüquq münasibətlərinin yaranmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın əsassız olduğundan rədd edilməsi qənaətinə gəlməsi işdə olan sübutlara uyğun olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 385.1, 386.1, 540.2, 666.1, 777.1, 777.2, 782.1, 1091.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 88, 106.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)-1433/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2
4. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 127, 129-cu, Mülki Prosessual Məcəllənin 9, 62, 76, 77, 81, 88, 106 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının hüquqlarının müdafiəsinə təminat verilməmiş, onun işinə qərəzli baxılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 777, 1091, 1092-ci maddələrinə istinad etsə də, həmin normaların dispozisiya şərtləri üzrə heç bir hüquqi dəyərləndirmə aparılmamışdır. İddiaçı istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə həmin sübutların mötəbər olmamasını sübut edə bilməmişdir. Həmçinin tərəflər arasında əvvəl olmuş məhkəmə mübahisəsi zamanı 26 yanvar 2022-ci il tarixli hazırlıq iclasında cavabdehin vəkili və nümayəndəsi cavabdeh tərəfindən pulun alındığını etiraf etmişdir.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəs inə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şah idlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmə dən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmiş dir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.
32. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehdən hər hansı əsasla pulun qaytarılmasını tələb etsə də, həmin məbləğin cavabdehə verilməsini təsdiq edən mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mövcud sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermişdir.
33. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
34. İşin faktiki hallarını o byektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və şahidlərin ifadələrini, habelə tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisəsi üzrə tərtib olunmuş məhkəmə iclas protokolunu birgə əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
36. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarix li, 2(103)-1433/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.