Məhkəmə qərarları › İş №2(102)-3410/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3410/2021

16.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3410/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh1, onun vəkili Vəkil1 Sahib oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(107)-287/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Xnin küçəsi 4 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına 14.05.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh1 iddiaçının bacısının gəlinidir, 30.11.2014-cü ildə X1 ilə nikaha girmişdir və mübahisəli evdə 2017-ci ildən qeydiyyatdadır. Digər cavabdehlər isə iddiaçının qardaşı və onun ailə üzvləridir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 29.09.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 2011-ci ildən, Cavabdeh3 2019-cu ildən və Cavabdeh4 2011-ci ildən Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisinə giriş-çıxışı qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı məxsus X X küçəsi 4 saylı evinə istifadə hüququna xitam verilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan X X küçəsi 4 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 07 oktyabr 2020-ci il tarixli, 2(051)1238/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı məxsus X X küçəsi 4 saylı evinə istifadə hüququna xitam verilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan X X küçəsi 4 saylı evdən çıxarılmaları qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 sözügedən mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, orada yaşamırlar. Mənzildə yaşayan Cavabdeh1 isə sözügedən mənzilə hər hansı bir hüququ yoxdur. Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsinə evin əvvəlki sahibi X özü də iddia qaldırmış və məhkəmə gedişində vəfat etdiyi üçün işə baxılıb yekunlaşması mümkün olmamışdır. Buna baxmayaraq Xnın varisi və evin mülkiyyətçisi olan İddiaçı məhkəməyə hazırki iddianı qaldıraraq öz konstitusion hüquqlarını həyata keçirmək istəmişdir. Cavabdeh1 sözügedən mənzilə heç bir vaxt istifadə hüququ olmamış və özbaşına, yəni mülkiyyətçinin razılığı olmadan istifadə etməklə onun hüquqlarını məhdudlaşdırır. Cavabdeh1 sözügedən mənzilə köçməsinə iddiaçının anası Cavabdeh2 razılıq versə də sağlığında iddia qaldıraraq Cavabdeh1 ona məxsus mənzildən çıxarılmasını istəməklə öz iradə ifadəsini bildirmişdir. Cavabdeh1 iddiaçı ilə demək olar qohumluq əlaqəsi yoxdur. Buna baxmayaraq onun həmin mənzildə yaşaması iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarlarına əsaslanaraq hesab etmişdir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə heç bir hüququ yoxdur, cavabdehlərin ç oxu iddiaçının yaxın qohumum deyil, mənzilin yeganə mülkiyyətçisi İddiaçıdır və o, cavabdehlərə mənzilindən istifadə etməsi üçün heç bir razılıq verməmişdir. Bu səbəbdən cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadəsinə xitam verilməlidir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(051)-1238/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, ona görə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Rəşvinin nənəsi vəfat etdikdən sonra həmin evdə qeydiyyatda olan vəsiyyət üzrə qanuni və rəsə Rəşvinin dayısı Cavabdeh2 anasını dəfn etdikdən sonra bir müddət həmin əmlakı idarə etdi, lakin ehtiyacı olduğu üçün müvəqqəti olaraq çörək pulu qazanmaq üçün ailəsi ilə birlikdə xarici ölkəyə getmişdilər. Bu fürsətdən məharətlə sui-istifadə edən Rəşvinin xalası İddiaçı vəzifəli şəxslərlə razılığa gəlmiş, həmin evdə qeydiyyatda olan vəsiyyət üzrə qanuni vərəsə olduğunu gizlətmiş, vəsiyyət üzrə qanuni vərəsə Cavabdeh2 xəbəri və razılığı olmadan həmin zəbt edilmiş torpağa və özbaşına tikilmiş evə mülkiyyət hüququnu təsdiq edən qanunsuz yolla çıxarış əldə etmiş, Cavabdeh2 Konstitusiyanın 29.5-ci maddəsində təsbit olunmuş vərəsəlik hüququna mühüm maddi və mənəvi ziyanlar vurmuşdur. Qanunsuz yolla da olsa zəbt edilmiş torpaq sahəsinə və qanunsuz tikilmiş evə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Mahir Əsədli və Vəzirxan Məlikov) 02 fevral 2021-ci il tarixli 2(107)-287/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(051)-1238/2020 nömrəli qətnaməsi qismən- “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı məxsus X X küçəsi 4 nömrəli evdən istifadə hüquqlarına xitam verilməsi” və “ailə üzvləri ilə birlikdə evdən çıxarılması” hissələrində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilərək, iddia tələbinin bu hissələrdə təmin edilməməsi, qətnamənin “Cavabdeh1 İddiaçı mülkiyyətində olan X X küçəsi 4 saylı evdən çıxarılması” hissəsində dəyişdir ilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya münasibətdə “ailə üzvü” olmamaqla, ”digər ailə üzvü” statusuna malik olan şəxslərdir. Bu statusa malik olmaqla yanaşı, onların mübahisəli mənzildə yaşamamaları da öz təsdiqini tapır. Bu baxımdan cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və ya bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mübahisəli yaşayış sahəsində yaşamamaları ilə yanaşı, onların mübahisəli evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Eyni zamanda, cavabdehlərin mübahisəli evə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzil üzrə pasport qeydiyyatına alınması həmin mənzildən ist ifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bununla belə, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması faktına cavabdehlə mülkiyyətçi arasında Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilməsi qanuna ziddir. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehlərin onun mülkiyyətində olan yaşayış sahəsində istifadə hüquqlarının yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsində qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüquqa xitam verilməsi də mümkünsüz olduğundan iddia tələbi bu hissədə əsassız hesab edilməli və rədd edilməlidir. Cavabdeh1 mübahisəli mənzilə dair iddiaçı yaxud hər hansı şəxslə müqavilə bağlaması, mübahisəli yaşayış sahəsinə hər hansı bir formada aidiyyəti, yəni həmin yaşayış sahəsinin hansısa hüquqla ona məxsusluğu təsdiq olunmamışdır. Cavabdeh (apellyator) Cavabdeh1 qeyd olunan yaşayış sahəsində faktiki yaşasa, yaxud qeydiyyatda olsa belə, bu hallar da cavabdehin mübahisəli yaşayış sahəsi ilə bağlı hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Cavabdehlərin, o cümlədən apellyator Cavabdeh1 iddiaçıya məxsus evdə qeydiyyatda qalması da iddiaçının mənafeyinə zərər vura biləcək hallardır. Çünki, bu hal mübahisəli evin mülkiyyətçisi olan iddiaçının mənzil üzərindəki mülkiyyət hüquqlarını poza bilər. Belə ki, cavabdehlərin qeyd olunan mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, cavabdehlərin, o cümlədən apellyasiya şikayəti vermiş Cavabdeh1 bu istəyi ərinin xalası olan iddiaçının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti düzgün olmamışdır. Kollegiya iddia tələbinin ikinci hissəsinə, yəni “Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan X X küçəsi 4 saylı evdən çıxarılması” hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, tələbin “ailə üzvləri ilə birlikdə” çıxarılması hissəsi qeyri-müəyyən olduğundan təmin edilə bilməz. Məhkəmə qətnaməsini Azərb aycan Respublikası Mülki Məcəlləsinin 228, 152.1, 157.2, 152.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli 2(107)-287/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassator iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində deyil, həmin torpaq sahəsində özü tərəfindən inşa edilmiş 1 otaqlı fərdi yaşayış evində yaşayir. Lakin istər birinci instansiya məhkəməsi, istərsə də apel yasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, dəfələrlə onun məhkəmə iclaslarinda həmin həyətdə iki fərdi yaşayış evinin olmasıni, onun iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində deyil, özü tərəfindən öz şəxsi vəsaiti hesabına inşa etdirdiyi fərdi yaşayış evində yaşamaqları, faktiki olaraq ona görə də iddiaçınin iddia tələbinin əsassız olmasını bildirməyinə baxmayaraq məhkəmələr tərəfindən bu xüsusatlar araşdırılmamış və obyektiv həqiqətin üzə çıxarılmasina nail olunmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və vəkili Vəkil1 Sahib oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etdilər. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi”qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla”müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüqu qlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvlə ri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarının nəticə hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya in stansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qət naməsini iddianın ona aid hissədə təmin edilmiş hissəsində mübahisələndirdiyindən qətnamə qanuniliyi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad edilərək qeyd edilmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə dair iddiaçı yaxud hər hansı şəxslə müqavilə bağlaması, mübahisəli yaşayış sahəsinə hər hansı bir formada aidiyyəti, yəni həmin yaşayış sahəsinin hansısa hüquqla ona məxsusluğu təsdiq olunmamışdır. Cavabdeh Cavabdeh1 qeyd olunan evdə faktiki yaşasa, yaxud qeydiyyatda olsa belə, bu hallar da cavabdehin mübahisəli yaşayış sahəsi ilə bağlı hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Kassasiya kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual norm alara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi, kassatorun iddiaçıya məxsus evdə deyil, həmin evin həyətində özü tərəfindən inşa edilmiş tikilidə yaşaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir” (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konst itusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart””tarixli Qərarı). Yoxlanılan məhkəmə qətnaməsi ilə isə cavabdehin mülkiyyətdə olan X X küçəsi 4 saylı evdə deyil, həmin evin həyətində yerləşən başqa tikilidə yaşaması, həmin tikilinin kassatorun özü tərəfindən inşa edilməsi müəyyən edilməmiş, bu barədə hər hansı sübutlar təqdim edilməmiş və araşdırılmamışdır. Belə olan halda, kassatorun şikayətində bu faktlara istinad etməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407.2-ci maddəsinin tələblərinə əsasən yolverilməzdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən his sədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 aid hissədə təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-287/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi, iddianın Cavabdeh1 aid hissədə təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar