Məhkəmə qərarları › İş №2(102)-3406/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3406/2022

12.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3406/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3406/2022 Açar sözlər: mülkiyyətin müdafiəsi Bakı şəhəri, 12 sentyabr 2022-ci il 12.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1991/2021 nömrəli 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Torpağa mülkiyyət hüququna dair JN-422 nömrəli, 40109018 kodlu xx.xx.1999-cu il tarixli dövlət aktına əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 07 nömrəli qərarı ilə Meşəşambul kənd sakinləri İddiaçı, X5 və X1 təsərrüfatı təyinatl1.14 ha torpaq sahəsi verilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli çıxarışa əsasən, Balakən rayonu Meşəşambul kəndində, Bələdiyyə mülkiyyətində və istifadədədə olan 0.0207 ha torpaq sahəsində yerləşən 292.50 kv.m. fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.

3. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2 (107)-767/2019 saylı qətnaməsi ilə İddiaçı verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2 (102)-511/2019 saylı qərarı ilə qüvvəsində saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində ilk icraat

4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Meşəşambul kəndində yerləşməklə ailəsinin mülkiyyətində olan 2762.90 kv/m pay torpaq sahəsindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə qeyri-şərtsiz çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi.

5. İddiaçı məhkəmə baxışı iclasında iddianın həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 əlavə olaraq cavabdeh qismində işə cəlb edilməs ini və 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(019)- 672/2017 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və İddiaçı, X4 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 2762.90 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi “İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən Cavabdeh1 3500 ( üç min beş yüz) manat və Cavabdeh2 3500 (üç min beş yüz) manat olmaqla ümumilikdə 7000(yeddi min) manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X6 mülkiyyətində olan Balakən rayo nu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. c) Kasasiya instansiyası məhkəməsində yeni açılmış hal üzrə icraat

8. S.Çerçiyeva yeni açılmış hala dair ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək göstərmişdir ki, cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızına və Cavabdeh2 qarşı 6500 manat kompensasiya ödənilmək şərti ilə Balakən rayonu, Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə, 2762,90 kv.metr torpaq sahəsindən çıxarılması üçün əsas olmuş İddiaçı adına olan RX seriyalı, ******* saylı 11 dekabr 2017-ci il tarixdə çıxarış qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə etibarsız hesab edilmişdir.

9. Azər baycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 11 fevral 2020-ci il tarixli, 13 (102)-496/2019 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13(102)-1/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi təmin edilmiş, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(019)-672/2017 nömrəli qətnaməsi və həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018ci il tarixli, 2(107)-655/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir.

11. Qərar belə əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(019)-672/2017 nömrəli qətnaməsinin və həmin qətnamədən verilmiş apelyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(107)655/2018 nömrəli qətnaməsinin qəbul edilməsinə əsas olan İddiaçı adına verilmiş 11 dekabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Bu hal isə özlüyündə məhkəmə aktı çıxarıldıqdan s onra işə əvvəllər baxılarkən məlum olmayan həlledici material olmaqla məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxmaq üçün əsasdır. d) Birinci instansiya məhkəməsində ikinci icraat

12. Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)-739/2021 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi, iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

13. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292,50 kvadratmetr olan fərdi yaşayış evi və 0.0207 ha torpaq sahəsi üzrə İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilmiş və bununla da həmin hüquqla bağlı reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmişdir və bu da həmin qeydiyyatın ləğv üçün faktoloji və hüquqi əsasdır. Artıq həmin evə və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyildir. Ona görə də İddiaçı həmin ev və torpaq sahəsi üzərində sərəncam vermək hüququ, hazırki halda 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Me şəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması barədə iddia tələbi irəli sürmək barədə subyektiv hüququ mövcud deyildir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1991/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.T.Məcidov (sədrlik edən və məruzəçi),M.A.Əsədli və A.A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)739/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarına əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə B alakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292,50 kvadratmetr olan fərdi yaşayış evi və 0.0207 ha torpaq sahəsi üzrə İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilmiş və bununla da həmin hüquqla bağlı reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmişdir və bu da həmin qeydiyyatın ləğv üçün faktoloji və hüquqi əsasdır. Artıq həmin evə və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyildir. Ona görə də İddiaçı həmin ev və torpaq sahəsi üzərində sərəncam vermək hüququ, hazırk i halda 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması barədə iddia tələbi irəli sürmək barədə subyektiv hüququ mövcud deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Mülki Prossesual Məcəllənin 77, 82.3, 88, 217-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı adına işlənmiş çıxarış etibarsız hesab edilməsi aparılan ölçü sənədlərində yol ve rildiyi texniki səhvlərə görə olmuşdur. Bu isə iddiaçının qeyd olunan torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquqlarının olmaması anlamına gəlmir. Məhkəmə mübahisəli torpaq sahəsinin və onun üzərində tikilmiş evin iddiaçıya məxsus olmasını nəzərə almamış, Cavabdeh1 torpaq sahəsinə və evə hər hansı bir hüququnun olub-olmamasını araşdırmamışdır. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13, hissə

1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29, hissə 1,

2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azə rbaycan Respublikasının Mülki Məcəlləsi 32. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 33. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı gö türmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Baxılan işdə, iddiaçı mübahisəli ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə qeydiyyatdan keçməsinə dair çıxarışa əsaslanmaqla cavabdehlərə təklif etdiyi kopmensasiya müqabilində onların evdən çıxarılmasını tələb etmişdir.

42. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılma sından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. Məhkəmələr iddia tələbinə uyğun gələn qanun norması kimi Mülki Məcəllənin 228.2-ci maddəsini işə tətbiq etmişlər. Həmin maddəyə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (§ 35).

44. Bu normaya uyğun şəkildə məhkəmələr düzgün olaraq hesab etmişlər ki, cavabdehin yaşayış sahəsindən kompensasiya verilməklə çıxarılması tələbinin hüquqi əsası olan normanın birinci şərti iddiaçının mülkiyyətçi olmasıdır.

45. Bununla belə, işdən görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 292.50 kv.m. fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair ******* nömrəli çıxarış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə etibarsız sayılmışdır.

46. Belə olan halda iddiaçı evin mülkiyyətçisi olmadığı üçün onun kompensasiya verməklə cavabdehlərin evdən çıxarılması tələbinin rədd e dilməsi qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti həmin hissədə rədd edilməli, qətnamə evə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Bununla belə Kollegiya hesab edir ki, cavabdehlərin 2762.90 kv.m. pay torpaq sahəsindən çıxarılması hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

48. Belə ki, iddiaçı həmin sahənin onun mülkiyyətində olduğunu və cavabdehin əşyaya qanunsuz sahiblik etməklə hüququna müdaxilə etdiyini bildirir.

49. MM-in 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 34).

50. Məhkəmələr bu tələbi rədd edərkən iddiaçının adına olan ******* nömrəli çıxarışın məhkəmə qərarı ilə etibarsız sayılması faktına istinad etmişlər və belə nəticəyə gəlmişlər ki, həmin norpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyil.

51. Halbuki, etibarsız sayılan həmin çıxarış 2762.90 kv.m. pay torpaq sahəsinin deyil, fərdi yaşayış evinin qeydiyyatı barədə olmuşdur.

52. Sözügedən torpaq sahəsinin də daxil olduğu 1.14 ha sahənin isə iddiaçının ümumi mülkiyyətində olmasına dair JN-422 nömrəli, 40109018 kodlu xx.xx.1999-cu il tarixli dövlət aktı işə əlavə edilmişdir. Həmin aktın hansı səbəbdən nəzərə alınmaması məhkəmələr tərəfindən əsaslandırılmamış, torpağa dair iddianın həllində ona hüquqi qiymət verilməmişdir.

53. Kollegiya onu da nəzərə alır ki, iddiaçı, evin ona mülkiyyət hüququ ilə məxsus olan 2762.90 kv.m. torpaq sahəsində yerləşdiyini bildirsə də, adı çəkilən çıxarışda evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.0207 ha, statusu Bələdiyyə mülkiyyəti, hüququn növü isə istifadə kimi qeyd edilmişdir.

54. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli rəyində isə Cavabdeh1 yaşadığı evin İddiaçı və digər ümumi mülkiyyətçilərə məxsus 2762.90 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi qeyd olunmuşdur.

55. Belə olan halda, iddiaçının mülkiyyət hüququna dair çıxarışın etibarsız sayıldığı fərdi yaşayış evinin bələdiyyə mülkiyyətində olan torpaqda, yoxsa qeyd olunan dövlət aktı ilə iddiaçının mülkiyyətinə verilmiş 2762.90 kv.m. torpaq sahəsində yerləşib-yerləşməməsi lazımi qaydada müəyyən ləşdirilməmişdir.

56. Halbuki, iddianın torpaq sahəsindən çıxarılma hissəsinin düzgün həlli üçün həmin xüsusatların tam və hərtərəfli araşdırılması üçün tərəflərə şərait yaradılmalı, evin iddiaçının ümumi mülkiyyətində olan torpaqda yerləşib-yerləşmədiyi aydınlaşdırılmalı, JN422 nömrəli, xx.xx.1999-cu il tarixli dövlət aktının hüquqi qüvvəsində olduğu halda iddiaçının torpaq sahəsindən çıxarılma tələbinə yuxarıda qeyd edilən maddi hüquq normaları əsasında qiymət verilməli, bu zaman cavabdehlərin həmin sahədən istifadə etməkdə əsaslı mənafelərinin olub-olmaması da yoxlanılmaqla nəticəsindən asılı olaraq tələb qanuni və ədalətli şəkildə həll olunmalıdır.

57. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, iddianın torpaq sahəsinə aid hissəsində apellyasiya məhkəməsi tərəfindən həqiqət ə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır (§ 36-39).

58. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi torpaq sahəsindən çıxarılma tələbinə aid hissədə ləğv edilməli, bu hissədə mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1991/2021 nömrəli iş üzrə 20 okty abr 2021-ci il tarixli qətnaməsi torpaq sahəsindən çıxarılma tələbinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar