Məhkəmə qərarları › İş №2(102)-341/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-341/2025

13.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-341/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi, maddi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi ), Əliyev Zaur Əli oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2ə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı digər tələbinə dair dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi, Cavabdeh2in qəbul etdiyi sərəncamına görə məsuliyyətinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2(103)-642/2024 nömrəli qətnaməsindən İddiaçı prosessual hüquqi varisi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 16/32 hissədə X3, 30/256 hissədə açıq saxlanılmaqla X5, 1/32 hissədə X2, 13/256 hissədə X6, 8/32 hissədə X8 və 13/256 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Bakı şəhəri Cavabdeh2 Başçısının 1 mart 2016-cı il tarixl i 57 nömrəli sərəncamına görə, Təbriz küçəsindəki 34 №-li evin 4 №-li mənzilində yaşayan vətəndaş İddiaçı ərizə ilə Cavabdeh2ə müraciət edərək, xüsusi mülkiyyətində olan mənzilin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilərək, sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı ərizəsi əsasında evə baxış keçirilərək, müəyyən edilmişdir ki, onun yaşadığı ev faktiki olaraq, ümumi sahəsi 118,4 kv.metr, yaşayış sahəsi 64,4 kv.metr, köməkçi sahəsi isə 54,0 kv.metr olmaqla, 4 otaqlıdır. Mənzildə yeni tikili aşkar edilməmişdir. Qeyd olunanlara istinad edərək qərara alınmışdır ki, Təbriz küçəsindəki 34 №-li evin 4 №-li mənzili ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi isə 54,0 kv.m olmaqla, 4 otaqlı hesab edilsin və sənədləşdirilsin. Sərəncamın 1-ci bəndinə uyğun olaraq, vət. İdd iaçı adına olan mənzilin mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə tövsiyə olunsun.

3. Bakı şəhəri Cavabdeh2 Başçısının 21 iyun 2019-cu il tarixli 161 nömrəli sərəncamı ilə, Bakı şəhəri Cavabdeh2 Başçısının 23 iyun 2017-ci il tarixli 267 nömrəli sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilərək, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,884 ha torpaq sahəsi Cavabdeh1 daimi istifadəsinə verilmişdir. Sərəncamın 3.6, 3.7-ci bəndinə əsasən rayonun Təbriz küçəsi 32, 34, 36, 38 və s. yaşayış binalarının sakinlərinin qarşılıqlı razıl aşma əsasında, yəni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülmələri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həmin binaların sökülməsi nəzərdə tutulmuşdur.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin Cavabdeh1 MMC-yə ünvanlandığı 13 iyun 2019-cu il tarixli məktubuna əsasən, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanda yaşayan vətəndaş Nümayəndə yaşadığı binanın yaxınlığında aparılan söküntü və tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması barədə Fövqəladə Hallar Nazirliyinə 18 may 2019-cu il tarixli müraciət ünvanlamışdır. Araşdırma zamanı müraciətdə qeyd edilən faktlar təsdiqini tapmışdır. Sözügedən tikinti obyektinin sahibi Cavab deh1 MMC-nin rəhbərliyinə tikinti-quraşdırma işləri aparılarkən Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi tapşırılır. Əks halda, ona qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri Cavabdeh2ə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi, iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, - cavabdeh MMC tərəfindən qəsdən məhv edilən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 34 ünva nında yerləşən sahəsi 111,5 kv.metr olan “A” və sahəsi 13,2 kv.metr olan “V” qanuni tikililərinə münasibətdə (aid) Dövlət reyestrində iddiaçının adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququnun bərpa edilməsi, - məhkəmənin 17 sentyabr 2019-cu və 24 dekabr 2019-cu il tarixli iki qərardadının qadağalarının pozulması nəticəsində iddiaçının adına və istifadəsində olan, ümumi sahəsi 118,4 kv.metr yaşayış sahəsi, 64,4 kv.metr (4 yataq otaqlı) olan "xxxx" (sərəncamda (01 mart 2016 tarixli 57 nömrəli) “mənzil 4” olaraq qeyd edilib) tikilisindən iddiaçının məhdudlaşdırılmış daşınmaz əmlakdan istifadə hüququnun bərpa edilməsi, - MMC tərəfindən inşa edilən qanunsuz tikilinin müvafiq hissələrinin və altı qəsdən qazılaraq qəzalı edilmiş "xxxx" tikilisinə MMC tərəfindən vurulmuş maddi ziyanın mə bləğinin müəyyən edilərək ödənilməsi, - Təbriz 34 ünvanında, cavabdeh MMC tərəfindən inşa edilən, qanunsuz, iddiaçı və digər daha iki payçılar (Ramazanova və İbrahimova) ilə qarşılıqlı razılaşma müqaviləsi imzalanmadan tikilən çoxmərtəbəli binanın, iddiaçıya məxsus "xxxx" (118,4 kv.metr) tikilisinə aid olan, iddiaçının (və digər payçıların) "xxxx" tikilisindən maneəsiz istifadə etmək hüququnu təmin edən və üzərindəki mülkiyyət hüququnun bərpa edilməsinə dair məhkəmədən hüquqi nəticə gözləntisinin olduğu həyətyanı torpaq sahəsi (təqribi 400 kv.metr) sərhədləri daxilində (sərhəddi pozaraq) inşa edilən, ara məsafəsi pozularaq binanın hissəsi MMC-nin öz hesabına sökülməsi və iddiaçının hüquqlarının bərpa edilməsi, - Təbriz 34 ünvanından oğurlanmış “küçə dəmir darvazası, qoparılaraq məhv edilmi ş iri ağ tut ağacı, məhv edilmiş ayaq yolundan oğurlanmış mis aftafalar, "xxxx" tikilisinin sındırılmış şüşələri, dam örtük şiferləri, damda saxlanılan 3 ədəd uzunluğu 4 metr, diametri 50 sm olan qalın dəmir borular, 1 ədəd iri pəncərə barmaqlığının (dəmir) bərpa edilməsi; - məhkəmədən hüquqi nəticə gözləntisinə dair qanuni qüvvəyə minəcək yekun məhkəmə aktını gözləmədən, Konstitusiyanın 12, 13, 29, 33, 68, 71-ci maddələrinin tələblərini qəsdən, bilərəkdən qərəzli olaraq pozmaqla qəbul etdiyi 161 nömrəli 21 iyun 2019-cu il tarixli sərəncamı ilə iddiaçının mülkiyyət hüququnu pozan, ona qarşı məsuliyyətsizlik, vicdansızlıq edən Bakı şəhəri Cavabdeh2in məsuliyyətinin müəyyən edilməsi; - bütün məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi. - İddiaçı eyni zamanda əməllərində cinayət tərkibi ola n şəxslər barəsində xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir.

6. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh1 MMC Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinin və Mülki Məcəllənin 215, 215.4 və 215.5-ci maddələrinin tələblərini və iddiaçının mülkiyyət hüququnu qəsdən pozaraq, paylı mülkiyyət olan ünvan 2 ünvanlı mülkün 6 nəfər payçısından ikisi ilə Hümbətov və Həşimov ilə bağladığı saxta müqavilələri rəhbər tutaraq, 522,5 kv.m-lik həyətyanı torpaq sahəsinin 70%-ni (təqribi 300 kv.m) söküb-dağıtmış, qazmış, digər payçılara məxsus mülkiyyət hüquqlarının dövlət reyestrində adlarına qeydə alınacaq torpaq sahələrini zəbt etmişdir. Belə ki, iddiaçının mənzilindən küçəyə çıxışına dərinliyi 10 metr olan təməl çuxurunun (kotlavanın) üzərindən asma taxta körpü ilə y ol qoyan MMC, bununla kifayətlənməmiş, tikilinin divarının altını içəriyə doğru qazmaqla tikilini 10 metr dərinliyi olan təməl çuxurunun üzərində saxlamış, tikilini təməl çuxuruna aşırıb salmaq üçün hər gün (gecə) divarın altını içinə doğru traktorla bir az daha qazmaqda davam edir. Məqsədi artıq qəzalı vəziyyətə düşmüş tikilini təməl çuxuruna aşırıb, yerində tikilisini ucaltmaqdan ibarətdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)- 66/2021 nömrəli qərardadı ilə (hakim S.İ.Ədilova) İddiaçı cavabdehlər "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı “cavabdeh MMC tərəfindən qəsdən məhv edilən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 34 ünvanında yerləşən, sahəsi 111,5 kv.metr olan “A” və sahəsi 13,2 kv.metr olan “V” qanu ni tikililərinə münasibətdə (aid) dövlət reyestrində İddiaçı adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququnun bərpa edilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)66/2021 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Cavabdeh2ə qarşı “dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi və Bakı şəhəri Cavabdeh2in qəbul etdiyi sərəncamına görə məsuliyyətinin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

9. Birinci instans iya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 17.1, 17.2, 17.5, 57.2, 64.1, 69.1, 69.4, 69.5, 76.3, 80, 95-ci, Mülki Məcəllənin 157.4-cü, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10, 25-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə istinad edərək qeyd etmişdir ki, mübahisələndirilən ərazidə Cavabdeh1nə Bakı şə həri Cavabdeh2in müvafiq sərəncamları ilə rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində Yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış və iddiaçı tərəfindən yuxarıda qeyd edilən inzibati orqanın sərəncamları mübahisələndirilməyib, hazırkı mərhələdə bu məsələlər həllini tapmayıb.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətinə birbaşa müdaxilə yoxdur, başqa sözlə mülkiyyətdəki əmlakın qanunsuz olaraq zəbt olunması faktı müəyyən edilməyib, hazırda iddiaçı mübahisəli tikili ilə ona məxsus fərdi yaşayış evinin arasındakı ara məsafəsinin qanunvericiliklə nəzərdə tutulmuş tələblərə əməl edilmədən inşa edildiyini, bu səbəbdən də istifadə hüquqlarının pozulduğunu, buna əsaslanmaqla da mübahisəli tikilinin cavabdeh MMC-nin öz hesabına sökülməsini xahiş edir. Lakin mü lki iş materiallarından göründüyü kimi, hazırda cavabdeh cəmiyyətə müvafiq ərazidə tikintinin aparılması üçün verilmiş icazələr, sərəncamlar qüvvədədir, ləğv edilməyib, onların etibarsız hesab edilməsi ilə bağlı tələblər mövcud deyildir.

11. Məhkəmə həmçinin hesab etmişdir ki, qanunvericiliyin normaları iddiaçıya müvafiq icazələr alınmaqla tikilmiş tikililərin sökülməsi ilə bağlı iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Belə olan halda, nə qədər ki, iddiaçının mülkiyyətinə birbaşa müdaxilə, yaxud da iddiaçıya məxsus daşınmaz əmlakın bir hissəsində tikilinin inşa olunaraq ərazinin zəbt olunması faktı müəyyən edilmir, iddiaçı mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarlarını mübahisələndirməlidir, həmin qərarlar mübahisələndirilərkən tikililər arası ndakı ara məsafəsinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalı və müvafiq qiymət verilməlidir.

12. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin bu hissəsi əsas, yəni “dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi” hissələrindən törəmə tələb olduğundan və həmin tələblər təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlıdır.

13. Bundan başqa, məhkəmə iddiaçının “Təbriz 34 ünvanından oğurlanmış “küçə dəmir darvazası, qoparılaraq məhv edilmiş iri ağ tut ağacı, məhv edilmiş ayaq yolundan oğurlanmış mis aftafalar, "xxxx" tikilisinin sındırılmış şüşələri, dam örtük şiferləri, damda saxlanılan 3 ədəd uzunluğu 4 metr, diametri 50 sm olan qalın dəmir borular, 1 ədəd iri pəncərə barmaqlığı (dəmir) bərpa edilməsi” tələbinə münasibətdə qeyd etmişdir iddiaçı həmin əşyaların oğurlanması, yaxud da cavabdeh MMC tərəfindən zərər vurulmasını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatları və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində oğurlandığı yaxu d zərər yetirildiyini və bu səbəbdən də ondan həmin əşyaların bərpa edilməsini tələb etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir.

14. Məhkəmə, araşdırılan məsələdə əməllərində cinayət tərkibi olduğunu nəzərə alaraq, cavabdehin barəsində xüsusi qərardadın çıxarılaraq araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırkı məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)-66/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(103)-10360/2022 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevdən və Ş.Ə.Məhərrəmovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)-66/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı qətnamədən narazı qalaraq kassasiya şikayəti vermişd ir.

19. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının övladları olan Nümayəndə və X4 onun prosessual hüquq varisləri kimi işdə iştirak etməyə cəlb edilmişlər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(102)-17/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli qətnaməsi qismən - iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlakdan istifadə hüququnun bərpası, iddiaçıya vurulan maddi ziyanın müəyyən edilərək ödənilməsi hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə qaytarılmışdır.

22. Kassasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ona əmlakının oğurlanması və ya məhv edilməsi nəticəsində ziyan vurulduğunu iddia etdiyi halda, qeyd olunan əmlakların mövcud olmasını, məhv edilməsini (oğurlanmasını) və buna görə məsuliyyətin cavabdehin üzərinə düşməsini sübut etməlidir. Lakin iddiaçı tərəfindən küçə dəmir darvazasının, iri ağ tut ağacının, mis aftafaların, 3 ədəd dəmir boruların, 1 ədəd pəncərə barmaqlığının mövcudluğu, onların, habelə "xxxx" tikilisinin sındırılmış şüşələri, dam örtük şiferləri məhv olunması barədə hər hansı bir sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq işdə olan sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə qeyd olunan hissədə hüquqi qiymət vermişdir.

23. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

24. Cavabdeh MMC tərəfindən inşa olunan binanın sökülməsi tələbinin rədd edilməsinə dair apellyasiya məhkəməsinin mövqeyi həmçinin əsaslıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, həmin bina Bakı Şəhəri Cavabdeh2 Başçısının 21 iyun 2019-cu il tarixli 161 nömrəli sərəncamı əsasında inşa olunmuş və inzibati orqanın həmin sərəncamı mübahisələndirilməmişdir.

25. Lakin, iddia tələbinin qalan hissələri üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşmamışdır.

26. Belə ki, iş materiallarına əsasən mübahisəli fərdi yaşayış evinin 13/256 hissəsi iddiaçının mülkiyyətindədir. Bakı şəhəri Cavabdeh2 Başçısının 01 mart 2016-cı il tarixli sərəncamından müəyyən olunur ki, iddiaçının faktiki istifadəsində və sərəncamında olan evin ümumi sahəsi 118,4 kv.metr, yaşayış sahəsi 64,4 kv.metr, köməkçi sahəsi 54,0 kv.metr olmaqla, 4 otaqlıdır.

27. İddiaçı cavabdeh MMC-nin hərəkətləri nəticəsində evinin "xxxx" tikilisinə maddi ziyanın vurulmasını, evdən və evin həyətyanı sahə sindən istifadəsinə məhdudiyyətlərin edilməsini iddia edərək, həmin zərərin ödənilməsini və istifadə hüquqlarının bərpasını xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsi həmin tələblərin iddianın “dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi” hissələrindən törəmə tələb olunmasını göstərərək təmin etməmiş, apellyasiya məhkəməsi isə qətnaməni qeyd olunan hissədə dəyişdirilmədən saxlamışdır.

29. Halbuki, bu tələblər cavabdeh MMC-nin tikintini hansı əsaslarla həyata keçirilməsindən asılı olmayaraq, Mülki Məcəllənin 21 və 157.4-cü maddələrinin dispozisiya şərtlərinə uyğun olaraq müstəqil qiymətləndirilməlidir.

30. Belə ki, cavabdehin həyata keçirtdiyi tikinti işləri zamanı iddiaçının mül kiyyətində və istifadəsində olan daşınmaz əmlaka ziyanın vurulması ehtimal edən fotoşəkillər mövcuddur. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin 13 iyun 2019-cu il tarixli məktubunda iddiaçının yaşadığı binanın yaxınlığında aparılan söküntü və tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması faktların təsdiqini tapması göstərilmişdir.

31. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının mülkiyyətində və qanuni istifadəsində olan daşınmaz əmlaka ziyan vurulması, habelə qanuni istifadəsində olan sahənin zəbt olunması (istifadəsinə məhdudiyyət qoyulması) iddia olunduğu halda, bu hallar yalnız mübahisəli ərazi yerində müayinə edilməklə, habelə məhkəmə ekspertizası keçirilməklə müəyyən oluna bilər.

32. Qeyd olunmalıdır ki, birinci in stansiya məhkəməsi tərəfindən 24 dekabr 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək, keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertin qarşısında cavabdeh MMC-nin apardığı qazıntı və söküntü işlərinin nəticəsinə iddiaçının istifadəsində və sahibliyində olan evə maddi ziyanın dəyməsi, dəydiyi halda ziyanın məbləği, bu tikinti və söküntü işlərinin qanunvericiliyə və tikinti təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib-keçirilməməsi barədə suallar qoyulmuşdur. Lakin ekspert tərəfindən 18 dekabr 2020-ci il tarixli məlumatla iş üzrə tələb olunan mütəxəssis rəyinin təqdim edilməməsi əsası ilə ekspertizanın aparılmasından imtina olunmuş və birinci instansiya məhkəməsi bu istiqamətdə əla və araşdırma aparmadan qətnamə qəbul etmişdir.

33. Apellyasiya məhkəməsi isə bu hala, habelə apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməyərək, qətnaməni dəyişdirilmədən saxlamışdır. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88, 97.1, 218.1, 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur.

34. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddianın və o na etirazın dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X11 (sədrlik edən və məruzəçi), X12 və rüstəmli Məhəmməd Əli oğlu) xx.xx.2024-cü il tarixli 2(103)642/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlakdan istifadə hüququnun bərpası və iddiaçıya vurulan maddi ziyanın müəyyən edilərək ödənilməsi tələblərinin rəd d olunması hissəsində dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

37. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız bir hissəsi - iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlakdan istifadə hüququnun bərpası və iddiaçıya vurulan maddi ziyanın müəyyən edilərək ödənilməsi tələblərinin rədd olunması hissəsi təşkil edir.

38. Kassasiya instansiyası məhkəməsinin qərarının hazırkı apellyasiya baxışının predmeti olan hissə ilə bağlı göstərişlərinə əsasən, iddiaçının mülkiyyətində və qanuni istifadəsində olan daşınmaz əmlaka ziyan vurulması, habelə qanuni istifadəsində olan sahənin zəbt olunub-olunmaması (istifadəsinə məhdudiyyət qoyulması) yalnız mübahisəli ərazi yerində müayi nə edilməklə, habelə məhkəmə ekspertizası keçirilməklə müəyyən oluna bilər.

39. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

40. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən göstərişləri nəzərə alaraq hesab etmişdir ki, apellyasiya baxışının predmeti olan hissədə iddia tələbinin əsaslı olub-olmamasına Mülki Məcəllənin 21 və 157.4-cü maddələrinin tələbləri baxımından qiymət verilməlidir.

41. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən 24 dekabr 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək, keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mər kəzinə həvalə edilmiş, ekspertin qarşısında cavabdeh MMC-nin apardığı qazıntı və söküntü işlərinin nəticəsinə iddiaçının istifadəsində və sahibliyində olan evə maddi ziyanın dəyməsi, dəydiyi halda ziyanın məbləği, bu tikinti və söküntü işlərinin qanunvericiliyə və tikinti təhlükəsizlik qaydalarına uyğun həyata keçirilibkeçirilməməsi barədə suallar qoyulmuşdur. Lakin ekspert tərəfindən tələb olunan mütəxəssis rəyi təqdim olunmadığından ekspertizanın aparılmasından imtina olunmuşdur.

42. İşə apellyasiya qaydasında yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə uyğun olaraq xx.xx.2023-cü il tarixli qərardadla yenidən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərk əzinə tapşırılmışdır. Birinci instansiya məhkəməsində olduğu kimi yenə də ekspert Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyindən müvafiq mütəxəssis rəyinin alınıb Ekspertiza Mərkəzinə təqdim olunması barədə vəsatət vermişdir. Lakin Agentlik bu sahədə mütəxəssislərin məhdud sayda olduğunu bildirərək ekspertiza tədqiqatının aparılması üçün mütəxəssis ayırmaqdan imtina etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli məktubla ekspertiza təyin olunması barədə 13 dekabr 2023-cü il tarixli qərardad təkrarən icra olunması və rəy verilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Ekspertiza Mərkəzi yenə də Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyindən mütəxəssis rəyi verilməsi ilə bağlı məhkəməyə vəsatət göndərmişdir. Həmin Agentlik isə yenə də mütəxəssis ayrılmasının imkan xaricində olduğunu bildirərək bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzİMETİ-nin və ya bu sahədə ixtisaslaşmış özəl qurumların mütəxəssislərinin cəlb olunmasını təklif etmiş, bundan sonra qərardad mütəxəssis rəyinin verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X17 İnstitutuna göndərilsə də, həmin təşkilat İnstitutun tam təsərrüfat hesablı hüquqi şəxs olduğunu, özünü maliyyələşdirmə və öz xərcini ödəmə əsasında müqavilələrlə iş gördüyünü və xidmətlər göstərdiyini qeyd edərək qərardadda qoyulan sualların cavablandırılmasının İnstitutla müvafiq müqavilə bağlandıqdan sonra təmin olunacağını bildirmişdir. İddiaçının prosessual hüquq varisi Nümayəndə bu barədə məlumat verilsə də, o, maddi imkanı olmadığına görə İnstitutla hər hansı müqa vilə bağlamayacağını bildirmişdir. Nəticə etibarilə mütəxəssis rəyinin alınması yenə də mümkün olmadığından Məhkəmə Ekspertiza Mərkəzi qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmasının mümkün olmadığını bildirərək ekspertiza aparılmasından imtina etmişdir.

43. Bundan sonra məhkəmə kollegiyası mübahisəli əraziyə yerində baxış keçirmişdir. İddiaçının prosessual hüquq varislərinə bu barədə əvvəlcədən məlumat verilsə də, onlar yerli baxışda (müayinədə) iştirak etməmişlər. Cavabdehin nümayəndəsi yerli baxışda iştirak etmişdir. Məhkəmə kollegiyası müayinə nəticəsində müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində və istifadəsində olan ev sökülməmişdir və yerindədir. Evə giriş Təbriz küçəsi tərəfdən qoyulmuş giriş qapısı ilə mümkündür. Lakin həmin küçə qapısı bağlı olduğundan evə daxil olmaq mümkün olmadı. Küçə qapısının üzərində Nümayəndə mobil telefon nömrəsi qeyd olunduğundan onunla əlaqə saxlanılaraq qapının açılmasının təmin olunması xahiş edilmiş, lakin o, bundan imtina etmişdir. Kənardan vizual baxışla mübahisəli evə hər hansı ziyan vurulması müəyyən edilməmişdir. Ev və həyətyanı sahə bir neçə metr ara məsafəsi saxlanılmaqla daş hasarla təcrid olunub və ondan istifadəyə hər hansı məhdudiyyət yaradılması müəyyən edilməmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, daş hasar evi qorumaq, ona ziyan vurulmasının qarşısını almaq məqsədilə MMC tərəfindən müvəqqəti olaraq çəkilmişdir. Belə ki, evdə heç kim yaşamır, qapı həmişə bağlı olur. MMC həmin hasarı iddiaçının tələbinə əsasən istənilən vaxt sökməyə hazırdır. "Qaya-Qala” MMC tərəfindən inşa olunmuş binanın zirzəmisinə də baxış keçirilmiş və iddiaçıya məxsus evin altında hər hansı qazıntı işləri aparılmadığı müəyyən edilmişdir. Qazıntı işləri digər mülkiyyətçilərdən alınmış evlərin ərazisində aparılmışdır və iddiaçıya aidiyyəti yoxdur.

44. Göründüyü kimi, yerli müayinə (baxış) nəticəsində iddiaçının mülkiyyətində və istifadəsində olan evə MMC tərəfindən aparılan qazıntı işləri nəticəsində hər hansı ziyan vurulması və eləcə də onun mülkiyyətində olan tikilidən (evdən) istifadəsinə hər hansı məhdudiyyət yaradılması müəyyən edilmədi.

45. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, tərəflər arasında bundan əvvəl də digər məhkəmə mübahisələri olub. Hazırkı apellyasiya baxışının predmeti olan tələblər Nərimanov Rayon Məhkəməsində baxılmış 2(005)-189/2021 saylı işdə də irəli sürülüb. Lakin həmin işdə ziyanın ödənilməsi "Qaya-Qala” MMC-dən deyil, onun rəhbərindən tələb edilib. Həm də ziyan giriş dəhlizinin qəzalı vəziyyətə salınmasına görə tələb edilmişdir. Hazırkı işdə isə ziyan bilavasitə "Qaya-Qala” MMC-nin özündən tələb edilir və ziyanın yaranma əsası kimi "xxxx" tikilisinin altının qəsdən qzılaraq qəzalı vəziyyətə salınması göstərilib.

46. Göründüyü kimi, hər iki işdə olan tələblər oxşar olsa da, tam olaraq üst-üstə düşmür və bu baxımdan hazırkı tələblər üzrə işin icraatına xitam verilməsi üçün əsas yaratmır.

47. Nərimanov Rayon Məhkəməsində baxılmış 2(005)-189/2021 saylı işdə “özbaşına tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi” tələbi sübuta yetirilmədiyindən xx.xx.2021ci il tarixli qətnamə ilə rədd olunub və məhkəmə iş üzrə alınmış xx.xx.2021-ci il tarixli ekspert rəyini əsas götür ərək bu qənaətə gəlib ki, evin özünə MMC tərəfindən ziyan vurulması təsdiq olunmasa da, MMC tərəfindən bina inşa olunarkən ara məsafəsi cəmi 1,25 metr saxlanılmaqla gözlənilməyib və iddiaçı ara məsafəsinin gözlənilməməsi əsası ilə Mülki Məcəllənin 459.5-ci maddəsinin tələbinə uyğun şəkildə ziyanın ödənilməsini tələb edə bilər. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçı hazırkı işdə ziyanın ödənilməsini həmin əsasla deyil, "xxxx" tikilisinin altının qəsdən qazılaraq qəzalı vəziyyətə salınmasına görə tələb edir. Göründüyü kimi, hazırkı işdə ziyanın ödənilməsi tələbinin əsası Nərimanov Rayon Məhkəməsində baxılmış 2(005)-189/2021 saylı işdəkindən fərqlidir. Bu baxımdan, iddiaçı bina inşa olunarkən ara məsafəsi gözlənilmədiyinə görə uğradığı zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmaq hü ququnu özündə saxlayır və belə bir tələblə ümumi qaydada məhkəmədə ayrıca iddia qaldıra bilər.

48. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

49. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.4, 165.1-ci, Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 97.1, 217.3. 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

50. İddia çının hüquq varisi Nümayəndə (vəkili Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-642/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini tamamilə ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mütəxəssis rəyinin verilməsi məcburi olduğu halda mütəxəssis rəyi tələb olunan qurum bundan imtina etmişdir.Həmçinin, apellyasiya Məhkəməsi iddiaçının prosessual hüquq varisindən Azərbaycan İnşaat və X17 İnstitutu ilə müqavilə bağlaması tələb etməklə mütəxəssisə ödənilməli olan məhkəmə xərcini işin nəticəsindən asılı olmayaraq iddiaçıya aid etmişdir. Mütəxəssis rəyinin verilməsi məcburi olduğu halda mütəxəssis rəyi tələb olunan qurum bundan imtina etmişdir.Bundan əl avə, Ali Məhkəmənin 2(102)-17/2023 saylı, xx.xx.2023cü il tarixli qərarında apellyasiya instansiyasında işə təkrar baxılarkən mütəxəssis rəyinin alınması və iş üzrə məhkəmə ekspertizası keçirlməsi barədə göstəriş verilmişdir.Amma apellyasiya instansiyası tərfindən həmin göstərişlərə əməl olunmamışdır.

52. Bu məsələdə apellyasiya instansiyasının mövqeyinin ziddiyətli və ədalətsiz olduğunu göstərən məqamlardan biri də mütəxxəssis rəyinin verilməsi tələb olunan qurum ilə müqavilə bağlanmasını məhz maddi vəziyyəti aşağı olan vətəndaş Nümayəndə tələb etməsidir. Əgər həmin qurum ilə müqavilə bağlanmadan rəyin alınması heç mümkün deyildirsə, müqavilənin bağlanması hüquqi şəxs olan "xxxx" MMC-dən də tələb oluna bilərdi və həmin MMC-nin maddi imkanları baxımından cuzi bir xərcləmütəxxəssis rəyi əld ə oluna bilərdi. Çünki bu rəy tərəflərin vəsatəti ilə tələb olunmur, mütəxxəssis rəyinin alınması Ali Məhkəmənin göstərişi əsasında həyata keçirilir və işin nəticəsinin məlum olmadığı halda bunun maddi yükünün iqtisadi cəhətdən daha zəif vəziyyətdə olan vətəndaşdan tələb olunması heç cür başa düşülən deyil.

53. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 64.2, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

55. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

56. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç b ir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

57. Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

58. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

59. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

60. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını m əhkəmə vasitəsilə tələb edə bilər.

61. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 417.1.1 Kassa siya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

69. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının hüquq varisi tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

76. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı prose ssual hüquqi varisi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2024-cü il tarixli 2(103)-642/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar