Məhkəmə qərarları › İş №2(102)-3407/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3407/2023

20.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3407/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X11” X2rşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)2342/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 15 dekabr 2005-ci il tarixli əmək müqaviləsi ilə Cavabdeh İİİ Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh tərəfindən verilən 05 iyul 2022-ci il tarixli, 1229 №-li Əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.

3. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilən 07 sentyabr 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışına əsasən, İddiaçı X3rşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi” tələbinə dair 07 sentyabr 20 22-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında X6 nümayəndəsi iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının tutduğu vəzifəyə (işə) bərpa olunması, 05 iyul 2022-ci il tarixli, 1229 saylı əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 7000 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək müqaviləsinin ləğv edilməsinə dair 05 iyul 2022-ci il tarixli əmr 28 sentyabr 2022-ci il tarixdə iddiaçının vəkil sorğusu əsasında təqdim edilmişdir. İddiaçı 1995-ci ildən 2022-ci ilədək “1 saylı KTM”-də (əvvəlki adı 1 N-li Şəhər Klinik Xəstəxanası) müxtəlif şöbələrində tibb bacısı vəzifəsində çalışmış, işlədiyi dövr ərzində tutduğu vəzifədə heç bir intizam pozuntusuna yol verməmişdir. 05 iyul 2022-ci il tarixdə əsassız səbəblərlə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işdən azad edilməsi barədə əmrdə onun hansı əsasla, hansı hərəkətlərə görə əmək funksiyası və əmək öhdəliklərini pozmasını göstərməmişdir. İddiaçı uzun müddət qüsursuz fəaliyyət göstərmiş və yalnız cavabdeh orqanın rəhbərliyinin şəxsi motivlərinə əsasən qərəzli münasibətinə görə işdən azad edilmişdir.

6. Birinci instansiya məhkəməsində cavabdeh tərəf ərizə verərək, iddiaçı tərəfindən iddia müddəti buraxıldığı üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nəs imi Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, e-2(006)4858/2022 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi olan iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırmaq, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınması üçün bildiriş göndərilmiş, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzə rdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmış, əmək kitabçasının götürməsi təklif edilmişdir.

9. İddianın “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə göstərmişdir ki, əmək haqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Beləliklə işçilərə yalnız yerinə yetirdikləri işə görə əmək haqqı verilir. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə qanuni əsaslarla xitam verildiyindən iddia tələbinin də bu hissəsi ilk tələblə birbaşa bağlı olduğundan iddia tələbi bu hissədə də əsassızdır.

10. Məhkəmə iddi a tələbinin “7000 manat mənəvi zərərin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi bu hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir.

11. Eyni zamanda, məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfin eyni zamanda iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 05 iyul 2022-ci il tarixdə iddiaçı İnsan resursları şöbəsinə işdən azad olunması barədə əmrlə tanış olmaq, əmək kitabçasını və əmrin surətini t əhvil almaq üçün dəvət edilmiş, lakin bundan imtina etmişdir. Həmin fakt üzrə Cavabdeh Həmkarlar İttifaqı tərəfindən 05 iyul 2022-ci il tarixli akt tərtib edilmişdir. Eyni zamanda, iddiaçının işdən azad olunması ilə bağlı son haqq-hesab edilərək 05 iyul 2022-ci il tarixdə onun bank hesabına 2488,71 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Sonradan ona əmrin surətini və əmək kitabçasını götürməsi təklif olunsa da, o, bundan imtina etmişdir. Sonradan iddiaçının ünvanına göndərilmiş, lakin qəbul etməmişdir. Daha sonra, 25 iyul 2022-ci il tarixdə əmək kitabçasını götürmək üçün İnsan resursları şöbəsinə gəlmiş, əmək kitabçasını cıraraq əmək kitabçasını götürüb otağı tərk etmişdir. Göründüyü kimi İddiaçı 05 iyul 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, ona bir neçə dəfə əmrin surət inin təqdim edilməsi və göndərilməsinə baxmayaraq o, qəsdən əmrin surətini almasından imtina etmiş, ona əmrin surətini təqdim etmək mümkün olmamışdır.

12. Belə olduğu halda məhkəmə hesab etmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən xəbərdar olmuş, lakin buna baxmayaraq Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərini pozaraq, öz hüquqlarının pozulduğunu aşkar etdiyi gündən müraciət etmək hüququ ilə bağlı müəyyən edilmiş 1 təqvim ayı müddətini ötürərək 29 iyul 2022-ci il tarixdə mediasiya şurasına müraciət etmişdir. Daha sonra 07 sentyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almış və pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək barədə 1 təqvim ayı müddətini ötürərək 12 oktyabr 2022-ci il tarixdə məhkəməy ə müraciət etmişdir. Belə olan halda, iddiaçının iddia müddəti artıq bitmiş, lakin iddiaçı məhkəməyə müraciət etmək iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələri, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsi, həmin maddənin 2-ci hissəsinin “a” bəndinə, 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “e” bəndin, 76-cı maddəsi, 80-ci maddəsinin 1-ci hissəsi, 83-cü maddəsi, 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi, 187-ci maddəsinin 1-ci hissəsi, 292-ci maddəsinin 2-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, e-2(006)-4858/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)-2342/2023 nömrəli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və X.A.Mərdanovadan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(006)-4858/2022 nömrəli qətnaməsi qismən - işə bərpa, 05 iyul 2022-ci il tarixli, 1229 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, həmin hissədə iddia tələbi təmin edilməklə, Cavabdehn İddiaçı işdən azad edilməsi barədə 05 iyul 2022-ci il tarixli, 1229 saylı əmrinin ləğv edilməsi və onun, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh İİİ Anesteziologiya, reanimasıya və intensiv terapiya şöbəsinin (KTM doğum) tibb bacısı vəzifəsinə bərpa edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına cavabdeh tərəfindən əlavə edilən əmrdə iddiaçı ilə əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi qeyd edilsə də, Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozularaq, xitam verilmə əsası qeyd edilməmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə zidd olaraq isə, cavabdeh bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, əmrdə zəruriliyin nədən ibarət olması ümumiyyətlə qeyd edilməmişdir.

17. Məhkəmə göstərmişdir ki, qanunvericiliyin tələblərinə görə işçinin yol verdiyi pozuntuların onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, pozuntu(lar) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəf indən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. İddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi yerdə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətan ın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd etmişdir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haq qının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qurum əmrdə iddiaçıya istinadən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə ifadəsini qeyd etməklə kifayətlənmişdir. Halbuki, bu müddəanın tətbiqi ilə əmək müqaviləsinə xitam verilərkən əmrin zəruriliyini əsaslandırmalı olduğu halda əsaslandırmamış, əmrdə zəruriliyin nədən ibarət olması ümumiyyətlə qeyd edilməmişdir. Belə olan halda, qeyd edilən əsasla iddiaçının işdən çıxarılması barədə əmr qanuni və əsaslı olmamışdır.

20. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının işdən çıxarıldığı gündən bir gün öncəyədək, yəni 04 iyul 2022-ci il tarixədək praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq (tibb bacısı) hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi qüvvədə olmuşdur. Yəni ona ixtisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Bu halda görünən odur ki, iddiaçı işdən çıxarılmamışdan bir gün əvvələdək qeyd edilən fəaliyyətin həyata keçirməsi üçün qənaətbəxş və qanuni əsasları olmuşdur. Cavabdeh qurum tərəfindən cavabdehlə bağlı tərtib edilmiş aktlarda tibb bacısının vəzifə öhdəliyini yerinə yetirə bilməməsini, təlimatı oxuya bilməməsi, tələbnaməni yanlış doldurulmasını, tibbi avadanlıqlardan istifadə edə bilməməsi göstərilmişdir. Bu hal belə mübahisələndiri lən əmrin qanunvericiliyin tələblərinə uyğun olmasını özündə ehtiva etmir. Bununla yanaşı göstərilən hallar əmək qanunvericiliyinə əsasən (70-ci maddə “c” bəndi) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilər. Bu halda isə vurğulanan müddəanın qeyd hissəsində göstərildiyi kimi, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olmasının müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra haki miyyəti orqanı tərəfindən həyata keçirilməli və müvafiq qərar qəbul edilməlidir. Hazırki halda isə cavabdeh qurum tərəfindən işçinin əmək müqaviləsinə xitam barədə əmrini verərkən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə kimi əsaslandırılmamış qeyd aparılmışdır.

21. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş və məhkəməyə təqdim edilən aktların məzmunundan görünür ki, həmin aktlar İddiaçı tərəfindən hər hansı vəzifə öhdəliklərinin pozulması ilə bağlı deyil, İddiaçı ixtisas və peşəkarlıq səviyyəsini yoxlamaq məqsədilə tərtib edilmişdir. Hansı ki, iddiaçının öz ixtisas biliklərinə cavab verməsinin yoxlanması və qiymətləndirilməsi işəgötürənin səlahiyyətləri xaricindədir. Eyni zamanda, iş materiallarına əlavə edilən, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə m əşğul olmaq hüququnu təsdiq edən” Sertifikasiya Şəhadətnaməsindən görünür ki, İddiaçı 04 iyul 2017-ci il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona tibb bacısı ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq hüququ verilmişdir.

22. Bundan başqa, cavabdeh tərəfindən iş materiallarına surəti əlavə edilmiş əmək kitabçasında isə, əmək müqaviləsinə xitam verilməsi əsası, iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə əmək müqaviləsinə xitam verilməsi, əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə öhdəliyini yerinə yetirmədiyi göstərilmişdir. Bu isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” deyil “c” bəndidir. Əmək kitabçasında iddiaçının əmək müqaviləsinə xitam verilməsinin eyni anda iki əsası qeyd edilmişdir: peşəkarlıq səviyyəsinin, ixtisa sının kifayət dərəcədə olmaması və vəzifə öhdəliklərini yerinə yetirməməsi. Göründüyü kimi bu halda da Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə də riayət edilməmişdir.

23. Bundan başqa, apellyasiya məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi ilə əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam vermək intizam tənbehlərindən biridir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndi isə intizam tənbehinin tətbiq edilməsi üçün intizam və ya icra pozuntusunun aşkar edildiyi gündən konkret olaraq 1 ay müddət müəyyən edir. Yəni 1 aydan sonra işçinin intizam tənbehinə məruz qala bilməz. Belə olan halda, iş materiallarına əlavə edilən HİK üzvü olan iddiaçının vəzifə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı cavabdeh 31 may 2022-ci il tarixli təqdimat ilə HİK- na müraciət edir. Həmin təqdimatda isə iddiaçının pozuntularının 15 aprel və 19 mart 2022-ci il tarixlərində aşkar edildiyi, həmin tarixlərdə bu pozuntunu 2 ədəd AKT ilə rəsmiləşdirdiyi qeyd edilir və hətta bu əsaslandırmanı təsdiq edən aktları da təqdimata əlavə edilir. Təqdimat 31 may 2022-ci il tarixdə HİK-ə təqdim edilməsinə baxmayaraq, HİK tərəfindən ƏM-in 80-ci maddəsinin 2-ci bəndinə zidd olaraq 10 gün müddətində deyil, 30 gündən sonra qanunun tələblərinə zidd olan HİK-ın yazılı razılığı 29 iyun 2022-ci ildə verilmişdir. Bundan sonra isə iddiaçı barəsində onun əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair intizam tənbehi 05 iyul 2022-ci il tarixdə 1229 saylı əmrlə tətbiq edilmişdir. Beləliklə, cavabdehin məhkəməyə təqdim etdiyi 31 may 2022-ci il tarixli T əqdimatdan da görünür ki, cavabdeh qurumun əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab aktlar (orada göstərilə nöqsanlar) 15 aprel və 19 may 2022-də olmuşdur, bu halda isə iddiaçı ən geci 19 iyun 2022-il tarixinə qədər intizam tənbehinə məruz qala bilərdi. Ən gec halda isə təqdimat 31 may 2022-il tarixlidir və bu halda isə, yenə də ən geci 31 iyun 2022-ci il tarixə qədər intizam tənbehi tətbiq edilə bilərdi. Lakin intizam tənbehi 05 iyul 2022-ci il tarixdə Əmək Müqaviləsi ilə müəyyən edilmiş 80-ci maddənin və 187-ci maddənin tələblərinə riayət edilməməklə tətbiq edilmişdir.

24. Apellyasiya məhkəməsi iddia müddətinin tətbiqinə dair birinci instansiya məhkəməsinin mövqeyi üzrə qeyd etmişdir ki, həmin məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinin tələblərini nəzərə almamışdı r. Belə ki, əmək münasibətlərində 1 aylıq tələb müddətinin tətbiq edilməsi ilə yanaşı, 296-cı maddənin 3-cü bəndi bu 1 aylıq müddətin başlanmasının, axımının vaxtını da müəyyən etmişdir. Bu baxımdan qanunvericilik hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi günü müəyyən etmişdir. Belə ki, iddiaçı tərəfə mübahisələndirilən əmr yalnız 28 sentyabr 2022-ci il tarixli cavabdeh tərəfin məktubu ilə təqdim edilmiş, əmək kitabçası isə işəgötürəndə qalmış, hətta həmin əmək kitabçasının surətini cavabdeh tərəf prokurorluğa təqdim etmiş, bu hal 26 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarında da qeyd edilmişdir.

25. Bundan başqa, iş materi allarından görünür ki, əmək kitabçasının iddiaçı tərəfindən götürülməsi ilə bağlı cavabdeh tərəfindən 25 iyul 2022-ci il tarixli akt tərtib edilmiş və orada da ziddiyyətli məqamlar qeyd edilmişdir. Belə ki, aktın məzmununa nəzər saldıqda görünür ki, aktda həm iddiaçının əmək kitabçasını cırdığı, həm də əmək kitabçasını götürüb getdiyi qeyd edilmişdir. Hansı ki, eyni zamanda iş materiallarında olan 26 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan da görünür ki, cavabdeh tərəfindən əmək kitabçasının surəti prokurorluq orqanına təqdim edilmişdir.

26. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, tələbetmə müddəti əmrin iddiaçı tərəfə təqdim edildiyi 28 sentyabr 2022-ci il tarixdən başlayır. Belə ki, hüquqi müəyyənlik prinsipinə də uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsinə dair əmr iddiaçı tərəfdə mövcud olmadığı halda iddianın əsaslandırılması, həmçinin əmək münasibətlərində heç bir yazılı sənədləşmələrə birbaşa əlçatımlığı olmayan, (əmək münasibətlərində) zəif bənd olan işçinin məhkəmədə hüququnun müdafiəsinin keyfiyyətli təmin olunması üçün yazılı sənədlərə, xüsusi ilə əmək müqaviləsinə xitam verilməsinə dair Əmrin (qərarın) əldə olunduqdan sonra məhkəməyə müraciət edilməsi qanunun zərurətidir.

27. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “7000 manat mənəvi zərərin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiqini tapmır, bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə i ddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

28. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il i tarixli, 2(103)-2342/2023 nömrəli qətnaməsinin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 372.1, 372.2, 375-ci, Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsi, “Mediasiya haqqında” Qanunun 21.5, 24.7, 35.1-ci, Mülki Prosessual Məcəllənin 4.6, 88, 149.2.4-1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya işdən azad olunmasına dair əmrin surəti və əmək kitabçası 05 iyul 2022-ci il tarixdə təqdim edilmiş, məzmunu ilə tanış olduqdan sonra o, buna etiraz edərək özünü cavabdehin inzibati binasının 1-ci mərtəbəsindən atmış və sonra DİN-in 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Həmin faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma başlanmış, nəticədə cinayət işinin başlanmasından imtina edilmişdir. İddiaçı özü həm 102 qaynar xəttinə, həm prokurorluqda verdiyi izahatında onu işdən azad olunması ilə bağlı əmrlə tanış etmək və əmək kitabçasının təqdim edilməsi üçün dəvət edildiyini qeyd etmişdir. Göründüyü kimi iddiaçıya 05 iyul 2022-ci il tarixdən “hüquqlarının pozulduğu” məlum olduğundan, pozulmuş hüququnun bərpası üçün müvafiq dövlət orqanına və yaxud məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin mediasiya prosesi düzgün aparılmamış, qanunla müəyyən olunan müddət ötürülmüş, apellyasiya məhkəməsi isə bu halı nəzərə almamışdır.

30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

31. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

33. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissədə ləğv olunmasını xahiş etdiyindən və iddiaçı qətnaməni tələbinin təmin edilməyən hissəsində mübahisələndirmədiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq ed ilən hüquq:

34. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin b u Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imti na barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 36. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 38. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzr ə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnamə si mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci b əndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi işəgötürən olan cavabdeh təşkilat tərəfindən iddiaçı barəsində mübahisələndirilən əmr qəbul edilərkən Əmək Məcəlləsinin tələblərin pozulmasını müəyyən etmiş (bəndlər 16-23), cavabdeh isə kass asiya şikayətinin dəlillərində bunu mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsinin bu hissədə maddi hüquq normalarına uyğunluğunu əlavə yoxlanılmasını zəruri bilmir.

42. Kassasiya şikayətinin dəlilləri iddia müddətinin tətbiqi ilə bağlıdır və məhkəmə kollegiyası razılaşır ki, apellyasiya məhkəməsi tərəfindən iddia müddətinin axımının başlanmasında və müddətin hesablanmasında hüquq normaları pozulmuşdur.

43. Belə ki, cavabdeh birinci instansiyası məhkəməsində ərizə verərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş etmişdir.

44. İddia müddətinin tətbiqindən imtina edən apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır k i, iddiaçı tərəfə mübahisələndirilən əmr yalnız 28 sentyabr 2022-ci il tarixli məktubla təqdim edilmiş, əmək kitabçası təqdim edilməmişdir. Əmək kitabçasının iddiaçı tərəfindən götürülməsi ilə bağlı cavabdeh tərəfindən 25 iyul 2022-ci il tarixli akt tərtib edilsə də, həmin akt ziddiyyətli olmuşdur. Bu səbəbdən, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi ilə müəyyən olunan qaydada iddia müddətinin axımı 28 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırki halda Əmək Məcəlləsinin 296-cı maddəsinin müvafiq müddəalarını düzgün tətbiq etməmişdir.

46. Belə ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün ümumi normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin hə ll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

47. Məhkəmə kollegiyasının qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi işçinin hüququnun pozulduğunu bildiyi tarixi müəyyən edilməsini mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə kollegiyası razılaşır ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.

48. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).

49. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitl iyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı).

50. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəy yən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 51. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqları nı müdafiə edir.

52. Hazırki halda, cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən işçiyə mübahisələndirilən əmri və müvafiq sənədləri 05 iyul 2022-ci il və 25 iyul 2022-ci il tarixlərdə təqdim etməyə çalışsa da, o, bundan imtina etmişdir. Bunun sübutu kimi, cavabdeh həmin tarixlərlə tərtib olunmuş aktları təqdim etmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan aktların məzmununda apellyasiya məhkəməsinin göstərdiyi ziddiyyətlər aşkar olsa da (bax bənd 25), həmin ziddiyyətlər iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunmamasını, yəni hüquqlarının pozulmasını bilməməsini təsdiq etmir.

54. Əksinə, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun 26 iyul 2022-ci il tarixli qərarının məzmunundan müəyyən ol unur ki, İddiaçı ərizə və müraciətlər edərək, X6 kadrlar şöbəsinin rəhbəri Bəhruz Bağırovun iddiaçıya işdən azad olunması ilə bağlı sənədi məcburi olaraq imzalatmaq istəməsi səbəbindən 05 iyul 2022-ci il tarixdə özünü inzibati binanın birinci mərtəbəsindən atmasını göstərmişdir. Araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, o, 05 iyul 2022-ci il tarixdə işlədiyi Mərkəzin kadrlar idarəsinə dəvət olunmuş, idarəyə aid olan kabinetə daxil olarkən Bəhruz Bağırov əlindəki kitabçanı tibb bacısı Mehriban Məhərrəmovaya verib, iddiaçıya müraciət edərək “səni statya ilə işdən çıxartdım, qol çək” demiş, iddiaçı kitabçanı götürüb masanın üzərinə qoymuş, heç nəyə qol çəkməcəyini demişdir.

55. Göründüyü kimi, iddiaçı özü də, işdən azad olunmasından 05 iyul 2022-ci il tarixdən xəbərdar olunmasını, həmin tarixdə ona əmrlə tanış edilməsinə cəhd edilməsini, əmək kitabçasının ona təqdim edilsə də, qəbul etməkdən imtina etməsini etiraf etmişdir. Yəni işəgötürən əmrin və əmək kitabçasının işçiyə təqdim olunması üçün zəruri addımları atmış, sonuncu isə bu sənədlərin qəbulundan imtina etmişdir. İşəgötürənin vəzifəli şəxslərinin bu zaman davranışı və işçinin sənədlərin qəbulundan imtinanın motivləri iddia müddətinin axımının hesablanması üçün əhəmiyyət kəsb etmir.

56. Belə olan halda, iddia müddətinin axımının başlanğıcının iddiaçının vəkilinin müraciəti əsasında əmrin ona 28 sentyabr 2022-ci il tarixdən hesablanması Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunduğu halda, işəgötür ənin qeyd etdiyi zaman olmasa da, bundan sonra qısa müddətdə müraciət edərək müvafiq sənədləri tələb etmək və hüquqların müdafiəsi üçün elementar addımları atmaq imkanı olmuşdur.

57. Digər tərəfdən qeyd olunmalıdır ki, müvafiq sənədlərin iddiaçıya lazımi qaydada təqdim olunmaması qəbul olunduğu halda da, iddia müddətinin hesablanması ilə bağlı hüquq normalarının apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq olmaması müəyyən olunur.

58. Belə ki, iş materiallarına əsasən iddiaçı əmək hüquqlarının müdafiəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 07 sentyabr 2022-ci il tarixdə cavabdeh tərəfin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Yəni, “Mediasiya haqqında” Qanunun 35-ci maddəsi tətbiq edilməklə, iddia müddəti azı həmin tarixdən hesablanmalıdır. Belə ki, iddiaçının mediasiya təşkilatına müraciət etdiyi tarixədək iddia müddətinin hesablanmamasını qəbul etsək də belə, artıq mediasiya təşkilatının bu arayışı aldıqdan sonra iddia müddətinin axımı başlanmışdır. Lakin, iddiaçı hazırki iddia ilə 12 oktyabr 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etməklə, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini buraxması ehtimal olunur. Belə ki, mediasiya təşkilatının arayışının iddiaçıya hansı tarixdə təqdim olunması ilə bağlı sübutlar iş materiallarına əlavə olunmamışdır.

59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının hesablanması ilə bağlı maddi və prosessual hüquq normalarını pozulmasına yol verdiyindən qətnamə iddianın təmin olun muş hissəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

60. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının hüquqlarının pozulmasından nə vaxt xəbərlar olması araşdırılmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin e dilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il i tarixli, 2(103)-2342/2023 nömrəli qətnaməsi qismən, iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar