Məhkəmə qərarları › İş №2(102)-3410/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3410/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3410/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər, kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-369/2024 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti ü zrə mülki işə 04 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri BPİ-nin X2 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı Şəhəri BPİ-nin X1 İdarəsini əsl cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə əvəz etməklə, Bakı Şəhəri BPİ-nin X1 İdarəsini isə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən AR DİN Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi ə məkdaşlarının qanunsuz əməlləri nəticəsində onlara verilmiş maddi ziyanın əvəzi olaraq 61.550 manat maddi ziyan və 15.000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 76.550 manat məbləğində pulun onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)4230/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13328/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)1871/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum una müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1871/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdilər.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin xx.xx.2022-ci il, 13(102)-60/2021 saylı qərardadına əsasən iddiaçıların ərizəsi təmin edilmiş, ərizə mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli, 13(102)-1/2022 saylı qərardadına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1871/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı və onunla bağlı Bakı Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)13328/2019 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4230/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-11/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən “QAZ 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə itirilmiş dəyərinin əvəzi olaraq 425 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 955 manat məbləğində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iddia tələbinin qalan his sədə təmin edilməməsi qət edilmişdir (hakim G.Əkbərli).

8. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirərək və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianı rədd edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-369/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddiaçıların ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11/2023 saylı iş üzrə 3 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir (hakimlə r V.Sadıqov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov).

11. İddiaçıların vəkili Vəkil və İddiaçı1 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-369/2024 nömrəli, 9 dekabr 2024-cü il tarixli qərardadı ilə iddiaçıların vəkili Vəkil və İddiaçı1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılmışdır.

13. İddiaçı1 kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, müddətin bərpa edilməsini və kassasiya şikayətinin işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 2(103)-369/2024 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı1 ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-369/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab edilməklə bərpa edilərək, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2(103)-1619/2025 qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-369/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

16. İddiaçı1 kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edib, müddətin bərpa edilməsini və kassasiya şikayətinin işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-369/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır.

18. Bundan sonra İddiaçı1 yenidən kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət e dərək, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edib, müddətin bərpa edilməsini və kassasiya şikayətinin işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-369/2024 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), F.Babayev və C.Musayeva).

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin məzmununa dair tələblər Azərbaycan Respublikası MPM-nin 407.1-ci maddəsində təsbit edilmişdir. Bundan əlavə, kassasiya şikayətinin forması Mülki Prossesual Məcəlləyə (3 saylı Əlavə) əlavə edilmişdir. Lakin kasassiya şikayəti qanunvericiliyin bu tələblərinə riayət edilməyərək, adi mətn şəkildə tərtib edilmiş, nəticə etibarı ilə şikayətin məzmunu ilə bağlı tələblərə əməl edilməmişdir. Bununla belə, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsinin tələblərinə riayət edilmədən tərtib edilmişdir. Bu da öz növbəsində kassasiya şikayətinin geri qaytarılmasını şərtləndirmişdir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 407.1-ci, 407.1.4-cü, 408.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2025-ci il tarixli, 2(103)-369/2024 nömrəli qərardad ının ləğv edilməsini və kassasiya şikayətinin icraata götürülməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-369/2024 saylı qətnamədən verilmiş kassasiya şikayətinə baxdıqda açıq aydın görünür ki, həmin kassasiya şikayəti MPM-in 407-ci maddəsində nəzərdə tutulmuş forma və məzmuna uyğun şəkildə tərtib edilmişdir. Lakin məhkəmə heç bir arqument gətirmədən sadəcə AR MPM-in 407-ci maddəsinə istinad edərək kassasiya şikayətini geri qaytarılmasına qərarına gəlmişdir. Bununla da məhkəmə tərəfindən AR MPM-in 407-ci maddəsinin tələbləri pozulmuşdur.

24. İşin hallarından da görünür ki, tərtib edilmiş kassasiya şikayəti AR MPM-in 407-ci maddəsinin tələbləri nə uyğundur. Bu halda məhkəmənin MPM-in 407-cimaddəsinə istinad edərək kassasiya şikayətinin geri qaytarılması barədə qənaətə gəlməsi qanunvericiliyin tələblərinin pozulması deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

27. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə qaytarılır. 28. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman MPM-in tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas deyildir.

30. Kollegiya apellyasiya instansiyası məhkəməsi ilə razılaşır ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə göndərilmiş kassasiya şikayəti Mülki-Prossesual Məcəlləyə 3 saylı Əlavə ilə müəyyən edilmiş formada tərtib edilmədiyindən kassasiya şikayətinin məzmununa dair Azərbaycan Respublikası MPM-nin 407.1-ci maddəsinin tələbləri pozulmuşdur. MPM-nin 408.1.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab verməməsi onun qaytarılması üçün müstəqil əsas kimi nəzərdə tutulmuşdur.

31. İşdən görünür ki, iddiaçı tərəfindən bundan əvvəl də eyni nöqsana yol verilməklə tərtib edilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. İddiaçının bu nöqsanı aradan qaldırmağa kifayət qədər vaxtı olduğuna baxmayaraq iddiaçının vəkili və nümayəndəsi növbəti dəfə kassasiya şikayəti tərtib edərkən forma və məzmunla bağlı prosessual qanunvericiliyin tələbini nəzərə almamışdır.

32. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı prosessual qanunvericiliyin tələblərinə uyğun olduğundan ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-369/2024 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-369/2024 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar