Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-341/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi 15.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2(103)-5289/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları "xxxx" MMC (bundan sonra – iddiaçı) ilə Cava bdeh (bundan sonra– cavabdeh) arasında bağlanmış 05 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili (bundan sonra – avtomobil) ilkin ödəniş 6.900 manat, 36 ay müddətinə, hər ay 791 manat ödəniş etməklə, 35.341,60 manata cavabdehə satılmışdır. Müqavilə ilə avtomobilin müqavilə müddəti ərzində alıcının hesabına sığortalanması (kasko sığorta) müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə həmin avtomobil 30 ay müddətinə, hər ay 969 manat olmaqla 29.056,57 manata satılmışdır. Eyni tarixli təhvil-təslim aktı ilə avtomobil cavabdehə təhvil verilmiş və aktda nəqliyyatın vasitəsinin heç bir nasazlığının olmadığı qeyd olunmuşdur. 05 aprel 2 021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanında cavabdehin idarə etdiyi avtomobildə yanğın baş vermiş, nəticədə avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar toplanmış material FHN-in Əməliyyat-İstintaq idarəsinə göndərilmiş, baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-6882/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə əri zə ilə məhkəməyə müraciət edərək, 26.928,6 manat əsas borcun, 3.924 manat cərimə pulunun, 8.000 manat icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 31 manat pulun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini işin faktiki hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, o, nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3 ay müddətində, hər ay üzrə 791 manat ödəniş etdikdən sonra xx.xx.2020ci il tarixdən sonra ödəniş etməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh avtosalona yaxınlaşaraq rəhbərliyə ərizə ilə müraciət etmiş, yeni qrafikin açılmasını xahiş etmişdir. Rəhbərlik t ərəfindən müsbət cavab aldıqdan sonra ona yeni qrafik açılmış və tərəflər arasında yeni nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdeh həmin nisyə alqısatqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə 969 manat, xx.xx.2021-ci il tarixdə 607 manat ödəniş edərək, cəmi 1576 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixdən isə heç bir ödəniş etməyərək 27.480,57 manat əsas borcu qalmışdır. Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Beləliklə, cavabdehin avtomobili 160 gün istifadə edərək təhvil vermədiyindən gecikdirdiyi hər gün üçün 50 manat məbləğində olmaqla 8.000 manat icarə pulu hesablanmışdır. Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödə nişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%i məbləğində cərimə ödənilməlidir və cavabdeh gecikdildiyi hər gün üçün ödəməli olduğu 969 manat pul ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 3.924 manat cərimə pulu hesablanmışdır. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdar edilsə də o, kredit borcunu ödəməkdən yayınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(011)-145/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 26.928,6 manat pulun alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən Cavabdeh avtomobilin verilməsi və cavabdeh tərəfindən müqaviləyə əsasən ödənilməli pul məbləğinin ödənilməməsi mülki işdə olan sübutlarla təsdiq edildiyindən, tərəflər arasında bağlanmış müqavilənin şərtərinə görə cavabdeh avtomobili kasko növündə sığorta etdirməli olduğu halda, həmin öhdəliyi icra etmədiyinə görə avtomobilə dəyən zərər üçün məsuliyyət daşıdığından, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi cərimə və icarə haqqının ödənilməsi hissəsində sübutlarla əsaslandırılmadığından həmin hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 404.1, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 601.1, 602.1, 600.4, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onu aldadaraq 1.500 manat pulunu almış və avtomobili kasko sığorta etdirəcəkləri barədə vəd vermiş, lakin avtomobili kasko sığorta etdirməmişlər. Bunun müqabilində ondan aldıqları pulu da qaytarmamışlar. Beləliklə, cavabdeh iddiaçının məsuliyyətsizliyindən maddi ziyana düşmüşdür. Avtomobilin kasko sığortalanması müqavilə üzrə onun üzərimə düşsə də, iddiaçı onu aldatmış, pulunu mənimsəmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2(103)-5289/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova sədrlik edən, məruzəçi, X.Mərdanova və E.Həsənov) ape llyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilən hissəsində əsaslandırması ilə razılaşmasa da, yekunda yoxlanılan hissədə düzgün nəticəyə gəlindiyindən qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, avtomobil cavabdehin istifadəsində olan zaman yanğın baş vermiş, nəticədə yanaraq yararsız vəziyyətə düşmüşdür. Məhkəmə kollegiyası bildirmişdir ki, avtomobil faktiki olaraq cavabdehin istifadəsinə verildiyindən və avtomobildən istifadəni məhz o həyata keçirtdiyinən apellyasiya şikayətinin dəlilləri əsassız olm uşdur. Həmçinin, avomobil cavabdehin istifadəsində olan zaman yanaraq məhv olduğundan hazırda nisyə alqı-satqı müqaviləsinin qaydaları deyil, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırda da cavabdehin istifadəsində olan avtomobil yanaraq məhv olmuşdur və iddiaçıya zərər vurulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu baxımdan da hazırda iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsi məhz iddiaçının üzərinə qoyulmalıdır Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1108.1-ci maddələrinə, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabeh kassasiya şikayəti verərək (Vəkil) iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işə yenidən baxılması üçün apellyasiya instan siyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassator şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Kassator şikayətini Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1108.1-ci maddələrinə, eləcə də Mülki Prosessual Məcəllənin 9, 14.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şə xs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 11 08.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik ed ən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmi r. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış 05 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil ilkin ödəniş 6.900 manat, 36 ay müddətinə, hər ay 791 manat ödəniş etməklə, 35.341,60 manata cavabdehə satılmışdır. Müqavilə ilə avtomobilin müqavilə müddəti ərzində alıcının hesabına sığortalanması (kasko sığorta) müəyyən edilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə həmin avtomobil 30 ay müddətinə, hər ay 969 manat olmaqla 29.056,57 manata satılmışdır. Eyni tarixli təhvil-təslim aktı ilə avtomobil cavabdehə təhvil verilmiş və aktda nəqliyyat vasitəsinin heç bir nasazlığının olmadığı qeyd olunmuşdur. 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanında cavabdehin idarə etdiyi avtomobildə yanğın baş vermiş, nəticədə avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar toplanmış material FHN-in Əməliyyat-İstintaq idarəsinə göndərilmiş, baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(011)-6882/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən avtomobil cavabdehin istifadəsində olan zaman yanğın baş vermiş və nəticədə yan araq yararsız vəziyyətə düşmüşdür. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb hesab etmişdir ki, avtomobil faktiki olaraq cavabdehin istifadəsinə verildiyindən və avtomobildən istifadəni məhz o, həyata keçirtdiyinən apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, avomobil cavabdehin istifadəsində olan zaman yanaraq məhv olduğundan hazırda nisyə alqı-satqı müqaviləsinin qaydaları deyil, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.3-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən həmçinin qanuni qüvvəyə minmiş Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(011)6882/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı MMC-yə qarşı” maddi zərərin əvəzinin ödənilməsi” barədə iddiasının rədd edilməsini də nəzərə almışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 14 sentyabr 2022-ci il tarixli, 2(103)-5289/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-341/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-341/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver